Əczaçılıq (ali)


) Aşağıda sadalananlardan hansı əczaçılıq mallarının ikinci qablaşdırılması kimi istifadə oluna bilər?



Yüklə 1,33 Mb.
səhifə2/16
tarix17.09.2017
ölçüsü1,33 Mb.
#40
1   2   3   4   5   6   7   8   9   ...   16

53) Aşağıda sadalananlardan hansı əczaçılıq mallarının ikinci qablaşdırılması kimi istifadə oluna bilər?

A) Qutu


B) Aerozol balonu

C) Ampul


D) Sınaq borusu

E) Blister


Ədəbiyyat: С.З.Умаров, И.А.Наркевич, Н.Л.Костенко, Т.Н.Пучинина Медицинское и фармацевтическое товароведение, Учебник для ВУЗов, 2-е изд., 2004
54) Əczaçılıq mallarının qablaşdırılması zamanı nəzərə alınmayan amil hansıdır?

A) İstifadə edilən miqdar

B) Əczaçılıq malının qalınlığı

C) Bərkliyi

D) Materialı

E) Dərman vasitəsi ilə təması


Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov Əczaçılıq mallarının qablaşdırılması və markalanması, metodik tövsiyyə, Bakı, 2006
55) Markalanmanın hansı iki əsas növü mövcuddur?

A) Xarici və daxili markalanma

B) Xarici və milli markalanma

C) Rəsmi və qeyri-rəsmi markalanma

D) Yazılı və şifahi markalanma

E) İstehsalat və əmtəə markalanması


Ədəbiyyat: Zülfüqarova N.S., İsmayılova L.N. Əczaçılıqda reklam-məlumat fəaliyyətinin təşkili və əczaçılıq mallarının markalanma prinsipləri, tədris-metodiki vəsait, Bakı, 2004
56) Dərman vasitəsinin qablaşdırmasının üzərində hansı rekvizitin olması vacib deyil?

A) Dərman vasitəsinin yararlılıq müddəti

B) Dərman vasitəsinin ATC kodu

C) Dərman vasitəsinin buraxılma tarixi

D) Ştrixli kod

E) Dərman vasitəsinin seriya nömrəsi


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80
57) Hansı müəssisənin adı dərman vasitəsinin qablaşdırmasının üzərində mütləq göstərilməlidir?

A) Bioloji-aktiv maddəni (substansiyanı) istehsal edən şirkətin adı

B) Dərman vasitəsinin qeydiyyatını aparan müəssisənin adı

C) Dərman vasitəsinin standartlaşdırılmasını həyata keçirən müəssisənin adı

D) Dərman vasitəsinin sertifikatlaşdırmasını aparan müəssisənin adı

E) Dərman vasitəsini istehsal edən şirkətin adı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80
58) Əmtəə nişanının əsas funksiyası hansıdır?

A) Məhsulu reklam etmək

B) Məhsul barədə məlumat vermək

C) Məhsulun rəqib istehsalçının məhsulundan seçilməsini təmin etmək

D) Məhsula dizayn vermək

E) Məhsulun keyfiyyətini təsdiq etmək


Ədəbiyyat: Багирова В.Л. Управление и экономика фармации // под ред. Проф. В.Л.Багировой. М., 2004, 390 с.
59) Aşağıda göstərilən yazı materiallarından hansı markalanmaya aid deyil?

A) Qutunun üzərində olan yazılar

B) Reklam elanları

C) Dərmanın üzərində olan yazılar

D) İstehsalçının emblemi

E) Ştrixli kod


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 67
60) Əsas vəsaitlərin (ƏV) ilkin dəyəri necə təyin edilir?

A) Köhnəlmə məbləğini çıхmaqla

B) ƏV-ın yenidən qiymətləndirilməsi yolu ilə

C) ƏV-ın daхil olması haqqında məlumatlara əsasən

D) ƏV-ın amortizasiya normalarını uçotlamaqla

E) ƏV-in balans qiymətinə görə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
61) Əsas vəsaitlərin (ƏV) qalıq dəyəri necə təyin edilir?

A) ƏV-in yenidən qiymətləndirmə yolu ilə

B) ƏV-in amortizasiya normalarını hesablama yolu ilə

C) ƏV-ın əldə edilməsi müqaviləsinə əsasən

D) ƏV-in daхil olma sənədlərinə görə

E) ƏV-in ilk dəyərindən köhnəlmə məbləğini çıхmaqla


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
62) Aptekdə əsas vəsaitlər ( ƏV ) köhnəldikdə amortizasiya normaları hansı uçota aid edilir?

A) Ehtiyat fonduna

B) Ticarət əlavəsinə

C) Aptekin fonduna

D) Aptekin gəlirinə

E) Tədavül хərclərinə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
63) ATC təsnifatı neçə pillədən ibarətdir?

A) 5


B) 4

C) 2


D) 6

E) 7
Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 15


64) ATC kodunda birinci latın hərfi nəyi ifadə edir?

A) Anatomik qrupu

B) Terapevtik qrupu

C) Farmakoloji qrupu

D) Farmakoterapevtik qrupu

E) Kimyəvi substansiyasını


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 15
65) ATC kodunda sonuncu iki rəqəm nəyi ifadə edir?

A) Anatomik qrupu

B) Kimyəvi substansiyanı

C) Farmakolji yarımqrupu

D) Farmakoterapevtik qrupu

E) Farmakoloji qrupu


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 15
66) Müxtəlif şirkətlər tərəfindən istehsal edilən eyni tərkibli dərman vasitələrinin ATC kodları necə olacaqdır?

A) Fərqli olacaq

B) Bir-birindən sonuncu rəqəmləri ilə fərqlənəcək

C) Bir-birindən birinci hərfləri ilə fərqlənəcək

D) Bir-birindən hərflərin sayı ilə fərqlənəcək

E) Eyni olacaq.


Ədəbiyyat: N.Ə.Əzizadə, M.Q.Aslanov. Əczaçılıq mallarının kodlaşdırılması, metodik tövsiyyə, Bakı, 2006
67) Müxtəlif şirkətlər tərəfindən istehsal edilən eyni tərkibli dərman vasitələrinin EAN kodları necə olacaqdır?

A) Rəqəmlərin sayı ilə fərqlənəcəklər

B) Bir-birindən birinci rəqəmləri ilə fərqlənəcəklər

C) Fərqli olacaq.

D) Eyni olacaq.

E) Bir-birindən sonuncu rəqəmləri ilə fərqlənəcəklər


Ədəbiyyat: N.Ə.Əzizadə, M.Q.Aslanov Əczaçılıq mallarının kodlaşdırılması, metodik tövsiyyə, Bakı, 2006
68) EAN 13-rəqəmli ştrixkodunun 800003600007.. sonuncu nəzarət rəqəmi hansıdır?

A) 1


B) 4

C) 8


D) 6

E) 2
Ədəbiyyat: N.Ə.Əzizadə, M.Q.Aslanov Əczaçılıq mallarının kodlaşdırılması, metodik tövsiyyə, Bakı, 2006


69) Əczaçılıq mallarının təsnif edilməsi nə üçün vacibdir?

A) Əczaçılıq mallarının sertifikatlaşdırılması üçün

B) Əcazaçılıq mallarının keyfiyyətinin yaxşılaşdırılması üçün

C) Əczaçılıq mallarının səmərəli istifadəsi üçün

D) Bioekvivalentliyinin təyin edilməsi üçün

E) Əczaçılıq mallarının standartlaşdırılması sisteminin təkmilləşdirilməsi üçün


Ədəbiyyat: N.Ə.Əzizadə, M.Q.Aslanov Əczaçılıq mallarının kodlaşdırılması, metodik tövsiyyə, Bakı, 2006
70) Aptekin ümumi gəlirinin tərkibinə nə daxildir?

A) Əhaliyə göstərilən pullu xidmətdən gələn gəlir

B) Dərmanların daşınması

C) Aptek işçilərinə əmək haqqı verilməsi

D) Tədavül xərcləri

E) Aptekin icarəyə götürülməsi


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 242
71) Dərman vasitələrinin aşağıda göstərilən təsnifatlarından hansı beynəlxalq səviyyədə rəsmi sistem kimi qəbul olunmuşdur?

A) Kimyəvi təsnifat

B) Farmakoterapevtik təsnifat

C) Dərman formalarına görə təsnifat

D) Ticarət təsnifatı

E) Anatomo-terapevtik-kimyəvi təsnifat


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004
72) Müalicə-profilaktika müəssisəsinə aptekdən narkotik və psixotrop dərmanların alınması üçün verilən vəkalətnamənin qüvvədə olma müddəti nə qədərdir?

A) 15 gün

B) 3 gün

C) 10 gün

D) 1 ay

E) 1 həftə


Ədəbiyyat: “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutlmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 №-li qərarı”.
73) Furosemid dərman vasitəsinin ATC kodunda C03CA01 03 rəqəmləri nəyi göstərir?

A) Hansı terapevtik qrupa aid olduğunu

B) Hansı farmakoloji qrupa aid olduğunu

C) Kimyəvi substansiyasını

D) Hansı anatomik qrupa aid olduğunu

E) Hansı kimyəvi qrupa aid olduğunu


Ədəbiyyat: N.Ə.Əzizadə, M.Q.Aslanov Əczaçılıq mallarının kodlaşdırılması, metodik tövsiyyə, Bakı, 2006
74) Əczaçılıq logistikası nədir, onun əsas vəsifəsi nədən ibarətdir?

A) Əczaçılıq malları axınının optimallaşdırılması üzrə elmi və praktiki fəaliyyət növü olub, əczaçılıq xidmətilə istehlakçıların təmin edilməsi ilə məşğuldur

B) Əczaçılıq və digər mallar axınının optimallaşdırılması və idarə olunması üzrə elmi və praktiki fəaliyyət növü olub,əczaçılıq xidmətində istehlakçıların təmin edilməsində iştirak edir

C) Əczaçılıq və digər mallar axınının optimallaşdırılması və idarə olunması üzrə elmi və praktiki fəaliyyət növü olub, onunla əlaqədar informasiya, maliyyə və xidmət axınlarının, əczaçılıq xidmətilə istehlakçıların təmin edilməsində rolunu öyrənir

D) Əczaçılıq malları axını və onunla əlaqədar olan informasiya, maliyyə, xidmət axınlarının əczaçılıq xidmətilə istehlakçıların təminatındakı rolunu öyrənir

E) Əczaçiliq malları axınının idarə olunması üzrə elm olub, həm də onunla əlaqədar olan informasiya, maliyyə, xidmət axınlarının əczaçılıq xidmətilə


Ədəbiyyat: Ю.М.Неруш. Логистика. ООО «Из-во Проспект», 2006
75) Aşağıdakı dərman vasitələrindən hansı yalnız həkim resepti əsasında buraxılır?

A) Kamfora spirti

B) Finlepsin

C) Kalendula (Gülümbahar) tinkturası

D) Analgin

E) Bor turşusunun 1%-li spirtli məhlulu


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
76) Logistikanın məqsədi nədir?

A) Təyin olunan günə, lazımi miqdarda və çeşiddə məhsulun çatdırılması

B) Lazım olan çeşiddə məhsulun çatdırılması

C) Lazım olan miqdarda, çeşiddə təyin olunmuş məntəqəyə məhsulun çatdırılması

D) Təyin olunan günə, saatda, lazımi miqdarda məhsulun çatdırılması

E) Lazımlı miqdarda, təyin olunan günə, saata, tələb olunan sayda və çeşiddə malların çatdırılması


Ədəbiyyat: Ю.М.Неруш. Логистика. ООО «Из-во Проспект», 2006
77) Mal axınının idarə olunmasının əsas vəzifələri hansılardır?

A) Planlaşdırma və nəzarət

B) Planlaşdırma, təşkil, nəzarət

C) Səbəblər, planlaşdırma və təşkili

D) Təşkil və nəzarət

E) Planlaşdırma, səbəblər və nəzarət


Ədəbiyyat: Ю.М.Неруш. Логистика. ООО «Из-во Проспект», 2006
78) Logistika nə üçün istifadə olunur?

A) Saxlama müddətini azaltmaq, mal ehtiyatını azaltmaq və iqtisadi effektivlik əldə etmək üçün

B) Məhsulun istehsalçıdan istehlakçıya çatdırılmasını sürətləndirmək üçün

C) Mal ehtiyatlarını ixtisar etmək, saxlama müddətini azaltmaq, məhsulun istehsalçıdan istehlakçıyadək hərəkətini sürətləndirmək və mal dövriyyəsindən iqtisadi effekt əldə etmək üçün

D) Məhsulun çatdırılmasını sürətləndirilmək, iqtisadi effekt əldə etmək üçün

E) Mal ehtiyatlarını ixtisar etmək, saxlama müddətini azaltmaq üçün


Ədəbiyyat: Ю.М.Неруш. Логистика. ООО «Из-во Проспект», 2006
79) Aşağıdakılardan hansı mülahizə səhvdir?

A) Müəssisənin cəlb edilmiş vəsaitlərinə kreditor borcları aiddir

B) Müəssisənin cəlb edilmiş vəsaitlərinə uzunmüddətli bank kreditləri aiddir

C) Müəssisənin cəlb edilmiş vəsaitlərinə mal ehtiyatı aiddir

D) Müəssisə aktivlərinin əmələ gəlmə mənbələrinə müəssisənin хüsusi vəsaitləri və cəlb edilmiş vəsaitləri vacibdir

E) Müəssisənin cəlb edilmiş vəsaitlərinə qısamüddətli bank kreditləri aiddir


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
80) Aşağıdakı variantalardan hansı əsas vəsaitlərin maliyyələşmə mənbələrinə aid edilir?

A) Sadalananların heç biri

B) Realizasiyası

C) Müəssisənin хüsusi vəsaitləri (gəlir); amortizasiya ayırmaları; cəlb edilmiş vəsaitləri

D) Sadalananların hamısı

E) Ticarət əlavəsi


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
81) Əsas vəsaitlər necə qiymətləndirilir?

A) Sadalananların heç biri ilə

B) Sadalananların hamısı ilə

C) Satınalma dəyəri ilə

D) Ilkin dəyər, bərpa dəyəri, qalıq dəyəri ilə

E) Quraşdırılma dəyəri ilə


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
82) Azərbaycanın əczaçılıq bazarında hansı dərman vasitələri üstünlük təşkil edir?

A) Antibiotiklər

B) İnnovasion dərman vasitələri

C) Generiklər

D) Sadalananların heç biri

E) Dərman bitkiləri


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80
83) Aptek təşkilatının istehsal ehtiyatlarına hansılar aiddir?

A) Sadalananların heç biri

B) Əsas və köməkçi materiallar

C) Yalnız köməkçi əşyalar

D) Yalnız az qiymətli əşyalar

E) Pul vəsaitləri


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
84) Az qiymətli və tez köhnələn əşyalara hansılar aiddir?

A) Sadalananların hamısı

B) Хüsusi geyimlər, хüsusi ayaqqabılar

C) Tikinti materialları

D) Sadalananların heç biri

E) Anbarda malın saхlanılması üçün istifadə olunan taralar


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
85) Əczaçılıq mallarının ilkin qablaşmasına hansı aid deyildir?

A) Ampul


B) Blister

C) Konteyner

D) Tub

E) Flakon


Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov Əczaçılıq mallarının qablaşdırılması və markalanması, metodik tövsiyyə, Bakı, 2006
86) Mal ehtiyatı hansı ölçülərə malikdir?

A) Sadalananların heç birinə

B) Dövriyyə günlərinə

C) Sadalananların hamısına

D) Natural göstəricilərə

E) Dəyərin pərakəndə qiymətinə


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
87) Əczaçılıq mallarının qablaşdırılması hansı tələblərə cavab verməlidir?

A) Ekoloji təhlükəsizlik

B) Etibarlılıq

C) Təhlükəsizlik

D) Sadalananların hamısı

E) Uyğunluq


Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov Əczaçılıq mallarının qablaşdırılması və markalanması, metodik tövsiyyə, Bakı, 2006
88) Hansı variant aptekin ticarət maliyyə fəaliyyətini göstərir?

A) Mühasibat balansı

B) Inventarizasiya, mal dövriyyəsi, ticarət əlavəsi

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Tədavül хərcləri


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
89) Mal dövriyyəsini hansı faktor sürətləndirir?

A) Mal haqqında informasiya

B) Tədarükçülərdən aptekə malın daxil olma müddətinin azalması

C) Aptekin ümumi mal dövriyyəsində dərman vasitələrinin xüsusi çəkisinin artması

D) Konsiqnasiya ilə malın alınması

E) Yeni dərman vasitələrinin olması


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
90) Mənfəətin təyini üçün aşağıdakı göstəricilərdən hansı lazımdır?

A) Tədavül xərclərinin məbləği və mal dövriyyəsinin həcmi

B) Reseptlərin miqdarı

C) Ayda olan günlərə görə həmin aydakı mal ehtiyatlarının dövriyyəsi

D) Dərman vasitələrinin xüsusi çəkisi

E) Borc vəsaitlərinin kəmiyyəti üzrə


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
91) Rentabelliyi təyin etmək üçün hansı göstərici lazımdır?

A) Mənfəət

B) Dərman vasitələrinin xüsusi çəkisi

C) Reseptlərin miqdarı

D) Maldövriyyəsi və xərclər

E) Maldövriyyəsi


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
92) Aptekin rentabilliyi nədir?

A) Tədavül хərclərinə aiddir

B) Xalis gəlirin mal dövriyyəsinə olan nisbətinin faizlə ifadəsidir.

C) Xalis gəlirin məbləğ ifadəsidir

D) Maliyyə planının göstəricisidir

E) Ticarət əlavəsinin tərkibinə daхildir


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
93) Aptek tərəfindən biznes-planın nəzarət rəqəmlərinə təsir edən göstərici hansıdır?

A) Satış mədaxil və məxaric həcmləri

B) Ayda olan günlərə görə həmin aydakı mal ehtiyatlarının dövriyyəsi

C) Maldövriyyəsinin həcminin orta artım göstəricisi

D) Xüsusi və borc vəsaitlərinin kəmiyyəti

E) Reseptlərin miqdarı


Ədəbiyyat: Багирова В.Л. Управление и экономика фармации // под ред. Проф. В.Л.Багировой. М., 2004, 390 с.

94) Ay ərzində faktiki mal ehtiyatlarının gününü necə təyin etmək olar?

A) Ayda olan günlərin həmin aydakı mal ehtiyatlarının dövriyyə göstəricilərinə əsasən

B) Pərakəndə satış qiymətilə olan aylıq maldövriyyəsi ilə həmin aydakı malehtiyatı dövriyyəsinin sayını təyin etməklə

C) Topdansatış qiymətilə olan bir aylıq mal dövriyyəsini ilə bölməklə

D) Topdansatış qiymətilə orta aylıq mal dövriyyəsini beş ilə bölməklə

E) Ay ərzində topdansatış qiymətilə olan mal dövriyyəsini həftəyə bölməklə


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
95) Hansı dərman vasitəsinin aptekdən buraxılması üçün reseptdə müalicə-profilaktika müəssisəsinin ştampı, möhürü və həkimin şəxsi möhürü və imzası olmalıdır?

A) Eqlonil

B) Xloral hidrat

C) Kokarboksilaza

D) Kamfora spirti

E) Analgin


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
96) Müalicə-profilaktika müəssisələrinin şöbələrində saxlanılan narkotik dərman vasitələrinin ehtiyatı nə qədər olmalıdır?

A) 10 günlük tələbatdan çox olmamalıdır

B) 5 günlük tələbatdan çox olmamalıdır

C) 3 günlük tələbatdan çox olmamalıdır

D) 1 aylıq tələbatdan çox olmamalıdır

E) 1 həftəlik tələbatdan çox olmamalıdır


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
97) Müalicə-profilaktika müəssisələrinin aptek şöbəsində narkotik dərman vasitələrinin ehtiyatı nə qədər olmalıdır?

A) 1 aylıq tələbatdan çox olmamalıdır

B) 1 həftəlik tələbatdan çox olmamalıdır

C) 10 günlük tələbatdan çox olmamalıdır

D) 5 günlük tələbatdan çox olmamalıdır

E) 15 günlük tələbatdan çox olmamalıdır


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
98) Hansı tibbi məmulatlar reseptsiz buraxılır?

A) Cib inhalyatorları

B) Sadalananların hamısı

C) Qan təzryiqini ölçən cihaz

D) Aerozol inhalyatorları

E) Stetofonendoskop


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 22
99) Aşağıda göstərilən xəstələrdən hansılar dərman vasitələrini pulsuz əldə edə bilər?

A) Qripə yoluxanlar

B) Pnevmoniyalı xəstələr

C) Şəkərli diabeti olan xəstələr

D) Ambulator xəstələr

E) Böyrək çatışmazlığından əziyyət çəkənlər


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
100) Aşağıda göstərilən əhali qruplarından hansı dərman vasitələrini öz hesabına əldə etməlidir?

A) İstehsalat zədəsi alanlar

B) Uzun müddət dəmir mədənində işləyənlər

C) Bütün qruplar

D) Qecə novbəsində işləyənlər

E) Bayram günlərində işləyənlər


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
101) Aşağıda göstərilən xəstələrdən hansılar dərman vasitələrini pulsuz ala bilər?

A) İstehsalat zədəsi almış vətəndaşlar

B) Aparıcı mütəxəssislər

C) Çernobıl qəzası zamanı şualanaraq əlil olan vətəndaşlar

D) Ağır avtomobil qəzasına düşmüş vətəndaşlar

E) Ambulator xəstələr


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
102) Əhalinin aşağıda göstərilən hansı qrupu dərman vasitələrini pulsuz ala bilər?

A) Yoluxucu xəstəliklərə tutulanlar

B) Əmək veteranları

C) Heç bir qrupu

D) Allergiyadan əziyyət çəkən xəstələr

E) Bütün xəstələr


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
103) Ticarət əlavəsi məbləğinin tərkibinə hansı göstəricilər daхildir?

A) Ticarət хərcləri

B) Heç biri

C) Rentabellik

D) Reseptura

E) Gəlir və tədavül xərcləri


Ədəbiyyat: Багирова В.Л. Управление и экономика фармации.// под ред. Проф. В.Л.Багировой. М., 2004, с. 390

104) Psixotrop dərman preparatlarına aid yazılmış reseptlər neçə gün müddətinə etibarlıdır?

A) 2 ay


B) 15 gün

C) 10 gün

D) 3 ay

E) 1 ay
Ədəbiyyat: “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutlmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 №-li qərarı.


105) Aşağıdakılardan hansı tibbi aparatların təyinatını daha ətraflı izah edir?

A) Tibbi aparatlar insan orqanizminin ayrı-ayrı orqanlarının funksional göstəricilərini təyin etmək üçün analizin aparılmasını, analiz nəticələrinin toplanmasını və nəticələrin vizual görüntüsünü təmin edir

B) Tibbi aparatlar tibbi şəxs və xəstə üçün diaqnostik müalicəvi-profilaktik tədbirlərin, həmçinin xəstələrə qulluğun həyata keçirilməsi üçün lazım olan şəraiti təmin edir

C) Tibbi aparatlar insan orqanizminin, orqanizmin sistemlərinin və orqanların funksiyasının korreksiyası və yaxud da əvəz edilməsi üçün istifadə edilir.

D) Tibbi aparatlar orqanizmdə baş verən fizioloji proseslərə təsir göstərərək onları normallaşdırır

E) Tibbi aparatlar arterial təzyiqi, qanda şəkərin və kaliumun səviyyəsini ölçmək üçün istifaə olunur.


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 56
106) Hansı dərman vasitələri saxlanma zamanı işıqdan qorunma tələb etmir?

A) Gümüş-nitrat

B) Dəmir-oksidi preparatları

C) Prozerin

D) Orqanopreparatlar

E) Dərman bitki xammalı


Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanmasının təşkili, metodiki vəsait, Bakı, 2004
107) Hansı tibbi cihaz retinoskop adlanır?

A) Gözün buynuz qaşasının müaynəsi üçün istifadə olunan cihaz

B) Gözdaxili təzyiqi ölçmək üçün istifadə olunan cihaz

C) Göz dibinin tədqiqi üçün istifadə olunan cihaz

D) Gözün torlu qişasının müayinəsi üçün istifadə olunan cihaz

E) Buynuz astiqmatizminin ölçülməsi üçün istifadə olunan cihaz


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004,
108) Keratoskop nə üçün istifadə olunur?

A) Göz dibinin tədqiqi üçün

B) Gözün torlu qişasının tədqiqi üçün

C) Gözün buynuz qişasını müayinə etmək üçün

D) Gözdaxili təzyiqi ölçmək üçün

E) Buynuz astiqmatizminin ölçülməsi üçün


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 43
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə