Əczaçılıq (ali) ixtisası üzrə 332 yeni test nümunələri 1) Qarğıdalı saçağından hansı dərman forması kimi istifadə edilir?



Yüklə 379,04 Kb.
səhifə1/5
tarix10.11.2017
ölçüsü379,04 Kb.
#9558
  1   2   3   4   5

Əczaçılıq (ali) ixtisası üzrə 332 yeni test nümunələri


1) Qarğıdalı saçağından hansı dərman forması kimi istifadə edilir?
A) Bişirmə

B) Suspensiya

C) Emulsiya

D) Tinktura

E) Dəmləmə
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
2) Tibbi məqsədlə evkalipt bitkisinin hansı hissələrindən istifadə olunur?
A) Yarpaqlarından

B) Çiçəklərindən

C) Meyvələrindən

D) Kökündən

E) Gövdəsindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
3) Təbabətdə pişikotu bitkisinin hansı hissələrindən istifadə olunur?
A) Kökündən və kökümsovundan

B) Toxumlarından və meyvələrindən

C) Gövdəsindən və yarpaqlarından

D) Yarpaqlarından və çiçəklərindən

E) Yarpaqlarından və meyvələrindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova8 «Farmakoqnoziya», Bakı, 1984
4) Pişikotu bitkisindən alınan preparatlar hansı məqsədlə istifadə edilir?
A) Qızdırmasalıcı kimi

B) İltihab əleyhinə

C) Sakitləşdirici kimi

D) Sidikqovucu kimi

E) Ödqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
5) Hansı bitkinin preparatından bürüyücü dərman kimi istifadə edilir?
A) Dəlibəng

B) Adi moruq

C) Qara batbat

D) Bəlğəmotu

E) Ürəkvari cökə
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
6) Preparatları ürək-damar sisteminin xəstəliklərində istifadə olunan dərman bitki xammalı hansıdır?
A) Gülxətmi kökü

B) Cökə çiçəyi

C) Xoruzgülü otu

D) Jenşen kökü

E) Bağayarpağı otu
Ədəbiyyat: İbrahimova Şəlalə İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
7) Hansı bitki xammalının tərkibində ürək qlikozidləri vardır?
A) Jen-şen kökü

B) Nanə yarpağı

C) Şirquyruğu otu

D) Cökə çiçəyi

E) İnciçiçəyi otu
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
8) Hansı bitkinin preparatı tonuslandırıcı təsirə malikdir?
A) Üçbarmaq otu

B) Pişikotu kökü

C) Xoruzgülü otu

D) Jenşen kökü

E) Dəlibəng yarpağı
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
9) Dərman bitki xammalı kimi jenşen bitkisinin hansı hissəsindən istifadə edilir?
A) Kökündən

B) Çiçəklərindən

C) Meyvələrindən

D) Toxumlarından

E) Yarpaqlarından
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
10) Tərkibində zəhərli və güclü təsiredici maddələr olan bitki hansıdır?
A) Adaçayı

B) Xanımotu

C) Çobanyastığı

D) Cökə


E) Pişikotu
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
11) Hansı bitkinin preparatlarından sedativ dərman vasitəsi kimi istifadə olunur?
A) İnciçiçəyi

B) Bağayarpağı

C) Pişikotu

D) Jenşen

E) Cökə
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
12) Hansı bitkinin tərkibində narkotik təsirə malik alkaloidlər vardır?
A) Cökə

B) Xoruzgülü

C) Xaş-xaş

D) Üskükotu

E) Jenşen
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
13) Boranı toxumlarından tibbi təcrübədə hansı məqsəd üçün istifadə edilir?
A) Qurdqovucu kimi

B) Ödqovucu kimi

C) İltihab əleyhinə vasitə kimi

D) Sidikqovucu kimi

E) Sakitləşdirici kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
14) “Xolosas” preparatı hansı dərman bitki xammalından hazırlanır?
A) Çaytikanı meyvələrindən

B) Qara qarağat meyvələrindən

C) Quşarmudu meyvələrindən

D) Keşniş meyvələrindən

E) İtburnu meyvələrindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
15) Üskükotu preparatları hansı xəstəliklərdə istifadə edilir?
A) Mərkəzi sinir sisteminin xəstəliklərində

B) Ürək xəstəliklərində

C) Mədə-bağırsaq traktının xəstəliklərində

D) Oynaq xəstəliklərində

E) Qaraciyər xəstəliklərində
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
16) Aşağıdakılardan hansı güclü toksiki təsirə malikdir?
A) Nanə yarpaqları

B) Bəlğəmotu kökü

C) Zəyərək toxumları

D) Çovdar mahmızı

E) Boranı toxumları
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
17) Heyvan mənşəli olmayan xammal hansıdır?
A) Balıq yağı

B) Vazelin

C) Mum

D) Propolis



E) Lanolin
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
18) “Erqotal” hansı bitkinin preparatdır?
A) Boymadərən otunun

B) Xanımotunun

C) Xədicəgülünün

D) Dəlibəngin

E) Çovdar mahmızının
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
19) Xanımotu bitkisinin tərkibində hansı farmakoloji aktiv maddələr var?
A) Qlikozidlər

B) Acı maddələr

C) Alkaloidlər

D) Aşı maddələri

E) Saponinlər
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
20) Jen-Şen bitkisi latınca necə adlanır?
A) Tussilaqo farfara

B) Panax ginseng

C) Adonis vernalis

D) Viburnum apulus

E) Quercus robur
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
21) Dəlibəng bitkisinin tərkibində hansı farmakoloji aktiv maddələr var?
A) Saponinlər

B) Alkaloidlər

C) Qlikozidlər

D) Aşı maddələri

E) Polisaxaridlər
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
22) Solmazçiçək bitkisinin dəmləməsindən nə üçün istifadə olunur?
A) Ödqovucu kimi

B) Yuxugətirici kimi

C) Sidikqovucu kimi

D) Hipotenziv dərman vasitəsi kimi

E) İşlədici kimi
Ədəbiyyat: М.А.Кузнецова. «Лекарственное растительное сырье и препараты», Москва , 1987
23) Dəlibəng bitkisinin latınca adı nədir?
A) Hyoscyamus niger

B) Datura stramonium

C) Convallaria mayalis

D) Cavum carvi

E) Atropa Belladonnae
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
24) “Korqlikon” hansı bitkinin preparatıdır?
A) Üskükotu

B) Kombe strofantı

C) Boz sarılıqotu

D) May inciçiçəyi

E) Xoruzgülü
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
25) “Senade” preparatının tərkibində hansı bitki xammalı var?
A) Acı yovşanotu

B) Səna yarpaqları

C) Adaçayı yarpaqları

D) Evkalipt yarpaqları

E) Bəlğəmotu kökü
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
26) “Adonizid” hansı bitkinin preparatıdır?
A) May inciçiçəyi

B) Oleandr

C) Üskükotu

D) Xoruzgülü

E) Kombe strofantı
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
27) Xanımotu bitkisindən hazırlanan preparatlar necə təsir edir?
A) Tər vəzilərinin şirə ifrazını artırır

B) Göz bəbəklərini daraldır

C) Daxili orqanların saya əzələlərinin tonusunu artırır

D) Ağızsuyu və tər vəzilərinin şirə ifrazını azaldır

E) Sedativ təsir göstərir
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
28) Mum nədən alınır?
A) Bitki mənşəli məhsuldur

B) Donuzların mədə şirəsindən alınır

C) Sintetik yolla alınan qarışıqdır

D) Bal arısının məhsuludur

E) İribuynuzlu heyvanların mədəaltı vəzisindən alınan məhsuldur
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
29) Gülümbahar çiçəyinin latınca adı necədir?
A) Flores Crataegi

B) Flores Tanaceti

C) Flores Helichryzi

D) Flores Cinae

E) Flores Calendulae
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
30) Murdarça meyvələri təbabətdə hansı məqsədlə istifadə olunur?
A) Sidikqovucu kimi

B) İşlədici kimi

C) Yuxugətirici kimi

D) Ödqovucu kimi

E) Sakitləşdirici kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
31) Səna bitkisinin preparatları hansı xüsusiyyətə malikdir?
A) Sidikqobucu

B) Ödqovucu

C) İşlədici

D) Yuxugətirici

E) Sakitləşdirici
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
32) Lanolin nədən alınır?
A) Suitinin piyindən

B) Gənəgərçək toxumundan

C) Qoyun yunundan

D) Balığın qaraciyərindən

E) Zəyərək toxumundan
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
33) Strofant toxumunun tinkturası hansı xəstəliklər zamanı istifadə edilir?
A) Öd kisəsinin xəstəlikləri

B) Sinir sisteminin xəstəlikləri

C) Qaraciyər xəstəlikləri

D) Mədə-bağırsaq traktının xəstəlikləri

E) Ürək xəstəlikləri
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
34) Gənəgərçək yağından təbabətdə hansı məqsədlə istifadə olunur?
A) Yuxugətirici kimi

B) Qurdqovucu kimi

C) İşlədici kimi

D) Sidikqovucu kimi

E) Ödqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
35) Hansı bitki jenşen kökünü əvəz edə bilər?
A) İyirin kökümsovu

B) Zəyərək toxumu

C) Zəncirotu kökü

D) Bəlğəmotunun kökü

E) Eleuterokokkun kökümsovu
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
36) Xoruzgülü otundan alınan yeni Qalen preparatı hansıdır?
A) Digitoksin

B) Korqlikon

C) Adonizid

D) Strofantin

E) Diqoksin
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
37) Acı yovşan tinkturasından nə üçün istifadə edilir?
A) Mədə-bağırsaq xəstəliklərində

B) Qurdqovucu kimi

C) İştahanı azaltmaq üçün

D) İştahaartırıcı kimi

E) Ödqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
38) Hansı resept dozalanmış sadə poroşoklara aiddir?
A) Rp:. Natrii tetraboratis 30,0 D.S. Qarqara məhlulu hazırlamaq üçün

B) Rp.: Streptocidi 25,0 D.S. Yaraya səpmək üçün

C) Rp.: Acidi borici 20,0 D.S.Qarqara məhlulu hazırlamaq üçün

D) Rp.: Natrii hydrocarbonatis 30,0 D.S. Qarqara məhlulu hazırlamaq üçün

E) Rp.: Kalii bromidi 0,5 D.t.d. N20 S. Gündə 3 dəfə 1 poroşok qəbul etməli
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
39) Göstərilən mərhələlərdən hansı poroşokların hazırlanma texnologiyasına aid deyil?
A) Həlletmə

B) Qarışdırma

C) Bükmə

D) Dozalama

E) Xırdalama
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
40) Bunlardan hansı boyayıcı maddə deyil?
A) Etakridin

B) Metilen abısı

C) Kamfora

D) Furasilin

E) Riboflavin
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
41) Sadə poroşokların tərkibində neçə dərman maddəsi olur?
A) 2 və daha çox

B) 3 və daha çox

C) 1-dən çox

D) 4 və daha çox

E) yalnız 1
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
42) Aşağıdakı resept hansı poroşoklara aiddir? Rp.: Acidi ascorbinici 0,1 Sacchari 0,3 M.f.pulv. D.t.d. №15 S. Gündə 3 dəfə 1 poroşok daxilə qəbul etməli.
A) Mürəkkəb dozalanmış poroşoklara

B) Xaricə istifadə olunan poroşoklara

C) Sadə dozalanmamış poroşoklara

D) Mürəkkəb dozalanmamış poroşoklara

E) Sadə dozalanmış poroşoklara
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
43) Aşağıdakılardan hansılar bitki xammalından alınan çıxarışlara aid deyildir?
A) Dəmləmələr və bişirmələr

B) Bişirmələr və ekstraktlar

C) Məhlullar və suspenziyalar

D) Qalen və yeni Qalen preparatları

E) Tinkturalar və ekstraktlar
Ədəbiyyat: Ə.İ.İsmayılov və başqaları.Dərman formalarının texnologiyası.İ hissə.Bakı-1988
44) Aşağıdakılardan hansı Burov məhlulunun kimyəvi tərkibini göstərir?
A) Formalaldehid məhlulu

B) Hidrogen-peroksid məhlulu

C) Alüminium-asetat məhlulu

D) Naşatır-cirə damcısı

E) Xlorid turşusu məhlulu
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
45) Qlükozanın neçə faizli məhlulu izotonik məhluldur?
A) 5%-li

B) 0,5%-li

C) 10%-li

D) 40%-li

E) 25%-li
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı, 1898. I hissə
46) İnyeksiya məhlullarını hazırlayarkən, əsas həlledici kimi nədən istifadə edilir?
A) Distillə suyundan

B) Kakao yağından

C) Apirogen inyeksiya suyundan

D) Bitki yağından

E) Adi sudan
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
47) Distillə otağında havanın mikrobsuzlaşdırılması üçün nədən istifadə edilir?
A) Bakterisid lampalardan

B) Rentgen şüasından

C) Kondisionerdən

D) Lümminesent lampalarından

E) Adi lampalardan
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
48) Apirogen suyun saxlanma müddəti nə qədərdir?
A) 48 saat

B) 10 gün

C) 5 gün

D) 24 saat

E) 90 gün
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
49) Avtoklav nədir?
A) Germetik bağlı ikiqat divarlı sterilizə kamerası

B) Distillə suyu almaq üçün aparat

C) Apirogen su almaq üçün aparat

D) Dəmləmə və bişirmə hazırlamaq üçün aparat

E) Bitki xammallarından çıxarışlar almaq üçün aparat
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
50) Tibbi təcrübədə novokainin neçə %-li məhlulları geniş tətbiq edilir?
A) 0,9; 10; 2; 0,2

B) 1; 5; 0,9; 10

C) 0,2; 1; 10; 5

D) 0,25; 0,5; 1; 2

E) 0,1; 2, 5, 0,9
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
51) 100 ml izotonik qlükoza məhlulu hazırlamaq üçün neçə qram qlükoza götürmək lazımdır?
A) 50,0

B) 52,2


C) 100,0

D) 150,0


E) 5,0
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
52) Qlükozanın hansı məhlulları hipertonik məhlullardır?
A) 10; 25; 40

B) 5; 10; 20

C) 10; 20; 30

D) 5; 10; 40

E) 0,5; 2; 5
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
53) Göstərilən maddələrdən hansı draje formasında buraxılmır?
A) Aminazin

B) Propazin

C) Diazolin

D) Dikain

E) Askorbin turşusu
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
54) Tabletlər hansı dərman formalarına aiddir?
A) Dozalanmış bərk dərman formalarına

B) Zavod üsulu ilə hazırlanan dərman formalarına

C) Yumşaq dərman formalarına

D) Preslənmiş dərman formalarına

E) Dozalanmamış bərk dərman formalarına
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
55) Tabletlərin mənfi cəhətləri hansıdır?
A) Daşınması çətindir

B) Dozalandırılması dəqiq deyildir

C) Buraxılması və saxlanılması əlverişsizdir

D) Dərmanın xoşagəlməyən dadını və qoxusunu biruzə verir

E) Saxladıqda parçalanmasını itirir (sementləşir)
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
56) Hansı dərman formaları aptekdə hazırlanmır?
A) Tabletlər

B) Bişirmələr

C) Poroşoklar

D) Dəmləmələr

E) Məlhəmlər
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
57) Hansı dərman formaları əczaçılıq zavodunda hazırlanmır?
A) Spirtli çıxarışlar

B) Sulu çıxarışlar

C) Drajelər

D) Mikrokapsullar

E) Tabletlər
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
58) Drajelər tabletlərdən nə ilə fərqlənir?
A) Dadlarına görə

B) Rənglərinə görə

C) Tərkiblərində olan köməkçi maddələrə görə

D) Hazırlanma texnologiyasına görə

E) Ölçülərinə görə
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
59) Qranullar hansı formada olur?
A) Kürə şəklində

B) Yastı formada

C) Poroşok halında

D) Dənəcik formasında

E) Üçkünc formada
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
60) Qalen preparatları hansı xammaldan hazırlanır?
A) Dəniz suyundan

B) Torfdan

C) Qurudulmuş dərman bitkilərindən

D) İribuynuzlu heyvanların toxumalarından

E) Liman palçığından
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
61) Yeni Qalen preparatlarının Qalen preparatlarından fərqi nədir?
A) Yeni Qalen preparatlarının tərkibində ballast maddələr olmur

B) Yeni Qalen preparatları aptek şəraitində hazırlanır

C) Yeni Qalen preparatlarının tərkibində ballast maddələr vardır.

D) Yeni Qalen preparatları xaricə istifadə olunur.

E) Yeni Qalen preparatları heyvan toxumalarından alınır
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
62) Aptek şəraitində hazırlanan dərmanlar zavodda istehsal olunan dərmanlardan nə ilə fərqlənir?
A) Aptekdə hazırlanan dərmanın dozası daha dəqiq olur

B) Aptekdə hazırlanan dərman daha keyfiyyətli olur

C) Aptekdə dərman fərdi resept əsasında hazırlanır

D) Aptekdə avtomatik proseslərdən istifadə olunur

E) Aptekdə hazırlanan dərman daha yaxşı qablaşdırılır
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
63) 1 ml su neçə damcıdır?
A) 20 damcı

B) 15 damcı

C) 5 damcı

D) 18 damcı

E) 25 damcı
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
64) Hirogen peroksidin duru məhlulu neçə faizlidir?
A) 3%

B) 0,5%


C) 5%

D) 30%


E) 2,5%
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
65) 100 ml duru hidrogen-peroksid məhlulu hazırlamaq üçün nə qədər perhidrol götürmək lazımdır?
A) 10 ml

B) 15 ml


C) 30 ml

D) 100 ml

E) 25 ml
Ədəbiyyat: В.М.Грецкий,В.С.Хомченко.Руководство к практическим затятиям по технологии лекарственных форм.»Медицина»,Москва,1991
66) Hansı preparatın tərkibində fitonsidlər vardır?
A) Festal

B) Allilçep

C) Rumalon

D) Panzinorm

E) Pankreatin
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
67) Hansı preparatın tərkibində ürək qlükozidləri yoxdur?
A) Kordigit

B) Korqlikon

C) Ergotal

D) Lantozid

E) Adonizid
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
68) Heyvanların müxtəlif orqan və toxumalarından alınan preparatlar necə adlanır?
A) Orqanopreparatlar

B) Hipolipidemik preparatlar

C) Antibiotiklər

D) Antiseptiklər

E) Protektorlar
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
69) Pantokrin hansı heyvanın buynuzlarından alınır?
A) Maral

B) Keçi


C) Qoç

D) Öküz


E) Cüyür
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
70) Göstərilən mərhələlərdən hansı poroşokların hazırlanma texnologiyasına aid deyil?
A) Dozalama

B) Bükmə


C) Həlletmə

D) Xırdalama

E) Qarışdırma
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005
71) Hansı maddələr boyayıcı maddələrə aiddir?
A) Bor turşusu, prokain (novokain)

B) Butadion, furasilin

C) Akrixin, streptosid

D) Metilen abısı, etakridin laktat (rivanol),

E) Metilen abısı, analgin
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005
72) 150 ml 5%-li qlükoza məhlulu hazırlamaq üçün neçə qram qlükoza lazımdır?
A) 15,0

B) 10,0


C) 50,0

D) 7,5


E) 12,5
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005
73) Hansı maddə Ringer məhlulunun tərkibinə daxil deyil?
A) Kalsium xlorid

B) Natrium xlorid

C) Natrium hidrokarbonat

D) Qlükoza

E) Kalium xlorid
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005
74) Linimentlər hansı dərman formalarına aiddir?
A) Qazabənzər dərman formalarına

B) Bərk dərman formalarına

C) Suppozitoriyalara

D) Yumşaq dərman formalarına

E) Maye dərman formalarına
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı, 2005
75) Suppozitoriya əsası kimi nədən istifadə olunur?
A) Günəbaxan yağı

B) Badam yağı

C) Kakao yağı

D) Şaftalı yağı

E) Vazelin yağı
Ədəbiyyat: В. М. Грецкий, В. С. Хоменок. Руководство к практическим занятиям по технологии лекарственных форм. Москва « Медицина» 1991
76) Naşatır cirə damcısının tərkibində hansı efir yağı vardır?
A) Şüyüd yağı

B) Çobanyastığı yağı

C) Qızılgül yağı

D) Nanə yağı

E) Cirə yağı
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
77) Tərkibində fitonsidlər olan dərman bitkisi hansıdır?
A) Subibəri

B) Bağayarpağı

C) Çaytikanı

D) Boymadərən

E) Sarımsaq
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
78) Hansı bitkilərdən dəmləmə və bişirmələr 1:400 nisbətində hazırlanır?
A) Bitkilərin yumşaq hissələrindən

B) Bitkilərin sərt hissələrindən

C) Zəif təsirli dərman bitkilərindən

D) Güclü təsirə malik dərman bitkilərindən

E) Zəhərli dərman bitkilərindən
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
79) Natrium duzları alovun rəngsiz təbəqəsini hansı rəngə boyayır?
A) Mavi

B) Tünd-qırmızı

C) Qəhvəyi

D) Yaşıl


E) Sarı
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979
80) Xloridlərlə Ag NO3 arasında gedən reaksiya nəticəsində hansı çöküntü əmələ gəlir?
A) Sarı kristallik

B) Ağ həlməşik

C) Çəhrayı kristallik

D) Sarımtıl amorf

E) Yaşıl kristallik
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979


Yüklə 379,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə