hissəsinin də daxil olduğu Gilan vilayəti ilə qonşu olan
Təbəristan vilayətinin hakimi vəzifəsində çalışması
müəllifin bu ərazi haqqında məlumatlarının daha dəqiq
olacağı ehtimalını yaradır. Təbəristan ( u ЧЈЧы
ј
и-^ )
Xəzər dənizinin cənubunda yerləşən vilayətlərdən biri
olmuşdur. Bu vilayət şərqdən Curcan, cənub-şərqdən
Xorasan, cənubdan Rey, cənub-qərbdən Cibəl, qərbdən
Gilan vilayəti ilə həmsərhəd idi. Orta əsr tarixçilərinə
görə Təbəristanın əsas şəhəri Sarij^ə olmuşdur.
Müəyyən edilmişdir ki, Təbəristan vilayətinin ərazisi
İran
İslam
Respublikasının
indiki
Mazandaran
vilayətinin ərazisini əhatə edirdi. Buraya onun həmçinin
bir müddət əl-Cibəl vilayətində poçt rəisi10 olmasını da
əlavə etsək fikrimizi bir daha təsdiqləmiş olarıq. Cibəl
vilayəti o zaman Xilafət üçün mühüm strateji
əhəmiyyətə malik bir ərazi idi. Belə ki, bura Xilafət
qoşunlarının həm “yəcuc torpaqlarf’na (Orta Asiyaya),
həm də Azərbaycana, Bizansa, Xəzər ölkəsinə axınları
üçün uzun müddət dayaq nöqtəsi olmuşdur. Vilayət
şimaldan Gilan və Təbəristanla, şərqdən Rey vilayəti,
cənubdan Xuzistan, qərbdən Azərbaycan və İraqi-Ərəb
ilə həmsərhəd idi. Cibəlin əsas şəhəri bir zamanlar
“Böyük Madi” dövlətinin paytaxtı olmuş Ekbatana -
Həmədan şəhəri olmuşdur.
Vilayət İran İslam
Respublikasının
indiki
Tehran,
Qəzvin,
Qum,
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
10 N. Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan
haqqında, B. , 1974, s. 14.
- 14-
Həmədan, Zəncan ostanlarmın torpaqlarını əhatə
etmişdir 11.
İbn Xordadbeh “Yollar və məmləkətlər haqqında
kitab”ında Taylasan torpaqlarına aid olan daha bir
ərazinin Bacirəvanm da adını çəkmişdir. O, dövrə aid
digər tarixçilər rəvayətlərə əsaslanıb yazmışlar ki,
burada dirilik bulağı olmuşdur. Nailə Vəlixanlı
Bacəravan şəhərini lokalizasiya edərkən bu şəhərin
Şirvan yaxınlığındakı şəhərlərdən birinin adı olduğunu
yazmışdır. Qeyd etmək lazımdır ki, əslində, Bacirəvan
şəhəri Azərbaycan Respublikasının indiki Cəlilabad
rayonu ərazisində yerləşmişdir. Hətta indinin özündə də
Bacirəvan şəhərinin qalıqları və Bacirəvan kurqanları
Cəlilabad
rayonu
ərazisində
qalmaqdadır.12
Azərbaycanın ən qədim tarixi ərazilərindən olan indiki
Cəlilabad rayonu ərazisində ərəblərin gəlişinə qədər
Bacirəvandan bir az aralıda daha başqa bir şəhər də
olmuşdur. Təəssüflər olsun ki, bu şəhər haqqında ərəb
mənbələrində
məlumat
demək
olar
ki,
saxlanılmamışdır. Lakin digər mənbələrdən məlumdur
ki, Həməşərə şəhəri eramızdan əvvəl II minillikdə
formalaşmağa başlamış və mövcudluğunu ərəb işğalları
dövrünə qədər saxlamışdır.
www.azwikapedia.org saytında Cəlilabad rayonunun
tarixinə həsr olunmuş məqalədə yazılır:
“Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan
əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
11 Bax: xəritə Si ostan İran, Tehran, 2006.
12 www.azwikapedia.org
- 15 -
hündürlüyündə
möhtəşəm
qala
ilə
əhatə
olunduğu
göstərilmişdir. Ərəblərin Azərbaycana hücumundan sonra
Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri
məhşurlaşmışdır
.
Xordadbehin adını çəkdiyi Bacəravan sözünün
mənasına gəldikdə isə bu söz yerli taylasanlıların
dilində “ayrılan yolların qarşısı” və ya “ayrılan yolların
başlanğıcı” mənasını vermişdir. Yəni, talış dilində “ba”
(“və”) - “qarşı” , “со” - “ayrı”, “rovon” və ya “roon” -
“yollar” mənasını verir. Diqqət yetirdiyimiz zaman da
görə bilərik ki, həqiqətən də bu ərazi şimala gedən əsas
ticarət yollarının üzərində yerləşir və yollar ayrıcıdır.
Həmçinin digər bir ərəb - coğrafiyaşünas səyyahı
əl-Müqəddəsinin İbn Xordabeh haqqında fikirləri də
maraq doğurur.
Əl-Müqəddəsi göstərir ki, İbn
Xordadbeh “xəlifənin vəziri idi və Əmirəlmöminin
kitabxanasında saxlanılan elmi sərvətlərdən tam istifadə
etmək hüququna malik idi.”1
3
14 Onun “Kitab əl-masalik
və əl-mamalik” (“Yollar və məmləkətlər haqqında
kitab”) əsəri Azərbaycan, o cümlədən Talış bölgəsinin
tarixi və tarixi-coğrafiyası üçün çox mühüm mənbədir.
Əsər əsasən Xilafətdə yerləşən yollar və marşurutlar
haqqındadır. Xordadbeh Azərbaycanı və o cümlədən,
Taylasanı (Talışam) “əl-Cərbi” adlandırdığı “şimal
ölkələri” qrupuna daxil etmişdir. Bəzi tarixçilər İbn-
Xordadbehin “əl-Cərbi şimal ölkəsidir və məmləkətin
V
a
-ni əhatə edir.” cümləsini təhlil edərkən “əl-
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
13 Yenə orada.
14 Bax: xəritə Si ostan İran, Tehran, 2006.
- 1 6 -
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
Cərbi”nin yalnız Xilafətin şimal vilayətlərinə aid
olduğunu qeyd edirlər. Lakin apardığımız tədqiqatlar
göstərir ki, bu fikir doğru deyildir. Çünki əl-Cərbi
yalnız Xilafətin şimal vilayətləri mənasında işlənsəydi
Xordadbeh bu dövrdə hələ Ərəb Xilafətinə tabe
olmayan Xəzər, Alan, Səqalib, İber torpaqlarını “əl-
Cərbinin tərkibində verməzdi. Deməli, İbn Xordadbeh
“əl-Cərbi” yazarkən Xilafətə tabe olan deyil, o zaman
ərəblərə məlum olan şimal torpaqlarından bəhs
etmişdir.
İbn Xordadbeh “əl-Cərbi” ölkələrindən bəhs edərkən
buraya Ərməniyyə, Azərbaycan, ər-Rey, Dumvənd,
Təbəristan, ər-Ruyan, Amul, Sariyə, Şalus, əl-Lariz,
əş-Şirriz, Tamis, Dehistan, əl- Kəlar, Cilan (Gilan),
Bədəşvərcar torpaqlarını daxil edir. Tədqiqatlar göstərir
ki, bu zaman bu torpaqların demək olar ki, hamısı
Xilafətə tabe edilmişdi.
Ət-Taylasan torpaqlarının adını isy Xordadbeh “əl-
Cərbi”yə daxil olan, lakin Ərəb Xilafətinə tabe
olmayan, müstəqil torpaqlar sırasında çəkir. O, yazır:
“Burada əl-Bəbr, ət-Taylasan, əl-Xəzər, əI-Lan (Nailə
xanım Vəlixanlıya görə XII əsrə qədər Şimali Qafqazda
yaşamış İranmənşəli alanların torpaqları.), əs-Səqalib
(slavyanlar), əl-Əbr (İber).”
Tarixdən də məlum olduğu kimi, alan, slavyan, və
iber torpaqları ərəb fıituhatına məruz qalmamış və bu
xalqlar islamı qəbul etməmişlər. Xəzərlər isə daha çox
iudaizmə meyilli olmuş və hətta Ərəb Xilafəti ilə uzun
illər
amansız
müharibələr
də
aparmışlar.
Bu
müharibələf-ə^əiifə I Validin hökümranlığı illərindən
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
- 1 7 -