Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a


I  bölmə. IX əsr müəlliflərinin Talış haqqındakı



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   2   3   4   5   6   7   8   9   ...   19

I  bölmə.

IX əsr müəlliflərinin Talış haqqındakı 

qeydlərinin təhlili

IX  əsrdə  yaşayıb-yaratmış  ərəb  coğrafiyaşünas 

səyyahlarının  əsərlərində  əks  olunmuş  məlumatların 

təhlilinə 

başlamazdan 

əvvəl, 


Azərbaycan 

və 


ümumilikdə Xilafətdə  o  zaman mövcud  siyasi,  iqtisadi, 

ictimai, mədəni proseslərə nəzər salmaq yerinə düşərdi.

Bu  zaman  Xilafət  taxtı  Abbasilərin  əlində  idi. 

Abbasilərin  Xilafət  taxtına  sahib  olması  islam 

dünyasında böyük dəyişikliklərə  səbəb  olmuşdu.  750-ci 

ildə  Abbasilərin  hakimiyyət  başına  keçməsindən  sonra 

soy  kökləri  ilə  Peyğəmbər  səlavətullahın  xanədanına 

bağlı  olan  Abbas  və  Əli  oğulları  arasında  ziddiyyətlər 

kəskinləşdi  və  onlar  bir-birilərinə  düşmən  oldular.  O 

zamandan  başlayaraq  müsəlmanların  rəhbər  seçimində 

təfriqə  daha da gücləndi.  Rəhbər  seçimində  demək olar 

ki, müsəlmanlar 2 hissəyə ayrıldılar:

I.  Abbasi  hakimlərinin  “əmir-əl-mömün”lüyünü  həm 

zahirdə, həm də batində qəbul edənlər.

II.  Abbasilərin  “əmir-əl-mömün”lüyünü  üzdə  qəbul 

edib,  batində  peyğəmbərin  nəslindən  olanları  (Əli 

oğullarını) rəhbər hesab edənlər.

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 1 0 -


IX əsrdə hakimiyyətdə  olmuş Abbasi xəlifələrinin ən 

məhşurlan bunlardır:

1.  Harun  ər-Rəşid  (170  hicri-qəməri/786  miladi  -   193 

hicri-qəməri/809 miladi)

2. Məhəmməd Əmin (809-813 miladi)

3.  Abdullah əl-Məmun  (193  h.q./809 m.  -  218  h.q./833 

m.)

4.  Əl-Mötəsim (218 h.q./833  m. -  227 h.q/842 m.)



5.  Mötəsimin oğlu Vasiq (227 h.q/842 m. -  232 h.q/847 

m.)


6.  Vasiqin  qardaşı  Mütəvəkkil  (232  h.q/847  m.  -   248 

h.q/861  m.)

7.  Mütəvəkkilin oğlu Müntəsir (248 h.q/861-862)

8.  Müntəsirin  əmisi  oğlu  Müstəin  (248  h.q/862  m.  -  

252 h.q./866 m.)

9. Əl Mötəzz Billah (252 h.q./866 m . -  255 h.q/869 m.) 

Diqqətlə  nəzər yetirdikdə  görmək olur ki,  iki  Abbasi

xəlifəsi  Məhəmməd Əminin və  Abdullah  əl  Məmunun 

hakimiyyətnin  ilk  illəri  üst-üstə  düşür.  İş  burasındadır 

ki,  xəlifə  Harun  ər-Rəşid  öldükdən  sonra  vəsiyyətinə 

görə,  onun  böyük  arvadı  Zibeydədən  olan  oğlu  Əmin 

taxta çıxarılmışdı.  Xilafətin  şərq  əyalətləri  isə  xəlifənin 

anası  fars  olan  digər  oğlu  Mə'munun  ixtiyarına 

verilmişdi.  Elə  ilk  günlərdən  qardaşlar  arasında  gərgin 

mübarizə  gedirdi.  Mübarizədə  Mə'mun  qələbə  qazanır. 

Lakin  Mə'munun  apardığı  fars  təmayüllü  siyasətə  qarşı 

çıxan  Əmin  tərəfdarları  da  dinc  oturmurlar.  Nəhayət, 

Mə'mun  ərəblərin  maraqlarını  nəzərə  alaraq,  siyasi 

kursunu  dəyişib,  819-cu  ildə  paytaxtı  Xorasandan

Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- ll  -



Bağdada keçirdikdən  sonra çəkişmələrə  son  qoyulur və 

yalnız  bu  vaxtdan  e'tibarən  o,  xilafətin  daxili  işləri  ilə 

məşğul olmaq imkanı qazanır8.

Yuxarıda qeyd edildiyi kimi,  şiə  müsəlmanları Abbasi 

xəlifələrinə  deyil,  Peyğəmbər  nəslindən  olan  İmamlara 

beyyət  edirdiLu.  IX  əsrdə  yaşamış  şiə  imamları 

aşağıdakılardır:

1.  VII  İmam  -  Museyi  Kazım  aleyhissəlam  (128 

h.q/746 m. -   183  h.q/800 miladi.)

2.  VIII  İmam  -   Rza  əleyhissəlam  (148  h.q./765  m 

-2 0 3  h.q./818 m.)

3.  IX  İmam  —

  Məhəmməd  Təqi  əleyhissəlam  (195 

h.q/811  m .-2 2 0  h.q/835 m.)

4.  X  İmam  -   Əliyyən  Nəqi  əleyhissəlam  (212 

h.q./828 m. -  254 h.q./868 m.)

5.  XI İmam —

 Həsən Əskəri əleyhissəlam.

IX  əsrin  əvvəllərində  Xilafətdə  başlanan  narazılıqlar 

əsrin  ortalarına  doğru  kuliminasiya  nöqtəsinə  çatdı. 

Xürrəmilər  hərəkatı  isə  Abbasilərə  ciddi  zərbə  vurdu. 

IX  əsrin  sonlarında  Xilafətdə  separatizm  meylləri 

gücləndi.  Yerli  hakim  və  canişinlərin  hər  biri  mərkəzi 

hakimiyyətin  üzləşdiyi  çətinliklərdən  istifadə  edərək 

ayrılmağa,  yarımmüstəqil  və  yaxud  müstəqil  dövlət 

qurumu  yaratmağa  can  atırdı9.  Mərkəzi  hakimiyyətdən 

ayrılan  ilk  ölkələr  sırasında  Mərakeş,  Əlcəzair,  Tunis, 

Liviya, İranla yanaşı Azərbaycanın da adı çəkilir.

/

f

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

8 az.wikipedia.org

9 Azərbaycan tarixi, 7 cilddə II cildi, B. ,  1998, s. 283  .

-  1 2 -


Bütün 

bu 


proseslərə 

baxmayaraq 

IX 

əsrin 


ortalarından başlamış -  X  əsrin  ortalarına qədərki  dövr 

“Müsəlman  mədəniyyəti”nin  tərəqqi  dövrüdür.  Ərəb 

Şərqinin  mədəni  və  elmi  mərkəzləri  Bağdad,  Kufə, 

Bəsrə,  Dəməşq,  Qahirə  kimi  şəhərlər  idi.  Müxtəlif 

ərazilərdə  yeni-yeni  təhsil  ocaqları,  kitabxanalar 

yaradılırdı.  Bununla  bağlı  olaraq  tarix  elmləri  doktoru 

Nailə  xanım  Vəlixanlı  7  cildlik “Azərbaycan tarixi”nin 

II  cildində  dövrün  elm  və  fəlsəfi  fikir  tarixi  bəhsində 

qeyd edir:

“Artıq IX əsrdən başlayaraq Xilafətin ən böyük şəhərləri  - 

Dəməşq,  Bağdad,  Hələb,  Bəsrə,  o  cümlədən  Azərbaycanın 

Ərdəbil, Marağa, Şamaxı və b.  təhsil ocaqları, kitabxanaları, 

məsçidləri olan mədəni mərkəzlərə çevrildilər.”

Xilafətdə  bu  zaman  digər  elmlərlə  yanaşı  tarix  və 

coğrafiya elmləri daha sürətlə inkişaf edirdi.  Artıq qeyd 

edildiyi  kimi,  bu  cəhətdən  dövrün  coğrafiyaşünas 

səyyahlarının 

əsərlərində 

talış 

torpaqlarının 



və 

ümumilikdə, Azərbaycanın tarixi və tarixi coğrafiyasına 

aid qiymətli məlumatlar vardır.

Dövrümüzə  qədər  əsəri  gəlib  çatan  ilk  ərəbdilli 

coğrafiyaşünas  —

  səyyahı  Əbul-Qasim  Übeydullah  ibn 

Abdullah  ibn  Xordadbehdir  (  205-ci  hicri-qəməri/820 

miladi ili -  300-cü hicri-qəməri/912-ci miladi ili).  Adlı- 

sanlı  İranlı  ailəsində  anadan  olmuş  İbn-Xordabeh 

Bağdadda  təhsil  almışdır.  Onun  atası  xəlifə  Abdullah 

əl-Məmunun hakimiyyəti illərində bir 

müddət Təbəristanın hakimi  vəzifəsində  çalışmışdır.  O, 

özü  də  Xilafətdə  bir  çox  yüksək  vəzifələri  tutmuşdur. 

Bir  müddət  atası  kimi  onun  da  Talış  torpaqlarının  bir



ə  r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a   .

- 1 3   -




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə