E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə3/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   2   3   4   5   6   7   8   9   ...   121

 
8
Sahəvi terminoloji aydınlığı  təmin etmək məqsədi ilə  tədqiqat işində neft iqtisadiyyatı 
sferasında geniş  işlədilən eksklyziv istilah və anlayışların  şərhini  əks etdirən lüğət təqdim 
olunmuşdur. 
Vahid struktur kompozisiyasında tərənnüm olunan tədqiqat işinin I, III, IV, V, VII və VIII 
fəsilləri Z.S.Abdullayev, II, VI, IX, X, XI və XII fəsilləri isə E.M.Hacızadə  tərəfindən 
işlənmişdir. Giriş, nəticələr və
 
spesifik istilah və anlayışlar lüğəti müəllif tədqiqatlarının birgə 
məhsuludur. 
Tədqiqat işində dünya və milli neft-qaz industriyasında meylləşən dəyişikliklərə, neft 
təsərrüfatının iqtisadi modernizasiyası problemlərinə müəlliflər ümumi olmaqla yanaşı, həm də 
bir sıra aspektlərdə alternativ yanaşma və fərqli statistik, informatik mənbələrə istinad təzahürü 
də nümayiş etdirmişlər. Elmi-tədqiqat araşdırmalarını  əks etdirən monoqrafiya təhsil sferası, 
enerji kompleksinin mütəxəssisləri, iqtisadçılar və habelə geniş peşəkar oxucu kütləsinin 
istifadəsi üçün nəzərdə tutulur. 
 


 
9
I HİSSƏ 
KARBOHİDROGEN EPOXASI VƏ MÜASİR 
İNDUSTRİAL İQTİSADİYYAT 
 
I FƏSİL 
AZƏRBAYCANIN KARBOHİDROGEN PESURSLARI VƏ HASİLATIN 
İNKİŞAF MƏRHƏLƏLƏRİ 
 
1.1. Maddi istehsal sahələri və onlarin Azərbaycanda təşəkkül prinsipləri 
 
Cəmiyyətin mövcudluğu və  tərəqqisi üçün maddi nemətlərin yaradılması istehsalda 
təcəssüm olunur. Əsas meyarı əmək vasitələri olmaqla təbiət cisimlərinə təsir göstərərək istehsal 
prosesi maddi formada təzahür edir və inkişaf tapır. Maddi istehsal cəmiyyət həyatının bütün 
sferalarında xalq sərvətinin yaradılmasının  əsas mənbəyini təşkil edir. Bu məqsədlə 
iqtisadiyyatın bütün sahələrində maddi istehsalı  təmin edən strukturlar formalaşdırılır. 
Azərbaycanda da mövcud təbii sərvətlərdən səmərəli istifadə etmək məqsədi ilə bir sıra maddi 
istehsal sahələri yaradılmış  və inkişaf etdirilmişdir. Ölkəmizdə geniş intişar tapmış  əsas maddi 
istehsal sahələrinə aşağıdakılar aiddir: 
Neft sənayesi - nef və qaz yataqlarının kəşfiyyatını, neft-qaz quyularının qazılmasını, neft 
və qazın hasilatını  və emalını, xam neftin, neft məhsullarının və  təbii qazın nəqlini  əhatə edir. 
Dünyanın  ən qədim neft rayonlarından olan Abşeron yarımadasında qeyd etdiyimiz kimi ta 
qədimdən neft çıxarılmış  və qaz hasil edilmiş, onlardan müxtəlif məqsədlər üçün istifadə 
edilmişdir. Lakin Azərbaycanda neft sənayesinin  əsası 1871-ci ildə qoyulmuşdur. Həmin ildə 
artıq Bakı  şəhərinin yaxınlığındakı Balaxanı  kəndində mexaniki üsulla qazılmış ilk neft 
quyusundan gündə 700 pud xam neft çıxarılırdı. 1872-ci ildə neft sənayesində icarə sisteminin 
ləğvi yerli və xarici kapitalın yüksək mənfəət təmin edən neftqazçıxarma sənayesinə sürətli axını 
üçün əlverişli şərait yaratdı. Azərbaycanda istismar olunan neft quyularının sayı 1873-cü ildə 9-
dan 1901-ci ildə 1740-a, orta dərinliyi 53 metrdən 365 metrə, neft hasilatı 3,9 min puddan 667,1 
min puda, yaxud 10,67 miliyon tona qədər artdı. Yerli və xarici neft inhisarları meydana gəldi. 
XIX əsrin sonunda Azərbaycan neft hasilatına görə ABŞ-nı ötüb keçdi və 1898-ci ildə dünyada 
birinci yerə  çıxdı. Lakin, çox çəkmədən qlobal siyasi və iqtisadi hadisələr çevrəsində yüksək 
mənfəət götürmək ehtirası neft yataqlarının ekstenisiv istismarı ilə müşayiət olunaraq 
Azərbaycanda hasilatı 1913-cü ildə 7,7 milyon tona, 1920-ci ildə isə 2,9 milyon tona endi. 
1920-ci ildən sonra Azərbaycanda neft sənayesini inkişaf etdirmək üçün Azərbaycan neft 
komitəsi /Azərneftkom/ təşkil edildi və  həmin komitənin qarşısında neft sənayesinin yenidən 
qurulması  vəzifəsi qoyuldu və bu neft hasilatının artırılmasına təkan verdi. Artıq 1927-1928-ci 
illərdə neft çıxarılması 1913-cü il səviyyəsini ötüb keçdi və beləliklə  də Azərbaycan neft 
sənayesinin yeni dövrü başlandı. 1940-cı ildə Azərbaycan neft sənayesi keçmiş SSRİ neft 
hasilatının dördə üç hissəsi qədər neft verdi. Böyük vətən müharibəsindən sonra Azərbaycanın 
neft sənayesinin inkişafında yeni mərhələ başlandı. 1948-ci ildə  Xəzərdə, açıq dənizdə neft-
mədən estakadaları tikilməyə başlandı. 1949-cu ildə Neft daşlarında qazılmış ilk quyu güclü neft 
fontanı ilə istismara daxil edildi. Azərbaycan neft sənayesinin inkişaf mərhələri haqqında bu 
fəslin üçüncü paraqrafında daha ətraflı danışılır. 
Qaz sənayesi - təbii qaz yataqlarının kəşfiyyatı, istismarı, təbii qazın boru kəmərləri 
vasitəsi ilə uzaq məsafələrə  nəql edilməsi, təbii qazın emalı, xalq təsərrüfatının müxtəlif 
sahələrinə  və kommunal-məişət təsərrüfatına qaz verilməsini reallaşdırır. Azərbaycan qaz 
sənayesinin yaradılması  və inkişafı ötən  əsrin  əvvəllərindən başlanmışdır. Bu proses 1920-ci 
ildən sonrakı dövrdə yeni qaz yataqlarının kəşfi və istismarı ilə daha sürətlə inkişaf etmişdir.  Bu 
dövrdə Qaradağ, Zirə, Siyəzən kimi mühüm qaz yataqları kəşf edilmiş və həmin yataqlar istimara 
verilmişdir. Respublikamızda 1928-ci ildə - 0,17, 1940-cı ildə - 2,5, 1950-ci ildə - 1,23, 1960-cı 


 
10
ildə - 5,84, 1970-ci ildə - 5,52, 1980-cı ildə - 15,2, 1990-cı ildə - 9926, 2000-ci ildə 6286 və 
2002-cu ildə 5835 miliyon m
3
 təbii qaz hasil edilmişdir. 
Neftçıxarma - neftin və onunla birgə çıxan qazların Yer təkindən çıxarılması, toplanması 
və qabaqcadan emala hazırlanması, yəni sudan və  bərk qatışıqlardan təmizlənməsi prosesidir. 
Dünyada hasil olunan neftin demək olar ki, çox hissəsi yüksək təzyiqli polad borularla 
bərkidilmiş quyulardan çıxarılır. Nefti və onunla birlikdə  çıxan qazları  və suyu Yer səthinə 
qaldırmaq üçün quyuda qaldırıcı borular, mexanizmlər və lay təzyiqinə hesablanmış bağlayıcı 
armaturdan ibarət hermetik sistem yaradılır.  Əvvəllər neft primitiv üsullarla - açıq su 
hövzələrinin səthindəki nefti toplamaqla, neft hopmuş əhəngdaşı və ya qumdaşını emal etməklə, 
yaxud dayaz quyulardan çıxarmaqla hasil edilirdi. Abşeron yarımadasında neft, qeyd etdiyimiz 
kimi, hələ çox qədimdən dayaz quyulardan çıxarılırdı. 1825-ci ildə Bakıda 120 quyudan 4126 
ton, 1862-ci ildə isə 220 quyudan 5480 ton neft çıxarılmışdır. X1X əsrin 60-cı illərində 
neftçıxarmada qaldırıcı alət kimi dolamaçarxdan istifadə edilirdi. Sonralar neftçıxarmada nasos 
qurğularından istifadə olunmağa başlandı. Abşeron yarımadasında qazma quyuları vasitəsilə neft 
hasilatı X1X əsrin 60-cı illərindən daha geniş  tətbiq olunmağa başlandı. Bu dövrdə 
neftçıxarmada qaldırıcı alət kimi dolamaçıxarmadan istifadə edilirdi. Sonralar neftçıxarmada 
nasos qurğularından istifadə edildi. Nasosla neftçıxarma ilk dəfə 1865-ci ildə ABŞ-da, 1876-cı 
ildə Bakıda, 1895-ci ildə isə Qroznıda tətbiq edildi. 1886-cı ildə V.Q.Şuxovun təklif etdiyi 
kompressor üsulu ilə neftçıxarma Bakı mədənlərində 1897-ci ildə sınaqdan keçirilmişdir. Nefti 
quyudan çıxarmaq üçün qazlift üsulunu 1914-cü ildə M.M. Tixvinski təklif etdi. Hazırda neft 
quyudan fontan, nasos və kompressor üsulları ilə çıxarılır. 
Neftayırma - neft emalı  və neft məhsulları istehsalı ilə  məşğul olan zavodları özündə 
birləşdirir. Azərbaycanda X1X əsrin ikinci yarısından neft yataqlarına və neftdən daha qiymətli 
məhsullar almaq məqsədilə onun emalına böyük maraq göstərilməyə başlanmışdır. Hələ 1837-ci 
ildə Bakı yaxınlığındakı Balaxanı kəndində neftayırma zavodu, 1861-ci ildə Suraxanıda sənaye 
sahibkarı Kokorev məşhur rus kimyaçısı D.İ.Mendeleyevin məsləhəti ilə kerosin zavodu 
yaratmışdı. 1863-cü ildə mühəndis Cavad Məlikov Bakıda neft emalı zavodu tikdirmişdir. 1866-
cı ildə Bakıda təqribən 100 min pud kerosin istehsal olunmuşdur. 1868-ci ildə şəhərdə artıq 23 
kiçik neftayırma zavodları  fəaliyyət göstərirdi. 1875-ci ildə Bakıda neft emalı müəssisələrinin 
sayı 62-yə, kerosin istehsalı isə 848,7 min puda çatdırıldı. Bu müəssisələrin  əksəriyyəti 
cəmləşdiyi ərazi «Qara şəhər» adlandırılmağa başlandı. 1883-cü ildə D.İ.Mendeleyevin təklifi ilə 
«Nobel qardaşları» zavodunda neft emalını sürətləndirmək məqsədi ilə ilk dəfə olaraq batareya 
ilə  işləyən kub formalı cihaz-qurğu istifadəyə verildi və digər zavodlar tədricən bu üsulla neft 
emalına keçdi. Artıq 1900-cu ildə Bakıda 66 kerosin, 18 kerosin-yağ, 3 yağ, 4 benzin, 2 qudron 
və bir surroqat zavodu var idi. XX əsrin əvvəllərində Rusiyada başlanmış siyasi-iqtisadi böhran 
neft sənayesində  də özünü göstərdi. Azərbaycanda neft sənayesi müəssisələrinin sayı 91-dən 
/1901/ 53-ə /1915/, kerosin istehsalı 128,3 miliyon puddan /1900/ 73,4 miliyon puda /1914/ endi. 
Neft sənayesində xarici kapitalın rolu böyük idi. Təkcə kerosin istehsalının 75%-i «Nobel 
qardaşları» şirkətinin payına düşürdü. 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün neft emalı müəssisələri 
milliləşdirildi. Sovet hakimiyyətinin ilk illərində bütün neft təsərrüfatı kimi neft emalı 
müəssisələri də dağınıq halda idi. Bu zaman cəmi 18 neft emalı müəssisəsi fəaliyyət göstərirdi ki, 
onların da əksəriyyəti yarı gücü ilə işləyirdi. 1920-ci ildə neft emalı 1913-cü il səviyyəsinin 41%-
ni təşkil edirdi. Sovet hakimiyyəti qurulduqdan sonra neft emalı müəssisələrinin bərpasına, 
texniki cəhətdən yenidən qurulmasına başlandı. 1927-ci ildə keçmiş SSRİ-də ilk dəfə olaraq 
Bakıda güclü borulu müvafiq qurğu tikilib işə salındı. 1940-cı ildə benzin istehsalı 1913-cü il 
səviyyəsini 39 dəfə ötdü. 1953-cü ildə nəhəng Yeni Bakı neftayırma zavodu /YBNZ/ işə düşdü. 
Bununla yanaşı digər neftayırma zavodları da yenidən quruldu, müasir texnika ilə təhciz edildi. 
1976-cı ildə neftayırma zavodunda geniş texniki imkanlı ELOU-AVT qurğusu işə düşdü. 
Katalitik riforminq üsulu ilə benzin istehsal edən və ilkin qaydada neft emal edən bu texnoloji 
qurğular kompleksi Azərbaycan neft sənayesinin  əsaslı surətdə yenidən qurulmasına və yeni 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə