240
təsərrüfatı qəsb etmiş və bu fəaliyyət indi kosmik fazaya da çıxış tapmışdır. İnsanın
texnogen
fəaliyyəti ekolojii tarazlığın pozulması ilə müşayiət olunur. Bu pozulmanı təbiət özü bərba etmək
gücündə deyildir. Məşhur fransız alimi J.Dorstın təbirincə «təbiəti mühafizə sahəsində ən ümdə
problem bizim növümüzü özümüzdən müdafiə etməklə bağlıdır».
53
Müasir mərhələdə ekologiya sahəsində
ətraf təbii mühitə zərər adlı yeni bir anlayış
dövriyyədədir. Planetin hazırkı düzümündə potaloci halların 95%-i ƏTMZ ilə bağlıdır.
İnsanın texniki sivilizasiyon fəaliyyəti başlanandan bəri Yer planetində
meşələrin 1/3 hissəsi məhvə yuvarlanmışdır. Hazırda planetin quru hissəsinin 1/10-i
qeyri-məskun ərazi təşkil edir. Antarktida və Qrelandiya tamamilə qeyri-məskun
zonadır. Dünyanın yarısında 1 kvadrat kilometr əraziyə bir adam düşür. Böyük
arealda bu rəqəm 50 nəfər təşkil edir.
Elm və texnikanın inkişafı biosferə daha güclü və intensiv təsir etməkdədir. Bu baxımdan
təbii və sosial-humanitar vəhdəti ifadə edən antrokosmik biosferin yeni keyfiyyətli, canlı və
ağıllı mərhələyə,
neosferaya keçidi cəmiyyətin təbiətə daha dərin təsirində xüsusi reallıq kimi
çıxış edir.
Təbii sərvətlərdən istifadədə surətli inkişaf templəri ekoloji tarazlığın pozuntulu
təzahürlərini artıraraq, təbiətin özünü tənzimləmə və təmizləmə xassəsinin məhdudlaşmasında
əks olunur. Texnoloji inqilablar cəmiyyətin rifahının yüksəlişinə əsaslı təsir
etdiyi qədər də,
müəyyən nisbətdə ətraf mühitin çirklənməsində mənfi meylli amilə çevrilmişdir. Bununla belə,
ekoloji təhlükəsizlik insan fəaliyyətinin bütün sferalarına sirayət edən problem kimi ciddi
nəzarətə alınmışdır. Məhsuldar qüvvələrin sürətli inkişafının təbiətə nüfuz aspekti dünyanın
bütün məmləkətlərində ekoloji təhlükəsizlik indikatorlarının işlənib hazırlanmasında təcəssüm
olunmaqdadır. Çətin və mürəkkəb, lokal olduğundan daha çox qlobal səviyyə daşıyan problemin
həlli indi nüfuzlu beynəlxalq yığıncaqların əsas müzakirə mövzularındandır.
Ekoloji aspektdə müxtəlif inkişaf tipləri mövcuddur. Ekoloji məhdudiyyətləri nəzərə
almayan istehsal vasitələrinin istifadəsinə əsaslanan təbii tutumlu inkişaf,
texnogen tipdə əksini
tapır. Bu frontol iqtisadiyyat tipi ilə xarakterikdir.
Yəni bu zaman geniş məkanda, bol resurslar
şəraitində resursların izafi istismarı həyata keçirilir. Bu təzahür Azərbaycan neft sənayəsinə də
xas olmuşdur. Digər inkişaf tipi
ekotopi konsensiyası, həyatı standartları kiçik olan, ETT-dən
imtina ilə bağlıdır.
Dayanaqlı inkişaf tipi dünyada prioritet tərəqqi kimi qəbul olunur. Bu
konsepsiyaya görə, gələcək nəsillərə əlavə xərclər qalmır. Təkrar istehsal daim genişlənir, xarici
effektlər minimuma enir.
«Qlobal düşün, lokal hərəkət et» prinsipi ilə çıxış edən Roma klubu liderlərinin 1992-ci
ildə Rio-De-Caneyrada keçirilən konfransda «istehsal artımının məhdudlaşdırılması, yeni
keyfiyyətli pilləyə, iqtisadi artımın dayanıqlı inkişafına» qədəm qoymasını gündəmə gətirmişlər.
Müvafiq strategiyada hazırlanmış qanunların çeşidi isə olduqca çoxşaxəli və geniş spektrlidir.
BMT-də qəbul olunmuş «davamlı inkişaf» konsepsiyası isə qədəm qoyduğumuz əsrin həyat
tərzini ifadə edən ən ümdə qanun kimi qiymətləndirmək olar. Belə addımı sosial-iqtisadi
inkişafın yeni mərhələsi, «postindustrial epoxası» da adlandırırlar.
Dünyəvi tərəqqi və bəşəri
maraqların mərkəzində dayanaraq ətraf mühitə minimal zərərlə optimal inkişafa nail olma,
dayanaqlı inkişafın konsepsiyasının təməlini təşkil edir. Əlbəttə, monoton keçən həyatımızın
təbii radikal dəyişikliklərə ehtiyacı vardır. Durumun təbii iqtisadi artımının məhdud qurulması
Allahın iradəsinə müvafiq gəlməyən hipotetik perspektivdir. Qloballaşma obyektiv prosesidir.
Neftin daş kömürə, təbii qazın isə neftə olan ekoloji keyfiyyət nisbəti məlumdur. Bu təbii
resurslar ənənəvi olaraq yerləşmə və çeşid aspektinə istinadən hasilata yaxın ərazilərdə daha çox
istifadə edilir. Neft və qaz resursları ekoloji keyfiyyət üstünlüyünə rəğmən mümkün olduqca daş
kömürdən istifadəni məhdudlaşdırır. Digər tərəfdən, təbii qaz da neft istehlakına sıxıntılar gətirir.
Tarixi olay kimi qeyd etməliyik ki, 1966-cı ildə Nyu-York səmasını zəhərli dumanın əhatə
54
Ж.Дорст. «Природа перед смертью». М: Наука. 1968. səh.128.
241
etməsi şəhərdə kömürün yandırılmasına qadağa, ölkənin kommunal enerji təchizatı şirkətlərinin
neftlə işləmə prinsipinə keçidinə rəvac vermişdi.
Lakin kömürdən istifadənin məhdudlaşmasına
baxmayaraq, ərazilərin neftlə çirklənməsi də davam edir. Neftlə çirklənmə məsuliyyətinin dərki
artdıqca ekoloji qadağaların da sayı çoxalır. Neft təkcə quru sahələrinə deyil, həm də məhəlli
suların çirklənməsinə səbəb olur.
Müasir ətraf mühitin qorunması konsepsiyası ictimayyiət və təbiətin qarşılıqlı təsiri tədqiq
edən elmdə və dövlətin ekoloji prinsipli siyasətindən aslıdır. Ətraf mühitin çirklənməsi,
zərərləşmiş ərazilərin bərpası böyük xərclər tələb edir və bu xərclər əksərən kompensasiya
ödənişləri hesabına gerçəkləşdirilir.
Tankerlərə, üzən qurğulara istinadən, 1969-cu ildə neftlə çirklənmənin vurduğu
zərərin vətəndaş məsuliyyəti haqqında Brüsseldə imzalanmış Beynəlxalq Konvensiya
böyük əhəmiyyət daşıyır. 1975-ci ildən qüvvədə olan müvafiq konvensiyaya görə,
dəniz sahili ilə yanaşı bütün iqtisadi zonada təsir qüvvəsinə malikdir. Dünyanın artan
enerji tələbləri SO
2
-nin atmosferə buraxılışına təsir edir, bu da öz növbəsində iqlim
dəyişikliklərinə səbəb olur. Neft, qaz və kömür dünya yanacaq balansında öz
dominantlığını saxlayacaq, neft idxalçıları OPEK və Yaxın Şərq ölkələrindən daha
asılı vəziyyətə düşəcəkdir. İndustrial istehsalda səmərəli məhsul 2% təşkil edir, qalan
98% çıxdaşa, tullantıya çevrilir.
Neft-qaz sənayesində ilkin texnogen amil quyuların tikilişi zamanı baş verir. Qazma
prosesində zərərli torpaq, gil, tullantılar meydana çıxır. Burada ekotoksik effekt bütün zonal
ekoloji tarazlığın pozulması ilə müşayiət olunur. Ötən əsrdə Azərbaycanda təşəkkül tapmış neft-
qaz sənayesi bu əsasda formalaşan neft-kimya kompleksi,
yanacaq sənayesi, ekoloji fəsadlarla
müşayiət olunan sahələrdəndir. Ekoloji prioritetlərin və müvafiq mədəniyyətin məhdud
çağlarında ekstensiv və intensiv üsullarla reallaşan neft-qaz hasilatı təbiətə, ətraf mühitə
sağalmaz yaralar vurmuşdur. Tarixi yaddaşda «vəhşi istismar» kimi qalmış Azərbaycanın neft
sənayesində uzun illər davam edən hasilat prosesi respublikamızı kəskinləşən ekoloji proseslərlə
üz-üzə qoymuşdur. Təkcə Abşeronda bu və ya digər səbəblərlə çirklənmiş torpaqların ümumi
sahəsi 35 min hektardan çoxdur. Üzləşdiyimiz problem həlli mürəkkəb, yüksək kapital tələb
edən fazaya daxil olmuşdur. Çirklənmə artaraq dəniz sahələrinə keçmiş,
xeyli əlavə çətinliklər
yaratmışdır. Dənizi isə neftli çirklənmədən təjrid etmək əlahiddə xüsusiyyətli mürəkkəb və daha
çox kapitaltutumlu bir işdir.
Neftçıxarma müəssisələrində istehsal xərclərinin ekoloji tədbirlərə sərf edilən payı
yüksəldilməlidir. Xarici xərclərin daxili xərclərə transformasiyası da səmərəli fəaliyyətin
qaynaqlandıran mühüm şərtlərdəndir. Ətraf mühitə zərər vurulmanın qarşısını almaq, ekoloji
mədəniyyəti yüksəltmək əlavə məsrəf itkilərinin qarşısını alacaqdır. Neft məhsullarının hopduğu
torpaqların bərpası, rekultivasiya prosesləri xeyli xərc tələb edir. Bu bərpa işlərini məhsulun
maya dəyərinə fiskal qaydada daxil edilmiş ekoloji xərc komponentləri ilə görülməsi çətin olan
bir işdir. Vəziyyətin mülayimləşdirilməsi, fikrimizcə aşağıdakı üç istiqamətdə həllini tapmış
olar:
ekoloji tənzimləməyə rəğmən istehsal xərclərində ekoloji
məsrəflərin çəkisinin
yüksəldilməsi, məhsulun maya dəyəri komponenti və mənfəətin kombinasiyasında
ifadə olunan ekoloji fondun təsisatı;
dövlət vəsaiti hesabına rekultivasiya işlərinin aparılmasının genişləndirilməsi;
hasilatın bitmiş, çirklənmiş ərazilərdə müxtəlif kommersiya məqsədlərinə meyl edən
firmalara tikinti işlərinin aparılmasına lisenziyalar verilməsi.
Ekoloji mədəniyyətin, elmi-texniki tərəqqinin yüksəlişi ilə müşayiət olunan çağdaş dövrdə
hasilat üsullarının və işlənmənin ekoloji hazırlıq səviyyəsi xeyli yüksəlmişdir. Ehtimal olunan
ekoloji böhranların qarşısını almaq məqsədi ilə neftqazçıxarmada ekoloji mühafizə tədbirləri
güclənməkdədir. İndi kompleksin bütün mühüm qovşaq təşkilatlarında müvafiq bölmələr
fəaliyyət göstərir. Qazmada mail quyu strategiyası daha çox müdafiə olunur və intişar tapır. Belə