Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

 
40 
Beynəlxalq  daşımaların  təşkili  çox  mürəkkəb 
proseduradır.  Beynəlxalq  əlaqələrdə  əsas  nəqliyyat  növünün 
dəniz  nəqliyyatı  olmasını  nəzərə  alaraq  daşınma  prosesinin 
təşkili  prinsiplərinin  diqqətlə  izləyək.Daşınma  prosesinin 
konkret punktları ikitərəfli beynəlxalq razılaşmalarda tərəflərin 
hüquqi  münasibətləri  işlənilir  və  qeyd  olunur.  Beynəlxalq 
gəmiçilikdə  daşımaların  iki  əsas  forması  üstünlük  təşkil  edir: 
xətti(müntəzəm)  və tramplı(qeyri-müntəzəm). Xətti təşkiletmə 
beynəlxalq  ticarətin  əsas,  iri  coğrafi  istiqamətləri  üzrə 
daşımaları  nəqliyyat  vasitələri  ilə  təmin  edir.  Gəmi  müəyyən 
edilmiş  marşrut  üzrə  uzun  müddətə  (3-5  il)  təhkim  edilir. 
Burada  Yaponiya,ABŞ,Fransa,  Kanadanın  iri  gəmiçilik 
şirkətləri  fəaliyyət  göstərirlər.Xətti  daşıyıcılar  müştərilərə 
daşıma xidmətlərinin bütöv yığımını, o cümlədən nəinki təyinat 
limanına  qədər,  həm  də  yükün  boşaldılması,  saxlanılması, 
yenidən yüklənməsi imkanını yaradırlar. Xətti daşımalar dəniz 
konosomentləri ilə rəsmiləşdirirlər. Bu sənəd hüquqi cəhətdən 
daşıyıcının hüquqlarını möhkəmləndirir və eksportlu əmtəənin 
yüklənməsi, göndərilməsi faktını təsdiq edir. 
Tramplı  gəmiçilik-qeyri  əsas  dəniz  magistrallarında 
inkişaf edir və aşağıdakı xüsusiyyətlərə malikdir: 
1.
 
Gəmi müəyyən olunmuş müddətə təhkim olunmur. 


 
41 
2.
 
Xətti  təşkil  etmədən  fərqli  olaraq  daşımalar  üzrə 
tariflər daha sabitdir və bazarında tələb və təklifdən 
asılı olaraq dəyişir. 
3.
 
Fraxt  vasitəçiləri  əsas  fiqur  olurlar.  Onlar  qısa 
müddətə yüklərin çatdırılması üçün gəmiləri icarəyə 
verirlər(müəyyən  şərtlər  təklif  etməklə).Tramp 
gəmiçiliyində  dəniz  daşımaları  sazişi  çarter(qısa 
müddətli  icarə)  formasına  malikdir.Çarter  sazişinin 
aşağıdakı  formaları  mövcuddur:reys  üzrə  çarter; 
taym çarter(time charter)-
daha  uzun  müddətə;təcili 
çarter(prompt-çarter)-
daşımaların  gələcək  müddəti 
üçün  gəminin  hazırlanması  barəsində  saziş;  spot-
promt-çarter(spot-prompt-charter)-
müəyyən 
olunmuş müddətə gəminin ləngimədən hazırlanması 
haqqında saziş. 
Fraxt xidmətləri bazarında tramp gəmiçiliyi üçün ölkənin 
nisbətən  böyük  olmayan  fraxt  şirkətləri  ixtisaslaşırlar.  Bu 
şirkətlər öz ölkələrində çox da böyük olmayan marşrutlar üzrə 
fraxt  vasitəçiliyini  öz  üzərlərinə  götürürlər.Bu  şirkətlər 
Panama, Yamayka, Barbados(Amerikada);  Liberiya, Mərakeş, 
Nigeriya(Afrikad
a); 
Almaniya, 
Malta, 
İspaniya, 
Norveç(Avropada) ölkələrinə məxsusdurlar. 


 
42 
Xarici ticarət sövdələşmələrində nəqliyyat xidmətinin 
bazis şərtləri (müqavilələri və ya razılaşmaları). Beynəlxalq 
ticarətdə  əmtəələrin  nəql  edilməsində  bazis  şərtlərini  yerinə 
yetir
məyin son zəruri tədbir kimi nəzərdən keçirmək lazımdır. 
Onlar  xarici  ticarət  münasibətlərində  unifikasiya(  yəni  vəhid 
şəkilə  salma),  təşkilati  və  şəffaflıq  elementləri  özündə 
birləşdirirlər.Bazis  şərtləri,xarici  ticarət  kontraktlarında  vacib 
bəndlərdən  biri  olan  nəqliyyat  şərtləri  ilə  müəyyənləşdirilir. 
Onlar nəqliyyat xidmətlərinin ödənilməsində ilkin şərtlərin izah 
edilməsində  alıcı  ilə  mal  göndərənlərin  arasındakı 
ziddiyyətlərin  istisna  olunması  məqsədi  üçün  zəruridir.  Bazis 
şərtləri  Beynəlxalq  ticarət  palatası  tərəfindən  hazırlanmış, 
1980-
cı ildə Vena konvensasiyası ilə bəyənilib, təsdiq edilib və 
ümumbeynəlxalq  genişlənməyə  malikdir.  Bazis  şərtlərinin 
məzmunu və nəqletmə haqqında danışıqların vacib terminləri, 
əmtəələrin  nəql  edilməsində  13  bazis  şərtinin  qeyd  olunduğu 
“İnkoteris”  (1993-cü  il)  beynəlxalq  qaydalarda  əks 
olunmuşdur.Onda  yüklərin  nəql  edilməsi prosesində tərəflərin 
əsas  hüquq  və  vəzifələri  müəyyən  edilmişdir.  Onların  başlıca 
məzmunu  yükün  çatdırılması  onun  tranziti,yüklənməsi, 
boşaldılması,  qablaşdırılması  və  markalanması  ilə  bağlı  olan 
ölkələr  arasında  məsrəflərin  bölüçdürülməsi,  gediş  yolunda 
əmtəələrin  sığortalanması  ilə  müəyyənləşdirilir.Cədvəl  1-də 


 
43 
nəqletmə prosesində əmtəələrin çatdırılması, tədarükünün bazis 
şərtləri  verilmişdir.  Cədvəldən  göründüyü  kimi,bazis  çərtləri 
nəqletməyə  görə  əsas  xərclərə,yüklənməyə,  sığortaya  və 
gömrük  rəsmiləşdirilməsinə  görə  əsas  payın  kimin  üzərinə 
düşməsindən asılı olaraq 4 qrupda birləşirlər: 
 
Cədvəl 1. 
Nəqletmə prosesində əmtəə tədarükünün bazis 
şərtləri: 
 
Şərtlər 
qrupu 
Latınca 
işarəsi 
Şərtlərin şifrlə açılması 

EXW 
S zavod (əmtəənin hazırlanması yeri) 

FCA 
Franka daşıyan  
FAS 
Gəmi bortu yanında sərbəst 
FOB 
Gəmi bortunda sərbəstdir 

CFR 
Dəyər və fraxt 
CİF 
Dəyər, sığorta, fraxt 
CPT 
Fraxt ö
dənilib....məntəqəyədək 
CİP 
Fraxt və sığorta 
ödənilib.........məntəqəyədək 

DAF 
Sərhəddə çatdırılması (franko-sərhəd) 


 
44 
DES 
Franko-
gəmiçatdırılması (təyinat 
poçtu) 
DEQ 
Franko-yanalma 
çatdırılması(rüsumların üdənilməsi ilə) 
DDU  
Franko yanalma(rüsum
ların 
ödənilməsi ilə) 
DDP 
Gömrük rüsumlarının ödənilməsi ilə 
çatdırılması 
 
EXW (ex work)-
əmtəənin birbaşa müəssədən (anbardan) 
yüklənməsi  şərti.  Əmtəənin  çatdırılması,onun  yüklənməsi  və 
siğorta ilə bağlı bütün məsrəflər alıcının üzərinə düşür.Satıcının 
mənafeyi-nəzərincə bu ən sərfəli şərtdir,müqavilədir. 
FCA (free carrier)-
bu şərt əsasən  mal göndərən  əmtəəni 
mütləq daşıyıcıya çatdırmalıdır.Nəqletmə üzrə bütün məsrəflər 
alıcının  hesabına  düşür,lakin  bu  məcmu  məsrəflərindən  bir 
hissəsi(daşıyıcıya çatdırmaq) satıcının payına düşür. 
FAS (free alonside ship)-
bu  şərt  satıcının,əmtəənin  alıcı 
tərəfindən  fraxtlaşdırılan  gəminin  bortuna  çatdırılması 
vəzifəsini  nəzərdə  tutur.Əmtəənin  gəminin  bortuna  qədər 
daşınmasına  kimi  bütün  xərclər  və  risklər  satıcının  üzərinə 
düşür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə