Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   2   3   4   5   6   7   8   9   ...   43

 
17 
Dünya  üzrə  olan  meşə  örtüyü  40.1  mln  km
2
-dir. Bunun 
8.1 mln km
2
-
i Braziliyanın, 2.6 mln km
2
-
i Kanadanın, 2.0 mln 
km
2
-
i isə ABŞ ərazisindədir. Son 200 ildə meşə sahəsi 2 dəfə 
azalmışdır. 
 
Maddi istehsal sahəsində beynəlxalq əməkdaşlıq 
  
Dünya istehsalı və beynəlmiləlləşmə prosesi. Hələ  XIX 
əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar 
üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin  90%-
ə  yaxını  200  km  radiuslu  məsafədən  olan  xammal  və 
materiallardan  hazırlanırdı  və  elə  həmin  hüdudlarda  da 
məhsulların  əksəriyyəti  satılırdı.Bu  gün  inkişaf  etmiş  sənaye 
ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı 
importdan  alınır  və  ya  xaricdəki  filiallarda  və  törəmə 
şirkətlərdə  istehsal  olunur.Bu,sahibkarlıq  fəaliyyətinin 
beynəlmiləlləşməsidir.İstehsalın  beynəlmiləlləşməsinin  tarixi 
mübadilə  sferasından  başlanmışdır.Xarici  iqtisadi  əlaqələrin 
müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına 
çevirmişdir.Beynəlxalq  ticarətin  əsas  inkişaf  bazası  ayrı-ayrı 
ölkələr  arasında  əmək  bölgüsüdür.Ölkələrin  beyəlxalq  əmək 
bölgüsündə (BƏB)iştirakı təbii coğrafi  faktorlardan ,istehsalın 
miqyasındakı  fərqlərdən,  məhsuldar  qüvvələrin  inkişaf 


 
18 
səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin 
ağırlıq 
mərkəzi,sahələrarasından 
istehsalın 
sahədaxili 
ixtisaslaşmasına keçid edir.Hər sahədə  müəssisə  məmulatların 
müəyyən  edilmiş  növünü,detalları  seçir.Hansı  ki,öz  güclərini 
bu  istiqamətdə  konsentrasiya  edirlər.Bu  məmulatlar  eksporta 
göndərilir,elə  həmin  sahə  üçün  zəruri  məmulatlar  import 
olunur.Kooperasiya  şəraitində  beynəlxalq  ticarət  qabaqcadan 
razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.Bu halda 
ticarət  müstəqil  fəaliyyət  sahəsi    kimi  deyil,əksinə  istehsal 
prosesinin  ayrılmaz  elementi  olur.Hazırda  beynəlxalq 
kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox 
sənaye  sahələrinin  məhsulunun  dəyərinin  50-60%-nə 
çatır.Beləliklə,beynəlxalq  ixtisaslaşma  və  kooperativləşmənin 
dərinləşməsi  milli  kapitalın  əmtəə  və  pul  formasında 
əhəmiyyətli  hissəsinin  tam  dövriyyəsini  beynəlxalq  əsaslarla 
həyata  keçirir.Öz  növbəsində,BƏB-nün  inkişafı  sahibkarlıq 
kapitalının  birbaşa  və  portfel  investisiya  formalarında,dünya 
səviyyəsindəki  hərəkətinə  gətirib  çıxarır.Əksər  ölkələrin 
iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların 
təkrar  istehsal  prosesinin  tərkib  hissəsi  olmuşdur.İstehsalın 
beynəlmiləlləşməsi  təkcə  sahibkar  kapitalının  hərəkəti  ilə 
deyil,həm  də  xarici  iqtisadi  əlaqələrin  digər  formaları  ilə  də 
bağlıdır.Bu,Transmilli  korporasiyaların  (TMK),işin  yerinə 


 
19 
yetirilməsi və ya ayrı-ayrı əmtəələrin göndərilməsi üçün xarici 
şirkətlərlə  bağladıqları  müqavilələri  əhatə  edən  beynəlxalq 
subkontraktasiyasıdır;TMK-lara  xarici  şirkətlərin  işində 
iştiraka  imkan  verən  və  patentdən  istifadəyə  görə  gəlir  alan 
lisenziya 
sazişləridir. 
İstehsalın 
bəynəlxalq 
bəynəlmiləlləşməsinin  yeni  keyfiyyətli  inkişaf  mərhələsi 
beynəlxalq  iqtisadi  inteqrasiyadan  ibarətdir.Xarici  iqtisadi 
mübadiləni  və  istehsal  sferasını  əhatə  etməklə,o,ayrı-ayrı 
ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı 
asılılığına 
gətirib 
çıxarır,vahid 
regional 
təsərrüfat 
komplekslərinin  yaradılmasına  kömək  edir.Müasir  dövrdə 
iqtisadi  inteqrasiya  regional  xarakterə  malikdir.Məsələn,Qərbi 
Avropa ölkələrinin  Avropa Şurasında (AŞ)  birləşməsi, Şimali 
Amerikanın-Şimali  Amerika  azad  ticarət  assosasiyasında 
(NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad 
ticarət  assosasiyasında  (ZAFTA)  birləşməsi  və  s.  Beləliklə, 
dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, 
əmək  bölgüsünün  dərinləşməsində,  inteqrasiya  proseslərinin 
inkişafında  özünü  əks  etdirərək  müxtəlif  ölkələrin  təsərrüfat 
həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır. 
Maddi  istehsal  sferasında  beynəlxalq  ixtisaslaşma  və 
kooperativləşmə.  Maddi  istehsal  sferasında  BƏB-nün    əsas  
formaları  beynəlxalq  ixtisaslaşma  və  kooperativləşmədir. 


 
20 
Beynəlxalq  ixtisaslaşma  ayrı-ayrı  ölkələrin    müəyyən  məhsul 
növünün  buraxılmasında  ixtisaslaşmanı  nəzərdə  tutur.Bu 
məhsul  nəinki  daxili  tələbatı  ödəmək  üçündür,eləcə  də  digər 
dövlətlərin  ehtiyaclarını  təmin  etmək  üçün  istehsal 
olunur.İstehsalın  beynəlxalq  ixtisaslaşması  (İBİ)  iki 
istiqamətdə inkişaf edir - ərazi və istehsal.İBİ-nin ərazi aspekti 
ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan 
məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu 
istiqamətinə  təbii-coğrafi  faktorlar  əsas  təsir  göstərən 
amillərdir.Məsələn,Yaxın  Şərq  ölkələri    nəhəng  neft 
ehtiyatlarına  sahib  olmaqla  onun  hasilatı  və  dünya  bazarında 
satışı  üzrə  ixtisaslaşırlar.İstehsal  istiqaməti  sahələrarası  və 
sahədaxili  ixtisaslaşmalara  bölünürlər. Sahədaxili  ixtisaslaşma 
da öz növbəsində predmet,texnoloji və detal ixtisaslaşmalarına 
bölünür.  Sahədaxili  ixtisaslaşmada  da  öz  nöbəsində 
predmet,texnologiya  və  detal  ixtisaslaşmalarına  bölünür. 
Predmet  ixtisaslaşması  hazır  məhsul  istehsalı  ilə 
bağlıdır.Məsələn;  İngiltərə,  Fransa  və  Almanya  traktor 
istehsalçıları  kimi  təkərli  maşın  buraxılışı  üzrə,İtalya  və  ABŞ 
isə,əsasən,tırtıllı  traktor  istehsalı  üzrə  ixtisaslanırlar.Hazır 
məhsul  üzrə  beynəlxalq  ixtisaslaşmanın  yüksək  müxtəlifliyi 
komplekt  avadanlıqların  istehsalı  üzrə  ixtisaslaşmadır. 
Texnoloji  əməliyyatlar  üzrə  ixtisaslaşma  hər  hansı  məhsulun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə