Duzların hidrolizi



Yüklə 20,26 Kb.
səhifə2/3
tarix03.04.2022
ölçüsü20,26 Kb.
#84998
1   2   3
Kimya - 9

Duzların hidrolizi - zəif elektrolit əmələ gəlməsi ilə duz ionlarının su ilə qarşılıqlı təsirinə deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen və hidroksil ionları qatılığının dəyişməsinə səbəb olur. duzların hidrolizi zamanı məhlulun reaksiyası turş, qələvi və ya neytral olur.

Duzların əmələ gəlməsinə görə 4 qrupa bölünür:



  1. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duz.

  2. Qüvvətli turşu və zəif əsasdan əmələ gələn duz.

  3. Zəif turşu və qüvvətli əsasdan əmələ gələn duz.

  4. Zəif turşu və zəif əsasdan əmələ gələn duz.

Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzlar hidrolizə uğramır. Çünki onların su ilə qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlər alınmır. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzların suda məhlulu neytral reaksiyaya (pH=7) malik olur.

Yuxarıda göstərilən digər 3 halda isə duzlar hidrolizə uğrayır. Çoxəsaslı turşulardan və ya iki və üç hidroksil qrupuna malik olan əsasdan əmələ gələn duzların hidrolizi mərhələli gedir. Bu vaxt aralıq məhsul kimi ya turş duz, ya da əsasi duz əmələ gəlir.



  • 1.Zəif turşu və qüvvətli əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzun hidrolizi zamanı məhlul qələvi reaksiyaya(pH≤7) malik olur. Məsələn, KCN-in hidrolizi bir mərhələdə, Na2CO3-ün isə iki mərhələdə gedir:

  1. K++CN-+H2O↔HCN+K++OH-

  2. a) 2Na+CO3-2+H2O↔Na+HCO3-+Na+OH-

b) Na++ HCO3- + H2O↔ H2CO3+Na++OH-

Göründüyü kimi, bu halda məhlulda OH- ionları olur ki, o da məhlula qələvi reaksiya aşılayır.



  • 2. Qüvvətli turşu və zəif əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzun hidrolizi zamanı məhlulun reaksiyası turş (pH≥7) olur.

{\displaystyle {\mathsf {Cu^{2+}+H_{2}O\rightleftharpoons CuOH^{+}+H^{+}}}}{\displaystyle {\mathsf {CuCl_{2}+H_{2}O\rightleftharpoons CuOHCl+HCl}}} 3. Zəif turşu və zəif əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzlar hidroliz etdikdə, sərbəst əsas və sərbəst turşu alınır:

Duzların hidrolizinə müxtəlif amillər, xüsusilə temperatur və məhlulun qatılığı güclü təsir göstərir. Temperatur duzun hidrolizinə müsbət təsir edir.Suyun dissosasiyası endotermik olduğundan, temperatur artdıqca o güclənir və bunun nəticəsində daha çox duz ijnlarının su ionları ilə qarşılıqlı təsiri üçün imkan yaranır. Bundan başqa duzun hidrolizi mərhələli proses olduğu hallarda onun yalnız birinci mərhələsi adi temperaturda gedir. Duzların hidrolizi dönər proses olduğundan, məhlulun durulaşdırılması hidrolizə, həmçinin, müsbət təsir göstərir. Çünki məhlul durulaşdıqca (tarazılıqda suyun miqdarı artdıqca) kütlələrin təsiri qanununa əsasən reaksiya tarazılığı hidroliz məhsullarının əmələ gəlmə istiqamətinə yönəlir

Duzların hidroliz prosesinin kəmiyyət xarakteristikası hidroliz dərəcəsi və hidroliz sabiti ilə müəyyən edilir.

Duzların hidroliz dərəcəsi duzun hidrolizə uğramış molekulları sayının (C1) məhlulda olan duz molekullarının ümumi sayına (C2) olan nisbəti ilə xarakterizə olunur və h ilə işarə edilir:


1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə