Təkamül nəzəriyyəsi mümkünsüz şeyin
həqiqətə çevrilməsi ümidi üzərində qurulan
bir nağıldır. Bu nağılda quşlar özünəməxsus
yer tutur. Quş, hər şeydən əvvəl, qanad
kimi möhtəşəm orqana malikdir. Qanadlar
quruluşca gözəl olmalarından əlavə, bir-birləri
ilə olan mükəmməl ahəngdarlıqları ilə də
heyrət doğururlar. Belə ki, uçmaq min illərlə
bəşəriyyətin istəyi olmuş, minlərlə elm adamı
və tədqiqatçı bu mövzuya əmək sərf etmişlər.
Bəzi çox bəsit təcrübələr istisna olmaqla,
bəşəriyyət ancaq XX əsrdə uçan vasitələr
düzəldə bilmişdir. Quşlar isə bəşəriyyətin yüz
illik texnoloji imkanları ilə etməyə çalışdıqları
işi milyonlarla il əvvəldən bu günə qədər həyata
keçirirlər. Üstəlik, bu cür bacarığı quş balası bir
neçə qısa təcrübədən sonra əldə edir. Həm də
bir çox xüsusiyyəti ilə bugünkü texnologiyanın
son məhsulu olan təyyarələrlə müqayisə
edilməyəcək qədər mükəmməl şəkildə...
Təkamül nəzəriyyəsi canlıların ortaq mey-
dana gəlməsini və müxtəlifliyini açıqlamağa
çalışarkən cürbəcür rəylər və yalanlar uydurur-
lar. Quşlar kimi canlılara gəldikdə isə elm artıq
tamamilə ortadan qaldırılır və yerini təkamül-
çülərin nağılları tutur. Bunun səbəbi təkamül-
çülərin quşların əcdadı olduğunu iddia etdikləri
canlılardır. Təkamül nəzəriyyəsi quşların əcda-
dının sürünənlərdən olan bir dinozavr qrupu
olduğunu iddia edirlər. Elə bu iddia cavab tələb
edən iki sualı da özü ilə bərabər gətirir. Birin-
cisi, dinozavrlar quşlara necə çevriliblər? İkin-
cisi, belə bir çevrilməni göstərən fosillər niyə
mövcud deyil?
Dinozavrların quşlara necə çevrildiyi barə-
də uzun zaman mübahisə edən təkamülçülər,
nəticədə, iki nəzəriyyə irəli sürmüşlər. bunlar-
dan birincisi “kursorial” (cursorial) nəzəriyyə-
sidir. Bu nəzəriyyə dinozavrların qanad açaraq
quşlara çevrildiyini iddia edir. İkinci nəzəriy-
yənin müəllifləri kursorial nəzəriyyəyə etiraz
edir və dinozavrların qanad açıb uçaraq quşlara
çevrilməyinin mümkün olmayacağını söylə-
yirlər. Bəs onda “necə olub dinozavr uçmağa
başladı?” sualını fərqli izah edirlər. Ağac bu-
daqlarında yaşayan və digər budaqlara tullanan
dinozavrların cəhd etməklə quşlara çevrildiyini
iddia edirlər. Bu nəzəriyyənin adı isə “arbore-
al” nəzəriyyədir. Dinozavrların nə üçün havaya
qalxdığının cavabı da hazırdır: milçək ovlamaq
üçün!
Lakin milçək kimi həşəratı tutmaq üçün
dinozavr kimi heyvanın bədənində qanadlar-
la bərabər uçuş sistemi olduğunu iddia edən
insanlar əvvəl bu suala cavab verməlidirlər:
milçəklərin dövrümüzdəki qabaqcıl texnologi-
8
Düşünən İnsan,
Dekabr 2013
Sual # 3
www.fosilmuzeyi.com
ya ilə hazırlanmış vertolyotlar üçün nümunə
olan və onlardan daha funksional uçuş sistem-
ləri necə meydana gəlmişdir: Bu barədə təka-
mülçülərin heç bir cavab verə bilmədiklərinə
şahidsiniz. Kiçik bir milçəyin uçuş sisteminin
açıqlaya bilməyən bir nəzəriyyənin dinozavrla-
rın quşa çevrildiyini iddia etməsi, şübhəsiz, son
dərəcə ağılsızlıqdır.
Nəticədə, bu nəzəriyyələrin latınca adların-
dan əlavə elmlə əlaqələrinin olmadığı ağıl və
məntiq sahibi bütün alimlərin ortaq fikridir.
Məsələnin əsası isə sürünənlərin uçmasının ta-
mamilə xəyal olmasıdır.
Dinozavrdan quşa çevrilməni iddia edən tə-
kamülçülər bu iddianın fosil dəlillərini də tapıb
göstərməlidirlər. Çünki əgər dinozavrlar quş-
lara çevrilmişlərsə, tarixdə bu dəyişikliyi əks
etdirən yarı dinozavr-yarı quş canlılar yaşamalı
və fosilləri olmalıdır. Təkamülçülər uzun illər
arxeopteriks (archæopteryx) adlı bir quşun belə
bir keçidi təmsil etdiyini iddia etmişlər. Əslin-
də isə bu iddiaları da böyük xətadır.
Arxeopteriks xətası
Dinozavrlarla quşlar arasında keçid for-
ması olduğu irəli sürülən arxeopteriks bun-
dan təqribən 150 milyon il əvvəl yaşamışdır.
Nəzəriyyəyə görə, kiçik dinozavrların bir qis-
mi təkamül keçirərək qanad açmış və uçmağa
başlamışlar. Arxeopteriks dinozavr əcdadların-
dan ayrılan və təzə-təzə uçmağa başlayan ilk
növdür.
Ancaq arxeopteriksin fosilləri üzərində apa-
rılan son tədqiqatlar bu hekayənin elmi əsası-
nın olmadığını göstərir. Bu canlı bir keçid for-
ması deyil, sadəcə, dövrümüzdəki quşlardan
daha fərqli xüsusiyyətlərə malik nəsli kəsilmiş
bir quş növüdür.
Arxeopteriksin yaxşı uça bilməyən yarı quş
olduğu tezisi yaxın zamana qədər təkamülçü
mənbələrdə tez-tez vurğulanırdı. Bu canlının
sternumunun, yəni döş tilinin olmaması can-
lının uça bilməyəcəyinin ən əsas sübutu kimi
göstərilirdi. (döş tili uçmaq üçün lazım olan
əzələlərin dayandığı döş qəfəsinin altındakı sü-
mükdür. Dövrümüzdə uça bilən və ya uça bil-
məyən bütün quşlarda, hətta quşlarda çox fərq-
li ailəyə aid olan uça bilən məməli yarasalarda
belə döş tili var.)
Lakin 1992-ci ildə tapılan yeddinci arxeop-
teriks fosili bu iddianın səhv olduğunu göstər-
di. Ancaq bu son tapılan arxeopteriks fosilində
təkamülçülərin uzun müddət olmadığını hesab
etdikləri döş tili vardı. “Nature” (“Təbiət”) jur-
nalında bu yeni tapılan fosildən belə bəhs edi-
lirdi:
“Son tapılan yeddinci arxeopteriks fosi-
li uzun müddət varlığından şübhə edilən,
amma heç bir zaman sübut edilə bilməyən
düzbucaqlı döş sümüyünün varlığına işarə
edir. Bu canlının uzun məsafələrə uçuş ba-
carığı hələ də şübhə altındadır, ancaq döş
tilinin varlığı güclü uçuş əzələlərinin oldu-
ğunu göstərir. (Nature, cild 382, 1 avqust
1996, s. 401)
Düşünən İnsan, Dekabr 2013
9
Düşünən İnsan,
Dekabr 2013
Sual # 3