DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

 
94 
tərəfindən  edam  olundu.  Bir  müddət  sonra  Seyyid 
Abdullah  Bəhbəhanini  evində  terror  etdilər.  Çox  çəkmədi 
ki,  Seyyid  Məhəmməd  Təbatəbai  cəmiyyətdən  təcrid 
olundu,  ev  dustağı  vəziyyətində  dünyasını  dəyişdi. 
Məşrutəni  öz  istədikləri  formaya  gətirdilər.  Məşrutənin 
nəticəsi Rza Xan hökuməti oldu. 
İkinci nümunə Rza Xan hökumətinin özüdür. İngilislər 
Qacar  dövləti  ilə  müqavilə  imzaladılar,  bu  müqavilə 
əsasında  ordu,  iqtisadiyyat  İngiltərənin  nəzarəti  altına 
keçdi. Mərhum Seyyid Həsən Müdərris bu qərardada qarşı 
səsini  qaldırdı.  Yol  vermədi  ki,    həmin  layihə  Milli  Şura 
Məclisində  təsdiqlənsin.  İngilislər  bu  layihədən  nəticə 
almayıb  yeni  fikirə  düşdülər.  Hakimiyyətə  bir  diktator 
gətirmək  qərarına  gəldilər.  Bu  yolla  Müdərris  kimilərini 
likvidə etmək istədilər. Elə bir diktator ki, xalqı dizi altda 
əzsin,  onların  səsini  kəssin.  Bu  diktator  İngiltərənin 
istəklərini həyata keçirməli idi. Beləcə Rza Xanı iş başına 
gətirdilər.  Rza  Xanın  İranda  hakimiyyətə  gəlişi  İran 
tarixinin 
ibrətamiz 
səhifələrindəndir. 
Bu 
tarixi 
məmləkətimizin  bütün  gəncləri  bilməlidir.  Rza  Xandan 
qabaqkı  vəziyyət  İngiltərənin  himayəsi  və  Rza  Xanın 
dəmir  yumruğu  ilə  aradan  qalxdı.  Bir  istibdad  rejimi 
yaradıldı. Bu rejim 55 il davam etdi. İngilislər Rza Xanın 
vasitəsi  ilə  ölkənin  siyasi  və  ideoloji  həyatına  hakim 
oldular.  
Üçüncü  nümunə  şəmsi  1942-ci  ilin  sentyabr  ayına 
aiddir.  Rza  Xan  ingilis  ağaları  tərəfindən  hakimiyyətdən 
uzaqlaşdırıldı,  onu  İrandan  çıxardılar.  Yerinə  oğlu 
Məhəmməd  Rzanı  gətirdilər.  Məhəmməd  Rza  ingilislərə 
tam  təslim olmaq şərti  ilə  hakimiyyətə  gəldi.  İngilislər nə 
istəyirdisə  Məhəmməd  Rza  o  işi  görürdü.  Artıq  istemara, 
birbaşa xarici hakimiyyətə ehtiyac qalmırdı. İranlı bir xain 


 
95 
biganələrin, xaricilərin istəkləri əsasında öz xalqına hakim 
olubsa  artıq  xaricinin  gəlib  hakimiyyətə  sahib  durmasına 
ehtiyac qalmır. Bu işi gördülər!  
Dördüncü  nümunə  1954-cü  ilin  avqust  ayına  aiddir. 
Əvvəlcə  mərhum  Ayətullah  Kaşanini  hiyləgərliklə 
səhnədən  çıxardılar.  Sonra  Müsəddiq  hökumətini  süquta 
uğratdılar.  Sonra  İrandakı  əlaltılarının  köməyi  ilə  28 
avqust  çevrilişini  həyata  keçirdilər.  Ondan  qabaq 
Məhəmməd Rza İrandan qaçmışdı. Onu geri qaytardılar və 
cinayətkar  Pəhləvi  rejiminin  hakimiyyəti  daha  25  il 
uzandı.  Mən  dörd  nümunə  göstərdim.  Bu  dörd  nümunə 
çox ibrətamizdir.
1
 
Bizim  ölkəmizdə  istibdad  həmişə  xarici  qüvvələrə 
arxalanıb.  İstər  pəhləvilər,  istər  onlardan  qabaq  qacarilər 
xarici qüvvələrə güvənməklə hökmranlıq ediblər. Rza Xan 
İngiltərəyə  güvənirdi.  Məhəmməd  Rza  əvvəl  İngiltərəyə 
üz  tutdu,  sonra  Amerikaya  tərəf  çevrildi.  O  Amerikanın 
mənafelərini  təmsil  edirdi.  Onlar  da  Məhəmməd  Rzanı 
dəstəkləyirdilər. Bu məmləkəti 50 il zor altında saxladılar. 
Elm,  iqtisadiyyat,  sənaye,  mədəniyyət,  əxlaq  böyük 
tənəzzül  yaşadı,  məmləkət  çox  gerilədi.  Hakimlərin  işi 
eyş-işrət,  sərvət  toplamaq,  xarici  ağalarına  xidmət  etmək 
idi.  Xarici  qüvvələrə  güvənməklə  İranda  yerlərini 
möhkəmləndirdilər.  Bu  səltənəti  yerindən  tərpətmək  hər 
adamın  işi  deyildi.  İmam  Xomeyni  (r)  İslamın  hidayət 
bayrağı  ilə  meydana  girdi.  İmamın  prinsipləri  İslam 
prinsipləri  idi.  İmamın  ədaləti  İslam  ədaləti  idi,  imamın 
demokratiyası İslam demokratiyası idi.
2
 
                                                           
1
 Qum əhalisi ilə görüş, 2001 
2
 İmam Xomeyninin (r) vəfat ildönümü, 2003 


 
96 
Bir  millət  yad  qüvvələrə  imkan  versə  ki,  onun  siyasi, 
ideoloji  qurumlarına  hakim  olsunlar,  bu  millətin  aqibəti 
məlumdur.  Əgər  İslam  İnqilabı  baş  verməsəydi,  bu  xalq 
imamın ardınca tarixin böyük hərəkatını  yaratmasaydı bu 
gün İran xalqının nə vəziyyətdə olacağını demək çətin idi. 
Xalq  bu  sərvətini  itirmişdi,  Qərbdən  heç  bir  texnologiya, 
elm,  sənaye  gətirilməmişdi.  Neft  sudan  da  ucuz  qiymətə 
satılırdı. Bu sərvət uzun müddətli müqavilələrlə düşmənin 
ixtiyarına  verilmişdi.  Xalqın  düşünən  beyinlərini 
aparmaqla  ölkədə  elmin  səviyyəsinin  yüksəlməməsinə 
çalışırdılar.   
Amerika  və  İngiltərənin  İrana  nüfuz  etdiyi  günlər  bu 
xalq  üçün  çox  ağır  keçdi.  Öncə  İngiltərə,  sonra 
Amerikanın  nüfuz  etməsi  nəticəsində  məmləkət  çox  geri 
qaldı.  Bu  yüz  il  uzandı.  Bu  gün  biz  hər  mərhələyə  daxil 
olanda 
onların 
pozuculuqlarının, 
xəyanətlərinin 
nişanələrini  görürük.  İslam  İnqilabının  ən  böyük  işi 
Amerikanın  xəyanətkar  əllərini  İrandan  kəsməsi  oldu. 
İslam  İnqilabının  iftixarlarındandır  ki,  Amerikanın 
nüfuzunu  əngəllədi,  onun  bu  ölkədəki  köklərini  baltaladı. 
Bəli,  o  zamanlar  hakimiyyətdə  olanlar  buna  mane  olmaq 
istəyirdilər.  Mən  1980-cı  ildə  Ali  Müdafiə  Şurasında 
olduğum  zaman  bunu  yaxından  müşahidə  etmişəm.  Belə 
bir  layihə  hazırlamışdılar  ki,  həmin  layihə  əsasında 
Amerikanın  hərbi  təlimatçıları  başqa  bir  adla  İslam 
Respublikasının  ordusunda  fəaliyyət  göstərsin.  Nə  qədər 
cinayət  və  xəyanətə imza  atmış  Amerikanın müşavirlərini 
saxlamaq  istəyirdilər.  Mən  mane  oldum.  Mübahisələr 
oldu,  nəhayət  bu  layihə  söhbəti  dayandırıldı.  Sonra  Allah 
onlara  imkan  vermədi  ki,  bu  işi  davam  etdirsinlər. 
İnqilabın qələbəsindən bir il ötməmişdi ki, həmin cənablar 
Əl-Cəzairdə  Amerika  ilə  müzakirələr  mövzusunu  ortaya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə