Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə8/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

23 

 

olsun  ki,  divlər  kralına  ərə  getmək  üçün  gəlinlik  paltarını  geyinməli 



olur.  Freyja  hiddətlənib,  fikirləşir  ki,  divə  ərə  getsə,  camaat  onun 

xəriflədiyini düşünəcək. 

Bu vaxt Heimdal tanrının ağlına bir fikir gəlir. Təklif edir ki, gəlinlik 

paltarını  Tor  geyinsin.  Saç  qoysun.  Köynəyinin  yaxasından  görünən 

daş-qaşla o, əsl qadına oxşayacaq. Əlbəttə, 

Torun bu ideyadan xoşu gəlmir, amma axırda razılaşır ki, çəkicini geri 

almaqdan ötrü bundan yaxşı yol yoxdur. 

Beləcə, Tora gəlin paltarı geyindirirlər, Loki isə onun sağdışı olur. 

İndiki sözlərlə desək, Tor və Loki anti-terror birliyidir. Qadın cildinə 

girmiş bu tanrıların missiyası divlərin qalasına daxil olmaq və Torun 

çəkicini ələ keçirməkdir. 

Tanrılar Jotunheymə çatanda divlər toy ziyafətinə hazırlıq görməyə 

başlamışdılar. Lakin toyda gəlin - Tor bütöv bir öküzü və səkkiz qızıl 

balığı aşırdı, üstündən də üç barrel pivə içdi; bu, Srimi heyrətə saldı. 

Az  qalmışdı  ki,  “komandanların”  kimliyi  üzə  çıxsın.  Lakin  Loki  tez 

araya  girdi,  bunu  belə  izah  etdi  ki,  Freyja  Jotunheymə  gəlməyi  elə 

həsrətlə gözləyirmiş ki, bir həftə 

yemək yeməyib. Bununla da sirlərinin açılması təhlükəsinin qarşısını 

aldı. 

Srim  gəlini  öpmək  üçün  fatanı  qaldıranda  Torun  ona  dikilmiş  od-



alov saçan hirsli gözlərini gördü və yenə çaşıb qaldı. Loki bu dəfə də 

vəziyyətdən çıxış yolu tapdı. Dedi ki, gəlin toyun həsrətilə bir həftədir 

yatmır və budur, indi gözləri qızdırma verir. Bundan sonra Srim əmr 

etdi  ki,  çəkici  gətirsinlər.  Onu  gəlinin  ətəyinin  altına  qoydu  ki,  toy 

boyunca orada qalsın. 

Tor çəkici əlinə alıb şaqqanaq çəkdi. Əvvəlcə çəkiclə Srimi öldürdü, 

sonra  o  biri  divlərin  və  bütün  qohum-əqrəbalarının  axırına  çıxdı. 

Bununla da qorxunc məsələ xoşbəxt sonluqla tamamlanmış oldu. 

Çox  dolanbac  mif  oldu,  Sofi.  Bunun  arxasında  duran  əsas  məna 

nədir? Bu, sadəcə əylənmək üçün düşünülmüş bir rəvayət deyil. Bu mif 

həm də nəyisə izah etməyə çalışır. Yozumlardan biri belə ola bilər: 

Quraqlıq olanda insanlar yağışın yağmamasına səbəb axtarıblar. Ola 

downloaded from KitabYurdu.org



24 

 

bilərmi  ki,  Torun  çəkicinin  başında  bir  iş  var,  şər  qüvvələr  onu 



oğurlayıblar? 

Bəlkə də bu mif ilin fəsillərinin dəyişməsinə bir izahdır: qışda təbiət 

ona görə ölür ki, Torun çəkici şər qüvvələrin diyarında olur. Yazda isə 

o,  nəhayət,  qələbə  çalıb  çəkicini  geri  alır.  Beləcə,  miflər  insanlara 

anlaya bilmədikləri şeyləri anlamaqdan ötrü izah verirlər. 

Lakin mif sadəcə izah deyil. İnsanlar miflərlə bağlı ayinlər də həyata 

keçirirdlər. Onların quraqlığa və ya məhsul qıtlığına cavabının mifdəki 

hadisələri canlandıran bir tamaşa oyununa çevrildiyini təsəvvürümüzdə 

canlandıra bilərik. Bəlkə də bir kəndli çəkici divlərdən geri almaq üçün 

sinəsindən daş-qaş asılmış paltar geyinirdi. 

Belə etməklə insanlar tarlalara məhsul bəxş edən yağışı yağdırmağa 

çalışırdılar. 

Dünyanın  başqa  hissələrindən  də  çoxlu  nümunələr  gətirmək  olar, 

həmin nümunələrdə adamlar təbiət proseslərini sürətləndirməkdən ötrü 

öz miflərini dramatikləşdiriblər. 

İndiyədək biz yalnız Skandinav mifologiyasına qısaca göz atdıq. Tor 

və Odin, Freyrvə Freja, Hodervə Balder, həmçinin başqa tanrılar haqda 

saysız miflər mövcuddur. Bu cür mifoloji 

anlayışlar  fiilosoflar  onlara  qarşı  çıxana  qədər  bütün  dünyanı 

bürümüşdü. 

Mifoloji  dünya  mənzərəsi  ilk  fəlsəfənin  meydana  gəldiyi 

Yunanıstanda  da  mövcud  idi.  Yunan  tanrılarının  hekayətləri  əsrlərlə 

nəsildən-nəslə  keçirdi.  Yunanıstanda  tanrıların  bir  neçəsinin  adlarını 

sadalasaq,  bunlar  idi:  Zevs  və  Apollon,  Hera  və  Afina,  Dionis  və 

Asklepios, Herakl və Hefastas. 

Eramızdan  əvvəl  700-cü  ildə  yunan  mifologiyasının  böyük  bir 

hissəsi Homer və Hesiod tərəfindən qələmə alındı. Bu, tamamilə yeni 

vəziyyət  yaratdı.  Artıq  miflər  yazılı  şəkildə  mövcud  idi,  onları 

müzakirə etmək mümkün idi. 

Erkən yunan filosofları Homerin mifologiyasını tanrılar həddən artıq 

insanları xatırlatdığına, insanlar kimi eqoist və etibarsız olduğuna görə, 

tənqid  edirdilər.  İlk  dəfə  idi  ki,  miflərin  insan  düşüncəsinin  məhsulu 

downloaded from KitabYurdu.org



25 

 

olduğu deyilirdi. 



Bu baxışı dilə gətirənlərdən biri eramızdan əvvəl təxminən 570-ci 

ildə  doğulmuş  filosof  Ksenofan  idi.  O  deyirdi  ki,  tanrıları  insanlar 

uydurublar, inanıblar ki, onlar da özləri kimi doğulur, bədənləri olur, 

paltar geyinirlər, danışırlar. Misirlilər tanrıların 

qara  və  yastıburun  olduqlarına  inanıblar,  Frakiyalılar  tanrıları  mavi 

gözlü,  düz  saçlı  təsəvvür  ediblər.  Öküzlər,  atlar,  şirlər  təsəvvür  edə 

bilsəydilər, onlar öz tanrılarını öküz, at, şir şəklində təsvir edərdilər! 

Həmin dövrdə yunanlar çoxlu şəhər-dövlətlər yaratdılar. 

Bu şəhər-dövlətlər bütün əl işlərini qulların gördüyü, vətəndaşlarınsa 

bütün  vaxtlarını  siyasətə  və  mədəniyyətə  həsr  etdiyi  Yunanıstanda, 

Cənubi  İtaliyada  və  Kiçik  Asiyada  olan  yunan  müstəmləkələrində 

meydana gəlirdi. 

Bu  şəhər  mühitlərində  insanlar  tamamilə  yeni  cür  düşünməyə 

başladılar. Hər bir vətəndaş cəmiyyətin necə qurulmasına dair məsələ 

qaldıra,  şübhəsini  dilə  gətirə,  eləcə  də  vətəndaşlar  qədim  miflərlə 

razılaşmadan fəlsəfi suallar qaldıra bilərdilər. 

Biz bunu mifoloji düşüncə tərzindən təcrübə və məntiqə əsaslanan 

düşüncə  tərzinə  inkişaf keçidi hesab edirik. Erkən yunan filosofların 

məqsədi  təbii  proseslərin  izahında  fövqəltəbii  deyil,  təbii  izahlar 

tapmaq idi”. 

Sofi  xəlvəti  guşəsindən  çıxıb  bağda  dolaşdı.  Məktəbdə,  xüsusən 

təbiət fənlərində öyrəndiklərini unutmağa çalışdı. Əgər o, təbiət haqda 

heç nə bilməsəydi, sadəcə bu bağın içində böyüsəydi, bahar haqda nə 

düşünər,  nə  duyardı?  Bir  gün  qəfildən  niyə  yağış  yağmasına  izah 

tapmağa  çalışardımı?  Qar  yağmasını,  səhərlər  gün  çıxmasını  özünə 

izah etmək üçün fikrə dalıb xəyal qurardımı? 

Hə, qurardı, əlbəttə, bunları özünə izah etməyə çalışardı. O, belə bir 

hekayət qurmağa başladı: 

Qış  torpağı  öz  hakimiyyəti  altına  alır,  çünki  pis  Muriat  gözəl 

Şahzadə  Sikitanı  həbs  edib.  Lakin  günlərin  birində  igid  Şahzadə 

Bravato gəlir və onu xilas edir. Sikita elə sevinir ki, çəmənlikdə rəqs 

etməyə başlayır, nəm məhbəsdə bəstələdiyi nəğmələri oxuyur. Torpaq, 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə