8
Ola bilsin ki, fəza həmişə mövcud olub, bu halda onun haradan
əmələ gəldiyini götür-qoy etməyə ehtiyac qalmırdı.
Bəs ola bilərmi ki, nə isə həmişə mövcud olsun? Sofinin daxilindən bir
səs bu fikrə qarşı çıxırdı. Deməli, mövcud olan hər şeyin bir başlanğıcı
olmalıdı? Belə çıxır ki, fəzanı da nə vaxtsa nə isə başqa bir şey yaradıb.
Amma əgər fəza nə isə başqa bir şeydən əmələ gəlibsə, həmin o
başqa bir şey də nədənsə əmələ gəlməliydi. Sofi hiss etdi ki, o yalnız
problemi uzadır. Ona görə də ümumiləşdirib bir nəticə çıxarmağa
çalışdı. “Nə isə” heç nədən əmələ gəlmiş
olmalıdı. Amma bu mümkündümü? Bu fikir də dünyanın
yaradılmadan, elə həmişə mövcud olması fikri kimi mümkünsüz
deyilmi?
Məktəbdə onlara öyrətmişdilər ki, dünyanı Tanrı yaradıb. Sofi özünə
təsəlli verməyə çalışdı, fikirləşdi ki, yəqin elə bu, məsələnin ən yaxşı
həllidi. Amma sonra yenidən fikirləşməyə başladı. O, qəbul edə bilərdi
ki, dünyanı Tanrı yaradıb; yaxşı, bəs Tanrının özü necə? O özü-özünü
heçlikdən yaradıb? Sofinin içindən yenə bir səs qarşı çıxdı. Hətta bütün
hər şeyi Tanrı yaradıbsa belə, çətin ki özünü yarada biləydi, çünki
yaratmaqdan ötrü əvvəl “özü”nə ehtiyac olacaqdı.
Onda bir yol qalır: Tanrı həmişə mövcud olub. Amma Sofi artıq bu
imkan barədə fikirləşib və onu rədd edib! Mövcud olan hər şeyin bir
başlanğıcı olmalıdı.
Off!
Sofi yenidən o iki zərfi açdı.
Sən kimsən?
Dünya necə yaranıb?
Nə zəhlətökən suallardı! Yaxşı, bəs axı bu məktublar hardandı? Bu
da bilinmirdi.
Sofini hərgünkü həyatından ayıran, onu qəfildən kainatın böyük
müəmmalarıyla üz-üzə qoyan kim idi belə?
Üçüncü dəfə poçt qutusunun yanına getdi. Poçtalyon bugünkü
məktubları təzəcə gətirmişdi. Sofi bir yığın gərəksiz məktub, dərgilər
və anasına gələn məktubları gördü. Aralarında tropik bir çimərliyin
downloaded from KitabYurdu.org
9
açıqcası da vardı. Arxasına baxdı. Üzərində Norveç möhürü və “BMT
batalyonu” markası gördü. Atasından ola bilərmi? Axı o, indi tam başqa
bir yerdə olmalıdı!? Heç xətt də onun deyil.
Açıqcanın kimə ünvanlandığını görəndə Sofinin ürəyi çırpındı:
“Hilde Moller Knaq, Sofi Amundsenə. Böyük mülklər küçəsi, 3...”
Ünvanın ardı düz idi. Açıqcada yazılmışdı:
“Əziz Hilde,
15 yaşın mübarək! Sənə böyüməyinə kömək edəcək bir hədiyyə
vermək istəyirəm, əminəm, başa düşəcəksən. Bağışla ki, açıqcanı sənə
Sofi vasitəsilə çatdırıram. Bu, ən asan üsul idi.
Səni sevən atan”.
Sofi evə qalxıb mətbəxə girdi. Başı qazan kimi qaynayırdı. Bu Hilde
kim ola? Ondan cəmi bir ay qabaq doğum günü olan bu qız kimdi axı?
Telefon kitabçasını əlinə aldı. Orada Moller soyadlı çoxlu, Knag adlı
bir neçə adam vardı, amma bütöv adı Moller Knaq olan heç kəs yox idi.
Sofi qəribə açıqcanı bir də yoxladı. Saxta deyildi. Üzərində möhür
və marka olan əsil poçt açıqcası idi. Açıq-aşkar başqa yerə göndərilməli
olan bu məktubu hansısa bir ata nəyə görə Sofinin ünvanına göndərsin
ki? O, necə atadı ki, öz qzının doğum günündə onunla bu cür əylənir,
qızına yazdığı məktubu qəsdən başqa ünvana göndərir? Belə də “ən
asan üsul” olar? Hər şey bir yana, Sofi indi bu Hildeni necə tapsın?
Beləcə, indi Sofini başqa problem narahat etməyə başladı. Fikirlərini
sahmana salmağa çalışdı:
Günorta, iki saatın içində o, düz üç problemlə baş-başa qalmışdı.
Birinci problem bu idi ki, iki ağ zərfi poçt qutusuna kim qoyub. İkinci
problem həmin məktublardakı iki çətin sual,
üçüncü problemsə bu idi ki, Hilde Moller Knaq kim ola bilər və nəyə
görə onun ad günü açıqcası Sofiyə göndərilib? Əmin idi ki, bu üç
problem arasında nə isə bir bağlılıq var. Var, çünki Sofi indiyə kimi adi
sakit bir həyat yaşamışdı...
SİLİNDR ŞLYAPA
...yaxşı filosof olmaq üçün heyrətlənmək qabiliyyəti gərək...
Sofinin ürəyinə dammışdı ki, bu anonim məktubları göndərən adam
downloaded from KitabYurdu.org
10
yenə də yazacaq. Qərara gəldi ki, hələlik məktublar haqqında heç kəsə
bir söz deməsin.
Məktəbdə fikrini müəllimlərin dediklərinə cəmləşdirmək onun üçün
çətinləşdi. Onların danışıqları Sofiyə çox maraqsız görünməyə başladı.
Fikirləşirdi ki, əhəmiyyətsiz şeylərdən
danışırlar. Axı niyə onlar “insan nədir” sualından danışmırlar, yaxud
niyə demirlər ki, dünya nədi, necə olub ki, əmələ gəlib?
Əvvəlcə yalnız məktəbdə hiss etdiyi bu maraqsızlıq tədricən hər yerə
yayıldı; adamlar hər yerdə boş-boş söhbətlər edirlər. Əsas məsələlər isə
həllini gözləyə-gözləyə qalır.
Kiminsə bu suallara cavabı vardımı? Sofi hiss edirdi ki, onlar haqda
düşünmək qaydasız felləri əzbərləməkdən daha vacibdi.
Sonuncu zəngi vurulan kimi Sofi məktəbdən elə sürətlə çıxdı ki,
Coanna qaça-qaça özünü ona çatdıra bildi.
Bir az gedəndən sonra Coanna soruşdu:
Axşam kart oynayaq?
Sofi çiyinlərini çəkdi:
Daha kart oynamaqdan xoşum gəlmir.
Coanna təəccübləndi:
Xoşun gəlmir? Onda badminton oynayarıq.
Sofi gözlərini asfalta dikdi, sonra başını qaldırıb dostunun sifətinə
baxdı:
Heç badmintondan da xoşum gəlmir.
Yaxşı görək, zarafat eləmə.
Sofi Coannanın səsində bir az inciklik hiss etdi:
Birdən-birə nə oldu ki? Nə baş verdi?
Sofi başını tərpətdi.
Bu... sirrdi.
Aha! Sən yəqin aşiq olmusan!
İki qız bir müddət bir-birinə heç nə demədən addımladılar. Futbol
meydançasına çatanda Coanna dilləndi:
Burdan gedəcəm.
Meydançadan! Bu, Coannagilə ən kəsə yol idi, amma o, yalnız çox
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |