Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   2   3   4   5   6   7   8   9   ...   69

məndən yüngülvarı qəlyanaltı belə çıxmaz. Ya da Allah qorudu 
məni...  Buna  görə  də  ümidləndim  ki,  rəhmli  Allah  mənə 
qıymaz,  məni  başqa  cür,  qəddar  yolla  -  aclıqdan  ölməyə 
qoymaz.  Mənə  başqa  bir  qismət  yazdığını  fikirləşib  Ona 
səsləndim: “Mənə kömək ol, məni hifz et”. Ağacdan tuta-tuta 
özümü tarazladım və kömək üçün Ona bir də yalvardım. 
Bir  neçə  dəqiqədən  sonra  dəvələrin  otladığı  bir  sahəyə 
çıxdım.  Gözümə  yelinli  dəyən  dəvəni  seçdim  və  üstünə 
cumdum. Onu tumarlayıb uşaq kimi əmməyə başladım. Sarban 
məni  görən  kimi  qışqırdı:  “Rədd  ol  oradan,  balaca  qancıq!” 
Dərhal da qamçısının vıyıltısını eşitdim. Lakin elə çarəsiz idim 
ki, hər şeyi gözə almışdım, ağzım tutan qədər sorur, bacardığım 
qədər əmməyə davam edirdim. 
Sarban  qışqıra-qışqıra  üstümə  gəlirdi.  Bilirdi  ki,  məni 
vaxtında  qorxudub  uzaqlaşdıra  bilməsə,  çatsa  belə,  artıq  gec 
olacaq,  bütün  südü  əmib  qurtaracağam.  Amma  xeyli  sora 
bilmişdim deyə o çataçatda qaçmağa başladım. O, arxamca bir 
az  qaçdı,  qamçısını  bir-iki  dəfə mənə  tərəf  vıyıldatdı.  Ondan 
sürətli  qaçırdım  deyə  aradan  çıxa  bildim,  o  isə  arxada  qalıb 
günortanın qızmar günəşi altında məni qarğamağa başladı. 
Artıq  qarnımda  lazımi  qədər  “yanacaq”  var  idi,  özümə 
gəlmişdim.  Buna  görə  də  hansısa  yaşayış  yerinə  gəlib 
çatanadək  qaçdıqca  qaçdım.  İndiyədək  belə  bir  yerdə 
olmamışdım. Burada binalar, torpaq yollar var idi. Yolun düz 
ortası ilə gedə biləcəyimi zənn edib elə orta ilə də yeriyirdim. 
Gəzdikcə  ağzıaçıq  qalmışdım,  mənə  qəribə  görünən  hər  şeyə 
baxırdım. Yanımdan ötən qadın məni başdan-ayağa süzdü və 
dedi:  “Sən  nə  axmaqsan,  özünü  harada  hesab  edirsən?”  O, 
üzünü küçədəkilərə tutaraq para-para olmuş, qanamış, sonra da 
downloaded from KitabYurdu.org


11 
 
qaysaq  bağlamış  ayaqlarımı  göstərərək  çığırdı:  “Ay  Allah, 
onun 
ayaqlarına  baxın!  Eh,  bu,  yəqin,  səfeh  kənd  qızıdır”.  Sonra 
üstümə  çəmkirdi:  “Qızcığaz,  sağ  qalmaq  istəyirsənsə,  yoldan 
qırağa çıx!” O, əli ilə mənə kənarı göstərdi və güldü. 
Bildim  ki,  bunu  hamı  eşitdi.  Elə  utandım  ki!  Onun 
dediklərini başa düşmədiyimdən başımı aşağı salıb heç kimin 
üzünə baxmadan yolun ortası ilə getməkdə davam etdim. Çox 
keçmədi,  arxadan  yük  maşınının  siqnalını  eşitdim.  Maşının 
qabağından  kənara  tullandım.  Axma  qarşı  çevrildim, 
maşınların üstümə gəldiyini görəndə əllərimi qabağa uzatdım. 
Fikrimin  maşın  saxlatmaq  olduğuna  əmin  deyildim,  çünki 
bunun  nə  demək  olduğunu  belə  bilmirdim.  Sadəcə,  yolun 
ortasında  əllərim  havada  kimisə  dayandırmağa  çalışırdım. 
Maşının  biri  mənə sürtülüb keçdi, az qala  əlimi qırmışdı,  tez 
geri  çəkildim.  Bir  az  yolun  qırağı  tərəfə  keçib  yenə  əlimi 
qaldırdım, amma bu dəfə daha ehtiyatla. Yoluma davam etdim. 
Yanımdan  ötüb-keçən  maşınlardakı  adamların  üzünə  baxır, 
ürəyimdə  onlardan  birinin  maşınını  saxlayıb  mənə  kömək 
etməsi üçün sakitcə dua edirdim. 
Nəhayət,  bir  yük  maşını  saxladı.  Bundan  sonra  baş 
verənlərlə qürur duymuram - lakin artıq olan olub, həqiqətdən 
başqa nə deyə bilərəm ki?! Bu günədək həmin anlan yadıma 
salanda öz-özümə deyirəm ki, kaş hisslərimə inanıb o maşına 
minməyəydim... 
Yük maşını tikinti üçün daş apanrdı; yük yeri iti uclu beysbol 
topu boyda daşla dolu idi. Qabaqda iki kişi oturmuşdu, sürücü 
qapını açdı və Somali  dilində: “Min maşına,  əzizim”,  - dedi. 
Mən özümü əlacsız, qorxudan usanmış hiss edirdim. 
downloaded from KitabYurdu.org


“Mən Moqadişuya gedirəm”, - deyə izah etməyə çalışdım. Kişi 
irişərək: “Səni hara istəsən, ora da apararam”, - dedi. Güləndə 
tütün  kəsmiş  qırmızımtıl  dişləri  görünürdü.  Amma  mən 
bilirdim ki, onun dişlərini qızardan tütün deyil, çünki atamı da 
bir  dəfə  ondan  çeynəyən  görmüşdüm.  Bu,  xat  idi,  Afrikada 
kişilərin  çeynədiyi  kokainə  oxşar  bitki.  Qadınların  ona 
toxunmasına  belə  icazə  verilmir;  kişiləri  aqressiv,  dəli, 
qudurğan edir, neçə-neçə insanın həyatını məhv edir... 
Bilirdim  ki,  başımı  bəlaya  salacağam,  amma  başqa  nə 
edəcəyimi  də  bilmirdim  deyə  başımla  “hə”  dedim.  Sürücü: 
“Yük 
yerinə  çıx”,  -  deyə  mızıldandı.  Maşındakı  iki  kişinin  yanında 
oturmamaq, onlardan uzaq olmaq mənə bir az təskinlik verirdi. 
Maşının  yük  yerinə  dırmaşdım,  bir  küncdə  oturub  daşların 
üstündə özümə yer eləməyə çalışdım. Daha qaranlıq idi, səhra 
da  sərinləmişdi,  maşın  sürətlə  irəlilədikcə  soyuq  olduğundan 
küləkdən qorunmaq üçün uzanmalı oldum. 
Növbəti hiss etdiyim şey sürücünün yanında əyləşən kişinin 
daşların üstü ilə sürünə-sürünə mənə tərəf gəlməsi oldu. O, qırx 
yaşlarında, olduqca idbar, çirkin idi. Elə iyrənc idi ki, hətta saçı 
da onu tərk edirdi, başı keçəlləşirdi. Bu eybini örtmək üçün bığ 
saxlamışdı.  Dişləri  qırılmış,  bəziləri  tökülmüş,  qalanları  da 
qırmızımtıl rəngdə ərp bağlamışdı, amma, bununla belə, onları 
təşəxxüslə  göstərə-göstərə  üzümə  irişirdi.  Üzümə  dirənmiş  o 
baxışları heç vaxt unutmayacağam. 
Şalvarını  aşağı  salanda  onun  həm  də  gonbul  olduğunu 
gördüm. O, qıçlarımdan yapışaraq onları aralamağa çalışdıqca 
penisi  mənə  sürtünürdü.  “Ah,  xahiş  edirəm,  xahiş  edirəm, 
yox!”  -  deyə  yalvarırdım.  Anq  qıçlarımı  sarmaşıq  kimi 
downloaded from KitabYurdu.org


13 
 
bir-birinə  dolayıb  saxlamışdım.  O,  qıçlarımı  aralamaq  üçün 
əlləşirdi. 
Bunu  bacarmaymca  üzümə  möhkəm  bir  şillə  vurdu.  Mən 
qulaqbatırıcı  səslə  qışqırdım  və  səsim  maşının  uğultusunda 
ətrafa yayıldı. 
“Arala qırılmış qıçlarını!” Mən onun üstümə çökmüş ağırlığı 
ilə  kürəyimə  batan  daşların  üstündə  mübarizə  aparmağa 
çalışırdım. O, yenə də əlini qaldırıb bu dəfə daha möhkəm bir 
şillə vurdu. İkinci şillədən sonra mən ağıl işlətməli olduğumu 
anladım; o, müqavimət göstərə bilməyim üçün çox güclü idi. 
Nə etdiyini də yaxşı bilirdi, məndən fərqli olaraq, bu işdə xeyli 
təcrübəli  idi,  şübhəsiz,  çox  qadın  zorlamışdı,  mən,  sadəcə, 
növbəti  olacaqdım.  Onu  nə  öldürərdim!  Heyif  ki,  heç  bir 
silahım yox idi. 
Özümü elə apardım ki, guya mən də onu istəyirəm. Mülayim 
səslə:  “Yaxşı,  yaxşı,  amma  əvvəlcə  işəməliyəm”,  -  dedim. 
Gördüm  ki,  getdikcə  o  daha  çox  qızışır  -  bu  balaca  qızcığaz 
razılaşmışdı! - icazə verdi. Qaranlıqda yük yerinin əks küncünə 
keçib  oturaraq  özümü  işəyən  kimi  göstərdim.  Bu,  mənə  nə 
edəcəyimi düşünmək üçün bir balaca vaxt verdi. Ayağa 
qalxanda artıq planım hazır idi. Tapa bildiyim ən böyük daşı 
əlimdə tutaraq keçib onun yanında uzandım. 
O,  üstümə  çıxdı,  mənsə  əlimdəki  daşı  bərk-bərk  sıxdım. 
Bütün gücümü toplayıb daşı düz onun gicgahına vurdum. Bir 
dəfə vurdum, gördüm ki, gicəlləndi. Bir də vurdum və o yıxıldı. 
Qəfildən özümdə bir döyüşçü kimi  inanılmaz güc  hiss etdim. 
Bu  gücün  məndə  haradan  yarandığını  bilmirdim.  Görünür, 
kimsə  hücum  edəndə,  öldürmək  istəyəndə  adam  inanılmaz 
güclü  ola  bilirmiş.  Həmin  anadək  nə  qədər  güclü  olduğunu 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə