Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

59 
 
leşyeyənlər  bu  “acı  səhra  həqiqətini”  tapıb  yeməzdən  qabaq 
ailəsi onu basdıra bilib. 
5. 
NİKAH MÜQAVİLƏSİ 
Bir  səhər  adamların  səsinə  oyandım.  Yatdığım  həsirin 
üstündən qalxdım, amma heç kimi görmədim və belədə ətrafda 
nə  baş  verdiyini  öyrənməyə  başladım.  Səhərin  sakitliyində 
səsləri  izləyə-izləyə  atamla  anamın  bir  dəstə  adamla 
sağollaşdığı yerə  çatınca  təxminən yanm  mil  qaçdım.  “Onlar 
kimdir,  Mama?”  -  barmağımı  başına  şərf  dolayan  çəlimsiz 
qadının arxasınca uzadaraq soruşdum. 

O, sənin dostun Şükrindir. 

Onlann ailəsi buradan köçür? 

Yox, o, ərə gedir. 
Eşitdiyimdən  sarsılaraq  gözdən  itincə  onların  arxasınca 
baxdım. Mən on üç yaşlarımda idim, Şükrin isə məndən bir az 
böyük olardı, təxminən on dörd yaşında... Onun ərə getdiyinə 
heç  cür  inana  bilmirdim.  “Kimə?”  Heç  kim  cavab  vermədi, 
çünki bu, mənə aid söhbət deyildi. “Kimə?” - təkrar soruşdum. 
Yenə əvvəlki sükutla cavab verildi. “O, ərə getdiyi adamla 
buradan  köçəcək?”  Bu,  ümumiləşmiş  bir  təcrübə  idi  və  ən 
qorxduğum şey də dostumu bir daha görməmək idi. 
Atam  kobud  səslə  dedi:  “Narahat  olma!  Növbəti  sənsən”. 
Valideynlərim dönüb alaçığımıza qayıtdılar, mən isə bu xəbəri 
götür-qoy edə-edə xeyli dayandım. Şükrin ərə gedir! Ərə gedir! 
Bu  sözü  dəfələrlə  eşitmişdim,  amma  bu  səhərə  kimi  onun  nə 
demək olduğunu soruşmamışdım. 
Somalidən  olan  bir  qız  kimi  heç  vaxt  evlilik,  yaxud  seks 
haqqında 
fikirləşməmişdim. 
Ailəmizdə, 
ümumiyyətlə, 
mədəniyyətimizdə heç kim heç vaxt bu barədə danışmırdı. Bu 
downloaded from KitabYurdu.org


heç  ağlımıza  da  gəlmirdi.  Oğlanlar  haqqında  yeganə  fikrim 
heyvanlara  yaxşı  baxmaqda  və  qaçmaqda  onlarla  yarışmaq, 
onları  döyə  bilmək  idi.  Hamı  seks  barədə  eyni  sözü  deyirdi: 
“Heç  kimlə  eşqbazlıq  etmə!  Ərə  gedəndə  bakirə  olmalısan”. 
Qızlar bilirlər ki, bakirə kimi ərə gedəcəklər və yalnız bir dəfə 
evlənə bilərlər. Vəssalam. Həyatın bundan ibarətdir. 
Atam həmişə bacılarıma və mənə deyərdi: “Siz qızlar mənim 
kraliçalarımsınız”.  O,  ətrafımızdakı  ailələr  arasında  ən  gözəl 
qızların atası olduğundan bəxti gətirmiş hesab edilirdi. 
“Siz  mənim  kraliçalarımsmız  və  heç  kim  sizə  sataşa  biməz. 
Belə  bir  şey  olsa,  mütləq  mənə  deyin.  Sizi  qorumaq  mənim 
borcumdur - sizinçün ölümə belə hazıram”. 
O,  bir  neçə  dəfə  öz  “kraliçaları”nı  qorumalı  olmuşdu.  Bir 
dəfə  böyük  bacım  Aman  heyvanları  otarmağa  aparanda  bir 
nəfər  ona  yaxınlaşıb.  Oğlan  onun  arxasınca  düşüb,  Aman  isə 
eyni sözü təkrarlayaraq: “Məni rahat burax, məndən əl çək”, - 
deyirmiş.  Oğlanın  cazibəsi  işə  yaramayanda  o,  Amanın 
qolundan  tutub  onu  zorlamaq  istəyib.  Amma  Aman  altı  fut 
hündürlükdə,  kişi  kimi  qüvvətli  bir  qız  olduğundan  onu 
zorlamaq cəhdi oğlan tərəfindən axmaq səhv idi. Aman oğlanı 
yaxşıca əzişdirmişdi. Evə qayıtdıqdan sonra isə əhvalatı atama 
da  danışmışdı.  Atam  da  o  zavallını  tapıb  təpikləmişdi.  Onun 
qızlarma heç kim sataşa bilməzdi. 
Bir  gecə  o  biri  bacım  Fəziyyənin  qulaqbatırıcı  çığırtısına 
oyandım.  Həmişəki  kimi  çöldə,  açıq  səma  altında  yatmışdıq. 
Lakin onu bizdən ayırmışdılar və kənarda uzatmışdılar. Durub 
yerimdə oturdum, qaranlıqda bir kişinin bizim alaçıq tərəfdən 
qaçdığını gördüm. Fəziyyə isə atam o çağırılmamış qonağın 
arxasınca  durub  qaçana  qədər  qışqırdı.  Bacıma  yaxınlaşdıq. 
downloaded from KitabYurdu.org


61 
 
Fəziyyə  əllərini  ağ  və  yapışqan  sperma  tökülmüş  qıçlarına 
toxundurdu.  O  adam  canını  atamın  əlindən  qurtara  bilmişdi, 
lakin  səhər  açılanda  bacımın  yatağının  yanında  o  mürtədin 
səndəl izlərini gördük. Papa günahkarın kim olduğunu təxmin 
etdi, amma əmin deyildi. 
Bir  qədər  sonra  kəskin  quraqlıq  vaxtı  atam  yaxınlıqdakı 
quyudan  su  gətirməyə  getmişdi.  Atam  quyunun  içində  su 
dolduran  vaxt  başqa  bir  kişi  də  su  aparmağa  gəlib.  Kişi 
növbəsini  gözləməkdən  bezib  və  atamın  üstünə  qışqırıb  ki, 
bəsdir,  mən  də  su  doldurmalıyam.  Somalidə  bəzən  yüz  fut 
dərinlikdə olan bu quyulardan kim istəsə, su götürə bilər. Su qıt 
olduğundan  hər  kəs  özü  və  heyvanatı  üçün  lazımi  qədər  su 
aparmaq üçün sanki yanşa çıxır. Atam kişiyə cavab verir ki, o 
da gəlib qablarını doldura bilər. “Hə, yaxşı. Gəlirəm”. Kişi vaxt 
itirmədən quyuya tullanıb su yığmağa başlayır. O islaq yerdə 
gəzdikcə palçığa düşən səndəl izlərini atam tanıyır. “O sən idin, 
elə deyilmi? - deyə atam onun çiyinlərindən tutaraq silkələyib, 
- sən əclaf idin qızımın namusuna toxunmaq istəyən?!” Atam 
onu  küçə  iti  kimi  o  ki  var  döyüb.  Lakin  o  “küçə  iti”  əldə 
qayrılmış  iri,  xəncərəoxşar  bıçağını  çıxardaraq  atamın 
qabırğalarının arasından dörd-beş dəfə bıçaqla vurub. Atam da 
onun biləyindən tutaraq bıçağı əlindən alıb və onu öz bıçağı ilə 
vurub. İkisi də ciddi xəsarət almışdı. Atam çətinliklə də olsa, 
quyudan  çıxmağı  bacarıb  və  alaçığımıza  qayıdıb.  O,  evə 
çatanda  qan  içində  idi.  Xeyli  yatandan  sonra  Papa  sağaldı, 
sonralar  onun  doğru  dediyini  anladım:  o,  həqiqətən  də, 
bacılarımın şərəf və isməti üçün ölməyə hazır idi. 
Papa  həmişə  biz  qızlarla  zarafat  edərdi:  “Siz  mənim 
kraliçalarım, xəzinəmsiniz. Sizi qıfıl altında saxlayıram, açan 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə