130
bərabərləşdirir və bütün dövlətləri - kəskin fərqli seçimlər
etmədən -bütün insanlar üçün xidmətə əsaslara yönəldir. “Vahid
insan-bütün dövlətlər” prinsipini əhatə edir. Bu anlayış dünya
məkanını bütövləşdirir. Mərkəzləşdirici və yayıcı sistemə xas
olur.
“Ümumdünya vətəndaşı” anlayışı özündə vahid mədəniyyət
(çalarların vəhdəti) anlayışını da qəbul edir. Bu anlayış özündə
formaları fərqli bilir. Dövlətlərin formalarında olan fərqlər
(dövlət quruluşunda olan fərqlər, ərazi, əhali və digər fərqlər) ola
bilir. Lakin insanları vahid kriteriya kimi götürür. Bu anlayışa
əsasən, dövlətlər xalqları fərqli kriteriya ilə qəbul edə bilmir.
Xalqları vahid dünya mədəniyyətinin tərkib elementi və çaları
kimi görür və bu baxımdan da mərkəzləşdirici və genişləndirici
funksiyaya malik olur. Burada milli strukturlar arasında ideya
birləşdiriciliyi yaranır və bundan da mənəvi doğmalıq meydana
gəlir.
“Ümumdünya vətəndaşlığı” anlayışı ilə bağlı bu kimi
ümumiləşdirilmələr aparmaq olar:
-ümumdünya vətəndaşlığı vahid dünya prinsipləri üzərində
formalaşan ideyalardan ibarət olur;
-anlayış bütün dünya dövlətlərinin tənzimləmə mərkəzində
“insan” faktorunu əsas prinsip kimi qəbul edir;
-anlayış milli üstünlüyü qəbul etmir və ideya olaraq bütün
insanları bir və bütün dövlətlərdə vahid varlıq kimi qəbul edir;
-anlayış kosmopolitizm (dünya sakini ideologiyası) ilə
bərabər qəbul edilə bilir. Burada bütün xalqlara olan münasibət,
insan mərkəz olmaqla, universal əsaslarla qəbul olunur;
-anlayış radikal milli vətəndaş anlayışın qəbul etmir və
dövlətlərin universallığı prinsipini qabardır;
-anlayış “siyasi sərhədlərsiz dünya” prinsipi üzərində
formalaşır;
-anlayış ümumdünya sülh hərəkatını formalaşdıran fikirləri
özündə ehtiva edir;
-anlayış təbiətə, canlılara, eko mühitə zərər verən üsnsürlərə
qarşı mübarizə aparan bütün beynəlxalq hərəkatları özündə
ehtiva edir;
131
-anlayış insan xarakterində müdrikliyi və beynəlmiləlçi ruhu
özündə cəmləşdirir və bu baxımdan da ideallaşdırıcı məzmuna
malik olur;
-anlayış ümumdünya etika anlayışını birləşdirir və vahid
dünya mənəviyyatını aşılayır;
-anlayış ümümdünya sülhünü tərənnüm edir və qlobal və
regional miqyaslı müharibələri rədd edir;
-anlayış “dünya bir dövlət, bir dövlət bütün dünya”
prinsipini qəbul edir və tərənnüm edir;
Anlayış ümumdünya mədəniyyətinin formalaşmasını əks
etdirir. Xalqlar mədəniyyəti cəmində dünya mədəniyyətinin
bütövünü görür və s.
Anlayışın əhəmiyyəti:
-milli eqoizmin qarşısını alır;
-xalqların başqa xalqlar üzərində birtərəfli üstünlüyünü rədd
edir;
-milli sferada və beynəlxalq əlaqələrdə xalqlar arasında
istənilən formada olan ayrı-seçkiliyi rədd edir;
-dövlətlər arasında birliyi və dostluğu tərənnüm edir;
-regional və qlobal miqyasda sülhü təbliğ edir;
-bütün insan birlikləri arasında vəhdətliyi təbliğ edir;
-müharibələri və münaqişələri bir qayda olaraq rədd edir;
-insan məfhumunu böyüdür və milli sərhədlərdən kənara
çıxarır;
-insan ruhunu dünyəviləşdirir və hakimiyyətin bürokratik
çətinliklərinin qarşısını alır;
-dünya tərkibini yalnız çalarlarda axtarır;
-dünya bütövünü təşkil edən elementlər arasında olan
əlaqələrin yumşaq formasını qəbul edir;
-dünya birliyi ideyasını bütövləşidirir və aliləşdirir, buna
görə də dünyaya dəyər kimi baxır;
132
-dünya birliyinin yaranmasında humanist dəyərləri təbliğ
edir və resurslara mənəvi dəyərləri bütövləşdirici amil kimi
yanaşır;
-anlayış özündə həm sərhədləri rədd edir, həm də
mühafizəedici ruhda yanaşır;
-anlayışı özündə daşıyan şəxslər üçün bütün resurslar itkisi
dəyərlər itkisi kimi qəbul olunur və dünyanın vahid sisteminin
tamamlanması üçün zəngin elementlər prinsipi qəbul olunur.
Multikulturalizm və onun əhəmiyyəti
Hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya
mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində yaşayan
çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin həmin dövlətdə
kiçik bir mədəni modelini formalaşdırır. Multikulturalizm
xalqlarda mədəni və dini tolerantlılığı yaradır.
Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi düşüncə
ifadəsidir və bu nöqteyi-nəzərdən, özündə kompleks xarakterli
ümumiləşmiş ifadələri əks etdirir. Mədəniyyət konseptualdır,
multikulturalizm də konseptual məzmunludur. Dərin mahiyyətə
malikdir, insanların və xalqların özünüdərkini təcəssüm etdirir.
Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi
qəbul
olunur.
Çoxmillətlilik
və
onun
yaratdığı
çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva
edir. Bu baxımdan mədəniyyət fərdin və kollektivin
davranışlarından (davranışlar münasibət və əlaqə fonunda
meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və
münasibətlərini ifadə edir), davranışların yaratdığı adət
qaydalarından və bunların da formalaşdırdığı xarakterdən
meydana gəlir. Xarakter fərdi və milli kimliyi müəyyən edir.
Milli kimlik əsasən dil amilindən formalaşır. Eyni zamanda
mədəniyyətin (adət-ənənə, yaradıcılıq və quruculuq nümunələri)
xarakterik xüsusiyyətləri burada önəmli rol oynayır. Xarakteri
meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti
Dostları ilə paylaş: |