müddətinə çoxdəfəlik giriş-çıxış üçün giriş
vizalarının rəsmiləşdirilməsi üçün
16.1.8. Turistlərin (yalnız turist vauçeri və ya turist
göndərişini təqdim edənlərə şamil olunur) və şəxsi
kontraktla təhsil alan tələbələrin vizalarının
rəsmiləşdirilməsi üçün
20 ABŞ dolları
cxxi[121]
16.1.9. tranzit vizaların rəsmiləşdirilməsi üçün:
16.1.9.1. adi tranzit viza;
20 ABŞ dolları
16.1.9.2. ikidəfəli tranzit viza;
40 ABŞ dolları
16.1.10. viza müddətinin artırılması üçün:
16.1.10.1. 24 saat;
10 ABŞ dolları
16.1.10.2. 48 saat;
20 ABŞ dolları
16.1.10.3. 72 saat;
30 ABŞ dolları
16.1.10.4. 3 gündən 1 ayadək;
40 ABŞ dolları
16.1.10.5. 1 aydan 3 ayadək;
80 ABŞ dolları
16.1.11. vaxtı bitmiş vizalarının müddətlərinin
artırılması üçün, hər ay üçün.
50 ABŞ dolları
16.2. Vətəndaşlıq məsələlərilə əlaqədar sənədlərin
rəsmiləşdirilməsinə görə;
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin
rəsmiləşdirilməsinə görə;
150 ABŞ dolları
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin
rəsmiləşdirilməsinə görə.
300 ABŞ dolları
16.3. VVAQ məsələlərinə dair konsulluq
əməliyyatlarına görə:
16.3.1. nikahın qeydə alınması və bu barədə
şəhadətnamənin verilməsinə görə;
30 ABŞ dolları
16.3.2. boşanmanın qeydə alınması və bu barədə
şəhadətnamənin verilməsinə görə;
40 ABŞ dolları
16.3.3. Qanunla müəyyənləşdirilmiş qaydada itkin
düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət
əməli törətdiklərinə görə 3 ildən artıq müddətə
məhkum olunmuş şəxslərə boşanmanın qeydə
alınmasına görə;
10 ABŞ dolları
16.3.4. adın, soyadın, ata adının dəyişdirilməsinə
(nigahla əlaqədar olan hallar istisna olmaqla) dair
materialların rəsmiləşdirilməsinə görə;
50 ABŞ dolları
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı
haqqında arxiv materiallarına əsasən təkrar
şəhadətnamələrin verilməsinə görə;
40 ABŞ dolları
16.3.6. doğum, ölüm, nigah və boşanma haqqında akt
qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin
edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar
şəhadətnamələrin verilməsinə görə;
20 ABŞ dolları
16.3.7. xarici ölkələrin VVAQ orqanları tərəfindən
nigahın qeydə alınması məqsədilə subaylıq haqqında
arayışın verilməsinə görə.
20 ABŞ dolları
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər
sənəd üçün):
16.4.1.1. Azərbaycan Respublikasında;
4 manat
cxxii[122]
16.4.1.2. ölkə xaricində.
25 ABŞ dolları
16.5. Sənədlərin leqallaşdırılmasına görə:
16.5.1. Azərbaycan Respublikasında
4 manat
16.5.2. xarici ölkədə
50 ABŞ dolları
cxxiii[123]
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən
daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən
avtonəqliyyat vasitələrindən istifadə etmək və ona
sərəncam vermək, kredit əməliyyatlarını yerinə
yetirmək hüququ verən vəkalətnamələrin notariat
təsdiqinə görə;
50 ABŞ dolları
16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə
daxil olmuş pul vəsaitlərinin, bağlamaların,
korrespondensiyaların bank idarələrindən alınması və
ona sərəncam verilməsi barədə vəkalətnamələrin
təsdiqinə görə;
25 ABŞ dolları
16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə
görə:
16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər
qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;
75 ABŞ dolları
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə
görə;
150 ABŞ dolları
16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair
müqavilənin təsdiqinə görə;
100 ABŞ dolları
16.6.3.4. sair müqavilələrin təsdiqinə görə
50 ABŞ dolları
16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətini,
həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə
görə;
20 ABŞ dolları
16.6.5. Azərbaycan Respublikasının vətəndaşlarının
diplomatik nümayəndəliklərdə və konsulluqlarda
saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin
və onlardan çıxarışların verilməsinə görə;
20 ABŞ dolları
16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə
(hər sənəd üçün);
50 ABŞ dolları
16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin
düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə
üçün):
- xarici dillərdən;
20 ABŞ dolları
- xarici dillərə;
40 ABŞ dolları
16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib
edilməsinə görə;
50 ABŞ dolları
16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun
hesabatının təsdiq edilməsinə görə;
50 ABŞ dolları
16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə
və bu əmlakın mühafizə olunması üçün qəbul
edilməsinə görə;
100 ABŞ dolları
16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim
edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə;
100 ABŞ dolları
16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə;
100 ABŞ dolları
16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə
hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə;
100 ABŞ dolları
16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına
görə;
100 ABŞ dolları
16.6.15. Konsulluğun vəzifəli şəxsi tərəfindən vərəsəlik
hüququ haqqında şəhadətnamənin verilməsinə görə;
200 ABŞ dolları