Dövlət qeydiyyatına alınmışdır



Yüklə 71,73 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü71,73 Kb.
#38391


“Dövlət qeydiyyatına alınmışdır” 

 

Azərbaycan Respublikasının 



Ədliyyə Nazirliyi 

Qeydiyyat  N 2657  

 

“08 ” fevral   2001-ci il 



 

 

Nazir _____________  F.F.Məmmədov 



“Təsdiq edilmişdir” 

 

Azərbaycan Respublikası 



Mərkəzi Bankının İdarə Heyəti 

Protokol N 03 

 

“ 31 ” yanvar   2001-ci il 



 

 

     İdarə Heyətinin Sədri   __________ E.S.Rüstəmov 



 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ 

VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ 

TƏNZİMLƏNMƏSİ  

 

Q A Y D A L A R I 

 

 

(23 yanvar 2007-ci il, 17 dekabr 2008-ci il və 15 aprel 2010-cu il tarixli əlavə 

və dəyişikliklərlə) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2001 


I. Ümumi müddəalar   

 

 



1.1.  Bu  Qaydalar  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”, 

“Banklar  haqqında”  və  “Valyuta    tənzimi  haqqında”    Azərbaycan  Respublikası 

qanunlarına  müvafiq    surətdə  işlənib  hazırlanmışdır.  Qaydalar  müvəkkil  banklar 

tərəfindən  aparılan    xarici  valyuta  əməliyyatları  üzrə  məzənnə      risklərinin 

tənzimlənməsinə xidmət edir.  

 

1.2. Bu Qaydaların məqsədləri üçün “kredit təşkilatı” və “bank” anlayışları 



“Banklar    haqqında”  Azərbaycan  Respublikasının  Qanunu,  “rezidentlər”,  “qeyri-

rezidentlər”,  “xarici    valyuta”,  “valyuta  əməliyyatları”  və  “müvəkkil    bank” 

anlayışları  “Valyuta  tənzimi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu, 

“bank  metalları”  anlayışı  isə  “Qiymətli  metallar  və  qiymətli  daşlar  haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə şərh edilmiş mənada istifadə edilir.  

 

1.3.  Azərbaycan  Respublikasının  qanunvericulik  aktları  ilə  təfsir  edilmiş 



anlayışlardan  əlavə,  bu  Qaydaların  mətnində    istifadə  olunmuş  digər  termnlər 

aşağıdakı kimi anlaşılmalıdır: 

1.3.1. Valyuta   mövqeyi –  müvəkkil  bankların  bu  və  ya  digər  valyutada (o 

cümlədən, bank metallarında) tələbləri və öhdəlikləridir. 

1.3.2.  Açıq    valyuta    mövqeyi  –  müvəkkil  bankların  ayrı-ayrı  xarici 

valyutalarda  tələblərinin  və  öhdəliklərinin  (o  cümlədən,  hesablaşmaları 

tamamlanmamış 

əməliyyatlar 

üzrə 

balansdankənar 



tələblərin 

və 


öhdəliklərin)  məbləğləri    arasında,  mübadilə  məzənnəsinin  əlverişsiz 

dəyişməsi şəraitində itkilər riski yaradan fərqdir.  

1.3.3.  Qısa  açıq  valyuta  mövqeyi  –  hər  hansı  xarici    valyutada  balans  və  

balansdankənar  öhdəliklərin  məbləğinin  balans və  balansdankənar  tələlərin 

məbləğindən çox olduğu açıq  valyuta mövqeyidir. 

1.3.4. Uzun  açıq    valyuta  mövqeyi  -   hər hansı  xarici  valyutada  balans  və 

balansdankənar 

tələblərin 

məbləğinin 

balans 

və 


balansdankənar  

öhdəliklərin məbləğindən  çox olduğu açıq valyuta mövqeyidir.  

1.3.5. Məcmu açıq valyuta mövqeyi -  bütün uzun açıq valyuta mövqelərinin 

manat    ekvivalentində  məbləğlərinin  cəmi  ilə  bütün  qısa  açıq  valyuta 




mövqelərinin  manat  ekvivalentində  məbləğlərinin  cəmi  arasında  mütləq  

kəmiyyətcə  böyük  olan  göstəricidir.  Məcmu  açıq  valyuta  mövqeyi  sərbəst 

dönərli valyutalar və  qapalı valyutalar üzrə   ayrılıqda hesablanır. Bu zaman 

açıq    valyuta  mövqeləri  “plyus”,  qısa  açıq  valyuta  mövqeləri  isə  “minus” 

işarəsi ilə işarələnir. 

1.3.6.  Qapalı    valyuta  mövqeyi  -    hər  hansı  xarici  valyutada  balans  və 

balansdankənar  tələblərinin  məbləğinin  balans  və  balansdankənar 

öhdəliklərin məbləğinə bərabər olduğu valyuta mövqeyidir. 

1.3.7.  Açıq  valyuta  mövqeyi  limiti  -    açıq  valyuta  mövqeyinin  manat  

ekvivalentinin  bankın  kapitalına  nisbətinə    Azərbaycan  Respublikası 

Mərkəzi  Bankı  (bundan  sonra  mətn  üzrə  “Mərkəzi  Bank”)  tərəfindən təyin 

edilən kəmiyyət məhdudiyyətidir.  

1.3.8. Bankın kapitalı - Mərkəzi Bankın müəyyən etdiyi qaydada hesablanan 

məcmu  kapitaldır. 

1.3.9.  Sərbəst dönərli  valyutalar  –  bu  Qaydalara  2  N-li  əlavədə  göstərilmiş 

valyutalardır.  

1.3.10.  Qapalı  valyutalar  -    bu  Qaydalara  2  N-li  əlavədə    göstərilmiş 

valyutalar istisna olmaqla yerdə qalan  bütün xarici valyutalardır.  

1.3.11.  Günün  yekun  məzənnəsi  -    açıq    valyuta  mpvqeyinin  hesablandığı  

tarixdə  iş    gününün    yekununa  Mərkəzi  Bankın  elan    etmiş  olduğu  rəsmi 

məzənnə və ya  rəsmi məzənnə üzrə hesablanmış çarpaz (kross) məzənnədir.  

1.3.12.  Struktur    valyuta  mövqeyi  –  inflyasiyanın  və  valyuta    risklərinin 

bankın  kapitalına  təsirini  minimallaşdırmaq    məqsədilə    qəbul  edilmiş 

uzunmüddətli  valyuta  mövqeləridir.  Bu    cür  mpvqeyə  bankların  xaricdə  

törəmə  müəssisələr  təsis  etməsi,  səhmlərini  xarici  valyutada    emissiya 

edərək  yerləşdirməsi  və  möhtəkirlik    xarakterinə  malik  olmayan  digər 

əməliyyatlar üzrə açılmış mövqeləri aid edilə bilər.  

1.4.  Açıq  valyuta  mövqeyinin  hesablanması  məqsədilə  nəzərə  alınan  xarici 

valyutada,  bank  metallarında  tələblər  və  öhdəliklər,  eləcə  də  balansdankənar 

tələblər və öhdəliklər Mərkəzi Bank tərəfindən müəyyən edilir. 




1.5.

 

Açıq  valyuta  mövqeyinin  hesablanması  məqsədilə  balansdankənar 



öhdəliklər  xalis  məbləğdə,  yəni  həmin  valyutada  hesab  qalıqları  və  ya  müddətli 

depozitlərlə təmin edilmiş hissəsi çıxılmaqla nəzərə alınır. Bu zaman depozit bank 

tərəfindən xüsusi hesabda bloklaşdırılmalıdır. 

Bank  tərəfindən  verilmiş  qarantiyalar  üçüncü  tərəf  qismində  çıxış  edən 

banklardan  alınmış  qarantiyalarla  təmin  olunduqda,  xalis  məbləğdə  (yəni  həmin 

valyutada alınmış qarantiyalar çıxılmaqla) nəzərə alınır, bu şərtlə ki, üçünçü tərəf 

bank  uzunmüddətli  öhdəlikləri  üzrə  “Standard  and  Poors”  beynəlxalq  reytinq 

agentliyinin  BBB-dən  aşağı  olmayan  və  ya  digər  beynəlxalq  agentliklərinin 

(məsələn,  Moody’s,  BankWatch  və  ya  Fitch)  həmin  reytinqə  uyğun  reytinqinə 

malikdir. 

1.6. çıxarılmışdır. 

1.7.  Açıq  valyuta  mövqeyi  müvəkkil  banklar  tərəfindən  icmal      balans 

məlumatlarına əsasən günün  yekun məzənnəsi üzrə gündəlik hesablanmalıdır. 

 

II. Açıq valyuta mövqeyi limitlərinin təyin edilməsi



 

 

    2.1.  Müvəkkil  bankların  valyuta-məzənnə  risklərinin  məhdudlaşdırılması 



məqsədilə Mərkəzi Bank aşağıda göstərilən mövqelər üzrə açıq  valyuta mövqeyi 

limitlərini müəyyən edir:  

2.1.1. Sərbəst dönərli valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti; 

2.1.2. Sərbəst dönərli valyutalar üzrə qısa açıq valyuta mövqeyi limiti; 

2.1.3.  Sərbəst  dönərli  valyutalar  üzrə    uzun  məcmu  açıq    valyuta  mövqeyi 

limiti;  

2.1.4.  Sərbəst  dönərli  valyutalar  üzrə  qısa  məcmu  açıq  valyuta  mövqeyi 

limiti 


2.1.5. Qapalı valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti; 

2.1.6. Qapalı valyutalar üzrə qısa açıq valyuta mövqeyi limiti; 

2.1.7. Qapalı valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti; 

2.1.8. Qapalı valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti; 




2.1.9. Bank metalları üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti; 

2.1.10. Bank metalları üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti. 

2.2.  Müvəkkil  bankların  açıq  valyuta  mövqeyi  limitlərinin  həddi  Mərkəzi 

Bankın İdarə Heyəti tərəfindən  müəyyən olunur. 

 

2.3.  Mərkəzi  Bank  tərəfindən  müəyyən  edilmiş  açıq  valyuta  mövqeyi 



limitləri  yalnız  əməliyyat  gününün  yekun  icmal  balansının  nəticələrinə    şamil 

edilir.  Bankların  əməliyyat  günü  ərzində  açdıqları  valyuta  mövqeləri  Mərkəzi 

Bank tərəfindən tənzimlənmir.  

 

III. Struktur valyuta mövqeyinin idarə olunması 

 

3.1.  Açıq  valyuta  mövqeyi  hesablanarkən  banklar,  Mərkəzi  Bankla 



qabaqcadan razılaşdırma şərtilə, struktur valyuta mövqelərini nəzərə almaya bilər.  

3.2. Struktur valyuta mövqeyinin açıq valyuta mövqeyinin hesablamalarında 

nəzərə alınmaması üçün aşağıdakı şərtlərə əməl edilməlidir: 

i.

 



valyuta  mövqeyinin    uzun  müddətə  və  möhtəkirlik  məqsədləri 

olmadan qəbul edilməsi əsaslandırılmalıdır; 

ii.

 

valyuta  mövqeyi  bank  kapitalının  qorunması  məqsədilə  qəbul 



edilməlidir; 

iii.


 

struktur  valyuta  mövqeyi üzrə  müstəsna  hallar  (onun  hesablamalarda 

nəzərə  alınmaması  nəzərdə  tutulur)  ardıcıl  tətbiq  edilməli  və  bu 

mövqenin  mövcud  oilduğu  bütün  müddət  ərzində  dəyişilməz 

qalmalıdır. 

3.3. Struktur  valyuta mövqeyi üzrə müstəsna halların razılaşdırılması üçün 

banklar Mərkəzi Banka rəsmi əsaslandırılmış vəsatət təqdim etməlidir. 

3.4.  Mərkəzi  Bank  10  iş  günü  ərzində  vəsatətləri  təhlil  edərək  struktur  

valyuta mövqeyinə dair qərarı barədə  banklara rəsmi  cavab verməlidir. 

 

İV. Müvəkkil bankların açıq valyuta mövqeyinə dair  hesabatı



 


 

4.1. Müvəkkil banklar bu Qaydalara 1 N-li əlavədə göstərilmiş formada açıq 

valyuta  mövqeyinə  dair  hesabatlar  tərtib  edərək  Mərkəzi  Banka  təqdim 

etməlidirlər.  

4.2. Hesabatlara həm ölkə daxilində, həm  də  xaricdə yerləşən filiallar üzrə 

icmal məlumatlar daxil edilməlidir. Azərbaycan Respublikası ərazisindən  kənarda  

filiala  malik  olan  banklar,  paralel  olaraq  yalnız  ölkə  daxilində  fəaliyyət  göstərən 

struktur vahidləri üzrə məlumatları əks etdirən identik hesabat  formaları  da tərtib 

edərək Mərkəzi Banka təqdim etməlidir. 

4.3.  Açıq    valyuta  mövqeyinə  dair  günlər  üzrə  tərtib  olunmuş  həftəlik 

hesabatlar    hesabat    həftəsindən  sonrakı  ilk  iş  günü  Mərkəzi  Banka  təqdim 

edilməlidir.  

 

V. Açıq valyuta mövqeyi limitlərinin və hesabatların təqdim olıunması 

qaydalarının pozulmasına görə müvəkkil  bankların məsuliyyəti

 

 

5.1.  Bu  Qaydaların  tələblərini  pozan  banklar  və  bank  inzibatçıları 



qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar. 

5.2. çıxarılmışdır. 

5.3. çıxarılmışdır. 

 

6. Yekun müddəalar 

 

6.1.  Bu  Qaydalar  qüvvəyə  mindiyi  vaxtdan  Mərkəzi  Bankın  28  oktyabr 



1996-cı il tarixli 64 N-li “Azərbaycan Respublikası ərazisində müvəkkil bankların 

açıq  valyuta  mövqeyi  üzrə  limitlərin  müəyyən  edilməsi  Qaydaları”,  28  noyabar 

1998-ci  il  tarixli  116  N-li  “Azərbaycan  Respublikası  ərazisində  müvəkkil 

bankların  açıq  valyuta    mövqeyi  üzrə  limitlərin  müəyyən  edilməsi  Qaydalarına 

əlavə  və  dəyişikliklər  haqqında”  təlimat  göstərişləri,  habelə  29  dekabr  1998-ci  il 

tarixli 05/05-1319 N-li və 22 noyabr 1999-cu il tarixli 05/05-1358 N-li məktubları 

qüvvəsini itirmiş hesab edilir. 



6.2. Bu Qaydalar 22 fevral 2001-ci il tarixindən qüvvəyə minir.  


Azərbaycan Respublikası müvəkkil banklarının  

açıq  valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və  

tənzimlənməsi Qaydalarına Əlavə 1 

 

Açıq valyuta mövqeyinə dair 



 

 

H E S A B A T  

(“___” ___________ 20    -ci il) 

 

 



Bankın adı _______________________                Məsul şəxs: ___

_________________________           Telefon: __________________________ 

 

Valyuta 

AMB 

məzən

nəsi 

Tələblər 

(valyutada) 

Öhdəliklər 

(valyutada) 

Manat 

ekvivalentində 

Açıq valyuta mövqeyi (AVM)

 

AVM 

əmsalı

 



Balans 

üzrə 

Balans

dan 

kənar 

Cəmi 

Balans 

üzrə 

Balans

dan 

kənar 

Cəmi 

Cəmi 

tələblər 

Cəmi 

öhdəliklər 

Uzun 

Qısa

 

Valyuta  AZN 

Valyuta 

AZN 

 

USD 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EURO 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GBR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

JPY 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

RUR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ 

SDV-lər üzrə 

Man. 

 

Man. 


 

Digər valyutalar 

Man. 

 

Man. 


 



 

Qiymətli metallar 

Man. 

 

Man. 


 



Hesabat tarixinə bankın kapitalı ________________________ manat 

təşkil edir. 

SDV üzrə məcmu 

AVM 

 

 

 

Qeyd: (Struktur valyuta mövqeyi barədə məlumat) 

Qapalı valyuta üzrə 

məcmu AVM 

 

 

 

 

 



Azərbaycan 

Respublikası 

müvəkkil 

banklarının 

açıq 

valyuta 


mövqeyi 

limitlərinin 

müəyyən 

edilməsi 

və 

tənzimlənməsi Qaydalarına  



 

 

 



 

 

 



 

 

                                            Əlavə 2 



 

“Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi 

limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın məqsədləri 

üçün istifadə olunan sərbəst dönərli valyutalar 

 

“Azərbaycan  Respublikası  müvəkkil  banklarının  açıq  valyuta  mövqeyi 

limitlərinin  müəyyən  edilməsi  və  tənzimlənməsi  Qaydaları”nın  məqsədləri  üçün 

sərbəst dönərli valyutalar dedikdə, aşağıdakı ölkələrin valyutaları nəzərdə tutulur: 

  

S/N 

Emitent 


Valyutanın adı 

İSO kodu 

1. 

Amerika Birləşmiş Ştataları  



ABŞ dolları 

USD 


2. 

Avropa İttifaqı 

Avro  və  ona  fiks  olunmuş 

məzənnə ilə bağlı valyutalar 

EUR 

3. 


Avstraliya 

Avstraliya dolları 

AUD 

4. 


Kanada  

Kanada dolları 

CAD 

5. 


Danimarka 

Danimarka kronu 

DKK 

6. 


çıxarılmışdır 

çıxarılmışdır 

çıxarılmışdır 

7. 


İslandiya 

İslandiya kronu 

ISK 

8. 


Yaponiya 

Yen 


JPY 

9. 


Yeni  Zenlandiya 

Yeni Zenlandiya dolları 

NZD 

10. 


Norveç 

Norveç kronu 

NOK 

11. 


İsveç 

İsveç kronu 

SEK 

12. 


İsveçrə 

İsveçrə frankı 

CHF 

13. 


Böyük Britaniya 

Birləşmiş Krallığı 

Funt-sterlinq 

GBP 


14. 

Beynəlxal Valyuta Fondu 

Xüsusi borcalma Hüquqları 

XDR 


 

Yüklə 71,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə