Dövlət kreditinin iqtisadi mahiyyəti və əhəmiyyəti
Kredit, subyektlərindən asılı olaraq aşağıdakı formalara bölünür:
1. Bank krediti.
2. Kommersiya krediti.
3. Vətəndaş krediti.
4. Beynəlxalq kredit.
5. İpoteka krediti.
6. Dövlət krediti.
Dövlət krediti – dövlət hakimiyyəti orqanları və idarələri timsalında dövlətlə
hüquqi və fiziki şəxslər arasında dövlətin kreditor, borc alan və zəmanətçi kimi iştirak
etdiyi iqtisadi münasibətlərin məcmusudur.
Hər bir iqtisadi kateqoriyada olduğu kimi dövlət kreditinin də mahiyyətini
açmaq üçün onun iqtisadi kateqoriya kimi xarakterizə etmək lazımdır.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, dövlət krediti əmtəə və ya pul
vəsaitlərinin müvəqqəti, qarşılıqlı hərəkətini təşkil edir. Dövlət krediti vasitəsilə
sərbəst pul vəsaitləri ona ehtiyacı yaranan subyektlərə – dövlətə və ya fiziki və hüquqi
şəxslərə istiqamətlənərək onların bu və ya digər ehtiyaclarını ödəyir. Bu da dövlət
kreditini bir iqtisadi kateqoriya kimi ictimai münasibətlər sisteminin tərkib hissəsi
kimi xarakterizə edir.
Belə ki, dövlət krediti fundamental ictimai münasibətlərə daxil olmasa da, hər
hansı bir dəyərin hərəkətini özündə əks etdirən iqtisadi münasibətlərin ayrılmaz
hissəsidir.
Ümumiyyətlə, dövlət kreditinin mahiyyətinə necə aydınlıq gətirmək olar? Belə
ki, hər hansı bir obyektin və ya məfhumun mahiyyəti onun daxili aləmini xarakterizə
edir. Beləliklə mahiyyət anlamına obyektiv təbiəti, meydana gəlmə xüsusiyyəti və
fəaliyyəti daxildir.
Geniş mənada dövlət kreditinin təbiəti onun müxtəlif növlərində deyil bütün
formalarının daxil olduğu kredit münasibətlərində əks olunur. Dövlət kreditinin