Dövlət Departamenti Maliyyə Şəffaflıq Hesabatını dərc etmişdir
2015-ci ilin iyunun 12 Dövlət Departamenti Xarici Əməliyyatlar və Proqramlar
Qanunvericiliyinin 7031(b)(3) bəndinə əsasən 2015 il üçün Maliyyə Şəffaflıq Hesabatını dərc
etmişdir.
Dövlət Departamenti təbii ehtiyatların hasılatı üçün qrantların və lisenziyaların verilməsi
məqsədilə tamamlanmış budcə məlumatlarının
ictimayət üçün mövcudluğunu
qiymətləndirmişdir. Hesabat Dövlət Departamentinin veb səhifəsində bu ünvanda əldə oluna
bilər
http://www.state.gov/e/eb/ifd/oma/
.
Maliyyə şəffaflığı ictimai maliyyə idarəçiliyinin elementidir və o bazarda etimadın
yaradılmasına yardım edərək iqtisadi davamlılığı gücləndirir. O,
həmçinin vətəndaşlar üçün
büdcəni nəzərdən keçirməyə imkan yaradaraq hökumətlərin məsuliyyətini artırır və daha
yaxşı ictimai debatlara təkan yaradır. İllik maliyyə şəffaflıq hesabatları hökumətlərlə vacib
maliyyə məsələləri üzrə dialoqun aparılmasına imkan yaradır.
Sözügedən hesabat Departament tərəfindən işlənilən maliyyə minimum tələblərini təqdim
edir, 2014-cü ildə xarici yardım fondlarından yararlanan
hökümətləri nəzərdən keçirir,
minimum maliyyə tələblərinə üyğun olmayanları qiymətləndirir və onların 2014-cü ilin 17
yanvar 31 dekabr arası irəliləyiş əldə edib etməmələrini müəyyən edir. Tələblərin sərtləşməsi
səbəbindən daha çox hökumətlər əldə etdikləri irəliləyişə baxmayaraq tələblərə uyğunlaşa
bilməyib.
###