Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

56
5) dünyəvi təhsil alınmasına mane olma;
6) dini qurumun üzvlərinin və digər şəxslərin dini quru-
mun xeyrinə öz əmlaklarından imtina edilməsinə təhrik və 
məcbur etmə;
7)  zor  tətbiq  etməklə  və  ya  digər  qanunsuz  əməllərlə 
şəxsin dini qurumdan çıxmasına mane olma;
8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasın-
dan imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edil-
məsinə təhrik etmə;
9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlu-
matlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə mə-
lumatın müva iq icra hakimiyyəti orqanına təqdim edilməsi 
tələbinə təkrarən əməl olunmaması.(52,s.1081-1082)
Yuxarıda qeyd olunan əlavə və dəyişikliklər dini qurum, 
dini  icma  və  dini  birliklərin  ləğv  edilməsi  hallarının  sosi-
al-hüquqi şərtlərini göstərir. Dini qurumların ləğv edilməsi 
hallarının  mövcud  qanuna  əlavə  edilməsi  son  illərdə  dini 
təhlükəsizliyə  olan  təhdidlər,  dini  radikalizm  meyllərinin 
art ması,  beynəlxalq  terrorçuluğun  dindən  istifadə  etməsi, 
bəzi qüvvələrin dini etiqad azadlığından sui-istifadə edərək 
qanunçuluğu pozmaq zərurətindən irəli gəlmişdir.
Müşahidələr göstərir ki, bəzi beynəlxalq təşkilatlar Azər-
baycanda dini etiqad azadlığı haqqında qanunvericiliyin hə-
yata keçirilməsi haqqında hazırladıqları hesabatlarda heç də 
həmişə  obyektiv  məlumat  vermirlər.  Məsələn,  bir  müddət 
əvvəl  İrqiçilik  və  dözümsüzlüyə  qarşı  Avropa  Komissiyası-
nın Azərbaycan üzrə hesabatının “Dini qruplar” bölməsində 
ölkəmizdə  guya  dini  sahədə  bir  sıra  neqativ  halların  oldu-
ğunu göstərmişlər. Həmin hesabatda iddia olunurdu ki, guya 
Azərbaycanda bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, 
bəzi dini icmaların qeydiyyatdan keçməsinə dövlət qurumla-
rı tərə indən problemlər yaradılır.
Lakin  hamıya  məlumdur  ki,  həmin  hesabatda  irəli  sü-


57
rülən  ikirlər  əslində  respublikamızdakı  reallığı  əks  etdir-
mir. Azərbaycanda dini etiqad azadlığı ilə bağlı qanunverici-
likdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərin yüksək 
səviyyədə  olduğunu  respublikamıza  gələn  xarici  ölkə  nü-
mayəndələri,  o  cümlədən  dini  liderlər,  elm  və  mədəniyyət 
işçiləri, müxtəlif peşə adamları da dəfələrlə təsdiq etmişlər. 
Həm  xarici  ölkələrdə,  həm  də  ölkə  daxilində  fəaliyyət 
göstərən  bəzi  KİV-lərdə  Azərbaycanda  müxtəlif  dini  icma-
ların  qeydiyyatdan  keçməsinə  dövlət  qurumları  tərə indən 
problem  yaradılması  haqqında  bəzi  məqalələrin  çap  olun-
ması təəssüf doğurur. Çünki mətbuatda Azərbaycanın real-
lığına  uyğun  olmayan  bu  cür  məqalələri  çap  etdirənlər,  ya 
Azərbaycan  gerçəkliyindən  xəbəri  olmayanlar,  ya  da  dinlə 
bağlı olan ölkə qanunvericiliyinin mahiyyətini düzgün dərk 
etməyən insanlardır.
Qeyd  etmək  lazımdır  ki,  respublikamızda  dini  icmala-
rın  qeydiyyatı  ölkə  qanunvericiliyinə  uyğun  olan  hüquqi 
qaydalar əsasında həll edilir. Bununla əlaqədar olaraq Milli 
Məclisin  İnsan  Haqqları  Komitəsinin  sədri,  fəlsəfə  elmləri 
doktoru, professor Rəbiyyət xanım Aslanova mətbuata ver-
diyi açıqlamalarda bu məsələyə aydınlıq gətirərək demişdir: 
“Sadəcə bəzi təriqətlər qeydiyyatdan keçmədiyinə görə irad-
lar bildirirlər. Biz isə işimizi Avropanın keçdiyi yolla, qəbul 
etdiyi qərarlarla, oradakı nümunələrlə davam etdiririk. Av-
ropa Parlamentinin 1178 saylı tövsiyyəsində qeyd olunur ki, 
Avropa  Məkanına  daxil  olan  ölkələrdə  insanların  şüuruna 
təsir edən, arasında irqçilik, rasizim və qarşıdurma ideyaları 
yayan təriqətlərin qeydiyyata alınması dayandırılmalıdır. Bu 
qadağa  Avropanın  hər  yerində  mövcuddur.  Biz  beynəlxalq 
təcrübədən  bəhrələnərək,  milli  məkanın  xüsusiyyətlərini 
nəzərə alaraq qanunu dəyişmişik. İndi qanunun müddəaları 
Avropanın hüquq məkanına, həm də Azərbaycanın milli ma-
raqlarına kifayət qədər cavab verir.”(53)


58
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının 
sosial-iqtisadi,  mədəni  inkişafı,  ölkəmizin  Avropaya  inteq-
rasiyası,  Azərbaycanın  beynəlxalq  aləmdə  nüfuzunun  art-
ması, dövlətimizin yeni-yeni beynəlxalq konvensiyalara qo-
şulması  başqa  sahələrdə  olduğu  kimi,  dini  etiqad  azadlığı, 
milli-mənəvi dəyərlər sahəsində də qanunvericiliyin müasir 
tələblərə uyğun şəkildə dəyişdirilməsini zəruri etmişdir. 
Göstərilən zərurətdən irəli gələn səbəblərə görə, AR Mil-
li Məclisinin 10 iyun 2011-ci il tarixli iclasında “Dini etiqad 
azadlığı haqqında” qanuna bəzi dəyişikliklər edilmişdir. Bu 
dəyişikliklərdən ən mühümü “Peşəkar dini fəaliyyət və din 
xadimi” adlı yeni maddənin mövcud qanuna əlavə edilməsi-
dir. Qanuna əlavə edilən bu maddə iki hissədən ibarətdir. Bu 
maddənin birinci hissəsi – “peşəkar dini fəaliyyət”, ikinci his-
səsi isə “din xadimi” – anlayışlarını ifadə edir. Burada “peşə-
kar dini fəaliyyət” dedikdə – dini mərasimlərin tələb olunan 
səviyyədə  keçirilməsi,  dini  tərbiyə,  dini  təhsil,  dinlərin  ya-
yılması, dini ayinlərin icrası, moizə və xütbələrin oxunması, 
“Quran”ın düzgün təfsir olunması və s. başa düşülür. “Din xa-
dimi” dedikdə isə ali və orta səviyyəli dini təhsilə malik olan, 
peşəkar  dini  fəaliyyətlə  məşğul  olan,  xalq  arasında  öz  dini 
savadı ilə fərqlənən din xadimi başa düşülür. Qeyd edək ki, 
qanun qəbul olunan vaxtlarda (1992) Azərbaycan cəmiyyə-
tində peşəkar din xadimi anlayışı yox idi. Fikrimizcə, görünür 
bu səbəbdən 1992-ci ildə mövcud qanun qəbul edilən zaman 
bu qanuna “dini fəaliyyət və peşəkar din xadimi” ilə bağlı ay-
rıca  maddə  daxil  edilməmişdir.  Lakin  müstəqil  respublika-
mızın indiki dövründə ümumi dünyagörüşünə görə müasir 
tələblərə cavab verən, hərtərə li dini savada malik olan, din-
şünaslıq və ilahiyyat ixtisası sahəsində yaxşı mütəxəssislərin 
fəaliyyətinə mühüm sosial ehtiyac vardır. Məhz bu sosial eh-
tiyac “peşəkar din xadimi” anlayışının mövcud qanunverici-
likdə hüquqi cəhətdən təsbit olunmasını zəruri etmişdir. 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə