Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   24

şumerlərin  də  bu  sahədə  bilikləri  İkiçayarasına  Azərbaycandan  apardıqlarını 

söyləməyə əsas verir.                                                            



          ―Oğuznamə‖nin  verdiyi  bir  məlumatdan  belə  aydın  olur  ki,  arabanın  kəşfi 

məhz türk - oğuz mühitində baş verib:                                                            



“VuruĢdan sonra Oğuz Kağanın ordusuna, əsgərlərinə, el - gününə o qədər 

çox qənimət düĢdü ki, yükləyib daĢımağa at, qatır, öküz azlıq etdi. Oğuz Kağanın 

ordusunda təcrübəli, usta bir kiĢi vardı. Onun adı Barmaqluq Cosun Bilik idi. Bu 

usta  bir  araba  qayırdı.  Arabanın  üstünə  cansız  qənimətləri  qoydu,  canlı 

qənimətləri arabaya qoĢdu. Dartdılar, getdilər. Əsgərlər, el - gün bunu görüb mat 

qaldı.  Arabalar  düzəltdilər.  Kanğa,  kanğa  deməklə  kanğa  sözü  belə  yarandı. 

Bunun üçün də onlara kanğa adını qoydular.”                                                      

Maraqlıdır  ki,  qədim  mixi  yazılarda  şumerlər  özlərini  kəngər  və  kanq 

adlandırırlar.  Bu  fakt  da  şumerlərin  türk  -  oğuz  mühitindən  qopduqlarını  və 

Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir. 

Şumerlər  öz  ölülərini  kurqanlarda  basdırırdılar  və  kurqana  ―kur‖,  yəni  gor 

deyirdilər. Onlar  kurqan  mədəniyyətini  də özləri ilə Azərbaycandan aparmışdılar.  

Təsadüfi  deyil  ki,  Azərbaycanın  Ağstafa  rayonu  ərazisindən  tapılan  kurqanlar 

şumer  kurqanlarından  daha  qədimdir  və  Son  Eneolit  dövrünə  aiddir.  Şumer 

kurqanları  isə  Tunc  dövrünün  məhsuludur.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Tunc 

dövründən  başlayaraq  Azərbaycanda  da  kurqan  qəbirlərinə  daha  geniş  rast 

gəlinməyə başlanmışdır. 

         Nəsir  Rzayevin  sözlərinə  görə,  Tunc  dövrü  abidələrindən  danışarkən 

Azərbaycanda  ―Çoban  daşı‖  adı  ilə  məşhur  olan  menhirlərdən  də  söz  açmaq 

lazımdır.  Dağ  və  dağətəyi  zonalarda  rast  gəlinən,  hündürlüyü  təqribən  1  metr  və 

daha  çox  olan  və  şaquli  şəkildə  yerə  basdırılan  bu  abidələrə  ancaq 

qəbiristanlıqlarda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər Tunc 

dövründən  sonra  öz  əhəmiyyətinin  itimişdir.  Qədim  qəbiristanlıqlarda  cərgələrlə 

düzülmüş  bu  şaquli,  yonulmamış  daşlar  ölülər  kultu  ilə  əlaqədar  olmuşdur.  Belə 

güman  edilir  ki,  hər  daş  ölən  adamı  təmsil  edərək  onu  bu  dünyada  əbədi 

yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəvi 

abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da, 

kişi və qadın heykəllərinə rast gəlmişlər. 

 

         Üzərində  insan  başı  heykəlləri  olan  daşlar  ilk  baş  daşlarıdır  və  dilimizdəki 

―başdaşı‖  ifadəsi  həmin  daşlarla  bağlıdır.  Bu  tip  daşların  Son  Eneolit  dövründən 

başlayaraq  ölülərin  qəbri  üzərində  ucaldığını  ―Bilqamıs  dastanı‖  da  təsdiq 

etməkdədir:   

                                                              

         “Ürəyini dinlədi, ürəyi vurmur daha, 

          O, dostunun üzünü örtdü gəlin tək. 

          Özü fırlanıb qartal kimi gəĢt edirdi 

          Elə bil ki, balası tələyə düĢən Ģirdi,                                                      

          Qəzəblə var-gəl edib, ora-bura gedirdi.         

          Kətan kimi dartırdı, saçlarını yolurdu, 

          Paltarını didib, cırıq cındır olurdu.   

          Üfüqə səda düĢüb ağaranda dan yeri 



          Bilqamıs ölkəsini çağırdı adbaad. 

          Misgərlər, dəmirçilər, daĢyonanlar gəlirdi, 

          HeykəltaraĢlar gəlir, daĢ qoyanlar gəlirdi. 

          -Dostum, sənə mən elə baĢdaĢı düzəldəcəm, 

          Beləsini heç kəs dostuna düzəltməyib. 

          Saçı lacivərd, altı daĢdan hörüləcək, 

          Üzü əhəngdən, özü altundan yonulacaq.” 

 

Qədim  Şumer  mətnləri,  ilk  növbədə  də  ―Bilqamıs‖  dastanı  şumerlərin 



əski  mifləri  və  adət  ənənələri  barədə  geniş  təsəvvür  yaratdığı  kimi,  Azərbaycan 

türklərinin  əski  mifik  təsəvvürlərinin,  bəzi  folklor  nümunələrinin  və  adət 

ənənələrinin  ən  azı  Son  Eneolit  -  Erkən  Tunc  dövrlərinə  qədər  uzanan  köklərini 

üzə çıxarmağa da yardımçı olur. Bəzi faktları nəzərdən keçirək.                                                     

Məlum  olduğu  kimi,  qədim  türk  dilində  ―uçmaq‖  feli    ―ölmək‖  felinin 

sinonimi  kimi  işlənmişdir.  Orxon-Yenisey  abidələrində  bir  sıra  hallarda  ―ölmək‖ 

yerinə ―uçmaq‖ yazılıb. Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində, 16-cı sətirdə 

deyilir: Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım, yəni xaqan  atam öləndə 

səkkiz  yaşımda  idim.    24-cü  sətirdə  isə  deyilir:  Ecüm  kağan  uca  bardı  (Xaqan 

əmim öldü). 

               Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində, şimal tərəfinin 1-

ci sətrində, eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu, qərb tərəfinin 2-

ci, Moyunçur abidəsinin 12-ci sətirlərində və sairə üzləşirik. Qeyd etmək lazımdır 

ki, qədim türk dilində ―uçmaq‖ kəlməsinin bir mənası da cənnət, behişt olmuşdur. 

Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında, o cümlədən Məhəmməd Füzuli və 

Şah İsmayıl Xətainin şeirlərində sıx-sıx rast gəlinməkdədir.       

            İstər  Orxon-Yenisey  mətnlərində,  istərsə  də  klassik  Azərbaycan 

ədəbiyyatında  rast  gəldiyimiz,  cənnət  mənasında  işlənən  "uçmaq"  termini  

təktanrıçılıqdan  əvvəlki  mifik  təsəvvürlərlə  bağlıdır  və  bu  kəlmə  qədim  mifoloji 

sistemdə  ruhun  quş  kimi,  o  biri  dünyadakı  insanların  isə  quş  qanadlı  təsəvvür 

edilməsindən qaynaqlanmışdır. 

           Bu  təsəvvürlərin  izinə  təqibən  5000  il  öncə,  yəni  Tunc  dövründə  qələmə 

alınmış  "Bilqamıs"  dastanında  rast  gəlirik.  Dastanda  öləcəyini  yuxusunda  görən 

Enkidunun bunu Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır: 

 

              "Gecə öz yatağına tənha uzanan zaman, 



               Enkidunun içinə bir ağrı doldu yaman. 

               O, dərdini açaraq öz dostuna söylədi, 

               "Gecə yuxu görmüĢəm, əziz dost, eĢit, - dedi ,- 

               Göylər haray salırdı, nida qalxırdı yerdən, 

               Onların arasında dayanmıĢdım təkcə mən. 

               Bir də bir adam vardı , tutqun idi üz-gözü, 

               Mən fırtına quĢuna bənzətdim onu, düzü. 

               Ġti caynağı vardı, qartal kimi qanadı, 

               Saçımdan yapıĢaraq göz açmağa qoymadı. 

               Onu vurdum, tullanıb tez sıçradı kənara, 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə