62
www.irs-az.com
№ 4 (46), 2010
DƏVƏM O qƏDƏr DƏ erKƏK DeyiLDi
Karvanla üz-üzə gələn bir nəfər dəvələrdən birini göstərərək
“bu, mənim dəvəmdir”, - deyə iddia edir və həmin dəvənin ona
verilməsini tələb edir. Sarvan dəvəni mübahisə yerindən bir
qədər uzaqlaşdırıb kişidən onun itirdiyi dəvənin erkək, yoxsa
dişi olduğunu soruşur. Kişi dəvəsinin erkək olduğunu bildirir.
Sarvan dəvəni yaxına gətirməyi əmr edir və hamı onun dişi
olduğunu təsdiq edir. Dəvəsini tələb edən kişi özünü itirmiş
halda vəziyyətdən çıxmağa çalışaraq dili dolaşa-dolaşa deyir:
- Mənim dəvəm bir o qədər erkək deyildi.
Yalanı aşkar olmuş adam bir vəchlə özünü safa çıxarmağa
çalışdıqda və bu zaman daha axmaq söz və hərəkətlərə yol verdikdə bu məsəldən
istifadə olunur.
qOyuN DiriLSƏ SƏNiN SürüNƏ qATArAM
Evdə uşaqları acından ağlayan bir yoxsul kişi varlı qonşusundan borc un
istəyir, lakin qonşu kömək etməkdən boyun qaçırır. Kişi məcbur olub gecə yarısı
qonşunun qoyun damına girir, oradan bir qoyun oğurlayıb evinə gətirir, gecə ikən
onu kəsib dərisini soyur, ətini qovurur və quyruğunu əridib küpələrə doldurur.
Bütün ailə qovurmadan iştaha ilə yeyir. Qoyun dərisini isə aparıb kəndin qırağında
qazdığı çalada basdırır.
Ertəsi gün varlı qonşu qoyununun itdiyini görüb birbaş yoxsulun evinə gəlir
və qoyunu qaytarmağı tələb edir. Yoxsul qoyunu oğurlamadığını söyləyir. Xeyli
mübahisədən sona yoxsul oğruluğunu sübut etmək üçün şahid göstərməyi tələb
edir. Varlı deyir:
- Təssüf ki, mənim şahidim yoxdur. Amma unutma ki, qiyamət günü bütün
məhkəmələrin qazılığını allah özü edəcəkdir. Bəs o zaman sənin oğurladığın
qoyun dirilib şahidlik etsə neylərsən?
- Əgər qoyun dirilib gəlsə, onu sənin sürünə qataram.
Uydurma hədələrlə kimisə qorxutmağa cəhd göstərən adamlara qarşı bu məsəl
istehza ilə işlədilir.
eLƏ ÇuğuNDuruN BeLƏ DƏ qAzANi OLAr
Keçmişlərdə Bakıya iş tapmaq üçün gəlmiş bir nəfər öz ölkəsini tərifləyərək
əksəriyyəti yerlilərdən ibarət bir məclisdə deyir:
- Bizim yerlərdə meyvə-tərəvəz çox böyük olar. Məsələn, mənim vətənimdə
yetişən hər çuğundurun kölgəsində yüz sərbaz yata bilər.
Bu ağ yalanı eşidən bakılılardan biri qonağa üzünü tutub deyir:
- Qardaş, sizdə təəccüblü bir şey yoxmuş ki! Bizim şəhərin misgər bazarında
elə qazanlar qayırırlar ki, gecələr ay girib onun içində yatır.
Qonaq özünü gülməkdən güclə saxlayıb soruşur:
- Belə böyük qazanlar kimə lazımdır, görəsən onlarda nə bişirirlər?
- Sizin yerlərdə bitən çuğunduru. Elə çuğundurun belə də qazanı olar da.
Yalançını öz sözü ilə tutaraq utandırmaq məqsədilə bu məsəldən istifadə
olunur.
“Rəvayətli ifadələr”, Bakı, 1961
Nİyə belə deyİrİk?
A-PDF Split DEMO : Purchase from www.A-PDF.com to remove the watermark