Н. Грегори Менкйу
682
Hər şeydən əvvəl, onu nəzərə alaq ki, siyasi iqtisadın yerli nü-
mayəndələrindən bu gün «ekonomiks»i tənqid edirlər, onlar bir qayda olaraq,
«ekonomiks» altında neoklassik nəzəriyyəni nəzərdə tuturlar (daha xəbərsiz
oxuyucu aydın olsun deyə - faydalılıq həddi nəzəriyyəsini, maarcinalizm).
Lakin yada salmaq lazımdır ki, neoklassik nəzəriyyə artıq bir çox onilliklər
boyu tənqid olunur və məhz bu tənqiddən müasir qərb iqtisad elmi
böyümüşdür, bu gün də onun inkişafı çox dərəcədə neoklassik nəzəriyyə
tənqidi hesabına baş verir. Bu mənada «ekonomiks»in yerli tənqidi sadəlövh
görünür.
Nəhayət, neoklassik nəzəriyyənin «ekonomiks»lə əlaqəsində əsas şeyləri
göstərək. Neoklassik nəzəriyyə müasir iqtisadi elminin əsas və spesifik elmi
dilini (anlayış aparatını) əmələ gətirir. Məhz bu Menyukunun dərsliyində çox
iti ifadə olunub. Ondakı material təqvimi neoklassik və müasir nəzəriyyələrin
mövzularını bir-birinə qarşı qoymayaraq, onların çox təbii olaraq, nəzəriyyənin
məzmunu və ifadə üsulu (dili) kimi birləşdirir.
Diskurs - elmi mühitdə hakimiyyət uğrunda mübarizədir
İqtisadi elminin tədrisi haqqında mübahisə kontekstində Menyukunun dərs-
liyinin əhəmiyyətini daha dəqiq izah etmək üçün, müasir idrak nəzəriyyəsi
anlayışının daha birinə müraciət edək. Söhbət diskurs anlayışından gedəcək.
Diskurs burada, köməyi ilə anlayış və terminlərə ümumi məna və qiymət verən
mətindən kənar informasiya, yaxud «qeyri-aşkar biliyin» böyük həcmləri ilə
elmi ünsiyyət dili kimi başa düşülür.
Lakin diskurs üçün «qeyri-aşkar» bilik konsepsiyasında olan təkcə fərdi
idrak texnologiyası deyil, dərk edən subyektlərin ünsiyyəti vacibdir. Bu
ünsiyyətdə onlar dialoq aparmaq üçün, termin və anlayışları istifadə etmək
üçün, yəni şərtləri qəbul etmək üçün, nəticələr çıxartmaq üçün razılıq əldə
edirlər. Termin və anlayışların təkcə aşkar deyil, həm də qeyri-aşkar (nəzərdə
tutulan) mənasını təmin edən dialoqun özü vacibdir. Bu zaman terminlərin və
anlayışların tamamlanması, inkişafı, tənqidi, yaxud hətta inkişafının baş
verməsinin heç bir əhəmiyyəti yoxdur.
Terminlərin ümumi mənasının dialoq çərçivəsində, diskurs sərhədlərində
saxlanması imkanı, elmin inkişafı boyu elmi, yaxud dünyagörüşü konteksti
yaradan elmi paradiqma və onun potensialı ilə müəyyən edilir. Aşkar olur ki,
istənilən termin, mülahizə, ideya, yaxud nəzəri istiqamət yalnız qəbul olunmuş
diskurs çərçivəsində tam mənasını alır. Təbii ki, şəxsi «yaxın» bilik sistemi
kontekstində «yabançı» sistem rədd edilir, «başqa» nəzəriyyələrin mənası
«tərcüməsiz» çatmır.
Diskurs - bu və ya digər dəyərlərin üstün olduğu məkandır. Diskursun
formalaşması və dəstəkləməsi bu və ya digər sisteminin üstün olduğu fəal
prosesdir. Diskursun formalaşması və dəstəklənməsi dəyərlər sisteminin
Економиксин принсипляри
683
simvollarından istifadənin köməyi ilə əks edilməsinin fəal prosesidir. Bu
mənada diskurs simvolik hakimiyyətin əldə edilməsi və dəstəklənməsinin fəal
vasitəsidir.
Neoklassik dövrə qədər iqtisadi elmin iqtisadi diskursunun özü hələ
bərqərar olmamışdır. İqtisadi nəzəriyyə, dəqiq desək siyasi iqtisad maarifləşmə
ideyaları ilə formalaşan ümumhumanitar diskurs çərçivəsində «düşünülür».
Onun vacib əlamətləri və universal mənaları aşkar, yaxud qeyri-aşkar, pozitiv,
yaxud tənqidi (marksizm) refleksli notda iqtisadi elmin aparıcı elementlərini
əmələ gətirirdi, onu tam vahid formada birləşdirirdi, eyni zamanda
ümumhumanitar biliyə inkornorasiya edirdi. Tərəqqi ideyaları (marksis
variantda-tarixi) humanizm pafosu, elmin həqiqətə oriyentasiyası, təhlilin
pozitiv və normativ aspektlərinin dərin daxili əlaqəsi ən vacib təfəkkür
prinsipləri idi.
Müasir (yəqin ki, qərb sözü əlavə etmək lazımdır) iqtsiad elmi «nə-
zəriyyələr dünyası»dır. Bu nəzəriyyələr dünyasının xüsusiyyətləri-heç bir vahid
biliyə gətirilməyən metodoloci müxtəliflik, elm fənlərarasılılığı müxtəlif
ideyalara qarşı torelantlıqdır. Q.Bekkerin iqtisadi imperializm ideyalarını yada
salsaq firmanın müasir nəzəriyyəsi, mikro və makroiqtisadiyyatın, mülkiyyət
hüquqları nəzəriyyəsinin problem dairəsini müqayisə etmək bəs olardı. Bu
xüsusiyyətlər bu «nəzəriyyələr dünyasını» vahid sistemə birləşdirməyi qeyri-
mümkün edir.
Bu «nəzəriyyələr dünyasının» vəhdətini anlamağa imkan verən yeganə
bir şey-neoklassik nəzəriyyə kimi ümumi keçmişdir. Neoklassik nəzəriyyə
onun nəzəriyyə müxtəlifliyini ümumi dünyaya birləşdirən müasir iqtisad
elminin ümumi dilidir. Məhz neoklassik nəzəriyyə müasir iqtisad elmi üçün
ümumiyə çevrilən anlayış aparatı yaratmışdır. Bu zaman neoklassik dil
müxtəlif nəzəriyyələri özünün aşkardan çox, qeyri-aşkar mənaları ilə
birləşdirir. Müasir iqtisad elminin «qeyri-aşkar» mənaları-elmi təfəkkürün
uğrarlıqlarına çəkilən məhdudi təhlilin, subyektiv faydalılıq nəzəriyyəsinin,
Vaprasın tarazlıq nəzəriyyəsinin, Pareto-anti-mallığın və digərlərinin termin və
anlayışlarıdır.
Müasir nəzəriyyələrdə neoklassikanı təşkil edən ilkin nəzəriyyələrin
termin və anlayışları tez-tez inkar yolu ilə işlənir («məhdudrasionallıq»,
«qeyri—kamil bazar», «qrup motivasiyası» prinsipini və s. ). Bu nöqteyi-
nəzərdən neoklassik nəzəriyyənin dilini bilmədən, müasir qərb nəzəriyyəsini
oxumaq, yəni başa düşmək mümkün deyil. Bu artıq ilk radikal
«antineoklassik» kitaba-iqtisadi elmin main stream-ə daxil olmuş c.Keynsin işi
olan «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» kitabına aiddir.
Əlbəttə Keynsin ən vacib ideyalarını «başqa dilə», məsələn marksist dilinə
tərcümə etmək və neoklassikanı öyrənməyənlərə də aydın etmək olar. Lakin
Н. Грегори Менкйу
684
Keynsin işi neoklassikanın dilində yazılıb və bu cür tərcümə keynsianlılıq və
anti-keynsianlılıq kimi elmi məkana çıxış aça bilməz.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, bizdə «ekonomiks» adlanan
müasir qərb iqtisadi nəzəriyyə və siyasi iqtisad (onun alternativi kimi) – bu iki
müxtəlif mədəni-tarixi məkandır və bunların hər birinin özünün məxsusi dili
var. Bu- iki müxtəlif diskursdur. Onların iştirakçıları yalnız tərcümənin köməyi
ilə təmasda ola bilər və prinsipial olaraq orqanik elmi vəhdət yarada bilməzlər.
SaxtalaĢma-həqiqət meyarı kimi
Rusiya tədris ocaqlarında bəs niyə və necə tədris eləmək? Sual burada tədrisin
materialının necə balanslaşdırılmasıdır-elmi istiqamətlər üzrə, yaxud tədris
kursları üzrə. Klassik iqtisad nəzəriyyələri və ekonomiksə gəlirdə, problem hər
şeydən öncə tədrisin iki struktur yaradıcı istiqamətlərinin qarşılıqlı təsiri
sayəsində həll olunur: iqtisadi nəzəriyyənin və iqtisadi təfəkkür tarixinin. Bu
bölümə çoxdilli nəzəriyyə məkanında ümumi mədəni birliyin bərqərar
olmasında vacib rol oynayır və aktual və tarixi nəzəri dəyərlərdən müəyyən
subordinasiya formalaşdırır. Bunun üçün o, material şərhinin və təhlilinin
özünün məxsusi metodlarını istifadə edir.
Deyilənlər nöqteyi-nəzərindən, klassik iqtisadi nəzəriyyə iqtisadi təfəkkür
tarixi çərçivəsində tədris olunmalıdır. Mənə, şübhəsiz ki, deyəcəklər:
«Dayanın, axı klassik və qeyri-klassik nəzəriyyələr-müasir iqtisad elminin iki
budağıdır!». Özü də klassik və qeyri-klassika iqtisadi nəzəriyyəni yox, «siyasi
iqtisadiyyatı» və «ekonomiks»i müqayisə edəcəklər.
Etiraf etmək lazımdır ki, insanı təqaüdə göndərmək kimi mövzu, ideyaları
və bölmələri (nəzəri istiqamətləri, əlalxüsus) iqtisadi təfəkkür tarixinin
«buferinə» göndərmək- sadə proses deyil və birmənalı həll olunmur. Bizim
üçün nəzəri istiqamətləri aktual və «tarixi»-yə bölməyə imkan verən ən ümumi
və formal meyarlar vacibdir. Belə meyar kimi saxtalaşma prinsipi çıxış edə
bilər ki, bu da o deməkdir ki, elmi ideya, yaxud elmi istiqamət özünün aktual
nəzəri potensialını saxtalaşdırıla biləcəyi qədər saxlayır, sadə dillə desək, onlar
tənqid hədəfi olana qədər, çünki tənqid yeni ideyaların yaranmasında ilkin
nöqtədir. O saat qeyd edək ki, bizim fikrimizcə, klassik nəzəriyyə belə
potensiala malik deyil, neoklassik isə malikdir. Ona görə onların tədris olunan
fənlər sistemində yeri də müxtəlif olmalıdır: birində-elmi tarixində, digərində –
elmin nəzəriyyəsində.
Bu nəticəni şərh etməmişdən əvvəl, qeyd edək ki, klassik nəzəriyyənin
elmin tarixi bölməsinə «göndərilməsi» onun «depasportizasiyası» və hətta
deaktualizasiyası demək deyil. «Orade» o işləməyi davam etdirir, daha yaxşı,
səmərəli. Məlum olduğu kimi, klassik nəzəriyyənin vacib ideyaları
neoklassikanın bir hisəsinə çevrilmişdir və onda həll olunmuşdur, onun
Економиксин принсипляри
685
terminləri isə münasib çalarlar və qeyri-aşkar mənalar əldə edərək yeni dilin
tərkibinə daxil olmuşdur.
Və nəhayət, saxtalanma prinsipinin tətbiqinə gələndə, yaranan materianın
soyuduqca bərk, əşyaya oxşar strukturlara çevrildiyi kimi, istənilən nəzəriyyə
«yüksəkhərarətli» ideyalar toplusu kimi yaranaraq, vaxt ötdükcə həmçinin
soyuyur. Soyumaq prosesi-onun kritik soyudulma prosesidir (saxtalaşma), bu
zaman o bazis, yəni nəzəriyyələrin əsası olur. Hərarət yüksək olaraq qaldıqca
yeni nəzəriyyələrin yaradılması prosesi gedir, nəzəriyyənin elmi statusu var, o
hələ «tarixə» yazılmayıb. Əgər hərarət aşağıdırsa və nəzəriyyəyə artıq «əllə
toxunmaq olarsa», o elm tarixinə düşür. Elm tarixinin isə rolu «öz metodları
ilə» ona aktual məna verməkdədir.
1966-cı ildə F.Maxlup 30-60-cı illərin marcinalçı firma nəzəriyyəsi
ətrafında diskursiyalardan nəticə çxararaq, elmi nəzəriyyənin aktual olması
üçün tənqidin rolunu qeyd etdi: «əgər elmin fəlsəfəsinə uyğun nəzəriyyələri»
«yalnış və «həqiqi»ləri bölməsək və bunların içərisindən «rədd edilən», yaxud
«hələ tənqidə açıq olanları seçsək, onda marcinalizmin iddiasında olan yeganə
qələbəsi onların tənqid üçün hələ açıq olmasıdır».
Neoklassik nəzəriyyə XX əsr boyunca müasir bilik sahələrinin yarandığı
canlı material, canlı torpaqdır. Neoklassik nəzəriyyənin məhsuldar tənqidi bir
sıra nəzəri istiqamətlərin yaranmasına imkan yaratdı. Şüurlu, yaxud şüursuz
olaraq bu istiqamətlər onun alternativləri kimi yaranırdılar. Bizim olduqca
artıq O.Yilyansonun kitabı yaxşı tanışdır. Bu kitab iqtisadi nəzəriyyənin
müasir, institusional istiqamətlərindən birini nümayiş edir. Bəzi iqtsiadçılar bu
kitabı neoklassik nəzəriyyənin alternativi kimi qiymətləndirirlər. Lakin onu
qeyd etmək lazımdır ki, «alternativin» müəllifinin özü neoklassik nəzəriyyənin
bir çox müddəalarına qarşı tolerantdır və oxucunu elə bil ki, sakitləşdirir ki,
«ilahi» şeylər toxunulmur və özündən əvvəlkilərinin fikrinə təcavüz etmir. Belə
üzür haqlardan biri belə ifadədədir: «Yayılmış rəylərin əksinə olaraq qəbul
olunmuş məhdudlaşdırılmış rasionallıq fərziyələri iqtisadi təfəkkür obrazının
fayda
1
ilə tətbiq oluna biləcək problem dairəsinin azalmaqdan çox
genişləndirir.
2
«İqtisadi təfəkkür» sözü Uilyamsonun şərhinə görə neoklassik elmin
sistem qazancı kimi əmələ gələn qeyri-aşkar, «danışmaz» bilikləri dolğun əks
etdirir. Neoklassikanın yaratdığı bu iqtisadi təfəkkür müxtəlif müasir
nəzəriyyələri «vahid» nəzəriyyə dünyasının» nümayəndəsinə çevirir. Yəqin ki,
bu «dünyanın» nümayəndələri bu anlayışlara formal olaraq müxtəlif təriflər
1
Ф.Махлуп. Фирмалар нязяриййяси: маръиналчы, бихевиорал вя идаряетмя. Фирманын
нязяриййяси В.М. Галнермин редаксийасы алтында, СПБ.1995, сящ.77.
2
Уилйамсон О.Н. Капитализмин игтисади институтлары. СПБ, 1996, сящ. 95.
Н. Грегори Менкйу
686
verirlər, ona baxmayaraq onlar öz idraklarında ona qarşı bir növ mütləq
vahidliyi qoruyub saxlayırlar.
Saxtalaşma prinsipi nöqteyi nəzərindən XX əsrdə nəzəriyyə bəs nə
vermişdir? Keynyian tənqidini. (bəli bu klassik nəzəriyyənin tövbəsidir. Bir
şərtlə, Seyin tənqidi bu eyni zamanda neoklassikanın tənqididir). Həmçinin, bir
neçə peomarksis ideyalarını da göstərmək olar ki, bunlar rusiya elmi mühitində
kök sala bilməzdi. Sovet dövründə ideoloci maneələrə rast gəldiklərinə görə,
indi isə lazımsızlığı ucbatından özlərinə yer tuta bilmədilər. Qərbdə
Rikardonun ideyalarını yenidən dərk edilməməsindən irəli gələn radikal siyasi
iqtisad öz inkişafını tapdı. Bizdə mütəxəssis olmayanlara az məxsusdur və
sərbəst fənn kimi təhsil ocaqlarında tədris olunmur. Lakin bu yaxınlarda
X.Q.Kursun tərcümə olunmuş kitabı bizim oxucumuza sübut edəcək ki,
ortodoksal klassik, (yəni siyasi iqtisadi ideyalarının) tərəfini saxlayan
nəzəriyyələr də neoklassik iqtisadi dilin terminlərində şərh olunur.
1
Lakin klassik nəzəriyyənin payı bütövlükdə çox deyil, hamısını
neoklassik nəzəriyyə «yeyib» (tənqidi assimilyasiya edib). Bu gündə də
klassik nəzəriyyə real olaraq neoklassik nəzəriyyənin bir hissəsi kimi tənqid
olunur. Məsələn, rifaha halı nəzəriyyəsində faydalılıq funksiyasını müzakirə
edərkən bentam funksiyasını da (klassik!) mütləq yada salırlar, çünki o
şübhəsiz ki, bu gün nəzəri ideya kimi işləyir, ona görə ki, məhz onun tənqidi
üzündən müasir biliklərin binası qoyulur.
Neoklassik dil-iqtisadi elmin diskursudur
Neoklassikanın tənqidi-müasir nəzəriyyənin əsasıdır. Yeni nəzəri istiqamətlər
neoklassikaya bu və ya digər antiteza formasında yaranır, bununla da onun
elmi potensialını realizə edir və daha geniş nəzəri məkanda neoklassikada
tətbiq olunan terminlərin ilkin mənalarını bərpa edirdi. O faktı da qeyd eləmək
lazımdır ki, neoklassikanı artıq tənqid ediblər və bu gün bizim «ekonomiks»i
tənqid etmək cəhdimiz artıq təkrarlanmadır və deməli, perspektivsiz işdir.
«Ekonomiks» çərçivəsində isə neoklassik və müasir nəzəri ideyaları
«birləşdirmək» lazımli işdir. Bu problemi həll etmək üçün Menyukunun
dərsliyi atılan bir addımdır.
Müasir iqtsiad elmində iştirak müasir iqtisadi nəzəriyyələri bilməyi
nəzərdə tutur, bu da ki, neoklassikanı əsas kimi və onların dili kimi qəbul
etmədən mümkün deyil. Bu dil ölüyə çevriləcəkmi, «latına» çevriləcəkmi?
Perspektivdə-şübhəsiz. Amma hələ ki, «latına» «ekonomiks»ə alternativ kimi
müəyyənləşdirilən siyasi iqtisad çevrilmişdir. İqtisadi fənlərin tədrisini siyasi
iqtisaddan başlamaq uşağa siftə qədim dil öyrədəndən sonra müasirə keçməyə
oxşayır. Nəticədə inkişafda geri qalma olacaq. Bu gün tədrisi neoklassik
1
Курс Х.Г. БЮлэц. Сямяряли тяляб. М., 1998.
Економиксин принсипляри
687
nəzəriyyədən başlamaq lazımdır. Eyni zamanda dərk etmək lazımdır ki, o
müasir iqtisad elminin heç yüzdə bir hissəsi də deyil, lakin bu elmin mədəni
əsası və dilidir.
Çıxarılan nəticəni təsdiqləmək üçün bir də F.Maxlupun dediyinə müraciət
edək: «Əgər hücumun əsas məqsədi marcinolizmdən imtina etməyə məcbur
etmək, yaxud çevirmə idisə, müdafiənin əsas məqsədi isə dağıdıcı qüvvələri
geri döndərməyə məcbur etmək və marxinalizmin hakimiyyətini həmişəlik
müdafiə etmək idisə, əmin ola bilərsiz ki, 1946-cı ilin müharibəsi heç-heçə
qurtardı. Dərsliklərə baxın və görərsiz ki, marxinalizm makroiqtisadi
nəzəriyyənin öyrənilməsində üstünlük təşkil etməkdə davam edir…
Lakin curnal və monoqrafiyalara baxın və siz görərsiniz ki, firma
nəzəriyyəsinə alternativ yanaşmalar üzərində iş haqqında mütəmadi olaraq
işarə ilə məlumat verilir və hər hansı daha yaxşı nəzəriyyə sonunda
marcinalizmi əvəz edə bilər»!
1
Nə üçün qərb dərslikləri lazımdır?
F.Maklupun təqdim etdiyi aktual elmin və onun tədrisinin dixotamasiyası, belə
fikirləşməliyik ki, bu gün də öz gücünü saxlayır. Onu dəf etmək cəhdinin
variantı kimi Menyukunun dərsliyidir. Yəqin ki, iqtisadi elmlərin tədrisini
dəyişdirməyə ciddi əsaslar var və qərb təhsil sistemini mexaniki bizim
ölkəmizə köçürməkdən imtina etmək istəyini başa düşmək olar. Lakin
menyukunun dərsliyi bir daha təsdiq edir ki, bunu neoklassik irsi rədd etmədən,
onun dilini müasir iqtisadi biliklərin ümumiləşdirilməsi üçün yaradıcı istifadə
etməklə mümkündür.
Hal-hazırda Rusiyada nəzəriyyəyə aid vəsaitlər çoxdur. Qərb dərslikləri
ilə barəbər rusiyanın çox peşəkar dərslikləri çıxır. Bəs nə üçün indiyə qədər
qərb dərslikləri lazımdır?
Mən tələbələrə qərb müəlliflərinin dərsliklərini tövsiyyə edəndə hər dəfə
bizim dərsliklərin yanındakı üstünlüklərini qeyd edirəm. Bu üstünlükləri
xarakterizə etməyə çalışıram.
Qərb dərsliklərinin birinci üstünlüyü dərs vəsaitindəki «nağılın» və
«gerçəkliyin» vəhdətidir. Neoklassika yarananda, o «nağıla» oxşayırdı. Onun
bir çox müddəaları (tələb nəzəriyyəsi, təklif nəzəriyyəsi) həyatdan təcrid
olunmuş görünürdü, lakin vaxt keçdikcə (baxmayaraq ki, Marşaldan sonra bu
nəzəriyyələrdə dəyişiklik baş verməyib) konkret, mənalı status aldı,
«gerçəkliyə» çevrildi. Bizim dərsliklərdə (hər şeydən əvvəl makroiqtisadi), bir
qayda olaraq praktiki misallar olmur. İqtisadi-nəzəriyyə elə bil ki, formal, kitab
variantında özünə qapalır, real təcrübə onun üçün yalnız «bənzər dünyaya»
çevrilir.
1
Махлуп Ф. Фирма нязяриййяси. В.М. Галлперинанын редакторлуьу алтында. СПБ, 1996,
сящ.76.
Н. Грегори Менкйу
688
Bizim dərsliklərin bu çatışmamazlığını izah etmək kimi 1998-ci ilin
Nobel mükafatının təltifinə görə çap edilmiş A.Senin məruzəsi ilə qarşılaşdım.
Özünün məruzəsinin o formal və qeyri-formal mülahizə metodların nisbəti
məsələsini qoyur və qeyd edilir ki, bu metodları bir-birinə qarşı qoymaq yox,
ikisindən də istifadə etmək çox vacibdir, çünki onlar-komplementardırlar
1
.
Menyukunun dərsliyində mənə elə gəlir ki, məhz bu prinsip əsas götürülür. Hər
dəfə nəzəri müddəaları nəzərdən keçirərkən, müəllif praktiki misallar və faktlar
gətirir.
Onu da əlavə etmək olar ki, Menyukunun dərsliyini «tələsməyən»
kurslara aid etmək olar, çünki bürada material çox geniş verilir. Dərsliyin çox
gözəl xarici görünüşü var, burada müxtəlif şiriftlərdən, ilyustrasiyalardan,
başlıqlardan istifadə olunub: pratikum, yeniliklər, nəticələr, suallar.
Qərb dərsliklərinin (o cümlədən, Menyukunun dərsliyinin) daha bir üstünlüyü
ondadır ki, onların əsasında biz, sözün əsil mənasında bazar iqtisadiyyatını
öyrənirik və əlbəttə ki, onlar hələ də bizim üçün nümunə olaraq qalır. Qərb
iqtisadi nəzəriyyəsinin durmadan inkişaf etdiyini və orada yığılmış böyük
təcrübənin əsasında dəyişməsini də unutmaq olmaz.
Bununla əlaqədar diqqəti ona cəlb etmək istərdim ki, qərb dərsliklərindən
psoklassik ideyaların şərhi onları inkişaf edən tənqidi istiqamətlərlə bilavasitə
əlaqədə verilir (hər şeydən əvvəl-neoinstitusional istiqamətlərə). Menyukunun
dərsliyində bu, məsələn tələb və təklif həsr olunmuş fəsildir. Burada təkcə
istehsalçı və istehlakçıların ənənəvi artıqlığı problemi araşdırılır, həm də
bazarın yetkin olmaması məsələsi də qoyulur. Bizim dərsliklərdə isə
neoklassikanın təqdiminə fikir verilir, eyni zamanda onu inkişaf edən müasir
nəzəriyyələr isə ayrıca təqdim olunur.
Başqa sözlə, qərb dərslikləri iqtisadi elmlə onun tədrisi arasında
əməkdaşlığın necə inkişaf etməli olduğunu əla nümayiş etdirir. Tədricən bu
nümunələri mənimsəyən və rusiya iqtisadiyyatının tətbiqinin aktual
problemlərini qoyan dərsliklər isə bu prosesə komplementar ola bilərlər.
i.e.d., professor Stefayev V.M.
1
Сен. А. Ижтимаи сечим имканы.//Санкт-Петербург Университетинин хябярляри. Серийа 5.
Игтисадиййат. Бур 3. сящ. 89.
Dostları ilə paylaş: |