Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

21 
 
azərbaycanlıların qədim zamanlardan sözə, sözün ecazkar qüvvəsinə, nitqə, danıĢıq 
qabiliyyətinə  münasibətini  göstərir.  Nitq  mədəniyyəti  nitq  anlayıĢı  ilə  paralel 
iĢlənsə  də,  onlar  eyni  məzmunda  deyildir.  Ümumxalq  səciyyəsi  daĢıyan  dil  və nitq 
xalq  mədəniyyətinin  tərkib  hissələridir.  Xalqın  mədəni  inkiĢafı  dildə  daima  yeni 
söz  və  terminlərin  yaranmasına  səbəb  olur.  Mətbuatın,  radio,  televiziya 
veriliĢlərinin  kütləviləĢməsi  xalqın  nitq  mədəniyyətinin  yüksəlməsinə  güclü  təsir 
göstərir.  Yeni-yeni  söz  və  terminlərin,  xüsusən  alınma  sözlərin  hesabına  dilimizin 
lüğət  tərkibi  zənginləĢir.  Bu  sahədə  elmi-texniki  və  idman  terminləri  çoxluq  təĢkil 
edir.  Ġnsanların  ümumi  mədəni  səviyyəsinin  inkiĢafı  hesabına  ədəbi  dillə  xalq 
danıĢıq  dili  arasında  yaxınlaĢma  sürətlənir  və  bu  prosesin  nəticəsi  olaraq  xalqın 
nitq  mədəniyyəti  səlisləĢir,  nitq  forması  kimi  elmi-kütləvi  üslub  formalaĢır.  Dil 
ünsiyyət  vasitəsi,  nitq  isə  ünsiyyət  prosesidir.  Dilsiz  nitq  yoxdur.  Ġnsan  öz 
dünyagörüĢü  və  savad  dərəcəsindən  asılı  olaraq  dilə  Ģüurlu  münasibət  göstərərək 
onun  hazır  modellərindən  məqsədəuyğun  istifadə  nəticəsində  öz  nitqini  qurur. 
Deməli,  nitq  yalnız  dilin  ifadə  imkanları  əsasında  meydana  gəlir.  Dilin  və  nitqin 
quruluĢuna  eyni  meyarla  yanaĢmaq  olmaz.  Dilin  quruluĢu  onun  böyük  vahidi 
cümlədə öz əksini tapır, həm də o, danıĢanın ifadəsindən, fərdi zövqündən tam asılı 
deyildir.  Nitqin  quruluĢu  isə  cümlədən  baĢlanır,  cümlələr  silsiləsini,  abzasları, 
bütövlükdə  fikrin  tamamlanmasını  bildirən  mətni  əhatə  edir.  Deməli,  dil  sisteminin 
ən  böyük  vahidi  nitq  sisteminin  ən  kiçik  vahidinə  çevrilir.  Nitqin  quruluĢu 
danıĢanın  təhsil səviyyəsi, dünyagörüĢü, fərdi zövqü və s. amillərlə bağlıdır. Nitqin 
formalaĢıb  kommunikativ  funksiya  daĢımasında  bir  sıra  fizioloji,  psixoloji  və 
ictimai  amillər  iĢtirak  edir.  Dilin  nitqə  çevrilməsi  çox  mürəkkəb  bir  proses  olub 
insanın  sosial  həyatla,  onun  fiziologiyası  və  psixologiyası  ilə  əlaqədardır. Bunların 
qarĢılıqlı  əlaqəsi  əsasında  nitq  axını  fəaliyyətə  baĢlayır.  Hiss  üzvləri,  xüsusən, 
eĢitmə,  görmə  orqanları,  danıĢıq  üzvləri,  xüsusən  səs  aparatı  və  Ģüurun 
akkumulyatoru  rolunu  oynayan  baĢ-beyin  normal  inkiĢaf  etməmiĢsə,  dinləyib 
anlama,  danıĢma,  oxu  və  yazı  formalarında  mütləq  qüsurlar  meydana  çıxacaqdır. 
Əgər  insan  hər  hansı  bir  dildə  danıĢıb  yazırsa,  obyektiv  və  subyektiv  tələbləri 
nəzərə  alaraq  onun  bu  dildən  istifadəetmə  üsulu  nitq  fəaliyyətini  təĢkil  edir.  "Nitq, 
Ģəxsin  müəyyən  kollektiv  üzvləri  ilə  qarĢılıqlı  əlaqə  saxlamaq  məqsədilə  dildən 
istifadə  etmək  fəaliyyətidir.  Nitqin  əsas  məqsədi  informasiya  (məlumat,  xəbər) 
mübadiləsi  yaratmaqla  informasiyanın  ötürülməsi  və  qəbul  edilməsidir.  Lakin 
bununla  yanaĢı  nitq  informasiyanın  qeydə  alınması  və  saxlanılması  məqsədinə  də 
xidmət  edir"  (M.Məhərrəmov.  Psixologiya.  Bakı,  1968,  səh.110).  Dil  və  nitq 
anlayıĢları  bir-biri  ilə  qarĢılıqlı  əlaqədə  olub  bir-birini  tamamlasa  da, onların tətbiq 
olunma  sahələri  fərqlidir.  Dil  mədəniyyəti  anlayıĢı  altında  hər  xalqın  öz  dilində 
fikirlərini  ifadə  edə  bilməsi  nəzərdə  tutulur.  Hər  dilin  özünəməxsus  fonemlər 
sistemi,  zəngin  lüğət  tərkibi,  sabit  qrammatik  quruluĢu  və  yazı  sistemi  vardır.  Dil 
dəyiĢən,  inkiĢaf  edən  ictimai  hadisədir,  dil  mədəniyyəti  də  ona  uyğundur, 
dəyiĢkəndir.  Elm  və  texnikanın  inkiĢafı  ilə  əlaqəli  dil  yeni  yaranan  söz  və  terminlər 
hesabına  zənginləĢir.  Dil  ictimai  həyatda  qazanılmıĢ  bilik  və  məlumatların  söz  və 
cümlələrlə  ifadəsi,  fikir  mübadiləsinin  ən  ümdə  vasitəsidir.  Dilin  bu  xüsusiyyətini 
XVI  əsrdə  yaĢamıĢ  italyan  yazıçısı  Makiavelli  -  "Dil  insana  öz  fikirlərini  açıq 


22 
 
bildirmək  üçün  yox,  gizlətmək  üçün  verilmiĢdir"  -  ifadə  edirdi,  məĢhur  natiq 
Taleyran  da  elə  o  formada  -  "Dil  fikri  açmaq  üçün  yox,  fikri gizlətmək üçündür" - 
deyirdi.  Ġmam  Həzrət  Əli  söyləyib:  "Ġnsan  öz  dilinin  altında  gizlənibdir, 
danıĢmayınca  onun  ağıllı  və  ya  ağılsız  olması  bilinmir".  Xalqımız  haqlı  olaraq 
deyir:  "Dil  insanın  özüdür".  Dil  öz  daxili  qanunları  ilə  tənzimlənir,  yeni  milli 
sintaktik  konstruksiyalar  yaranır,  köhnə  ünsürlər,  elementlər,  formalar  dilin  passiv 
fonduna  keçir,  ya  da  dildən  çıxır.  Obyektiv  aləmdə,  cəmiyyətdə  baĢ  verən 
dəyiĢikliklər  dilə  təsir  göstərir.  Dilin  vəzifəsi  yalnız  fikir  mübadiləsi  aparmaq, 
informasiyanı  ötürmək  və  qəbul  etmək,  ünsiyyət  vasitəsi  olmaqla  bitmir.  Dil 
olmasa  idi,  bəĢəriyyətin  mənəvi  ruhu  sayılan  yazılı  və  Ģifahi  ədəbiyyat  xəzinəsi, 
bütün  dünyəvi  və  dini  əsərlər  yaranmaz,  təbiətin  sirləri  hər  xalqda,  hər  əsrdə 
yenidən  tədqiq  olunardı,  inkiĢaf  yerində  sayardı,  bütün  bəĢəriyyətin  ixtiyarına 
verilməzdi.  Bu  xüsusiyyəti  nəzərə  alaraq  demək  olar  ki,  dil  təbiətinə  görə  bəĢəri, 
yalnız  xidmətinə  görə  millidir.  Fikir  nitqlə  ifadə  olunur,  nitqdə  formalaĢır.  Dil  və 
nitq  arasında  əlaqə  obyektiv  zərurətdir,  çünki  dil  öz  varlığını  nitqdə,  nitq  isə  öz 
mənbəyini  dildə  tapır.  Nitq  prosesi  olmazsa  dil,  dil  olmazsa  nitq  prosesi  təzahür 
edə  bilməz.  Nitq  dilin  inkiĢafı  üçün  Ģərait  yaradır.  Dilin  lüğət  tərkibində  və 
qrammatik  quruluĢunda  baĢ  verən  yeniləĢmə  nitqdə  özünü  göstərir.  Nitqdə  baĢ 
verən  dəyiĢikliklər  dildəki  köhnə  sxemləri,  modelləri  yeniləĢdirir  və  bu  yeniliklər 
dildə  öz  əksini  tapır.  Nitq  bir  Ģəxs  tərəfindən  söylənilir,  baĢqaları  tərəfindən 
dinlənilir.  Nitq  prosesində  hər  kəs  özü  bacardığı  Ģəkildə  danıĢır,  yazır.  Axı  nitqin 
funksiyası  ünsiyyət  yaratmaq,  məlumat  çatdırmaq,  həmsöhbət  tapmaqdır.  Nitq  də 
yalnız  dil  vasitəsilə  ünsiyyətə  xidmət  edir.  Görkəmli  Azərbaycan  yazıçıları  nitq  və 
dil məsələlərinə  xüsusi diqqət yetirmiĢlər.  ġah Ġsmayıl Xətai  yazmıĢdır: 
Söz vardır kəsdirər baĢı, 
Söz vardır kəsər savaĢı. 
Söz vardır ağulu aĢı, 
Bal  ilən  edər yağ bir söz. 
 
M.Füzuli  sözü,  nitq  qabiliyyətini  insana  verilmiĢ  misilsiz  sərvət  adlandırmıĢdır.  O, 
"Ənisül-qəlb"  əsərində  yazır  ki,  insanı  onun  dili  ilə  fərqləndirirlər.  Nitqlə  təfəkkür 
arasında  sıx  əlaqə  görən,  nitqi  insanın  Ģüurlu  fəaliyyətinin  nəticəsi  sayan  Ģair  dilin 
ictimai  mahiyyəti  barədəki fikrini  bir beytdə belə ümumiləĢdirir: 
Eyləsən  tutiyə  təlim  ədayi-kəlimat, 
Nitqi  insan olur, amma özü insan olmaz. 
 
XX  əsrin  əvvəllərində  görkəmli  maarifpərvər,  tənqidçi,  Azərbaycanda  ilk 
seminariyanın  təsisçisi  və  yaradıcısı  Firidun  bəy  Köçərli  ana  dilimiz  haqqında 
yazırdı:  "Hər  millətin  özünə  məxsus  ana  dili var ki, onun məxsusi malıdır. Ana dili 
millətin  mənəvi  diriliyidir,  həyatının  mayəsi  mənziləsindədir.  Ananın  südü  bədənin 
mayəsi  olduğu  kimi,  ananın  dili  də  ruhun  qidasıdır. Hər kəs öz anasını və vətənini 
sevdiyi  kimi,  ana  dilini  də  sevir.  Bu,  Allah-təalanın  gözəl  nemətlərindən  birisidir, 
onu  əziz  və  möhtərəm  tutmaq  hər  kəsə  borcdur"  (Firidun  bəy  Köçərli."Ana  dili" 
məqaləsi).  Bütün  bu  deyilənləri  belə  ümumiləĢdirmək  olar  ki,  dil  və  nitq  bir-biri  ilə 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə