Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 197,33 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix06.02.2018
ölçüsü197,33 Kb.
#26000
növüDərs
1   2   3   4   5   6   7

15 

 

axıdılan  efir  mayesinin  kütləsinin  sonrakı  artımına  baxmayaraq,  onun  təzyiqi 



dəyişməz qalır” kimi verilməsi məsləhətdir. 

Səhifə  160-da  “Təcrübə  2”-də  verilmiş  ifadələr  dəqiq  deyil.  Bu  fikrin 

Həcmin  artırılması  o  vaxta  qədər  təzyiqi  dəyişdirmir  ki,  silfonda  maye  qalsın” 

kimi  verilməsi  məqsədəuyğundur.  Uyğun  qrafikin  də  çəkilməsi  vacibdir.  Hətta 

verilməmiş bu qrafikə səhifə 163-də sual da verilmişdir (sual 5). 



Yenə  həmin  səhifədə  “Təcrübə  3”-də  kursivlə  verilmiş  nəticələr  əslində 

“Təcrübə 2”-yə aiddir. 

Səhifə  161-də  4-cü  abzasda  “Həcm  və  temperaturu  dəyişməklə,  doymuş 

buxarı  doymamış  buxara  və  əksinə,  çevirmək  olar”  cümləsi  “Təcrübə  4”-ün 

mətnində verilmiş izahdan sonra yazılmalıdır.  Bu təcrübəyə aid qrafikin verilməsi 

təklif edilir. 

Yenə  həmin  səhifədə  5-ci  abzasdakı  “Bu  zaman  buxar  təzyiqinin  əvvəlcə 

böyük  sürətlə,  sonra  isə  daha  kiçik  sürətlə  artdığı  müşahidə  olunur” 

cümləsindən  başlayaraq,  6-cı  abzasın  sonuna  qədər  verilmiş  fikir  başa  düşülən 

deyil. 

Səhifə  162-də  “Buxar  –  maye  faza  çevrilməsi.  Böhran  temperaturu” 

mövzusunda 2-ci abzasda “Onların sıxlığının  temperatur  asılılığını  əks  etdirən 



əyrilər  C  nöqtəsində  birləşir  (şəkil  7.5)”  fikri  verilmişdir.  Lakin  istinad  edilən 

şəkil  sıxlığın  temperatur  asılılığı  deyil,  təzyiqin  temperaturdan  asılılığına  aiddir. 

Həmçinin,  bu  şəkildə  verilmiş  qrafikdə  doymuş  buxarın  sıxlığının  mayenin 

sıxlığından daha kəskin dəyişdiyi nəzərə alınmamışdır. 



Səhifə  166-da  2-ci  abzasda  qalın  şriftlərlə  verilmiş  “Maye  səthini  gərilmiş 

vəziyyətdə  saxlayan  qüvvə  səthi gərilmə  qüvvəsi  adlanır”  cümləsi aydın deyil. 

Bu  cümlənin  “Maye  səthində  yaranan  bu  qüvvə  səthi  gərilmə  qüvvəsi  adlanır” 

kimi verilməsi məsləhətdir.  

Səhifə  167-də  “Mayelərin  əyri  səthi  altında  təzyiq.  Kapillyar  hadisələr” 

mövzusu  çox  ağır  verilmişdir.  Belə  ki,  səhifə  169-da  verilmiş  (7.6)  düsturunun 

çıxarılışına  aid  hissədən  (bu  düsturdan  sonra  verilmiş  abzas)  imtina  etmək  və 

düsturun 

o

θ = 0


 halı  üçün  klassik  formada  (

mg = σl


 şəklində)  çıxarılışından 

istifadə etmək tövsiyə edilir. 



Səhifə 172-də verilmiş şəkil 8.3. və onun izahının çıxarılması məsləhətdir.  


16 

 

Səhifə  175-də  “Amorf  cisimlər”  yarımbaşlığında  1-ci  abzasdakı 



“İzotropluq maye və qazlara xas olan keyfiyyətdir” cümləsi ilə “Şüşə, qatran, 

rezin,  kauçuk,  kəhrəba  plastmas  və  s.  maddələr  amorfdur”  cümləsi  arasında 

heç  bir  əlaqə  yoxdur.  Həmçinin,  2-ci  abzasdakı  “Buna  görə  də  bərk  cisim 



dedikdə, adətən, kristallar nəzərdə tutulur” cümləsinin “Bərk cisimlər kristal və 

amorf  olmaqla  iki  yerə  ayrılır”  kimi  verilməsi  məqsədəuyğundur.  Çünki  fiziki 

xassələrin fərqi yaxud oxşarlığı maddənin aqreqat hallarını müəyyən etmir. 



Yenə  həmin  səhifədə  3-cü  abzasdakı  “Həqiqətən  də  özlülüyü  (qatılığı) 

böyük  olan  amorf  cisimlərə  maye  kimi  baxmaq  olar”  cümləsinin  “Amorf 

cisimlərə  özlülüyü  böyük  olan  maye  kimi  baxmaq  olar”  kimi  verilməsi 

məqsədəuyğundur. 



Səhifə  176-da  “Kristal  qəfəsin  növləri”  və  səhifə  180-də  “Xassənin 

formalaşmasında rabitənin rolu” mövzuları çox ağır verilmişdir. Bu mövzuların 

birləşdirilərək, məlumat xarakterli mövzu kimi verilməsi təklif edilir. 



Səhifə  183-də  “Bərk  cisimlərin  əriməsi.  Mayelərin  kristallaşması. 

Sublimasiya”  mövzusunda  5-ci  abzasın  sonunda  verilmiş  “və  kristalın 

temperaturu artır” ifadəsinin çıxarılması tövsiyə edilir.  

Yenə həmin səhifədə 6-cı abzasdakı “molekulların rəqs amplitudu o qədər 

artır  ki,  qəfəs  molekullarının  orta  potensial  enerjisi  artır”  ifadəsinin 

molekulların rəqs amplitudu və qəfəs molekullarının orta potensial enerjisi artır” 

kimi verilməsi məsləhətdir. 

Yenə  həmin  səhifədə  son  cümlədə  verilmiş  “yenidən”  sözünün  çıxarılması 

məqsədəuyğundur. 



Səhifə  184-də 1-ci abzasdakı “Buna  görə  də  maddənin  temperaturu  artır 

və  tamamilə  maye  halında  olur”  cümləsindən  “və  tamamilə  maye  halında 

olur”  ifadəsinin  çıxarılması  məsləhətdir.  Bu  ifadə  əvvəlki  cümlələrdə  artıq  qeyd 

edilmişdir. 



Səhifə  185-də  5-ci  abzasda  “(bərk  halda  olan  SO

2

)”  əvəzinə  “(bərk  halda 

olan CO

2

)” verilməlidir. 



Səhifə  186-da  2-ci  abzasda  qalın  şriftlərlə  verilmiş  “Xarici  qüvvənin  təsiri 

nəticəsində  bərk  cisimlərin  ölçü  və  formalarının  dəyişməsi  deformasiya 


17 

 

adlanır”  cümləsinin  “Xarici  təsirlər  nəticəsində  bərk  cisimlərin  ölçü  və 



formalarının dəyişməsi deformasiya adlanır kimi verilməsi məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  8-ci  abzasda  “Bərk  cisimlərdə  yaranan 

deformasiyanı  beş  növə  ayırmaq  olar:  dartılma,  sıxılma,  sürüşmə,  əyilmə  və 

burulma”  fikri  verilmişdir.  Lakin  burada  verilmiş  dartılma  və  sıxılma  eyni  növ 

deformasiyadır. 



Səhifə  188-də  1-ci  abzasın  əvvəlində  “Deformasiyanı  xarakterizə  edən 

kəmiyyətləri  dartılma  və  sıxılma  deformasiyası  misalında  araşdıraq”  cümləsinin 

verilməsi məsləhətdir. 



Yenə həmin səhifədə sondan 3-cü abzasdakı “Deməli, Yunq modulu ədədi 

qiymətcə  cismi  öz  uzunluğu  dartıb  uzatmaq  üçün  tələb  olunan  mexaniki 

gərginlikdir”  cümləsi  “Deməli,  Yunq  modulu  ədədi  qiymətcə  cismi  öz  uzunluğu 

qədər dartıb uzatmaq üçün tələb olunan mexaniki gərginlikdir” kimi verilməlidir. 

Səhifə 189-da şəkil 8.26.-da diaqram verildiyindən, mətndə də düzəliş etmək 

lazımdır. Belə ki, mətndə “qrafik” əvəzinə “diaqram” verilməlidir. 



Səhifə  193-də verilmiş  (9.5) düsturunu da  (9.4)  kimi  maddə  miqdarı  (

)  ilə 



də ifadə etmək tövsiyə edilir: “





2



1

2

1

2

1

3 m

3

ΔU =U -U =

R T - T = ν R T - T

2 M

2



” 

Səhifə 194-də cədvəl 9.2.-də işgörmə ilə daxili enerjinin dəyişmə üsulları süni 

şəkildə çoxaldılıb. 



Yenə  həmin  səhifədə  Təcrübə  2  və  Təcrübə  3-də  verilənlər  eyni 

deformasiya növüdür.  



Səhifə 196-da cədvəl 9.3.-də “İstilik miqdarı” sütununda “Cismin soyuması” 

sırasında  “Q > 0”  deyil,  “



Q < 0

”,  həmçinin  “Proses”  sütununda  “Ərimə”  deyil, 

Kristalların əriməsi” verilməlidir. 

Səhifə 

198-də 

(9.14) 


düsturu 

 





A = F

= p S

l

”  kimi  deyil, 



A = F l = p S l

 


 

” kimi verilməlidir. 



Səhifə  203-də  (9.22)  düsturunun  “

Q

U

 


”  kimi,  (9.23)  düsturunun  isə 

3



3

2

2



U

V p

R T

 



 

”  kimi  verilməsi,  həmçinin  (9.24)  düsturuna  da 



“ R T



”-nin əlavə edilməsi məqsədəuyğundur. 


18 

 

Səhifə 204-də (9.25) düsturu “

5

2

Q



U

A

U

p V

R T



  

    

” şəklində 



tamamlanarsa  və  davamında  “

0,6


ΔU =

Q

0, 4



A =

Q

”  verilərsə,  daha  yaxşı  olar. 



Bu  təkliflər  nəzərə  alınarsa,  suallar  bölməsində  verilmiş  3-cü  sual  (“İzobar 

prosesdə biratomlu ideal qazın aldığı istilik miqdarının hansı hissəsi: a) daxili 

enerjinin dəyişməsi; b) işin görülməsinə sərf olunar?”) yerinə düşər. 

Səhifə  210-da  verilmiş  (9.35)  düsturu  səhifə  203-də  verilmiş  (9.22) 

düsturunun təkrarıdır. 



Səhifə  214-də  sondan  5-ci  abzasda  “(bu  düsturun  çıxarılışı  “Entropiya” 

bölməsində veriləcəkdir”) verilsə də dərslikdə “Entropiya” bölməsi yoxdur. 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərsliyin  dili  və  üslubu  əsas  etibarilə  şagirdlərin  yaş  səviyyəsinə  uyğundur. 



Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə  6-da  suallar  bölməsində  verilmiş  3-cü  və  5-ci  suallar  korrekt  deyil. 

Çünki mətndə bu barədə  məlumat verilməmişdir. 



Səhifə  59-da  sonuncu  abzasdakı  “Tomson  bu  kəmiyyəti  kinetik  enerji 

adlanmışdır”  cümləsi  “Tomson  bu  kəmiyyəti  kinetik  enerji  adlandırmışdır”  kimi 

verilməlidir. 



Səhifə  81-də sondan 3-cü abzasdakı  

Δt  müddəti ərzində” ifadəsinin “ Δt  

müddətində” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  114-də  son  abzasdakı  “södürdükdə”  sözü  “söndürdükdə”  kimi 

verilməlidir. 



Səhifə  139-da  sondan  3-cü  abzasdakı  “sınıq  xətlə”  ifadəsi  “sınıq  xətlərlə” 

kimi verilməlidir.  



Səhifə  147-də  sondan  3-cü  abzasdakı  “Təcrübələr  göstərir  ki,  müxtəlif 

qablar  üçün 

p

n

 nisbəti  (p  –  ideal  qazın  təzyiqi,  n  –  molekulların 

konsentrasiyasıdır)  müəyyən  bir  temperaturda  eynidir” cümləsində “qablar” 

əvəzinə “qazlar” verilməlidir. 




19 

 

Səhifə 151-də “İdeal qazın hal tənliyi” mövzusunun 1-ci cümləsindəki “onu 



həcmi” ifadəsi “onun həcmi” kimi verilməlidir. 

Səhifə  164-də  1-ci  abzasdakı  “Hər  biri  molekul”  deyil,  “Hər  bir  molekul” 

verilməlidir. 



Səhifə  184-də  sondan  3-cü  abzasdakı  “Bu  maddələr  qızdırıcıdan  istilik 

miqdarı  almaqla  tədricən  yumşalaraq  maye,  soyuyaraq  isə  qatılaşaraq 

tədricən bərk hala keçir” cümləsində “maye” sözü “mayeyə” kimi, “soyuyaraq” 

sözü isə “soyuduqda” kimi verilməlidir. 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin dizayn və bədii tərtibatı xoşagələndir. Lakin mövzular üzrə verilmiş 



şəkil, qrafik və sxemlərdə qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə 4-də “Şəkil 1” deyil, “Cədvəl 1” verilməlidir. 

Səhifə  12-də  yaxşı  olardı  ki, 

0

y



A

 xəttini  ABC  düzbucaqlı  üçbucağına 



tamamlamaq  üçün  AC  xətti  əlavə  edilsin.  Çünki  bundan  əvvəl  verilmiş  abzasda 

Pifaqor teoremindən istifadə edilmişdir. 



Səhifə  18-də  şəkil  1.15-də  qrafik 

x

0x



x

υ = υ + a t

 halı  üçün  verilmişdir,  lakin 

bundan əvvəl verilmiş izah “



x

x

υ = a t

 düsturuna aiddir. 

Səhifə 21-də şəkil 1.16-da “r” deyil, “

r

” verilməlidir. 



Səhifə 41-də şəkil 2.5 a)-da verilmiş qrafik düzgün deyil. 

Səhifə  43-də  (2.19)  düsturlarına  aid  olan  şəkil  2.7.  ç)  qrafiki 



2



0

gt

y = H - υ t -

2

”  tənliyinə  uyğun  çəkilməlidir.  Bu  təklif  səhifə  4-də  verilmiş 

şəkil 2.8. ç)-yə də aiddir. 

Səhifə 47-də şəkil 2.11. a)-da cismin atılması üfüqi istiqamətdə olmalıdır. 

Səhifə 50-də şəkil 2.14.-ün mətnə uyğunlaşdırılması məqsədəuyğundur. Belə 

ki, “F” əvəzinə “F



x

”, 



Δx” əvəzinə isə “x” verilməsi tövsiyə edilir. 

Səhifə  51-də  şəkil  2.15.  b)-də  sürtünmə  qüvvəsinin  (

s

F



)  istiqaməti  düzgün 

verilməmişdir.  Belə  ki,  sürtünmə  qüvvəsi  toxunan  səthlər  boyunca  yönəlməlidir. 



20 

 

Həmçinin,  1-ci  abzasda  verilmiş  “mg”,  “F



d

”,  “F


s

”  üzərində  vektor  işarəsi 

qoyulmalıdır. 

Səhifə 62-də şəkil 3.10-da sıfır səviyyəsi göstərilməlidir.  

Səhifə  69-da  şəkil  3.17.-də  A  və  B  vəziyyətlərində  sürətlərin  qiyməti  eyni 

çəkilmişdir. Halbuki, B vəziyyətində cismin sürəti daha az olur. 



Səhifə  70-də  şəkil  3.18.-də  potensial  və  kinetik  enerjiləri  xarakterizə  edən 

əyrilər  verilsə  də,  tam  enerji  əyrisi  verilməmişdir.  Qrafikin  E

T

=E

p



+E

k

  xətti 



çəkilməlidir. 

Səhifə  107-də  şəkil  4.29.-da  kürəciklərin  hərəkət  istiqaməti  təsvir  edilərsə, 

daha yaxşı olar. 



Səhifə 

119-da 

“Dalğaların 

difraksiyası” 

mövzusunda 

şəkillər 

qarışdırılmışdır.  Belə  ki,  “şəkil  4.49.  a)”  əvəzinə  “şəkil  4.49.”,  “şəkil  4.49  b)” 

əvəzinə  “şəkil  4.50  a)”,  “şəkil  4.50  a)”  əvəzinə  “şəkil  4.49  b)”  olmalıdır.  Şəkil 

4.50 b) səhifə 120-də təkrarlandığı üçün çıxarılmalıdır.  



Səhifə 143-də  şəkil 6.9.-da “r

0

” qeyd edilməmişdir. 



Səhifə  145-də  şəkil  6.11.-in  çıxarılması  məsləhətdir.  Çünki  bütün  lazimi 

məlumatlar şəkil 6.10.-da verilmişdir. 



Səhifə  153-də  şəkil  6.12.-də  verilmiş  “T

1

=T

2

=const”  ifadəsi  “T

1

=T

2

”  kimi 


verilməli, “p

1

V

1

=p

2

V

2

 ifadəsi isə çıxarılmalıdır. Eyni təklif səhifə 155 və 157-də 

uyğun olaraq verilmiş şəkil 6.15. və şəkil 6.18.-ə də aiddir. Belə ki, bu şəkillərdə 

uyğun  olaraq  verilmiş  “p

1

=p

2

=const”  və  “V

1

=V

2

=const”  ifadələri  “p

1

=p



2

”  və 


V

1

=V

2

kimi verilməli



1

2

1

2

V

V

=

T

T

 və 

1

2

1

2

p

p

=

T

T

 ifadələri isə çıxarılmalıdır. 

Nəzərə  alınsa  ki,  bu  bölmə  (“İzoproseslər.  Qaz  qanunları  və  onların 



qrafikləri”)  həddindən  artıq  yüklənib  (səh.  152,  153,  154,  155,  156,  157,  158-i 

əhatə edir) yaxşı olardı ki, şəkil 6.14. və izahı, şəkil 6.17. və izahı (bu şəklə səh. 

156-da və 158-də izobar və izoxor hallarda izah verilib) mətndən çıxarılsın. 

Səhifə 161-də şəkil 7.2.-də verilmiş qrafikin AB hissəsində “doymuş buxar”, 

BC  hissəsində  isə  “doymamış  buxar”  yazılmalıdır.  Bu,  şəkil  7.3.-də  düzgün 

verilmişdir.  Həmçinin,  mətndə  və  sualda  istinad  edilən  izotermik  prosesdə  (PV) 

qrafiki verilməmişdir. 



Səhifə 165-dəki şəkil 7.7. aydın deyil.  


21 

 

Səhifə 169-da şəkil 7.16.-da əyrilik radiusu dəqiq göstərilməmişdir.  



Səhifə  186-da sondan 4-cü abzasda “(şəkil  8.22.)” əvəzinə “(şəkil 8.23. a)”, 

sondan 2-ci abzasda “(şəkil 8.23)” əvəzinə “(şəkil 8.23 b)” verilməlidir. Həmçinin, 

buna uyğun olaraq şəkil  8.23.-də də müvafiq şəkillər üzərində “a)” və “b)” qeyd 

edilməlidir. 



Səhifə  199-da  şəkil  9.7.  ilə  yanaşı,  aşağıdakı  şəkilin  və  izahının  verilməsi 

məsləhətdir. 

 P 







                    

               Şəkil 1. 

 

Səhifə  202-də  1-ci  yarımbaşlıqda  “İzotermik  proses  (T=const,  m=const)” 

deyil, “İzotermik proses (T=const

=const)” verilməlidir. 



Yenə  həmin  səhifədə  şəkil  9.8-ə  ilə  yanaşı,  aşağıdakı  şəkilin  və  izahının 

verilməsi məsləhətdir. 

 

45



 

A



 

 



     Şəkil 2 

 

Yenə  həmin  səhifədə  verilmiş  şəkil  9.9.-un  çıxarılması  məsləhətdir.  Şəkil 

səhv verilmişdir. 

Səhifə 205-də verilmiş şəkil 9.14. b)-nin çıxarılması məsləhətdir. 

Səhifə  204-də  verilmiş  şəkil  9.12.  ilə  yanaşı,  aşağıdakı  şəkilin  və  izahının 

verilməsi məsləhətdir. 




22 

 

 



45

 





 

      Şəkil 3. 

 

Səhifə 208-də verilmiş şəkil 9.17.-də yuxarı və aşağı rəqəmlərdə uyğunsuzluq 

var.  


 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə  hər  bir  mövzunun  sonunda  şagirdlərin  mövzu  üzrə  bilik 



səviyyəsinin yoxlanması məqsədi ilə sualların verilməsi təqdirəlayiqdir. Lakin bəzi 

suallarda  qüsurlar,  dəqiqləşməyə  ehtiyac  duyulan  məqamlar  da  var.  Bunlar 

aşağıdakılardır: 

Səhifə  166-da  suallar  bölməsində  6-cı  verilmiş  “İslatma  və  islanmama 

hadisələri nə ilə izah olunur?” sualı “İslatma və islatmama hadisələri nə ilə izah 

olunur?” kimi verilməlidir. 

 

Nəticə 

 

 



1. Dərslikdə tədris proqramındakı mövzular əhatə olunub, oradakı faktlar, hər 

bir  anlayışa  dair  verilən  izah  əsas  etibarilə  özündən  əvvəlki  məlum  faktlara 

əsaslanaraq elmi-metodiki baxımdan ifadə edilib. 

2. Dərslik fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan yaradır. 

3. Dərslikdə müəyyən  mövzular üzrə bir sıra qüsurlara, qeyri-dəqiq izahlara, 

texniki səhvlərə də rast gəlinir. 

4. Dərslikdə bəzi materiallar mürəkkəb, çətin anlaşılan şəkildə verilmişdir. Bu 

mövzuların yenidən işlənməsi məqsədəuyğundur. 

5. Hər fəslin sonunda fəsli əhatə edən qısa nəticələr verilərsə, daha yaxşı olar. 

 

 



Yüklə 197,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə