Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 197,33 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix06.02.2018
ölçüsü197,33 Kb.
#26000
növüDərs
1   2   3   4   5   6   7

11 

 

Dərslikdə  təqdim  edilən  sərbəst  rəqslər  isə  avtorəqslərdir  və  o,  məcburi 



rəqslərin  bir  forması  kimi  təqdim  edilə  bilər.  Burada  isə  məcburi  rəqslərin  tərifi 

avtorəqslərin tərifində olduğu kimi verilib. 



Səhifə  87-də  bundan  əvvəlki  təklifi  nəzərə  alaraq,  “Rəqsi  hərəkətin 

kinematik  xarakteristikaları”  mövzusunda  sərbəst  və  məxsusi  rəqslərin  eyni 

mənada verilməsi məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  qalın  şriftlərlə  verilmiş  cümlə  “Rəqs  edən  sistemin 

vəziyyətini  xarakterizə  edən  fiziki  kəmiyyətlər  (yerdəyişmə,  sürət,  təcil)  zamana 

görə  sinus  (və  ya  kosinus)  qanunu  ilə  dəyişirsə,  belə  rəqslər  harmonik  rəqslər 

adlanırkimi verilərsə, daha yaxşı olar. 

Səhifə 88-də (4.1) düsturu ilə (4.2) arasında əlaqə yaratmaq məqsədi ilə (4.1) 

düsturundan  sonra  “Çevrə  üzrə  hərəkətə  oxşar  olaraq  rəqsi  hərəkət  üçün  (4.1) 



düsturunda,  R  əvəzinə  rəqsin  amplitudunu–A  və  ya  x

m

,  y



ilə  əvəz  etməklə:” 

ifadəsinin işlənməsi məqsədəuyğundur. 



Səhifə  89-da  sondan  2-ci  abzasda  verilmişdir:  “Rəqsin  periodu  ilə  bucaq 

sürəti  arasında  əlaqə: 

0



T =

ω

.  Lakin  bu  fikir  düzgün  deyil.  Belə  ki,  burada 



0

ω

 bucaq sürəti deyil, rəqsin dövri tezliyidir. 

Səhifə  90-da  (davamı  səhifə  91-də)  “Harmonik  rəqsi  hərəkətin  sürəti  və 

təcili” mövzusu verilmişdir. Lakin mətndə çevrə üzrə hərəkətdən bəhs edilmişdir. 

Səhifə  95-də  “3.  Sərbəst  rəqslərin  müqayisəsi”  yarımbaşlığında  verilmiş 



mg

k =

l

 düsturunun “

k

m

~

g



l

” kimi verilməsi məsləhətdir. 



Səhifə  96-da  “Harmonik  rəqsi  hərəkətin  enerjisi”  mövzusunda  1-ci 

abzasda  sürtünmə  qüvvəsi  haqqında  danışmağa  ehtiyac  yoxdur.  Çünki  burada 

harmonik rəqslərdən danışılır. 

Yenə  həmin  səhifədə  6-cı  abzasda  “4.14-cü  şəkildə  potensial  E

p

(x)  və 

kinetik E

k

(x) enerjilərin yerdəyişmədən asılılıq qrafikləri verilmişdir” cümləsi 

4.14-cü  şəkildə  potensial  E



p

(x),  kinetik  E

k

(x)  və  tam  E

T

(x)  enerjilərin 

yerdəyişmədən asılılıq qrafikləri verilmişdir” kimi verilərsə, daha yaxşı olar. 

Səhifə  98-də verilmiş (4.43) və (4.44) düsturlarında başlanğıc fəzaya ehtiyac 

yoxdur. Bu düsturlardan 



0

φ

-ın çıxarılması tövsiyə edilir. 


12 

 

Yenə  həmin  səhifədə  “Sistemdə  sürtünmə  mövcuddur”  yarımbaşlığının 

Məcburi rəqslər. Rezonans” mövzusunda verilməsi məqsədəuyğundur. 

Səhifə  99-da  “§4.6.*  Məcburi  rəqslər.  Rezonans”  mövzusu  çox  ağır 

yazılmışdır.  Bu  mövzunun  səhifə  99-dakı  hissədən  və  “IV  hal–Rezonans” 

yarımbaşlığından ibarət olması kifayətdir. 

Səhifə  103-də  2-ci  abzasda  verilmiş  “Hazırda  fizika  elmi  dalğaların  iki 

növünü ətraflı tədqiq etmişdir: elastik mühitdə yayılan mexaniki dalğaları və 

bütün  mühitlərdə,  o  cümlədən,  vakuumda  yayıla  bilən  elektromaqnit 

dalğalarını” fikrinin “Fizika elmi dalğaların iki növünü tədqiq edir: yalnız elastik 

mühitdə  yayılan  mexaniki  dalğaları  və  vakuumda  da  yayıla  bilən  elektromaqnit 

dalğalarını” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  verilmiş  “Elastik  dalğaların  yayıldığı  mühit  isə 

elastik  mühit  adlanır”  cümləsinin  çıxarılması  məsləhətdir.  Çünki  tərif  korrekt 

deyil, 2 ardıcıl cümlə təkrarlanır. 



Səhifə  105-də  verilmiş  şəkil  4.28  və  səhifə  106-da  bu  şəklin  izahı 

başadüşülən deyil və çıxarılması məsləhətdir. “Dalğa uzunluğu. Dalğanın sürəti” 

mövzusunda eninə dalğanın izahı və onun model-şəkli (şəkil 4.29.) kifayət edər. 

Səhifə 106-da “Dalğa uzunluğu. Dalğanın sürəti” mövzusunda 1-ci abzasda 

verilmiş istinad düzgün deyil. Belə ki, “(bax: şəkil 4.27)” deyil, “(bax: şəkil 4.28)” 

verilməlidir. 

Səhifə  111-də  “§4.11.*  Dalğaların  interferensiyası”  mövzusu  çox  ağır 

yazılmışdır. Bu mövzunun riyaziyyat hissəsindən imtina edib (səh. 112 və 113-də 



“Maksimumluq şərti” yarımbaşlığına qədər), əsas nəticələri – Maksimumluq şərti, 

Minimumluq şərti hissələrinin saxlanılması məqsədəuyğun hesab edilir. 



Səhifə  114-də  verilmiş  son  cümlənin  “O  mühitin  bütün  hissəcikləri 

arasında  bərabər  paylanmayıb,  yalnız  maksimumlarda  toplanır”  kimi  deyil, 

O  mühitin  bütün  hissəcikləri  arasında  bərabər  paylanmayıb,  maksimumlarda 



daha çox toplanır” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  115-də  2-ci  və  3-cü  abzaslarda  verilmiş  “ikinci  dalğa”  ifadəsi  “yeni 

dalğa” ilə əvəz edilərsə, daha yaxşı olar. 

Səhifə 136-da 2-ci abzasdakı “Maddə molekulunun (atomunun) kütləsinin 

karbon kütləsinin 1/12-nə olan nisbəti nisbi molekulyar (atom) kütlə adlanır” 


Yüklə 197,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə