3
Yekun
rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından.
1.
Məzmunun işlənməsi baxımından
Dərslikdə 9 fəslin – “Klassik mexanikanın əsasları. Kinematikanın
əsasları”,
“Dinamikanın əsasları”,
“Saxlanma qanunları”,
“Mexaniki rəqs və
dalğalar”,
“Relyativistik mexanika”,
“Molekulyar fizika. Molekulyar-kinetik
nəzəriyyənin əsasları”,
“Buxar və mayelərin xassələri”,
“Bərk cisimlər”,
“Termodinamikanın əsasları” və 88 dərs mövzusunun tədrisi planlaşdırılmışdır.
Dərslikdə proqramda nəzərdə tutulan bütün bölmələr və bu bölmələrə uyğun
mövzular tam əhatə olunmuşdur.
Bununla yanaşı, dərslikdə müəyyən qüsurlar, dəqiqləşməyə ehtiyacı olan
məqamlar var. Bunlar aşağıdakılardır:
Səhifə 4-də son cümlədə “Mikrocisimlər” əvəzinə “Makrocisimlər”
verilməlidir.
Səhifə 5-də 7-ci abzasda
“Saniyə – sezium -133 atomunun şüalanma
periodunun 9192631770 mislinə bərabər zamandır” fikri qeyd edilmişdir. Lakin
sezium-133-ün hansı şüalanmasına aid olduğu verilməmişdir.
Yenə həmin səhifədə sonda qalın şriftlərlə verilmiş
“Metr – işığın
vakuumda 1/299792458 saniyədə yayıldığı məsafədir” cümləsinin çıxarılması
məsləhətdir.
Səhifə 6-da sonda verilmiş
“Ölçülərinə görə aləmi üç qrupa ayırmaq olar:
Mikroaləm – ölçüsü 10
-8
m-dən kiçik; Makroaləm – ölçüsü
-8
20
10 ÷ 10
m-ə
qədər; Meqaaləm – ölçüsü 10
20
m-dən böyük” ifadəsinin çıxarılması tövsiyə
edilir. Bu bölgü tamamilə şərtidir və nə üçün belə bölünmənin aparıldığı
əsaslandırılmadıqda heç bir əhəmiyyətə malik deyil.
Səhifə 7-də “Mexaniki hərəkət. Hesablama sistemi” mövzusunda 2-ci
abzasda qalın şriftlərlə verilmiş “Mexaniki hərəkət – zaman keçdikcə cismin
4
başqa cisimlərə nəzərən vəziyyətinin fəzada dəyişməsidir” cümləsinin
“Mexaniki hərəkət – zaman keçdikcə cismin fəzada başqa cisimlərə nəzərən
vəziyyətinin dəyişməsidir” kimi verilməsi məqsədəuyğundur.
Səhifə 8-də 4-cü abzasda qalın şriftlərlə verilmiş “Hesablama cismi və
onunla bağlı koordinat sistemi birlikdə hesablama sistemi adlanır” tərifi tam
deyil, bu tərif “Hesablama cismi, onunla bağlı koordinat sistemi və vaxtı ölçən
cihaz birlikdə hesablama sistemi adlanır” kimi verilməlidir.
Səhifə 10-da 3-cü abzasda verilmiş
“Cismin hərəkəti kimi onun
trayektoriyası da nisbidir” cümləsinin “
Trayektoriyanın forması da nisbidir” ilə
əvəz edilməsi məqsədəuyğundur. Çünki trayektoriya anlayışdır və o, nisbi ola
bilməz.
Yenə həmin səhifədə 6-cı abzasda verilmiş “Gedilən yol – trayektoriya
üzrə cismin qət etdiyi məsafədir” cümləsinin çıxarılması tövsiyə edilir. Çünki
bundan əvvəlki cümlədə bu fikir ifadə olunub.
Səhifə 11-də sondan 2-ci abzasda verilmiş
“Düzxətli hərəkətin istiqaməti
dəyişərsə, cismin getdiyi yol yerdəyişmənin modulundan böyük olur: l > S ”
cümləsindən “Düzxətli” sözü çıxarılmalıdır. Çünki əyrixətli hərəkətdə də bu hökm
doğrudur və hökm əhatəli verilsə yaxşı olar.
Səhifə 12-də 3-cü abzasda verilmiş cümlədə hadisəyə misal olaraq səhifə 9-
da qeyd olunmuş göldə hərəkətin göstərilməsi məqsədəuyğundur.
Səhifə 13-də “Sürət” mövzusunda (1.1) düsturu “
S
υ=
t
” kimi verilməlidir.
Yenə
həmin
səhifədə sondan 4-cü abzasda verilmiş
“Düzxətli
bərabərsürətli hərəkət zamanı cismin sürətinin modulu və istiqaməti
dəyişmir:
υ = const
” fikri səhifə 11-də sondan 2-ci abzasda verilmiş cümlə
(“Düzxətli hərəkətin istiqaməti dəyişərsə, cismin getdiyi yol yerdəyişmənin
modulundan böyükdür”) ilə uyğun gəlmir. Bu fikir birinci cümlədə daha dəqiq
ifadə olunub.
Səhifə 14-də 2-ci abzasda verilmiş rəqəmlər real deyil. Belə ki, əgər nəzərə
alınsa ki, avtomobil t
1
=5 san kiçik sürətlə hərəkət etmiş və t
2
=10 san ərzində
dayanmışdır. Qalan 10 saniyə ərzində 1000 m getmək real deyil.