Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə5/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

 
GİRİŞ 
 
İnformasiya  sistemi  dedikdə,  qərarın  hazırlanması  və 
qəbulu  ilə  bağlı  olan  informasiya  proseslərini  və  idarəetmə 
servisini  həyata  keçirən  aparat  və  proqram  vasitələrinin, 
həmçinin informasiya resurslsrının əlaqəli məcmusundan ibarət 
texniki sistem başa düşülür. 
İnformasiya sistemlərinin  işlənib  hazırlanması  və 
tətbiqindən  əsas  məqsəd  şirkətin  idarə  edilməsi üçün müasir 
informasiya infrastrukturunun yaradılmasıdır. Şirkət 3 səviyyədə 
idarə edilir: strateji, taktiki və operativ. 
Strateji 
idarəetmə 
səviyyəsində 
informasiya 
sistemlərinin  vəzifəsi  şirkət  rəhbərliyini  uzunmüddətli  inkişaf 
meyli,  ən  yaxşı  texnologiya,  ən  yaxşı  məhsul,  ən  yaxşı 
idarəetmə  metodları  barədə  olan  informasiya  ilə  təmin 
etməkdən ibarətdir ki, bu da şirkətin uzaq perspektivdə rəqabət 
qabiliyyətini  qoruyub  saxlamağa  imkan  verən  strategiyanın 
hazırlanmasında istifadə edilir. 
Taktiki 
idarəetmə 
səviyyəsində 
informasiya 
sistemlərinin  vəzifəsi  şirkətdəki  orta  və  yüksək  idarəetmə 
həlqələrinin  mütəxəssislərini  maksimum  cəld  və  keyfiyyətli 
informasiya  ilə  təmin  etməkdən  ibarətdir  ki,  bu  da  ən  yaxşı 
qərar qəbulu üçündür. 
Operativ  idarəetmə  səviyyəsində  informasiya 
sistemlərinin  vəzifəsi  ilkin  informasiyanın  daxil  edilməsi, 
işlənməsi və lazımi sənədlərin təqdim edilməsi ilə bağlı, çoxqat 
təkrar  edilən  bezdirici  işlərin  cəld  və  keyfiyyətli  icrasını  təmin 
etməkdən ibarətdir. 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə