genetikası» kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun 1978-ci ildə
Dehlido keirilən beynəlxalq simpoziumdakı Hindistanın «Murrah» və
Azərbaycanın «Qafqaz» camış cinslərinin çarpazlaşdırılmasının nəticələrinə həsr
olunmuş məruzəsi böyük bir sensasiya törətmişdir. Alimin yaradıcılığının əsas
qayəsini müxtəlif növə malik olan genefondlann (qaramal, zebu, camış, dovşan,
qunduz və s.) seleksiya ilə yaxşılaşdırılması və yüksək məhsullar cinslərin
yaradılması təşkil etmişdir. O, həm də yeni yüksək yağlı-südlü «Azərbaycan
camışı» cinsini yaratmış, yerli zebu, onun hibridləri, cersey qaramal cinsinin
müxtəlif cinslər ilə dönmələri üzərində tədqiqatlar aparmış, onların məhsuldarlıq
keyfiyyətlərinin genetik xüsusiyyətlərini öyrənməklə məhsuldarlığı artırmaq
üçün proqnoz-diaqnostik tədbirlər hazırlamışdır. Onun rəhbərliyi ilə 50-dən çox
namizədlik və onlarla doktorluq dısserasiyası müdafiə edilmişdir. A.Ağabəylinin
elmi-pedaqoji irsi sanki genetik olaraq öz övladlarına da bəxş olunmuşdur. Qızı
Rəna Ağabəylı biologiya elmləri doktoru, professordur, atasının biologiya
sahəsindəki elmi irsinin davamçısıdır, onun həyat yoldaşı Urxan Ələkbərov isə
biologiya elmləri doktoru, professor və akademikdir.
Qəniyev M əmmədtağı Qasım oğlu
(1907-1979)
Azərbaycanda
baytarlıq
təbabəti
mikro
biologiyası elminin banisi, korifey alim, Əməkar
Elm Xadimi, bir neçə orden və medallarla təltif
edilmiş, akademik Məmmədtağı Qasım oğlu
Qəniyevin milli elmimizin inkişafında çox böyük
xidmətləri olmuşdur.
O, 300-ə qədər monoq
rafiya, dərslik, dərs vəsaiti, fundamental məlumat
mənbələri hazırlayıb çap etdirmişdir. Onun bütün
elmi tədqiqat işlərində mikroorqanizmlərin heyvan
və quşların patologiyasında roluna,
onlann
genetik,
morfoloji,
həssaslıq,
davamlılıq,
dəyişkənlik və s. xüsusiyyətlərinin öyrənilməsinə xüsusi önəm verilmişdir. O,
1932-ci ildə İrəvan şəhərində Zaqafqaziya Zoobaytarlıq İnstitutunu bitirmiş,
1936-cı ildə namizədlik, 1944-cü ildə isə doktorluq dissertasiyaları müdafiə
etmiş. 1938-1959-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakültəsinin "Mikrobiologiya” kafedrasının rəhbəri olmuş, 1962-ci ildə
isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzv seçilmişdir. M.Qəniyev
milli baytarlıq təbabəti elmimizin inkişafına böyük töhfələr verən ilk milli
kadrlardan biri olmuşdur. Alim uzun müddət Elmi-Tədqiqat Baytarlıq
İnstitutunun direktoru vəzifəsində çalışmaqla, baytarlıq təbabətinin aktual
problemlərinin öyrənilməsi sahəsində fundamental elmi-tədqiqat işlərinin həyata
keçirilməsinə rəhbərlik etmişdir. Milli baytarlıq təbabəti və mikrobiologiya
elmimizin banisi. ƏEX, dünya şöhrətli alim, akademik Məmmədtağı Qəniyev
43
əsil zəhmətkeş, vətənpərvər elm fədaisi olmuşdur. M.Qəniyev 300-ə qədər elmi
əsərin, dərslik və dərs vəsaitlərinin müəllifi, 20 nəfər elmlər doktoru və 80-ə
qədər elmlər namizədinin elmi rəhbəri olmuş və ölkəmizdə mikrobioloqlar
ordusunun əsil yaradıcısı olmuşdur.
Cəfərov M əmmədtağı İbrahim oğlu
(1936-2007)
Ölkəmizdə aqrar sahə üzrə yüksək ixtisaslı
kadrların hazırlanmasında qədim tarixə malik
olan,milli elmimizin yaradıcıları - dünya şöhrətli
alimlərimizi yetişdirən, müqəddəs təhsil ocağı
ADAU-nun formalaşmasında, inkişafında, tərəqqi
və təşəkkülündə böyük işlər görən, məşhur alim,
elm xadimi, AMEA-nın həqiqi üzvü akademiki
Məmmədtağı İbrahim oğlu Cəfərovun olduqca
misilsiz xidmətləri olmuşdur. O, 1954-1959-cu
illərdə ADAU-nun aqronomluq fakültəsində təhsil
almış, 1964-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1965-cı ildə kənd
təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Alim 1964-1973-cü illərdə
ADAU-da assistent, dosent, professor 1973-1983-cü illərdə isə «Torpaqşünaslıq
və kənd təsərrüfatının meliorasiyası» kafedrasının müdiri vəzifələrində
işləmişdir. M.Cəfərov 1973-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək
kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almış, 1975-ci ildə isə ona
professor elmi adı verilmişdir. O, 1989-cu ildə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir. Alim 150-yə qədər elmi əsərin, çoxlu
sayda kitabın, o cümlədən monoqrafiya və dərsliklərin, dərs vəsaitlərinin
müəllifidir. M.Cəfərov 1983-1987 və 1995-2007-ci illərdə Azərbaycan Aqrar
Universitetinin rektoru vəzifəsində işləmiş, 1992-ci ildə Yeni Azərbaycan Par
tiyası Sivası Şurasının üzvü, YAP Gəncə Şəhər Təşkilatının sədn olmuşdur. O,
1994-cü ildə Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokımya
İnstitutunda doktorluq dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış Elmi
Şuranın həmsədri olmuşdur. M.Cəfərov 2002-ci ildə Azərbaycan MEA-nın
həqiqi üzvü seçilmiş, səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Respublikası
Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layıq görülmüş, «Şərəf nişanı»
ordeni və «Maarif əlaçısı» döş nişanı ilə təltif olunmuşdur. O, uzun illər
Azərbaycan Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü olmuşdur.Böyük alim, xeyirxah və tarixi şəxsiyyət M.Cəfərovun
milli kənd təsərrüfatı və torpaqşünaslıq elmlərinin inkişafındakı xidmətləri elm
və təhsilimizin tarixinə qızıl hərflərlə həkk olunub.
44