Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə235/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   238

 
350
tərəfdə mədəni gəzinti və əyləncə üçün dənizkənarı park tikildi. Binaların fasadı bəzədilirdi. Yaşayış binalarının 
alt mərtəbələri mağaza, dükan, idarələr kimi istifadə edilirdi. Azərbaycanın şəhərlərində- Gəncə, Şuşa, Ordubad, 
Nuxa, Quba və s. şəhərlərdə, ətraf kəndlərdə aparılan tikinti və memarlıq işlərində realizm ilə xəlqilik birləşirdi. 
Bakıda iki və üç mərtəbəli binaların fasadı milli koloritli naxışlarla bəzədilirdi. Kiçik şəhərlərdə tikilən binaların 
fasadlarına da sadə və mürəkkəb naxışlar vurulurdu. Köhnə, qədim binaların bərpası da geniş yayılmağa başladı. 
Musiqi  sənətinin inkişafı da sürətləndi. Musiqi əsasən iki istiqamətdə - aşıq yaradıcılığı  və xanəndə 
yaradıcılığı istiqamətində gedirdi. Bu dövrdə həmçinin musiqi nəzəriyyələrinə aid fikirlər də meydana gəlməyə 
başladı. Mir Möhsün Nəvvab Qarabaği muğam haqqında «Vüzuhül – ərqam» adlı nəzəriyyə kitabı yazır. Bu isə 
Azərbaycanda musiqi incəsənəti tarixində ilk təşəbbüs idi. Bu dövr incəsənəti və  mədəniyyətinin inkişafını 
realist istiqamətli dövr adlandırmaq olar. 
Azərbaycan mədəniyyəti XIX əsrin 60-cı illərindən sonra daha yüksək  şəkildə inkişaf etməyə başladı. 
Həmin dövrdə yaşamış realist maarifçilərin əməyi xüsusi əhəmiyyət kəsb etdi. Mədəniyyətin inkişafına o dövrdə 
Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda açdığı real – dünyəvi məktəblər böyük təsir etdi. Qız məktəbləri 
açılmağa başladı. Bu məktəblərdə əsasən təbii elmlər – riyaziyyat, kimya, fizika, coğrafiya, dil, ədəbiyyat, tarix, 
məntiq və s. elmlər öyrədilirdi. Kəndlərdə  də dünyəvi məktəblər açılmağa başladı. Məsələn 70-ci illərdə 
Lənkaran, Daşkəsən, Gorus, cəbrayıl, Gədəbəy kəndlərində məktəblər açıldı. O dövrdə Azərbaycanın maarifçi 
ziyalılarının yetişməsində Tiflis gimnaziyası, Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur.  
Həmin dövrdə Azərbaycanın  ərazisində maarifçilərin təşəbbüsü ilə  ədəbi məclislər yaradıldı, qəzet və 
jurnallar nəşr edildi ki, bunlar da XX əsr Azərbaycan mədəniyyətini daha da inkişaf etdirdi. Belə qəzetlərə misal 
olaraq H. Zərdabinin çıxardığı  «Əkinçi» (1875), İsmayıl bəy Qasprinskinin «Tərcüman» (1884), «Ziyayi - 
Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetlər nəşr edilirdi. 
O dövrün ictimai və siyasi cəhətdən fəal olan ədib və maarifçilərindən M.İ.Qasiri, S.Ə.Şirvani, H.Zərdabi, 
İ.Qasprinski, M.T.Sidqi, M.M.Nəvvab, S.M.Qənizadə, H. Mahmudbəyov, F. Köçərli, R. Əfəndiyev və 
başqalarını göstərmək olar. 
Mirzə  İsmayıl Qasir (1806-1900) ilk dəfə olaraq Talış mahalında məktəb açmışdır. Burada dərslər ana 
dilində tədris edilir, dünyəvi elmlərlə yanaşı rus dili və şəriət də keçilirdi. 1805-ci ildə Qasirinin rəhbərliyi ilə 
Lənkəranda «Fövc- ül- füsəha» (gözəl danışanlar)  ədəbi məclisi təşkil edilmişdir. Bu məclisdə  şer gecələri 
keçirilir, dövrün ədəb qaydaları Avropa mədəniyyəti ilə müqayisə edilir, ictimai və  məişət mədəniyyəti 
haqqında müxtəlif söhbətlər aparılırdı. Bu məclis 1900-cu ilə qədər fəaliyyət göstərmiş, Lənkəranda ziyalıların 
formalaşmasında əhəmiyyətli rol oynamışdır. M.İ. Qasiri 1994-cü ildə «Qanuni - Mirzə İsmayıl Qasir» adlı dərs 
vəsaiti yazmışdır. Rus ordusunun məşhur generalı S. Mehmandarov və  Lənkəran ziyalılarının böyük bir 
maarifçi dəstəsi ilk təhsilini Qasiri məktəbində almışdır.  
S. Ə. Şirvani (1835-1888) 1869- 70- ci illərdə Şamaxıda yeni üsullu (üsuli- cədid) məktəbi açmışdır. 18 il 
fəaliyyət göstərən bu məktəbdə Azərbaycan, fars və rus dilləri tədris edilirdi. O, «Məcmueyi-asari Hacı Seyid 
Əzim  Şirvani» adlı  dərs kitabı  tərtib etmiş, lakin çap etdirə bilməmişdir. Həmin materiallardan bir qismini 
Çernyayevskinin tərtib və çap etdirdiyi «Vətən dili» dərsliyinə verilmişdir. O, «Beyt- üs- səfa»  şer məclisinə 
rəhbərlik etmişdir. Bu məclisə  Şamaxıda o dövrün şairləri,  ədibləri,  şer sevənləri,  ədəbiyyat, incəsənət və 
mədəniyyət xadimləri toplaşır, müxtəlif əxlaq, mədəniyyət məsələlərinə, ədəbi əsərlərə münasibət bildirirdilər. 
Şirvani həmçinin o zaman çıxan mətbuat nümunələri, xüsusi ilə  «Əkinçi» qəzetini  əhali arasında yayırdı. 
Bununla da o, xalqın maariflənməsinə, dünya hadisələrindən xəbərdar olmasına, həyat və  məişətini mədəni 
təşkil etməsinə çalışırdı. O, əsərlərində elmə, təhsilə yüksək qiymət verirdi. İnsanın gücünü elmdə görürdü. 
Mədəniyyət carçısı olan şair kainat haqqında  əsassız, mürtəce nəzəriyyələri tənqid edir, günəşin və ayın 
tutulmasını, zəlzələnin səbəblərini, elmi əsaslarla izah edirdi. Köhnə məktəb sistemini inkişafa kömək etməyən 
köhnə dərslikləri tənqid edirdi. 
Şirvani öz şerlərində  tərbiyəyə, insan şəxsiyyətinin formalaşmasına təsir edən amillərə müasir pedaqoji 
tələblərə cavab verən elmi pedaqoci münasibət bildirmişdir. İnsanın formalaşmasında ilk ailə tərbiyəsinə böyük 
əhəmiyyət verirdi. O, insanlarda doğruçuluq, düzlük, dostluq, yoldaşlıq, xeyirxahlıq, rəhmlilik, vətənpərvərlik, 
əməksevərlik kimi əxlaqi keyfiyyətlər formalaşdırmağı  zəruri hesab edirdi. Paxıllıq, hiyləgərlik, tamahkarlıq, 
amansızlıq, oğurluq, yalançılıq, kobudluq kimi xüsusiyyətləri pisləyirdi.  
H. Zərdabi (1837 - 1907) Azərbaycan xalqının millətini, xalqını sevən, xalqın maariflənməsi, tərəqqisi üçün 
çalışan, hər cəfaya dözən övladı idi. O, 1875-ci ildə  «Əkinçi» qəzetinin  nəşrinə başlayır. «Əkinçi» qəzeti 
Azərbaycanın maariflənməsində, içtimai həyatında mühüm rol oynamışdır. Qəzetdə müxtəlif sahələr, o cümlədən 
kənd təsərrüfatı məhsullarının istehsalı və saxlanılması mədəniyyəti və təşkilinə aid elmi məsləhətlər verilirdi. O, 
bütün həyatını xalqın maarif və  mədəniyyətə yiyələnməsinə  həsr etmişdir. O, maarifə, elmə  və biliklərə xalqın 
inkişafı, dost ilə düşməni seçə bilmə, həyatı düzgün və gözəl qurma vasitəsi kimi baxır, tərbiyəyə içtimai 
əhəmiyyət verir, xalqın xoşbəxt gələcəyini düzgün təşkil edilmiş  təlim və  tərbiyədə görürdü hər kəsi vətənini 
sevməyə çağırır, xalqa, onun gələcəyinə həsr edilmiş həyatı mənalı həyat hesab edirdi. O, məktəb tərbiyəsini ailə 
tərbiyəsinin davamı hesab etdiyi üçün ailədə  tərbiyənin düzgün qoyulmasını  və  məktəblə ailə  tərbiyəsini 
əlaqələndirməyi səmərəli tərbiyə üsulu hesab edirdi. Məişətdə  mədəniyyətə, təmizliyə, fəsillərə görə yeməyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə