350
tərəfdə mədəni gəzinti və əyləncə üçün dənizkənarı park tikildi. Binaların fasadı bəzədilirdi. Yaşayış binalarının
alt
mərtəbələri mağaza, dükan, idarələr kimi istifadə edilirdi. Azərbaycanın şəhərlərində- Gəncə, Şuşa, Ordubad,
Nuxa, Quba və s. şəhərlərdə, ətraf kəndlərdə aparılan tikinti və memarlıq işlərində realizm ilə xəlqilik birləşirdi.
Bakıda iki və üç mərtəbəli binaların fasadı milli koloritli naxışlarla bəzədilirdi. Kiçik şəhərlərdə tikilən binaların
fasadlarına da sadə və mürəkkəb naxışlar vurulurdu. Köhnə, qədim binaların bərpası da geniş yayılmağa başladı.
Musiqi sənətinin inkişafı da sürətləndi. Musiqi əsasən iki istiqamətdə - aşıq yaradıcılığı və xanəndə
yaradıcılığı istiqamətində gedirdi. Bu dövrdə həmçinin musiqi nəzəriyyələrinə aid fikirlər də meydana gəlməyə
başladı. Mir Möhsün Nəvvab Qarabaği muğam haqqında «Vüzuhül – ərqam» adlı nəzəriyyə kitabı yazır. Bu isə
Azərbaycanda musiqi incəsənəti tarixində ilk təşəbbüs idi. Bu dövr incəsənəti və mədəniyyətinin inkişafını
realist istiqamətli dövr adlandırmaq olar.
Azərbaycan mədəniyyəti XIX əsrin 60-cı illərindən sonra daha yüksək şəkildə inkişaf etməyə başladı.
Həmin dövrdə yaşamış realist maarifçilərin əməyi xüsusi əhəmiyyət kəsb etdi. Mədəniyyətin inkişafına o dövrdə
Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda açdığı real – dünyəvi məktəblər böyük təsir etdi. Qız məktəbləri
açılmağa başladı. Bu məktəblərdə əsasən təbii elmlər –
riyaziyyat, kimya, fizika, coğrafiya, dil, ədəbiyyat, tarix,
məntiq və s. elmlər öyrədilirdi. Kəndlərdə də dünyəvi məktəblər açılmağa başladı. Məsələn 70-ci illərdə
Lənkaran, Daşkəsən, Gorus, cəbrayıl, Gədəbəy kəndlərində məktəblər açıldı. O dövrdə Azərbaycanın maarifçi
ziyalılarının yetişməsində Tiflis gimnaziyası, Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur.
Həmin dövrdə Azərbaycanın ərazisində maarifçilərin təşəbbüsü ilə ədəbi məclislər yaradıldı, qəzet və
jurnallar
nəşr edildi ki, bunlar da XX əsr Azərbaycan mədəniyyətini daha da inkişaf etdirdi. Belə qəzetlərə misal
olaraq H. Zərdabinin çıxardığı «Əkinçi» (1875), İsmayıl bəy Qasprinskinin «Tərcüman» (1884), «Ziyayi -
Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetlər nəşr edilirdi.
O dövrün ictimai və siyasi cəhətdən fəal olan ədib və maarifçilərindən M.İ.Qasiri, S.Ə.Şirvani, H.Zərdabi,
İ.Qasprinski, M.T.Sidqi, M.M.Nəvvab, S.M.Qənizadə, H. Mahmudbəyov, F. Köçərli, R. Əfəndiyev və
başqalarını göstərmək olar.
Mirzə İsmayıl Qasir (1806-1900) ilk dəfə olaraq Talış mahalında məktəb açmışdır. Burada dərslər ana
dilində tədris edilir, dünyəvi elmlərlə yanaşı rus dili və şəriət də keçilirdi. 1805-ci ildə Qasirinin rəhbərliyi ilə
Lənkəranda «Fövc- ül- füsəha» (gözəl danışanlar) ədəbi məclisi təşkil edilmişdir. Bu məclisdə şer gecələri
keçirilir, dövrün ədəb qaydaları Avropa mədəniyyəti
ilə müqayisə edilir, ictimai və məişət mədəniyyəti
haqqında müxtəlif söhbətlər aparılırdı. Bu məclis 1900-cu ilə qədər fəaliyyət göstərmiş, Lənkəranda ziyalıların
formalaşmasında əhəmiyyətli rol oynamışdır. M.İ. Qasiri 1994-cü ildə «Qanuni - Mirzə İsmayıl Qasir» adlı dərs
vəsaiti yazmışdır. Rus ordusunun məşhur generalı S. Mehmandarov və Lənkəran ziyalılarının böyük bir
maarifçi dəstəsi ilk təhsilini Qasiri məktəbində almışdır.
S. Ə. Şirvani (1835-1888) 1869- 70- ci illərdə Şamaxıda yeni üsullu (üsuli- cədid) məktəbi açmışdır. 18 il
fəaliyyət göstərən bu məktəbdə Azərbaycan, fars və rus dilləri tədris edilirdi. O, «Məcmueyi-asari Hacı Seyid
Əzim Şirvani» adlı dərs kitabı tərtib etmiş, lakin çap etdirə bilməmişdir. Həmin materiallardan bir qismini
Çernyayevskinin tərtib və çap etdirdiyi «Vətən dili» dərsliyinə verilmişdir. O, «Beyt- üs- səfa» şer
məclisinə
rəhbərlik etmişdir. Bu məclisə Şamaxıda o dövrün şairləri, ədibləri, şer sevənləri, ədəbiyyat, incəsənət və
mədəniyyət xadimləri toplaşır, müxtəlif əxlaq, mədəniyyət məsələlərinə, ədəbi əsərlərə münasibət bildirirdilər.
Şirvani həmçinin o zaman çıxan
mətbuat nümunələri, xüsusi ilə «Əkinçi» qəzetini əhali arasında yayırdı.
Bununla da o, xalqın maariflənməsinə, dünya hadisələrindən xəbərdar olmasına, həyat və məişətini mədəni
təşkil etməsinə çalışırdı. O, əsərlərində elmə, təhsilə yüksək qiymət verirdi. İnsanın gücünü elmdə görürdü.
Mədəniyyət carçısı olan şair kainat haqqında əsassız, mürtəce nəzəriyyələri tənqid edir, günəşin və ayın
tutulmasını, zəlzələnin səbəblərini, elmi əsaslarla izah edirdi. Köhnə məktəb sistemini inkişafa kömək etməyən
köhnə dərslikləri tənqid edirdi.
Şirvani
öz şerlərində tərbiyəyə, insan şəxsiyyətinin formalaşmasına təsir edən amillərə müasir pedaqoji
tələblərə cavab verən elmi pedaqoci münasibət bildirmişdir. İnsanın formalaşmasında ilk ailə tərbiyəsinə böyük
əhəmiyyət verirdi. O, insanlarda doğruçuluq, düzlük, dostluq, yoldaşlıq, xeyirxahlıq, rəhmlilik, vətənpərvərlik,
əməksevərlik kimi əxlaqi keyfiyyətlər formalaşdırmağı zəruri hesab edirdi. Paxıllıq,
hiyləgərlik, tamahkarlıq,
amansızlıq, oğurluq, yalançılıq, kobudluq kimi xüsusiyyətləri pisləyirdi.
H. Zərdabi (1837 - 1907) Azərbaycan xalqının millətini, xalqını sevən, xalqın maariflənməsi, tərəqqisi üçün
çalışan, hər cəfaya dözən övladı idi. O, 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə başlayır. «Əkinçi» qəzeti
Azərbaycanın maariflənməsində, içtimai həyatında mühüm rol oynamışdır. Qəzetdə müxtəlif sahələr,
o cümlədən
kənd təsərrüfatı məhsullarının istehsalı və saxlanılması mədəniyyəti və təşkilinə aid elmi məsləhətlər verilirdi. O,
bütün həyatını xalqın maarif və mədəniyyətə yiyələnməsinə həsr etmişdir. O, maarifə, elmə və biliklərə xalqın
inkişafı, dost ilə düşməni seçə bilmə, həyatı düzgün və gözəl qurma vasitəsi kimi baxır, tərbiyəyə içtimai
əhəmiyyət verir, xalqın xoşbəxt gələcəyini düzgün təşkil edilmiş təlim və tərbiyədə görürdü hər kəsi vətənini
sevməyə çağırır, xalqa, onun gələcəyinə həsr edilmiş həyatı mənalı həyat hesab edirdi. O, məktəb tərbiyəsini ailə
tərbiyəsinin davamı hesab etdiyi üçün ailədə tərbiyənin düzgün qoyulmasını və məktəblə ailə tərbiyəsini
əlaqələndirməyi səmərəli tərbiyə üsulu hesab edirdi. Məişətdə mədəniyyətə, təmizliyə,
fəsillərə görə yeməyə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir