2
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin
12 oktyabr 2005-ci il tarixli, 700 №-li qərarı ilə təsdiq edilmişdir
Rəyçilər: AMEA-nın «Memarlıq və İncəsənət» İnstitutunun şöbə müdiri, AMEA-nın
müxbir üzvü, sənətşünaslıq doktoru, professor
İNQİLAB KƏRİMOV;
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
professoru,
filologiya elmləri doktoru
GÜLTƏKİN SULTANOVA;
Bülbül ad.Bakı OİMM-nin direktoru, fəlsəfə elmləri doktoru, professor
NİGAR CƏRULLA qızı;
Azərbaycan Dövlət Neft Akademiyasının
professoru, fəlsəfə elmləri doktoru
ŞƏHRƏDDİN MƏMMƏDOV
Elmi redaktor : Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Humanitar və ictimai
elmlər» kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, filologiya elmləri namizədi,
professor
VALİDƏ İMRAN qızı MƏMMƏDOVA
Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA,
N.T.ƏFƏNDİYEVA və
S.A.ŞAHHÜSEYNOVANIN ümumi
redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh.
İSBN 5-86106-104-1
Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya
mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin
əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və
müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
2008
029
4901000000
−
Qrifli nəşr.
©M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova
© Sabah, 2008.
© Təkrar nəşri, 2010
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
6
ÖN SÖZ
ADMİU-nun «Mədəniyyətşünaslıq» kafedrası tərəfindən 2003, 2006-ci illərdə nəşr edilmiş
«Kulturologiya» və «Mədəniyyətin tarixi və nəzəriyyəsi» adlı dərsliklərdə müvafiq problemlər
müəyyən
dərəcədə öz əksini tapmışdır. Bu illər ərzində ərzində fənnin proqramı təkmilləşdirilmişdir. Bu baxımdan,
hazırkı dərslik yeni, daha geniş proqram əsasında tərtib edilmişdir.
Müasir tarixi şəraitdə dünya mədəniyyətinin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Bu gün
dünyada gedən dərin sosial hadisələr, o cümlədən qloballaşma problemi bunu daha zəruri tələbata çevirir. Çünki
Yer kürrəsinin bir hissəsində baş verən hadisələr tez bir zamanda hamıya məlum olmasa da, planetin bütün ölkə
və xalqlarına təsir edir. Bu inteqrasiya bütün tarixi dövrlərdə olmuş və sakini olduğumuz müasir günlərdə daha
geniş vüsət tapmaqdadır. Buna şərait yaradan ən başlıca
amil radio, televiziya, peyk əlaqələri, internet və digər
müasir texnologiyalardır ki, məhz bunların nəticəsində dünyada vahid informasiya məkanı yaradıla bilmişdir.
Bəşəriyyət qarşısında
iqtisadi, xammal, ərzaq, ekoloji, demoqrafik və digər bu kimi qlobal problemlər
dayanmaqdadır. Bütün bunların həlli dünyanın iqtisadi, elmi-texniki, intellektual və mənəvi resurslarının bütün
ölkə, xalq, hətta hər bir kəsin gücündən birgə razılaşdırılmış şəkildə istifadəsini tələb edir. Ölkə, xalq və
insanların birliyinə nail olmanın ən optimal vasitələrindən biri isə məhz mədəniyyətlərin bir-biri ilə əlaqəsi, bir-
birinə nüfuz edərək inteqrasiyasıdır. Digər xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və
cəhətləri ilə tanışlıq öz milli mədəniyyət və incəsənətinin daha dərindən dərki üçün
çox böyük əhəmiyyət kəsb
edir. Təkcə digər mədəniyyətləri öyrənməklə işi bitmiş hesab etmək olmaz. Burada həm də doğmalıq, yaxınlıq
axtarmaq məqsədəuyğundur. Müasir sivilizasiya üçün zəruri və aktual olan mədəniyyətlərin dialoqu yalnız bu
yolla mümkündür.
Göründüyü kimi, dünya mədəniyyəti tarixinin, müasir mədəniyyətlərin rəngarəngliyinin, müxtəlif ölkə və
xalqların mədəni özünəməxsusluğunun öyrənilməsi və mənimsənilməsi sayəsində bəşəri birliyə, hər bir fərdin
özünüinkişafına, sivilizasiyanın irəliləyişi yollarında müasir qlobal problemlərin həllinə nail olmaq mümkündür.
Bunsuz insanların planetar birliyi yarana bilməz.
Hazırkı dərsliyin tərtib edilmə zərurəti məhz haqqında qeyd etdiyimiz bu mədəni-sosial tələblərdən
doğmuşdur. Dərsliyin əsas vəzifəsi tələbələri mədəniyyətin
nəzəri problemləri, dünyadakı ölkə və xalqların
mədəniyyətinin tarixi inkişaf mərhələləri, həmçinin müasir vəziyyəti haqqında biliklərlə təmin etməkdir. Bu
vəzifədən çıxış edərək dərslik dünyanın bütün regionları, o cümlədən Afrika, Amerika, Şərq ölkələri
mədəniyyətlərinin tarixi və müasir inkişafı prosesini də əhatə edir.
Dərslikdəki materiallar tələbələrə mədəni-tarixi prosesin inkişaf xronologiyası məntiqi əsasında çatdırılır.
Burada başlıca diqqət ölkə və xalqların incəsənət, elm, təhsil, əxlaq və məişətinin tarixi inkişafı və digər
mədəniyyət sahələrinə verilir. Dərslik müəllifləri mədəniyyətin bu başlıca sahələrinə diqqəti gücləndirməklə
tələbələrin dünyanın ayrı-ayrı ölkə və xalqlarının mədəniyyəti haqqında aydın
və konkret təsəvvürünün
formalaşmasına çalışmışlar. Bu dərsliklə tanış olan hər bir kəs – istər tələbə, istərsə də mədəniyyətlə maraqlanan
hər bir oxucu yaşadığı dünyanın mədəni xəzinəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəkdir.
Dərslik ixtisasından asılı olmayaraq bütün tələbələrin mədəniyyət haqqında ümumi biliklərinin
zənginləşməsinə xidmət edəcəkdir.
Əsasən incəsənət profilli təhsil müəssisələrinin dinləyiciləri üçün nəzərdə tutulan bu dərslikdən dünya
mədəniyyəti ilə maraqlanan bütün insanlar faydalana bilərlər.
Hazırki dərslik əlavələr edilmiş, redaktə olunmuş ikinci nəşridir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir