Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə5/296
tarix17.12.2023
ölçüsü4,04 Mb.
#149956
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   296
az tarixi 2

toxa əkinçiliyi 
adlanırdı. Bu dövrün 
maldarlığı isə ev maldarlığı olmuşdur. 
Əhalinin 
oturaq həyata 
keçməsi üçün imkan yaranmışdır. Təbriz 
yaxınlığındakı Yanıqtəpə və Sulduz düzündəki Hacı Firuz abidələri son neolitdə 
(e. ə. VI minillik) Azərbaycanda 
oturaq əkinçi-maldar təsərrüfatının 
yayıldığını sübut edir. Bu zaman möhrə və ya çiy kərpiclə hörülmüş evlərdən 
kəndlər 
salınırdı. 
Neolit dövrünün əsas nailiyyətlərindən biri də gil qab istehsalının - 
dulusçuluğun 
yaranmasıdır. Əkinçilik və heyvandarlıq məhsullarını uzun 
müddətə saxlamaq zərurəti saxsı qablann istehsalına böyük tələbat yaratmışdı. 
Bu çağacan insanlar suyu yığıb saxlamaq, yemək bişirmək üçün Qobustan 
qayalan üstündə indiyədək qalan daş oyuqlarından istifadə edirdilər. 


Neolitin sonunda saxsı qablar görünüşcə daha mükəmməl formada hazırlanırdı 
və hətta boya ilə naxışlanırdı. Azərbaycanda «ev peşələri» sayılan toxuculuq, 
tikinti və hörgü işi də neolit dövründə meydana çıxmışdır. 
Eneoüt dövrü (e. ə. VI - IV minilliklər). Bu dövrdə istehsal 
təsərrüfatının inkişafı nəticəsində qəbilə icması özünün çiçəklənmə mərhələsinə 
daxil olmuşdur. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni 
suvarma əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast 
gəlinmişdir. Burada arxeoloqlar qədim suvarma arxlarmm izlərini üzə 
çıxarmışlar. Toxa əkinçiliyinin texniki imkanlan məhdud olsa da, Azərbaycanda 
10-a qədər taxıl növü (buğda, arpa, darı, vələmir, çöl noxudu və s.) əkilib 
becərilirdi. Taxıl məhsullarını üyütmək üçün müxtəlif dən daşlarından və daş 
həvəng - dəstələrdən istifadə edilirdi. Yığılmış taxılı çiy kərpicdən tikilmiş 
anbarlarda, quyularda və iri saxsı qablarda saxlayırdılar. Şomutəpə və Əlikö- 
məktəpədə tapılan üzüm tumları Azərbaycanda üzümçülük təsərrüfatının 
eneolitdən başladığını göstərir. 
Azərbaycanda atçılığın 7 minillik tarixi vardır və Azərbaycan atm ev 
heyvanı kimi bəslənməsi sahəsində Avrasiyada ən qədim ocaqlardan biridir. 
Bu dövrün adamları parça toxumağı və gön dərini emal etməyi ba- 
canrdılar. Azərbaycanda eneolit insanın həm də metalla ilk tanışlıq dövrüdür. 
Daha möhkəm əmək alətləri və silahlar düzəltmək ehtiyacı metaldan istifadə 
edilməsinə tələbat yaratmışdır. Qafqazda ən qədim mis məmulatının 
Azərbaycanda tapılması göstərir ki, burada ibtidai insanlar metal əritməyi 
bacarırdılar. Kültəpə, Əliköməktəpə və başqa yerlərdə soyuq döymə üsulu ilə 
hazırlanmış 20-dək kiçik mis alət tapılmışdır. 
Eneolit dövrünün yaşayış məskənləri özünəməxsus quruluşa malik idi. 
Çiy kərpicdən hörülmüş dairəvi və dördkünc yaşayış evləri və təsərrüfat 
tikililəri kiçik həyətlə birlikdə hasar içərisinə alımrdı. 
İbtidai cəmiyyətin həyatında və təsərrüfatında kişinin üstün mövqe 
qazanması nəticəsində eneolit dövründə anaxaqeınlıq başa çatmış və öz yerini 
patriarxata (ataxaqanlığa) vermişdir. Qədim Şərqin bir çox bölgələrində olduğu 
kimi, Azərbaycanda da eneolitdə ölünün yaşayış yerində və ya divann dibində 
dəfn etmək adəti var idi. Əliköməktəpədə 20-dək qəbir abidəsində ölü qırmızı 
boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və ya sol böyrü üstə gömülmüş, 
üzünün qarşısına isə su qabı (cam) qoyulmuşdu. Əksər qəbir abidələrinin eyni 
olması onu göstərir ki, cəmiyyət hələ varlı-kasıblara bölünməmişdi və ictimai 
bərabərsizlik yox idi. 
Tunc dövrü (c. ə. IV - II minilliklər). Qəbilə icmasının təsərrüfat 
həyatında böyük dəyişikliklərin baş verməsi və metal istehsalımn təkmilləşməsi 
şəraitində e.ə. IV minilliyin sonlarında Azərbaycanda tunc dövrü başlandı. İcma 
təsərrüfatımn yeni yaranmış sahələrindən biri metal istehsalı oldu. E. ə. III 
minillikdə sənətkarlar misi əritməyi, mis-mərgümüş (arsen) qatışığmdan tunc 
almağı, bu ərintini qəliblərə töküb hazır məhsul əldə etməyi 



bacanrdılar. Onlar bu yolla daha möhkəm, davamlı və məhsuldar əmək alətləri, 
müxtəlif silahlar (baltalar, nizələr, xəncərlər) düzəldirdilər. Əkinçilik və 
maldarlıq məhsullarının tayfalararası miqyasda mübadiləsi də bu dövrdə 
meydana çıxmışdır. 
Təxminən 2 min il davam edən tunc dövründə məhsuldar qüvvələr daha 
da inkişaf etmiş, təsərrüfatın bütün sahələrində və ictimai həyatda köklü 
dəyişikliklər baş vermişdir. Qəbilə icmasının dağılması və 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə