23
formalaşması üçün sanballı heç nə etməmişlər. 1918-ci ildə Azərbaycan
Cümhuriyyətinin yaranmasından sonra "İstiqlal" muzeyi təşkil olundu.
Muzeyə müntəzəm olaraq arxeoloji tapıntılar daxil olurdu. 1920-1930-cu
illərdə Azərbaycanın Sovet İttifaqı tərkibinə daxil olmasından sonra bütün
abidələr ümumxalq sərvəti elan olunur və onların əsaslı araşdırılmasına
başlanılır. 1920-ci ildə Azərbaycanda yeni mərkəz - Azərbaycan Arxeoloji
Komitəsi yaradılır. Bu yönümlü komitələr həmin dövrdə Azərbaycanla
yanaşı Gürcüstan və Ermənistanda da təşkil olunmuşdu. 1924-cü ildə
Zaqafqaziya respublikaları (Cənubi Qafqaz) Xalq Komissarları tərəfindən
arxeoloji abidələrin öyrənilməsi barədə xüsusi dekret imzalanmışdı. İlk dəfə
olaraq orta əsr şəhərlərinin (Bakı, Bərdə, Lənkəran) öyrənilməsi məsələsi
ortaya qoyulur. 1925-ci ildən etibarən D.Şərifovun rəhbərliyi ilə Qəbələ
şəhərində ilk elmi-arxeoloji qazıntı işləri başlanılır. Məhz həmin illərdə yerli
arxeoloqlara olan ehtiyac hiss edilirdi. Bu zaman Azərbaycanda qazıntılarda
işləmək məqsədilə rus arxeoloq və şərqşünasları təyin olundular. Belə alimlər
arasında İ.Meşşanov, A.Miller, A.İessen, T.Passek, V.Latminin adları xüsusi
qeyd olunmalıdır. 1928-ci ildən Naxçıvanda arxeoloji qazıntılar başlanılır.
Ekspedisiya nümayəndələri Ordubaddakı Xaraba-Gilan abidəsində tədqiqat
işləri aparmışdılar. Bu illərdə hökumət tərəfindən aparılan qazıntıların
nəticələrinin elmi dərcinə başlanıldı. 1930-cu ildən başlayaraq Azərbaycan
ərazisində yerli arxeoloqların rəhbərliyi ilə arxeoloji qazıntı işləri aparılır.
Ekspedisiyadan A.Ələkbərov, İ.Cəfərzadə, D.Şərifov, S.Qaziyev və digərləri
iştirak edirdilər. İşlər II Dünya müharibəsindən sonra daha da genişlənir.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılmasından sonra
Tarix İnstitutunun tərkibində Arxeologiya və Etnoqrafiya bölməsi açılır.
1946-cı ildə Mingəçevir arxeoloji eskpedisiyası S.Qazıyevin rəhbərliyi ilə işə
başlayır. Qazıntılar zamanı 20 mindən artıq elmi əhəmiyyətli və qiymətli
eksponatlar aşkar olunub götürülmüşdü. Bu eksponatlar haqqında məlumat
"Azərbaycanın maddi mədəniyyəti məcmuəsi"ndə öz əksini tapmışdı.
Məcmuənin ilk üç sayı Mingəçevir qazıntılarının nəticələrinə həsr
olunmuşdur.
1947-ci ildə Azərbaycanın görkəmli arxeoloqu İ.Cəfərzadənin
rəhbərliyi ilə Qobustan qayaüstü rəsmlərinin tədqiqinə başlanıldı. 1951-ci
ildə isə O.Həbibullayev Naxçıvan ərazisində məşhur çoxtəbəqəli Kültəpə
abidəsini aşkar edir. 1953-cü ildən etibarən Azərbaycanın müxtəlif
bölgələrində stasionar arxeoloji işlər aparılır. 1956-cı ildə M.Hüseynov
paleolit abidələrinin öyrənilməsi ilə məşğul oldu. Azıx mağarasında tədqiqat
işləri 1960-cı ildən başlamış 1980-ci ilədək davam etdirilmişdir. Bununla da
Azərbaycanın ilk insan məskənlərindən biri olması təsdiq olunur.
XX əsrin 60-70-ci illərində İ.Nərimanov tərəfindən fasilələrlə eneolit
dövrünə aid bir sıra yaşayış yerləri, Şomutəpə, Töyrətəpə, İlanlıtəpə,
24
Qarğalar təpəsi və s. tədqiq edilmişdir və abidələr Cənubi Qafqazın qədim
əkinçilik mədəniyyətini özündə əks etdirdiyinə görə Şomutəpə mədəniyyəti
adlandırılmışdır. İlk əkinçilik mədəniyyəti abidələri İ.Nərimanovun rəhbərliyi
ilə Azərbaycanın Mil-Qarabağ və Muğan düzündə də tədqiq olunmuşdur. Bu
abidələr içərisində Əliköməktəpədə (Cəlilabad rayonu) hazırda da tədqiqat
işləri davam etdirilir.
Prof. Q.S.İsmayılzadənin rəhbərliyi ilə Azərbaycanın çoxtəbəqəli
abidələrindən olan Qaraköpəktəpə yaşayış yeri və Kəlbəcərin qayaüstü
təsvirləri XX əsrin 70-ci illərində öyrənilmişdir.
Prof. V.Əliyevin Naxçıvanda ardıcıl apardığı tədqiqatlar zamanı
Gəmiqaya petroqliflərinin öyrənilməsinə başlanılmışdır.
1992-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldı. İnstitut
tərəfindən mütəmadi olaraq bütün Azərbaycan ərazilərində yüksək elmi
səviyyəli arxeoloji qazıntı işləri aparılır. Yalnız Bakı-Ceyhan, Bakı-Ərzurum
və digər kommunikasiya xətləri deyil, bütün problemli məsələlər olan yerlər
araşdırılır.
Azərbaycanın antik və orta əsr şəhərlərinin öyrənilməsində
İ.Babayevin, Q.Əhmədovun, R.Göyüşovun, R.Məlikovun, T.Dostiyevin,
A.Məmmədovun və başqalarının əməyi böyükdür.
Şimali Qafqazın Krasnodar vilayətində 1898-ci ildə fransız alimi Jozef
de Bau tərəfindən II mustye düşərgəsi qeydə alınmışdır. 1899-1902-ci illərdə
fransız alimi Jak de Morqan Qafqazda apardığı arxeoloji kəşfiyyat işləri
zamanı üst paleolit və müstye mədəniyyətinə aid yerüstü arxeoloji materiallar
toplamışdır.
1925-1928-ci illərdə S.N.Zamyatnin Qafqazın II paleolit düşərgəsində
arxeoloji tədqiqat işləri aparmış, paleolit dövrünə aid arxeoloji materiallar
əldə edilmişdir.
1934-1950-ci illərdə S.N.Zamyatnin, M.Z.Paniçkina, A.A.Formozov
Qafqaz ərazisində geniş miqyasda arxeoloji tədqiqat işləri aparmış və
nəticədə Axştır, Navalişin, Voransov, Asin və digər arxeoloji abidələri qeydə
almışdır.
1955-1990-cı illər ərzində fasilələrlə Cənubi Osetiya ərazisində
V.P.Lubinin rəhbərliyi altında arxeoloji kəşfiyyat işləri aparılmış və Kudaro
I, II, III, V və Toni mağara düşərgələri tədqiq olunmuşdur.
1960-1970-ci illərdə Qafqaz ərazisində aparılan arxeoloji kəşfiyyat
işləri zamanı Ortava, Yaştux, Curcula, Laşe-Balta, Manaş, Sakariya, Sisxvati,
Abadzex və digər paleolit düşərgələri qeydə alınmışdır.
Qafqazın mezolit dövrünün çöl tədqiqat işlərində B.A.Kuftin,
S.N.Zamyatin,
L.N.Salavyov,
L.N.Maruaşvili,
L.N.Kalanadze,
A.D.Neoradze, İ.Caparidze, M.M.Hüseynov, İ.Cəfərzadə, X.A.Əmirxanov,
V.P.Lyubin, Q.S.İsmayılzadə və başqaları iştirak etmişlər.
Dostları ilə paylaş: |