Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 14. .
Tullanmalar texnikasının əsasları. Öyrədilmə metodikası və 
məşqi. 
Plan: 
1. Qaçaraq tullanmanın fazaları. 
2.Uzunluğa tullanmanın yerə enmə fazası.
3.Tullanmalarda müxtəlif növlərindəki texniki xüsusiyyətlər.
1.Tullanmalarda tam hərəkət şərti olaraq dörd fazaya bölünür:1)hərəkətin qaçış 
hissəsi;2)təkan;3)Uçuş;4)Yerəenmə.
Hərəkətin qaçış hissəsi-hərəkətin bu hissəsində idmançının qarışısında duran 
başlıca vəzifə təkanın icrasına qədər optimal hərəkət sürətinə nail olmaq və təkanın 
icrası üçün effektli şərait yaratmaqdan ibarətdir.Ayrı-ayrı tullanmalarda hərəkətin 
qaçış hissəsində sürətin böyüklüyü müxtəlifdir.Qaçaraq uzunluğa,üç təkanla və 
şüvüllə tullanmalarda idmançı hərəkətin qaçış hissəsində maksimal qaçış sürətinə 
nail olmağa çalışır.Buna görə də bu tullanma növlərində qaçış məsafəsi 
18,20,22.bəzən daha çox qaçış addımından ibarət olur.Qaçaraq hündürlüyə 
tullanmalarda isə hərəkətin icra usullundan aslı olaraq qaçış hündürlük plankasına 
nəzarət müxtəlif bucaqlar altında,düz xətli ilə qövsuvari xətt üzrə yerinə yetirilə 
bilər.Burada qaçış sürəti maksimal olmasada,xüsusi ritmdə yüksək sürətlə icra 
olunur.Buna görə də qaçaraq hündürlüyə tullanma hərəkətində qaçış məsafəsi 7-11 
addımında yerinə yetirməklə hərəkət sürəti 5-7,5m\san təkan zamanı isə şaquli 
hərəkət sürəti 3,5-4,9 m\san.çatır.Hərəkətin qaçış hissəsində idmançının hərəkət 
sürətinə nail olması tullanmanın növündən,idmançının fərdi texnikasından aslı 
olaraq müxtəlif yollarla baş verir.


Lakin bütün hallarda təkana qədər əldə edilmiş qaçış sürəti azaldılmalıdır.Qaçış 
məsafəsinin sonuna yaxın təkana hazırlıqla əlaqədar olaraq axırıncı 3-5 qaçış 
addımı ritmi və tempi dəyişir.Qaçış sürəti və təkanın icrası bir-biri ilə 
əlaqədardır.Hərəkətin texniki cəhətdən düzgün icrası zamanı qaçış sürəti nə qədər 
böyük olarsa,təkanda bir o qədər tez icra olunur. Bütün tullanmalarda idmançının 
təkan yerinə düzgün düşməsinin əhəmiyyəti böyükdür.Ona görə də hərəkətin qaçış 
hissəsində məsafənin düzgün seçilməsinin,axırıncı qaçış hissəsində məsafəni 
addımlarının düzgün ritm və tempdə icrasının əhəmiyyəti böyükdür.
–Təkan – tullanmalarda təkanın icrasında əsas məqsəd idmançının ümümiyyətlə 
ara məsafəsi hərəkət istiqamətini yuxarıya –irəliyə yönəltməkdir.Təkan dövrü icra 
mexanizmi və dayaq dövrü yaranan qüvvələrin istiqaməti nöqteyi nəzərdən iki 
hissəyə amortizasiya və təkan fazalarına bölünür.Ayağın təkan yerinə qoyulduğu 
andan başlayaraq dayaq ayağına təzyiq getdikcə artır və qıç diz oynağından azacıq 
bükülür.Qıçın diz oynağından nə qədər bükülməsi tullanmanın növündən və 
üsulundan asılıdır.Diz oynağının azacıq bükülməsi artan təzyiq nəticəsində qıçı 
açan əzələlərin əvvəlcədən dartılmasına və onlarda bu zaman elastiklik enerjisinin 
yaranmasına səbəb olur.Amortizasiya fazasında təkan qıçı dizdən azacıq bükülüş 
olmalıdır.Bu nöqtədə bədənin düz qalması çox vacibdir,idmançı isə düz irəliyə 
baxmalıdır.Uçuş fazası təkanın icrası qutardıqdan sonra idmançının dayaqla əlaqəsi 
kəsilir və onun ümümiyyətlə ara məsafəsini müəyyən trayektoriya üzrə hərəkət 
etməyə başlayır.Ona görə də tullanmalarda uçuş bucağı 60-65

arasında olur.Uçuş 
bucağını müəyyən etmək üçün üfqi və şaquli hərəkət sürətinin kəmiyyət 
göstəricilərini bilmək lazımdır.Yerəenmə ayrı-ayrı tullanmalarda yerəenmənin 
icrası və xüsusiyyəti müxtəlifdir.
2.Uzununa tullanma qabiliyyətinində,cəldlik,elastiklik,həmçinin təkan qüvvəsinə 
malik olmaqdır. Tullanma (hoppanma) yüngül atletika növlərinə aiddir.2 yerə
bölünür: Uzununa tullanma və Hündürlüyə tullanma.Bu növlərin hər biri də
ayrı ayrılıqda bir neçə yerə bölünür.Qaçaraq uzununa tullanma kimi yerindən
uzununa tullanmada da tirdən istifadə edilir.Lakin bu zaman tir çökəkdən 1m
aralı basdırılmış olur. 
Orta məktəblərdə tullаnmаlаr üçün yеr-çаlаlаr düzəldilir ki, bunun dа uzunluğu 
6 m, еni 3 m, dərinliyi isə isə 40-50 sm оlur.Bəzi hallarda uzunluğu 6 m, еni 4,25 
m olur.Tullаnmа çаlаlаrı nаrın qumlа və yоnqаrlа yеr səthinə qədər dоldurulmаlı, 
tullаnmаdаn əvvəl mütləq qаzılıb yumşаdılmаlıdır. Əgər uzununа və hündürlüyə 
tullаnmаq üçün еyni çаlа düzəldilirsə, mеydаnçаnın qısа tərəfi uzununа, uzun 
tərəfi isə hündürlüyə tullаnmаq üçün yаrаrlı hаlа sаlınmаlıdır. Qаçış cığırlаrı həm 
düz və həm də bərkidilmiş tоrpаq sаhələrindən ibаrət оlmаlıdır. Təkаn sаhələri 
dаhа möhkəm və bərk оlmаlıdır. Bu təkаn vеrmək üçün əlvеrişli şərаit yаrаdır. 
Tахtаdаn ibаrət təkаn lövhəsinin uzunluğu 1 m, еni 30 sm, qаlınlığı isə 2-3 sm 
оlmаlıdır. Uzununа tullаnmа çаlаsı еlə düzəldilməlidir ki, qаçаrkən gözə günəş 


şüаsı düşməsin. Uzununа tullаnmаdа qаçış cığırının uzunluğu 20-25 m, еni isə 1,5 
m оlmаlıdır. 
Uzununa tullanmanın yerəenmə fazasında üç təkanla tullanmanın tamamlayıcı 
fazasında idmançının əsas vəzifəsi enmə səthinə ilk toxunmadan sonra məsafəyə 
itkisini minimuma endirməkdir.Bütün yerəenmələrdə idmançı orqanizmi böyük 
gərginliyə məruz qalır.Yerəenmə ani hərəkət sürəti bud-çanaq,diz,pəncəbaldır 
oynaqlarında bükülmələr hesabına amortizasiya olunaraq aşağı endirilir.Bu zaman 
amortizasiya yolu xüsusi əhəmiyyət kəsb edir.
3.Tullanmalarda müxtəlif növlərdəki texniki xüsusiyyətlər bunlardır. Uzunluğa 
tullanmanın texniki xüsusiyyətləri. Qaçış fazasında məqsəd optimal qaçış sürətinin 
əldə olunması;-Qaçış məsafəsi 10 addımdan (yəni başlayan idmançılar) 20 
addımdan artıq(yuxarı dərəcəli idmançılar) məsafəyə qədər ola bilər. –qaçış 
texnikası sprində olduğu kimidir.-təkana qədər qaçış sürəti daim artırılır.
Təkan fazasında məqsəd,şaquli sürəti mümkün olan maksimuma çatdırmaq və 
üfiqi sürətin itirilməsini minimuma endirmək.-pəncənin ayağa qoyulması fəal və 
cəlddir,aşağıya geriyə hərəkət ilə icra olunur.(1).-Təkan vaxtı minimuma 
endirilir,təkan qıçı minimal bükülür.-sərbəst qıçın budun üfüqi vəziyyətdə hərəkət 
etdirilir(2)-pəncə-baldır,diz 
və 
çanaq-bud 
oynaqları 
tam 
düzəldilib.
–Uçuş fazası “Bükülərək texnikası” Məqsəd:səmərəli yerəenməyə hazırlıq.-Sərbət 
qıç təkan vəziyyətində ləngiyir.bədən şaquli vəziyyətdə qalxmaqda davam 
edir.Təkan qıçı uçuşun çox böyük hissəsində geridə qalır.Təkan qıçı uçuşun 
sonuna yaxın bükülək irəliyə və yuxarıya hərəkət etdiririlir.Hər iki qıç yerəenmə 
üçün irəliyə düzəldilib. Uçuş fazası “Açılaraq üsulunun kombinasiyası” Məqsəd 
səmərəli yerəenmə hazırliq Uçuşda qaçış hərəkətləri qollarla terinə yetirilən 
holaylandırma hərəkətlərinin köməyi ilə davam etdirilir.Qaçış vaxtındakı addım 
ritmi dəyişdirilməlidir.Qaçışın hərəkəti yerəenmə zamanı dayandırılır və iki qıç 
irəliyə düzəldilir.Alternativ uçuşda 1,5 və ya 2,5 və ya 3,5 addım.Uçuş fazası 
Açılaraq üsulu. Məqsəd səmərəli yerəenmə hazırlıq.-sərbəst qıç çanaq-bud 
oynağındakı fırlanma hərəkəti hesabına aşağı endirilir.-bud irəliyə çıxarılır.-təkan 
və sərbəst qıçlar paraleldir.-qollar yuxarıya və arxaya hərəkət etdirilir.
Yerəenmə fazası.
Məqsəd: uçuş trayektoriyasının itkisini minuma endirmək
-Qıçlar demək olar ki,tam düzəldilib.
-Bədən irəli əyilib
-Qollar aşağıya arxaya uzadılıb.
-Pəncə quma toxunduqdan sonra budlar irəli hərəkət etdirir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə