Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə30/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   188
ekoloji tehlukesizlik

T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
23 
sabiq  prezidenti  B.Klinton  prezidentliyi  dövründə  ekoloji 
təhlükəsizliyin  ölkənin  ümummilli  təhlükəsizlik  strategiyasının 
tərkib  hissəsinə  daxil  edilməsi  haqqında  qərar  vermişdir.  Ekoloji 
təhlükəsizlik  insan  təhlükəsizliyinin  mühüm  tərkib  hissəsi  kimi 
həm  də  BMT-nin  sənədlərində  öz  əksini  tapmışdır.  Məsələn, 
BMT-nin  1994-cü  il  üçün  “İnsan  İnkişafı”  haqqında  hesabatında 
ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilmişdir. 
Ekoloji  təhlükəsizlik  anlayışını  şərh  etməzdən  əvvəl  bir 
daha ekoloji təhlükə anlayışını şərh edək.  Ekoloji təhlükə -  insan 
və  cəmiyyətin  həyati  vacib  maraqlarına,  ətraf  mühitə  antropogen 
və  təbii  təsirlər  nəticəsində  təhlükə  yaradan  vəziyyətdir.  Qeyd 
etmək  lazımdır  ki,  ekoloji  təhlükələr  müvafiq  ekoloji  təhlükə 
mənbələrinin  mövcudluğu  nəticəsində  meydana  gəlir.  Bu 
baxımdan  hər  bir  ölkənin  ekoloji  təhlükəsizlik  konsepsiyasının 
qarşısında  duran  əsas  vəzifə  ekoloji  təhlükə  mənbələrinin 
müəyyənləşdirilməsi,  hər  hansı  bir  ekoloji  təhlükə  mənbələrində 
ekoloji  risk  dərəcəsinin  aydınlaşdırılması,  nəhayət  insan 
sağlamlığı  və  ətraf  mühitin  mühafizəsi  üçün  bütün  sahələrdə  və 
fəaliyyət növlərində ekoloji təhlükəsizliyin təmin edilməsidir. 
Ekoloji  təhlükəsizlik  anlayışı  elmi  ədəbiyyatda  da  kifayət 
qədər  ətraflı  şərh  edilmişdir.    Ekoloji  təhlükəsizlik  -    insanın  və 
cəmiyyətin  həyati  vacib  maraqlarının,  ətraf  mühitin  ona 
antropogen  və  təbii  təsirlər  nəticəsində  yaranan  təhlükələrdən 
qorunmasının təmin edilməsidir. 
«İnsan  –  təbiət»  qlobal  sistemində  qarşılıqlı  əlaqədə  olan 
beş  sistemi  göstərmək  olar.  Bu  atmosferi,  hidrosferi,  litosferi 
birləşdirən 

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə