Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
33
və I Dünya mühari bə sinin dəhşətli əməllərinə istinad etmiş-
di. Lakin I Dünya müharibəsindəki hərbi cina yət karların cə-
zalandırılması üçün aparılan mübarizə tamamilə boşa çıx-
mışdı. Assam ble yanın təqdim etdiyi təklif və tövsiyyələrdə
göstərilirdi ki, tək mü haribənin gündəlik qanunlarının po-
zulmasına deyil, həmçinin müharibə zamanı daxili qanun-
ve riciliklə cəzalandı rıl mamış cinayətkarın törətmiş olduğu
digər ağır cinayətlərə də diqqət yetirilməlidir.
BLA-nın təkliflərindən sonra 1945-ci ildə BMT yanında
Müharibə cinayətləri üzrə Komissiya insanlıq əleyhinə ci-
nayətlərə görə cəzaların labüdlüyünü önə çəkdi
1
. Komissi-
yanın sənədlərində qeyd olunurdu ki, beynəlxalq hüquqda
nəinki müharibə zamanı, həmçinin dinc şəraitdə də törə-
dilmiş insanlıq əleyhinə cinayətlərə görə ayrı-ayrı fərdlərə
sanksiya verilə bilər. Bundan başqa, Komissiya təklif edirdi
ki, Antanta tərəfindən vuruşan hərbiçilərə qarşı, torpaqları
zəbt olunmuş ölkələrin mülki əhalisinə qarşı cinayət törə-
dənlər cəzalandırılsın. Doğrudur, bu sənədlərdə insanlıq
əleyhinə cinayətlərin tərkibini yaradan əməllər göstərilirdi,
sadəcə, onlar insanlıq əleyhinə cinayətlər adlanmırdı. İlk
dəfə “insanlıq əleyhinə cinayətlər” anlayışı Nürnberq Bey-
nəlxalq hərbi Tribunalı Nizam na məsinin 6-cı maddəsində
öz əksini tapmış və onun tərkibini yaradan əməllər kon kret
göstərilmişdi. Nizamnaməyə görə Tribunalın yurisdiksiyası-
na aşağıdakı beynəlxalq cinayətlər aid edilmişdi
2
:
•
sülh əleyhinə cinayətlər – təcavüzkar müharibənin
və ya beynəlxalq mü qavilə, saziş və etimadnamələ-
ri pozmaqla müha ribə nin planlaşdırılması, hazır lan-
ması, başlanması və ya yuxarıda sadalanan fəaliyyə-
1
www. en. wikipedia. org/wiki/Crime_against_humanity
2
Bassиounи M. Cherиf.
İnternatиonal Crиmes: Jus Cogens and Oblиgatиo
Erga Omnes // Law & Contemp. Prob, 1996,
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
34
tin hər hansı birinin hə yata keçirilməsinə yönəlmiş
ümumi planda və qəsdlərdə iştirak etmək;
•
müharibə cinayətləri – müharibə qanun və ya adətlə-
rini pozmaq, bu po zuntularla işğal olunmuş ərazinin
mülki əhalisini öldürmək, işgəncə vermək, qula çe-
virmək və ya başqa məqsədlə aparmaq, hərbi əsirlər
və ya dənizdə olan şəxsləri öldürmək və ya onlara
işgəncələr vermək, girovları öldürmək, ictimai və ya
şəxsi əmlakı talamaq, şəhər və kəndləri mənasız da-
ğıtmaq, hərbi zərurətlə əlaqədar olmayan talançılıq
və başqa cinayətlər;
•
insanlıq əleyhinə cinayətlər – müharibəyə qədər və
ya müharibə zamanı adamöldürmə, işgəncə vermə,
kölə vəziyyətinə salma, deportasiya və digər qey-
ri-insani hərəkətlər və ya siyasi, irqi və ya dini motiv-
lərə əsasən, mülki əhalini təqibetmə
Tribunal Nizamnaməsinə əsasən, insanlıq əleyhinə ci-
nayət törətdiyinə görə vəzifəsindən və rəsmi mövqeyindən
asılı olmayaraq, heç kəs toxunulmazlıq hüququndan yararla-
na bilməz. Müttəhimin hökumət və ya rəisin əmrinə əsasən
fəaliyyət gös tər məsi də məsuliyyətdən azad edən hal kimi
nəzərdə tutulmur. Burada əsas məqsəd ümu milikdə insan-
lığı inkar edən və ona düşmən kəsilən faşizmin öncüllərini
mühakimə etmək idi. Bu dövrdə insanlarla qəddar davran-
ma, insan ləyaqətinin təhqir olunması və alçaldılması, mülki
əhalinin deportasiyası və işgəncələrə məruz qalması qey-
ri-insani hərəkətlərin göstəricisi idi. Tribunalın araşdırdığı
işlərdən də məlum olur ki, əksər avropalı yəhudilər faşizmin
nəzarətində olmuş və demək olar ki, onlar bir insan kimi öz
hüquqlarından məhrum olunmuşdular. Milyonlarla Avropa
əhalisi məcburi əməyə cəlb edilərək Almaniyaya aparılmış-
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
35
dı. Əhalini müti vəziyyətdə saxlamaq üçün satqınçılığa, küt-
ləvi qırğınların təşkilinə geniş meydan verilmişdi. Fransada
Oradur, Çexoslavakiyada Liditse, Belorusiya da Xatın kənd-
lərinin əhalisi tamamilə məhv edilmişdi
1
.
1942-ci il yanvarın 20-də Avropada bütün yəhudilərin
məhv edilməsi planı təsdiq edilmişdi
2
. Bunun üçün iri ölüm
düşərgələri təşkil olunmuşdu. Bu düşərgədə onlar qaz kame-
ralarına salınıb boğulur və yandırılırdı. Altı milyona yaxın
yəhudi bu siyasətin qurbanı olmuşdu.
SSRİ Xarici İşlər Nazirliyinin 25 noyabr 1941-ci il və
27 aprel 1942-ci il tarixli notalarında, sonra isə 14 oktyabr
1942-ci il tarixli “Avropanın işğal edilmiş öl kə lərində faşiz-
min və onlarla əlbir olanların törətdikləri cinayət əməl lə rinə
görə məsu liyyəti haqqında Sovet hökumətinin müraciəti”n-
də hərbi cina yət kar ların cəzalandırılması məqsədilə xüsusi
beynəlxalq tribunalın yaradılması fikirləri öz əksini tap-
mışdı. Burada əhalinin məhv edilməsi, kütləvi eda mı və ya
məhv edilməsində təqsirli olan alman zabit və əsgərlərinin
dairəsi müəy yən ləşdirilmişdi. Nürnberq Tribunalı məhz bu
şəxslərin cəza lan dırılması məqsədilə yaradılmışdı. Tribunal
12 nəfəri ölüm cəzasına, 7 nəfəri azad lıqdan məhrumetmə
cəzasına məhkum etmiş, 3 nəfərə isə bəraət vermişdi.
II Dünya müharibəsi təşkilatçılarının və hərbi cinayət-
karların cəzalandırıl ma sı ideyası təkcə Nürnberq Tribuna-
lının Nizamnaməsi ilə məhdudlaşmadı, əksinə, bu bir çox
beynəlxalq hüquqi sənədlərdə daha da genişləndi. 1945-ci
ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa Almaniyanın və
onun müttəfiqlərinin əsas hərbi cinayətkarları üzərində mü-
1
Нюрнбергский процесс над главными немецкими военнами прес туп-
никами сборник материалов М., “Юридическая литература”, 1961, Т. V
2
Нюрнбергский процесс над главными немецкими военными преступ-
никами сборник материалов М.: Юридическая литература, 1961, Т. VII
Dostları ilə paylaş: |