26
ləşmə və inkişaf yolu keçirmişdir. Hazırda elmin bütün sahə-
lərinə dair bu üslubda mükəmməl elmi əsərlər yaradılır. Elmi
üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər
vardır. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir.
Fikrin elmi izahı. Elm – təbiət və cəmiyyət qanunlarını aydın-
laşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izahat
tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas
götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir.
Terminlərin çox işlənməsi. Məlum olduğu kimi termin elmin
əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin müxtəlif sahə-
lərinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə
olunur.
Sözün həqiqi mənada işlənməsi. Elmi üslub üçün əsas əla-
mətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslubda söz-
lərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə əsasən yol
verilmir. Çünki elmi üslubda sözlərin çoxmənalılığı bəzən do-
laşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.
Xüsusi ifadələrin işlənilməsi. Elmi üslubda bu və ya digər
məsələ şərh olunarkən ―tədqiqat göstərir ki, ‖ ―belə nəticəyə gəl-
mək olur ki‖, ―bu nöqteyi – nəzərdən‖ və s. kimi xüsusi ifadə-
lərdən tez-tez istifadə olunur. Bunlar elmi üslubun xüsusiyyətləri
ilə bağlı ifadələrdir.
Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması. Elmi
üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə etmək
üçün dilin bütün qrammatik vasitələrindən, o cümlədən mürək-
kəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir.
Müxtəlif işarələrin işlədilməsi. Ayrı-ayrı elm sahələri ilə
əlaqədar olaraq elmi üslubda yazılan əsərlərdə müxtəlif işarələr
sistemindən istifadə edilir. Dialektlərə aid yazılmış əsərlərdə
transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər.
Qədim yunan və latın əlifbalarından istifadə olunması. Bəzi
elm sahələrində yunan və latın hərflərinə müraciət
27
olunur.Məsələn, iks (x), iqrik (y) və s.
Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olunarkən hər
bir müəllifin fərdi üslubu yaranır. Lakin bu fərdi üslub bədii
üslubda yaranan fərdi üslub kimi xüsusi mahiyyətə malik olmur.
Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə
ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya
eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid ya-
zılan əsərləri hamı dərk edə bilmir.
Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də eyni üs-
lubda yazılır. Bu növ əsərlər elmi üslubu ictimai-publisistik üs-
luba yaxınlaşdırır.
Ədəbi dilin ictimai-publisistik üslubu. İctimai və siyasi
məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi
ictimai-publisistik üslub adlanır. Bu üsluba eyni zamanda kütləvi
üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, təşviqat məzmunlu,
adi məlumat xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin,
qəzet xülasələrinin və s.dili daxildir.
İctimai-publisistik üslubun əmələ gəlməsində mətbuatın xü-
susi rolu vardır. Buna görə də bu üslubu çox zaman mətbuat üslu-
bu da adlandırırlar. Lakin qeyd etməliyik ki, qəzet və jurnallar-
dakı məqalələrin hamısı publisistik üslubda yazılmır; orada müx-
təlif üslubda yazılan materiallar olur. Elə buna görə də bütün mə-
qalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir:
mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: a)
qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır.
Bu fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa
düşülən sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni ter-
minlər, tərkiblər, qısaltmalar və sairə çox işlədilir.
Azərbaycan ədəbi dilinin ictimai-publisistik üslubu əsasən
XIX əsrdə milli mətbuatın meydana çıxdığı dövrdən forma-
laşmağa başlamışdır.
İctimai-publisistik üslubun janrlara görə müxtəlif qolları ol-
28
masına baxmayaraq, bunların hamısının ümumi və digər üslub-
lardan fərqli xüsusiyyətləri vardır. İctimai publisistik üslubun
səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:
1)Sözün istehza ilə işlədilməsi;
2)Sarkazmlar yaradılması;
3)Frazeoloji vahidlərdən geniş istifadə olunması;
4)Bədii ədəbiyyatdan sitatlar verilməsi;
5)İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi.
İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Bu-
rada xalq danışıq ünsürləri yox olur. Məsələn, ―Kirpi’’ jurnalın-
dakı məqalələrin əksəriyyətində istənilən qədər xalq ifadə və
tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və s. vardır.
İctimai-publisistik üslubda yazılan oçerklər bunu bədii üs-
luba, xülasə və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə
rəsmi üsluba yaxınlaşdırılır.
4. Ədəbi dilin rəsmi üslubu. Cəmiyyətdə rəsmi münasibətləri
bildirmək üçün yazılan dövlət sənədlərinin üslubu rəsmi üslub
adlanır. Buraya bütün dövlət sənədlərinin – protokol, akt, nota,
əmr, qərar, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir.
Azərbaycan ədəbi dilinin rəsmi üslubu əsasən XIX əsrdə, yəni
milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır.
Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə iza-
hı tələb olunur. Buna görə həmin üslub üçün aşağıdakı cəhətlər
xarakterikdir:
a) hər bir məsələ aydın və olduqca qısa izah edilir;
b) artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə yer
verilmir;
c) ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir
anlayışa dair dəqiq terminlər seçilir.
d) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik
normalarına düzgün riayət olunur;
e) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş
Dostları ilə paylaş: |