Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

258 
 
nın  ayrı-ayn  regionlarında  iqtisadi  sahələrin  forma-
laşmasında  mühüm  əhəmiyyət  kəsb  edən  resurs 
mənbəyi kimi qiymətləndirilir. 
Beynəlxalq  səviyyədə  təbii  resurslardan  istifa-
də  zamanı  ətraf  mühitə  ziyan  verə  bilən  ölkələrin 
sənaye  və  kənd  təsərrüfatı  sahələrinə  BMT-nin  mü-
vafiq təşkilatları tərəfindən nəzarət olunur. 
 
 
5.2.
 
 Azərbaycanın 
təbii 
resurslarından 
kompleks  istifadədə  beynəlxalq  əmək-
daşlığın rolu. 
 
Azərbaycanın  müstəqillyi  sərbəst  şəkildə 
dünya  bazarına  çıxmağa  və  beynəlxalq  əhəmiyyətli 
resurslardan  müştərək  şəkildə  istifadə  olunmasına 
zəmin yaratmışdır. XX əsrin axırlarında və XXI əsrin 
əvvəllərində  Azərbaycanın  bir  sıra  beynəlxalq  təş-
kilatlara üzv olması iqtisadi, siyasi və strateji sahədə 
əməkdaşlığın  inkişafına  təsir  göstərmişdir.  Bu  ilk 
növbədə  ölkədə  maye  yanacaq  resurslarının,  kənd 
təsərrüfatı  sahələrinin  inkişafı  üçün  əlverişli  təbii 
iqtisadi  şəraitin  olması,  filiz  və  qeyri-filiz  sərvət-
lərinin  zənginliyi  bir  çox  xarici  ölkələrin  tanınmış 
şirkətlərinin  həmin  sahələrdə  əməkdaşlığına  zəmin 
yaratmışdır.  Bir  çox  beynəlxalq  layihələrin  həyata 
keçirilməsi  aqrar  sahədə  resurs  potensialından  və 
maye  yanacaq təbii sərvətlərindən istifadəni daha da 
intensivləşdirmişdir.  Həyata  keçirilən  işlərin  nəticə-


259 
 
sində  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  Ərzaq 
və  Kənd  Təsərrüfatı  Təşkilatı  (FAO),  Dünya  Ban-
kının  Kənd  Təsərrüfatı  İnkişafı  üzrə  Beynəlxalq 
Fondu  (İFAD),  Beynəlxalq  İnkişaf  Assosasiyası 
(GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİKA) 
və  s.  beynəlxalq  təşkilatlarla  iqtisadi  əməkdaşlığın 
yaradılması  aqrar  sahədə  nailiyyətlərin  inkişafına 
təsir  göstərmişdir.  Azərbaycan  istər  təbii  mühitin 
mühafıizəsində,  istərsə  də  təbii  resursların  istifadə-
sində  beynəlxalq  əməkdaşlıqda  nailiyyətləri  böyük-
dür. Xüsusi ilə ölkəmizin beynəlxalq əlaqələrinin son 
dövrlərdə  inkişaf  etdirilməsi  sayəsində  bir  sıra 
mühüm  beynəlxalq  konvensiyalara qoşulmasına  real 
şərait  yaranmışdır.  Bunlara  BMT-nin  İqlim  Dəyiş-
mələri Üzrə Çərçivə Konvensiyası; Rio-De-Janeyro -
1992;  Su  Konvensiyası,  Helsinki-  1992;,  Bioloji 
Müxtəliflik  Üzrə  Konvensiya,  Rio-De-Janeyro- 
1992;  Təhlükəli  tullantıların  şəhərlərarası  daşın-
masına  və  zərərsizləşdirilməsinə  nəzarət  haqqında 
Bazel Konvensiyası, Paris- 1994 və s. daxildir. Dün-
yada ərzaq istiqamətli kənd təsərrüfatı tədqiqatları ilə 
məşğul olan elm mərkəzlərinin fəaliyyətini əlaqələn-
dirən, onları maliyyələşdirən Beynəlxalq Kənd    Tə-
sərrüfatı    Tədqiqatları    Məsləhət Qrupu (CÇİAR), 
həmin  məsləhət  qrupuna  daxil  olan quraq  zonaların-
da  Kənd  Təsərrüfatı  Tədqiqatları  Beynəlxalq  Mər-
kəzləri  (İCARDA),  (İPŞRİ)  və  s.  mühüm  elmi  təş-
kilatlarla  əlaqələr  yaradılmış  və  bu  təşkilatlarla 


260 
 
əməkdaşlıq  proqramları  çərçivəsində  aqrar  islahatla-
rın reallaşmasına şərait yaratmışdır. 
    Respublika  iqtisadiyyatının  inkiaşfında  dövlətlər-
arası  iqtisadi  münasibətlərin  formalaşmasında  eləcə 
də  aqrar  təhlükəsizliyin  xüsusi  ilə  əhalinin  ərzaq 
məhsulları  ilə  təmin  olunmasında  iqtisadi  təşkilat-
ların rolu böyükdür. 
Müasir şəraitdə təbii resurs potensialından isti-
fadə  etmək  üçün  beynəlxalq  təşkilatlarla  əməkdaş-
lığın  genişləndirilməsi  siyasəti  həyata  keçirilir.  Bu 
sahədə  dünyanın  TASİS  və  Traseka  proqramları, 
Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yeni-
dənqurma və İnkişaf Bankı (BYİB) və s. təşkilatlarla 
əlaqələrin  inkişaf  etdirilməsi  təbii  resurslardan 
dayanıqlı  istifadə  üçün  əlverişli  zəmin  yaradır. 
Hazırda  Azərbaycan  təbii  sərvətlərin  istifadəsində, 
təbiətin mühafizəsində dünyanın 15-dən çox təşkilatı 
ilə əlaqə saxlayır və həmin təşkilatların üzvüdür. 
       Eyni  zamanda  Azərbaycan  maye  yanacaq  təbii 
resurslarından səmərəli istifadə etmək məqsədi ilə bir 
çox  beynəlxalq  müqavilələrin  iştirakçısıdır.  Bağlan-
mış beynəlxalq səviyyəli müqavilələrə: "Azəri-Çıraq-
Günəşli", "Qarabağ", "Şahdəniz", "Əşrəfı Dan Uldu-
zu", "Lənkəran-Dəniz" və s. yataqlar üzrə bağlanmış 
müqavilələrdən  daxildir.  Əsas  iştirakçı  kompani-
yaların  da  "ARDNŞ",  "AMOKO",  "YUNOKAL", 
"PENZOYL", 
"EKSON", 
"BP", 
"RAMKA", 
"LUKOYL",  "TPAO",  "DELTA"  və  s.  neft  istehsa-
lında öz payları vardır. Istehsal olunmuş neft və təbii 


261 
 
qaz  beynəlxalq  əhəmiyyətli  nəql  olunma  imkanları 
realdır.  Hazırda  Bakı-Tbilisi-Ceyhan  boru  kəməri 
vasitəsilə  dünya  bazarına  ildə 40-50  milyon  ton neft 
ixrac  olunur.  Eyni  zamanda  Azərbaycanın  Qara  Də-
niz  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  (QİƏT)  üzvü 
olması  qarışıq  nəqliyyat  nəql  etmək  imkanlarına 
malik olmuşdur. 
Azərbaycanın  Demokratiya  və  İqtisadi  İnkişaf 
Təşkilatın - GUAM-ın üzv olması Xəzər dənizi; Qara 
dəniz  və  Baltik  dənizi  ölkələrarası  əməkdaşlığin  ya-
ranması maye yanacaq resurslarından istifadə etməyə 
zəmin  yaratmışdır.  Respublikanın  digər  filiz  və 
qeyri-filiz  resurslarından  istifadə  etmək  məqsədi  ilə 
bir çox ölkələrlə iqtisadi əməkdaşlıq əlaqələri yaranır 
və  müəyyən  qrup  ölkələrin  şirkətləri  tərəfındən  hə-
min  sahələrə  ayrılan  investisiyalar  təbii  resursların 
istehsal  dövriyyəsinə  cəlb  olunması  üçün  real 
imkanlar yaratmışdır. 
Son  dövrlərdə  dünya  ölkələrində  təbii  resurs-
ların  istehsal  dövriyyəsinə  cəlb  olunması  sənaye  və 
kənd təsərrüfatı sahələrinin inkişafı ilə yanaşı, təbiəti 
mühafizə  sahəsində  qlobal  ekoloji  problemlər  yarat-
mışdır.  Milli  səviyyədə  həyata  keçirilən  ekoloji  təd-
birlər planetar səviyyədə ətraf mühitin mühafizəsi və 
təbii  resurslardan  davamlı  inkişaf  məsələlərini  həll 
etmək  imkanlarına  malik  deyildir.  Qeyd  olunmalıdır 
ki, milli hüquq çərçivəsindən kənarda olan müəyyən 
qrup təbii sərvətlər (okean suları, Antarktidanın buz-
laqları,  atmosferdə  olan  resurslar  və  s.)  dünyanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə