Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013


Qərarlar, onların mahiyyəti və məqsədi



Yüklə 1,04 Mb.
səhifə8/13
tarix20.09.2017
ölçüsü1,04 Mb.
#619
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

5.4. Qərarlar, onların mahiyyəti və məqsədi
Qərarlar–qarşıya məqsədlərin qoyulması, məqsədə nail olmaq yollarının müəyyən edilməsi, problemlərin ara­dan qaldırılması məqsədilə qəbul edilir. Qəbul edilmiş qə­rar­­lar rəhbərdən icraçılara sərəncam, əmr, qərar, gös­təriş, tap­şırıqlar formasında təlqin edilir.

Qərarlar gələcəyin hərəkət və ya hərəkətsizliyi diktə edən şüurlu və iradi idarəetmə aktıdır.

Qərarlar idarəetmə aktı olmaqla tapşırır, qadağan edir, vəkil edir, məhrum edir, xitam verir.

Qərarların aşağıdakı təsnifatları vardır:



Qəbul edilmə formalarına görə

  1. Tək başına qərarlar:

  1. İntuitiv qərarlar;

  2. İnsayt qərarlar.

  1. Kollegial qərarlar:

  1. Müzakirədən keçən qərarlar;

  2. Mülahizələrə əsaslanan qərarlar.

İqtisadi məzmun və mahiyyətinə görə qərarlar aşağı­dakı­lardan ibarətdir.

  1. Strateji qərarlar.

  2. Taktiki qərarlar.

  3. Cari qərarlar.

  4. Operativ qərarlar.

Formasına görə qərarlar yazılı və şifahi qərarlara bö­­­lünür.

Müddətlərinə görə qərarlar uzunmüddətli, orta­müd­dət­li, qısamüddətli qərarlara bölünür.

Qərarlar məzmununa görə iqtisadi, siyasi və təşki­la­ti qərarlara bölünür.

İqtisadi qərarlara funksional məzmununa görə plan, ida­rəetmə, nəzarətedici, inzibati qərarları aid etmək olar. İq­ti­sadi qərarlar, həmçinin iqtisadi sahədə baş verən prob­lem­lərin həlli ilə bağlı olur. Qərarların qəbul edil­mə­sin­dən ön­cə isə problemin meydanagəlmə səbəb­ləri öy­rə­nil­məli, hə­­min səbəblər araşdırılmalı, təhlil edil­məli, qiy­mət­lən­di­ril­­məli və onun aradan qaldırılması üçün tədbirlər komplek­­si hazırlanmalıdır.

Si­yasi qərarlar problemlərin həlli çərçivəsində qəbul olunur və siyasi məsələlərin həllində istifadə olunur.

Təşkilati qərarlar isə təşkilatçılıq funksiyasının hə­yata ke­çiril­­məsi ilə əlaqədar olaraq təşkilati məsələlərin həlli­nə yö­nəldilir.

Qərarların qəbul edilməsinə bir sıra amillər təsir edir ki, onlar aşağıdakılardan ibarətdir:

1. Qərarı qəbul edən rəhbərin şəxsi keyfiyyəti.

2. Qərarların qəbul edilməsi şəraiti.

3. İnformasiyaların az və çox olması.

4. Qərarların qəbul edilməsində kollektivin iştirak sə­­viyyəsi.

Qərarların qəbul edilməsi və həyata keçirilməsi aşa­ğı­dakı mərhələlərdən keçir.


  1. Qərar layihələrinin hazırlanması. Müəlliflər qa­nun­lara, normativ aktlara, məqsədlərə istinad edir.

  2. Qərarların qəbul olunması. Bu mərhələdə layihə­lər müzakirə olunur və qərar layihəsi imzalanır, yəni rəs­mi­­ləşir.

  3. Qərarın icra olunması. Qərarların real hərəkət­lərə, hüquqlara, münasibətlərə, hərəkətsizliyə çevrilməsi.

İdarəetmə qərarlarının layihələrinin hazırlanması pro­­­­­­se­sinin mər­hə­lə­­ləri aşağıdakılardır:

  • məqsədin formalaşması;

  • problemlərin aşkara çıxarılması və təhlili;

  • məqsədə nail olmağın və problemlərin aradan qal­dırılmasının alternativ variantlarının müəyyən edil­mə­si;

  • alternativ qərar variantlarının seçilməsi;

  • qərar layihələrinin tərtib olunması.

Alternativ qərar variantlarından idarəetmə qərar­la­rı­nın hasil olunması aşağıdakı ardıcıl proseslərdən ibarətdir:

  • alternativlərin təhlil edilməsi;

  • alternativlərin müqayisə edilməsi;

  • alternativlərin qiymətləndirilməsi;

  • alternativ variantlarının içərisindən ən opti­ma­lı­nın seçilməsi;

  • qərarların qəbul edilməsi.

Qərarların real hərəkətlərə, hüqüqlara, münasi­bət­lə­rə, tələb olunan hərəkətsizliyə çevirilməsi prosesinə qərar­la­rın icrası deyilir. Qərarların icrası hər bir rəhbərin psi­xo­lo­­­giyasından və onların şəxsi kefiyyətindən də xeyli ası­lı­dır. Qərarların icrasında kollektiv fikir, əhval-ruhiyyə, so­sial-psixoloji amillər və aşkarlığın rolu böyükdür. Bu­rada adamların davranış motivləri, tapşırıl­mış iş üçün mə­su­liy­yət hissi, işə marağı, rəhbərlik–tabe­çi­lik münasibətləri bö­yük əhəmiyyət kəsb edir. Qərarların icrası üçün aşa­ğı­da­kı tələblər irəli sürülür.

  1. Qərarların icrasının konkret yolları müəyyən olu­nur.

  2. Qərarların icrasına nəzarət konkret şəxsə həvalə edi­­­­lir.

  3. Qərarların icrasının müddətləri müəyyən edilir.

  4. Qərarların icrası üçün kompleks tədbirlər planı iş­lə­­nib hazırlanır.

Qərarların icrası üzərində ardıcıl nəzarət həyata ke­çiril­məlidir. Qərarların icrası üzərində nəzarət müxtəlif or­qanlar tərəfindən yerinə yetirilir. Buraya müxtəlif müəssi­sə­daxili struktur vahidləri aid edilir. Hər bir ida­rəetmə obyektində qərarların icrasının xüsusi uçotu apa­rılmalıdır. Qərarlar nəinki əvvəlcədən, həmçinin icra pro­sesində də dəyişdirilə bilər. Bu da qərarların çevikliyi prin­­sipi ilə əla­qədardır.

İclaslar. Qərarların qəbul olunmasında, müzakirə edil­məsində və qəbul edilmiş qərarların icraya yönəldil­mə­­si prosesində iclas və ya toplantıların rolu böyük­dür. İc­laslar informasiyanın və qərarların məz­mu­nu­nun tez bir za­manda kollektivə ötürülməsində əhəmiyyət kəsb edir.

İclaslar kollegial fəaliyyətin əsasını təşkil edir. İclas­lar aşağıdakı məqsədlər üçün həyata keçirilir:



  • kollektivə məlumatları ötürmək üçün;

  • kollegial qərarların qəbulu üçün;

  • problemləri birgə aradan qaldırılmaq üçün ayrı-ayrı struktur vahidlərinə və ya funksional şəxslərə ümumi tapşırıqlar vermək üçün;

  • ayrı-ayrı struktur və ya funksional şəxslərdən eyni vaxtda he­sa­batlar almaq üçün.

Müəyyən dövr ərzində həll olunması nəzər­də tutulan problemlərin müzakirəsi ilə bağlı keçi­riləcək iclasların qa­baq­cadan iş planı tutulur. İş planında hansı prob­lemlərin həlli ilə əlaqədar məsələlərin nə vaxt müza­kirə olunacağı nəzərdə tutulur. Bəzən zəruri sayılan hallarda plan­dan­kə­nar mü­şa­virə və ya iclaslar da çağırılır. Bütün hallarda icla­sın gün­dəliyi tərtib olunmalıdır. Gündəlikdə qoyulan mə­sələlər nə qə­­dər az olarsa, müzakirələr daha ef­fek­tiv ke­çər. Daimi iş­ti­­rakçılar iclasın əvvəlindən axı­rına­dək iş­ti­rak et­mə­li­dir­lər. Kollegial təşkilatlarda iclasın baş tutması üçün kvoru­mun (yetərsayın) olması vacibdir. Kvo­rum ol­ma­dığı halda qə­rarların qəbul edilməsi hüquqi və mən­ti­qi əsasa söy­kən­mir.
5.5. Əmrlər, sərəncamlar, qaydalar

Qərarların mahiyyətini şərh edərkən, qeyd etdik ki, qə­­bul edilmiş qərarlar rəhbərdən icraçılara sərəncam, əmr, qərar, göstəriş, tapşırıqlar formasında təlqin edilir.



Sərəncamvericilik rəhbərlər tərəfindən həyata keçi­rilir. Rəhbərlər qəbul edilmiş qərarları sərən­cam­verici sə­nəd­lərlə təsbit edirlər. Sərəncamverici sənədlərə əmr­ləri, sərəncamları, qaydaları aid etmək olar.

Qərar və sərəncamlar ümumdövlət sənədi hesab olu­nur və ən yüksək hüquqi qüvvəyə malik olmaqla da­nı­şıq­sız yerinə yetirilir.

Sərəncamvericilik aşağıdakı fəaliyyətlərlə bağlı qə­bul edilmiş qərarları icra üçün təsbit edir:


  • struktur bölmələrinin yaradılması;

  • fəaliyyətin təşkili;

  • işçilərin təyinatı;

  • strateji, operativ qərarların qəbulu və onların yerinə ye­tirilməsi.

Sərəncamverici sənədlər içərisində ən çox istifadə olu­nan­lardan biri əmrlərdir. Əsas və çevik məsələlərin həl­­li məqsədilə müəssisənin rəhbəri tərəfindən verilən hü­qu­­qi akta əmr deyilir. Əmrlər iki halda verilir:

  • yuxarı təşkilatın qəbul etdiyi və ya kollegial qay­da­­da qəbul olunmuş normativ aktların icrasını təmin et­mək məqsədilə.

  • müəssisənin daxili fəaliyyətini hüquqi cəhətdən idarəetmək məqsədilə.

Əmrlər istehsal, təsərrüfat, maliyyə, kadr və ya şəx­si he­yətlə əlaqədar məsələləri həll edir. Məsələn təşki­latın fəa­liyyətə başlaması, vəzifə maaşlarının müəyyən edil­mə­si, əmək haqqının verilməsi, işçinin vəzi­fə­sin­­dən digər vəzifəyə keçirilməsi ilə əlaqədar əmrləri bura aid etmək olar. Bəzən hər hansı bir fəaliyyətə xitam veril­məsi ilə bağ­lı da əmr verilə bilir. Əmək müqa­viləsinin ləğv edil­mə­si, işçinin işdən azad edilməsi ilə əla­qədar əmrləri mi­sal göstərmək olar.

Sərəncam sənədlərinin tərtib edilməsi, yalnız, döv­lət orqan­larının hüquqlarına aiddir. Bu sənədlərin qüv­və­dəolma müddətləri məhdud olur.

Sərəncamlar Prezident, Nazirlər Kabineti, yerli icra ha­ki­miy­yətləri və bir sıra icra strukturları tərəfindən ve­ri­lir.

Bəzən müəssisə və təşkilatların direktor müavinləri, baş mühəndisləri, bölmə rəhbərləri tərəfindən də sərən­cam­lar verilə bilir. Bu halda sərəncamlar tapşırıq və tələb xarakteri daşıyır.

Qaydalar təşkilati xarakter daşıyan işin və davra­nı­şın gedişini tənzimləyən və həyata keçirilməsini tələb edən xidməti sənəddir. Qaydalar təlimati xarakter daşıyır. Qay­dalar hüquqi sənəd hesab edilir və aidiyyatı sub­yekt­lər tərəfindən icrası məcburidir.

FƏSİL VI. STRATEGİYA, AMİLLƏR VƏ TƏHLİLLƏR
6.1. Strateji menecment
Strategiya qarşıya qoyulan məqsədə nail olmaq üçün həyata keçiriləcək uzunmüddətli hərəkətlərin ümumi­ləş­di­rilmiş modelidir. Strategiya uzun müddətli məq­sədlərə mər­­hələlər üzrə nail olmağın yollarını özündə birləşdirir. Stra­tegiya şirkətin hansı biznes fəaliyyəti ilə məş­ğul ola­ca­­ğını və bu istiqamətdə həyata keçirəcəyi vəzi­fələri özün­də əks etdirir. Bundan sonra biznes vahi­dinin daxi­lin­də da­ha dəqiq planlaşdırma həyata keçirilir, strateji məq­səd­lər marketinq, maliyyə, informasiya, nəza­rət sahə­lər üzrə birgə işlənir.

Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara ca­vab verir. Strategiya təşkilatın zəif və güclü tərəflərini araş­dırır, imkanları və gözlənilən təhlükələri müəy­yən­ləş­di­rir. Strategiya xarici mühitdə dəyişkənliyə reak­siya ver­mə­sinin vasitəsidir. Strategiya strateji və uzun müddətli məq­­sədlərdən doğur. Strateji məqsədlərə aşağıdakılar aid­dir:



  1. Fəaliyyət istiqamətlərinin seçilməsi.

  2. İstehsal olunacaq məhsul növünün seçilməsi.

  3. Kapital qoyuluşunun həyata keçirilməsi.

  4. Mövcud istehsalın təkmilləşdirilməsi.

  5. Perspektivlərin müəyyən olunması.

  6. Təşkilatın rəqabət qabiliyyətinin möh­kəm­ləndiril­mə­si.

Strategiya uzun müddətli layihələr əsasında müəy­yən olunur. Həmin layihələrin işlənməsi zamanı düzgün ətraflı məlumatlar toplusundan istifadə etmək lazım gəlir. Lakin strategiya gələcək dövrü əhatə etdiyi üçün təşki­latın rəh­bəri məlumatların dəqiqliyinə əmin olma­lıdır. Bu nöq­te­yi nəzərdən strategiyanın qəbul olun­ma­sı­nın aşağı­da­kı mər­hələləri mövcuddur.

1. Təşkilatın missiyası (təşkilatın missiyası-ali, baş məq­səddir. Yəni nə istehsal etmək, hansı fəaliyyətlə məş­ğul olmaq və bu fəaliyyətlə hansı sosial məqsəd güdmək sualına cavab verir.



  1. Ali məqsəddən doğan alt məqsədlərin müəyyən oluması (ali məqsədə nail olmaq üçün hansı işləri görmək lazım olduğunu müəyyən edir).

  2. Ətraf mühitin təhlili (xarici təsir amillərini müəy­yən etmək, rəqibləri öyrənmək, riskləri hesab­la­maq, inflyasiyanı nəzərə almaq, təbii fəlakət­lərdən qorunmaq və s.).

  3. Alternativlərin təhlili (məqsədə nail olmaq üçün alter­nativ yolları, variantları axtarır, müəyyən edir və araş­dırır).

  4. Strategiyanın qiymətləndirilməsi (alternativ yolla­rın səmərəlilik göstəricilərinin müəyyən olunması və qiy­mət­ləndirilməsi).

  5. Strategiyanın seçilməsi (qiymətləndirdikdən sonra ən səmərəli variantın seçilməsi).

Marketinq strategiyasının əsas məqsədlərindən biri müəs­sisənin rəqabət qabiliyyətinin artırılması, istehsal olu­­nan məhsulların bazarda rəqabətə davam gətirməsini tə­min etməkdir. Bu nöqteyi nəzərdən müəssisənin strateji fəaliy­yətində rəqabət strategiyası mü­hüm rol oynayır. Rə­qa­bət strategiyası bazarlarda fəaliy­yət gös­tərən rəqibləri hədəf seçir, öyrənir, məqsəd­lərini müəy­­yənləşdirir, onları üstələmək üçün yeni yollar axta­rır­lar. Rəqabət strategiyası bazarda rəqiblərlə mübarizəsini iki cür taktika ilə həyata keçirməyi üstün tutur.

  1. Hücum taktikası.

  2. Müdafiə taktikası.

Hücum taktikası bazarda mövqelərin ələ alın­masına, müştəriləri özünkiləşdirməyə, onların diqqətini cəlb et­mə­yə xidmət edir. Bunun üçün yeni texnika və texno­lo­giya­nın mənimsənilməsi, tələbata uyğun məhsul­la­rın, xüsusilə, yeni təkmil məhsulların istehsal olunması və bazara çıxa­rıl­­ması, məhsulun ucuz qiymətə satılması, satışın inten­sivləşdirilməsi, diqqəti cəlb edən reklamların nümayiş et­di­rilməsi va­cib­dir. Bu cür taktiki gedişlərlə bazarı ələ al­mış sahibkar onu əldə saxlamaq üçün sonrakı mərhələdə mü­­dafiə tak­ti­ka­sını seçir. Müdafiə taktikası rəqibi daim iz­ləməyi, bazarda qiy­mə­ti tənzimləməyi, bütün kəmiyyət və keyfiyyət para­metr­lə­ri üzrə rəqibi üstələməyə nail ol­ma­lıdır.

Strategiyanın ilkin mərhələsi missiyaların müəyyən olunmasıdır. Missiya müəssisənin əsas məqsədidir. Təşki­la­tın missiyası onun ali məqsədini, hansı məqsəd­lərə nail ol­maq istədiyini bildirir, cəmiyyətin mənafeyini nəzərə almaq üçün sosial məqsəd güdür. Şirkət missiyanın yerinə ye­tiril­mə­si üçün məqsədlər toplusuna malik olur. Bəzi firmalar öz missiyasını açıq-aşkar formada ifadə edə bilmir. Məsələn “biz mənzil inşaatı ilə məşğul oluruq” və ya “biz ge­yim istehsal edirik”. Amma bəzi təşkilatlar öz missiyasını bazar görünüşlü və müştəri istəyi nəzərə alın­maq­la ifadə etməyə üstünlük verirlər. Məsələn “biz təkcə broker fir­ma­sı deyilik, həm də müş­tərilərimizin maliyyə xəyal­la­rı­nın mühafizə­çisiyik.” Bu zaman firma broker təşkilatı ol­maq­la fəaliyyəti dövründə müştərilərin maliyyə xə­yal­la­rı­nın gerçək­ləşdirilməsini özünün əsas məramı kimi hesab edir. Digər bir misal “Bizim missiyamız təkcə hərracları ke­­çir­mək deyil. Biz istəyirik ki, insanlar burada həm din­cəl­­­sinlər, həm əylənsinlər, həm də bir-birlərini tanı­sın­lar.”

Missiyalar hərəkətverici olmalıdırlar. Onlar gəlir­li­li­yi, mənfəətliliyi ifadə etməlidirlər. Gəlir və mənfəət cə­miy­yətə göstərdikləri xidmətin əvəzində insanlara verilən mü­kafat və paydır. Deməli, təşkilatlar öz fəaliy­yətlərində ins­an­la­rın həyatına göstərdikləri təsirlərin səviyyəsinə inan­­ma­lı­dır­lar: Məsələn “Walt Disney”-in qeyd etdiyinə gö­rə onların məqsədi insanları xoş­bəxt etməkdir.

Strateji planlar təşkilatın strateji məqsədlərini və on­la­ra nail olma yollarını özündə əks etdirir. Strateji plan­lar is­tər böyük, istərsə də kiçik təşkilatlar üçün xarak­te­rikdir. La­­kin bir çox kiçik təşkilatlar fəaliyyətə marketinq plan­la­rı ilə, qısa müddətli biznes planları ilə başlayırlar. Lakin on­ların fəaliyyətləri genişləndikcə strateji planlara ehtiyac du­­yulur.

Bəzi müəssisələrin rəhbərləri vaxtlarını planl­aş­dır­madan çox, baş vermiş problemlərin həllinə sərf edirlər. Söz­süz ki, planlaşdırma olmayan yerdə problemlərə daha çox rast gəlmək olar. Bəs görəsən, rəqibə bazar payını uduzduqdan, alıcı məmnunluğu aşağı düşdükdən, firma borca düşdükdən sonra həmin rəhbərlər nə edirlər?
6.2.Təşkilatın mikro və makro mühiti
Təşkilatın mühiti dedikdə, həmin təşkilatın fəaliy­yət dai­rəsində potensial təhlükələrin qarşıya çıxan qorxu­sunu iz­ləyən sahələrin və yarım sahələrin məcmusu başa dü­şü­lür.

Mühit firma və onun fəaliyyəti üçün olduqca önəm­li sa­hədir. Firmanın mühiti xarici və daxili mühitdən iba­rət­dir. Xarici mühit amilləri nəzarət oluna bilən və nəzarət olu­na bilməyən amillərdən ibarətdir. Nəzarət oluna bilən amil­lər menecerlərin və marketinq xidməti işçilərinin öz­lə­ri tərəfindən müəyyən olunur. Nəzarət oluna bilməyən amillər isə ətraf mühit amilləri ilə əlaqədardır. Xarici mü­hit amilləri makro və mikro mühitdən ibarətdir.

Makromühitə demoqrafik, iqtisadi, təbii, elmi–tex­ni­ki, siyasi, mədəni və s. mühit amillərini misal göstər­mək olar. Mikromühitə istehsalçılar, malgön­dərən­lər, alı­cılar, rəqiblər, ünsiyyət auditoriyaları və s. aiddir.


  • firmanın demoqrafik mühiti–əhalinin sayının, ya­şı­­nın, cinsinin, yaşayış sıxlığının, məşğulluq növünün müəs­sisənin fəaliyyətinə təsiri ilə əlaqədardır.

  • iqtisadi mühit isə ölkə iqtisadiyyatı və onunla əla­qə­dar bir sıra göstəricilərdən ibarətdir. Məsələn bura öl­kə­nin iqtisadi potensialı, milli gəlirin, ümumdaxili məh­su­lun həcmi, ölkənin tədiyyə balansı, inflyasiyanın sə­viy­yə­si, milli valyutanın kursu və s. aid edilir.

  • təbii mühit dedikdə, təbii resursların məcmusu başa düşülür. Bura hava, su, meşə və ərzaq məhsulları, neft və qaz, kömür və s. kimi enerji resursları aiddir. Ətraf mü­hi­tin çirklənməsi, yağıntılar, çovğun, tufan, daşqınlar, zəl­zə­lə təbii mühitin mənfi təsirləridir.

  • elmi–texniki mühit genişlənən rəqabət meydanında müəssisə və təşkilatların fəaliyyətinə təsir edən əsas amil­lər­dəndir. Elm və texnologiyanın inkişafı, bu sahədə ye­ni­lik­lərin durmadan artması, müəssisə və təşkilatları elmi-tex­­niki tərəqqinin nailiyyətlərindən istifadəyə sövq edir. Çün­ki elmi-texniki mühit yeni texnikadan və tex­no­lo­gi­ya­dan istifadə olunması, yeni və mükəmməl əmtəələrin is­teh­salı üçün mənbə hesab edilir.

  • siyasi mühit dedikdə, ölkədəki siyasi sərbəstlik, ob­yek­tiv və humanist qanunların mövcudluğu, dövlət struk­tur­ları ilə müəssisə və təşkilatlar arasında obyektiv və şəf­faf idarəetmə münasibətlərinin mövcudluğu başa düşülür.

  • mədəni mühit dedikdə, cəmiyyətin maddi və mə­nə­vi dəyərləri, rəftar və davranış normaları, sosial institutlar, in­sanın insana münasibətləri və s. başa düşülür. İnsanların mənəviyyatı, onların cəmiyyətə, təbiətə, kainata baxışları da mədəni mühit amilləridir.

Daxili mühit amilləri əsasən sahibkar və səhm­dar­lar­dan, müəssisədə çalışan işçi qüvvəsindən, idarə­edici­lər­dən, təchizatçılardan, marketoloqlardan ibarətdir.

Sahibkar səhmdarlar dividend əldə etmək məq­sə­­di ilə müəssisəyə sərmayə qoyan şəxslərdir. Buna görə də onlar müəssisənin mənfəətlə işləməsinə çalışırlar.

Əgər fəaliyyət qazanclı olmursa, onlar ya müəs­si­sə­nin fəaliyyət problemini dəyişir, ya fəaliyyəti dayan­dırır, ya paylarını götürür, ya da müəssisəni satırlar.

Müəssisədə çalışan işçi qüvvəsi sərf etdikləri əmə­yin əvəzində əmək haqqı tələb edirlər. Bununla bərabər sosial müdafiə, hüquqların qo­run­ması, işin daimi olması, yüksək əmək haqqı onların diq­qət mərkəzində dayanır.

İdarəedicilər müəssisənin inkişafında, onun fəaliy­yət əldə etməsində rol oynayan əsas subyektlər hesab edi­lir­­lər. Fəaliyyət istiqamətlərinin seçilməsində, mən­fəətin əl­­də edil­məsində, müəssisənin rəqabət qabiliy­yətinin möh­­­­kəm­ləndirilməsində, müəssisənin davamlı inki­şafında, ba­­za­rın ələ alınmasında, alıcıların və isteh­lak­çıların rəğ­bə­ti­­nin qaza­nılmasında onların rolu və xidmətləri böyükdür.

Müəssisə və təşkilatların daxili mühit amillərinə əsas və dövriyyə vəsaitlərini, onun maliyyə imkanlarını aid etmək olar. Əsas vəsaitlərə istehsal binalarını, inzibati və yardımçı sahə tikililərini, maşınları, dəzgah və ava­dan­lıq­la­rı aid etmək olar. Dövriyyə vəsaitlərinə xam­mal və ma­te­rialları, yarımfabrikatları, yanacaq və enerji resurslarını mi­sal göstərmək olar. Müəssisənin maliyyə imkanlarına he­sablaşma hesabında, xəzinədə olan pul vəsaitlərini, de­bi­tor və kreditor borcların, cəlb edilmiş bank kreditlərinin həc­mi, nizamnamə kapitalının səviyyəsini və s. aid etmək olar.
6.3. SWOT və QETS modeli

Strateji idarəetmə ətraf mühitin öyrənilməsini və da­xi­li amillərin dəyərləndirilməsini, ətraf mühitin daxili mü­h­it­lə əlaqələndirilməsini vacib sayır. Bu zaman xarici mü­hit amilləri öyrənilməli, araşdırılmalı, onların təsir də­rə­cəsi müəyyən olunmalıdır.

Düzgün strategiyanın müəyyənləşdirilməsi rəh­bər­lə­rin müdrik siyasətinin nəticəsidir. Rəhbərlərin müd­rikliyi gə­ləcəkdə baş verə biləcək problemlərin qa­baq­­­cadan müəy­­­yən olunması, onların aradan qal­dırıl­ması və ya mən­­fi tə­sir­lərinin azaldılması ilə qiymət­lən­dirilir.

Strategiyanın müəyyən olunması strateji təhlillərin apa­rılmasını tələb edir. Təhlillər bütün amilləri və gedən də­yişik­likləri əhatə edir. Bu cür təhlillər marketinq fəaliy­yə­ti sferasına aid olub, strateji məqsədlər naminə apa­rılır. Marketinq strategiyası uzun müddətli satış fəaliy­yətini hə­ya­ta keçirmək, müəssisənin rəqabət qabiliyyətini artır­maq, ba­zarda mövqeləri gücləndirmək və əldə saxlamaq məq­sə­di daşıyır. Bu cür məqsədlərə nail olmaq naminə atılacaq addımları müəyyən etmək üçün təhlillərin aparılması va­cib­dir. Həmin təhlillər aşağıdakı parametrlər üzrə apa­rı­lır:



  1. Məhsul bazarın tələbinə cavab verirmi?

  2. Məhsulun qiyməti rəqiblərin qiymətinə nisbətdə hansı səviyyədədir?

  3. Müəssisədə innovasiya, yeni texnika və texnolo­gi­yadan istifadə olunurmu?

  4. Mövcud avadanlıqların durumu hansı səviy­yə­də­dir?

  5. Müəssisədə səmərəli planlaşdırma mövcud­dur­mu?

  6. Ölkədə material ehtiyatı kifayət qədərdirmi?

  7. Əmək kollektivi, onun əmək qabiliyyəti, bacarığı, təcrübəsi, səriştəsi, sosial vəziyyəti hansı səviyyədədir?

  8. Rəqiblərin bazara və müəssisələrə yeniliklər reak­si­yası nə səviyyədədir və s.

Strateji təhlillərin SWOT və GETS formaları geniş ya­­yılmışdır.

SWOT və GETS təhlilləri strateji araşdırma pro­se­sin­­də, strateji planların tərtib edilməsi zamanı apa­rı­lan təh­­lil üsüllarıdır. Bu cür təhlil üsulları müəssisənin strateji fəa­­liyyətində ona təsir edən amillərin müəyyən olunması və ətraf mühitə uyğunlaşması ilə əlaqədardır.

SWOT təhlil üsulu həm daxili, həm də xarici mühit amil­lərini öyrənir, onların müsbət və mənfi təsirlərini müəy­­yən edir. SWOT təhlilinin adı 4 sözün baş hərf­lərin­dən ibarətdir. Strenght (güclü), weakness (zəif), oppo­tu­ni­ties (im­kan­lar), threats (təhlükələr). Bu təhlil metodu adın­dan gö­rün­düyü kimi aşağıdakı suallara cavab verir:


  1. Biz öz güclərimizdən necə istifadə etməliyik?

  2. Bizim zəif tərəflərimiz hansılardır və onları necə inkişaf etdirməliyik?

  3. Ətraf mühitdəki imkanlardan necə bəhrələnmək la­zımdır?

  4. Baş verə biləcək təhlükələri necə dəf etməliyik?

Bu suallara cavab verməklə təşkilat özünün daxili imkan­la­rı­nı araşdırır, müəyyən edir, onları fəaliyyət pro­sesində səmərəli istifadəyə yönəldir. Bu üsulla müəs­sisə zəif həl­qə­­ləri aşkar edir. Onları rəqiblərin həmlələrindən qo­ru­yur, inkişaf etdirmək üçün yollar axtarır. Bundan baş­qa ət­raf­da olan imkanları dəyərləndirir, onların cəlb edil­məsi və istifadə edilməsi yollarını axtarır. Daha sonra risk­ləri müəy­yən edir, hesablayır, onlardan azad olmaq haq­qında dü­şünür.

GETS təhlili də adından göründüyü kimi 4 sözün baş həriflərinin birləşməsindən ibarətdir. Government (döv­lət), economy (iqtisadiyyat), technology (texno­lo­gi­ya), society (cəmiyyət). Bu təhlil metodunda araş­dırılan amillər xarici amillərin məcmusundan iba­rətdir.

Burada dövlət dedikdə, dövlət inhisarçılığının sə­viy­yə­si, ölkədə qanunların sosial-iqtisadi məzmunun sə­viy­­­yəsi və dövlət təşkilatlarının ölkənin iqtisadi həyatında rolu başa düşülür.

İqtisadiyyat dedikdə, iqtisadi amillərin təsiri başa düşülür. Məsələn ölkədə iqtisadi inkişafın, inflyasiyanın, bazarda qiymətlərin səviyyəsi, milli valyutanın məzən­nəsi və s.

Texnologiya dedikdə, elm və texnikanın inkişafı, el­mi–texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqi, ye­­ni texnologiyalardan istifadə olunması, innovasiyaların tət­biqi və s. başa düşülür. Çünki sada­lanan bu amillərin tət­­­biqi müəssisəyə uğur gətirər. Lakin bu sahədə rəqiblər bi­­­zi qabaqlayarsa, o zaman nəticə ürəkaçan olmaz.

Cəmiyyət dedikdə, insan resursları, cəmiyyətin tələ­batı, maraqları, onların sosial səviyyəsi, sosial tərkibi, alı­cı­lıq qabiliyyəti və s. başa düşülür.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə