Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013



Yüklə 1,04 Mb.
səhifə2/13
tarix20.09.2017
ölçüsü1,04 Mb.
#619
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

1.5. İdarəetməyə elmi yanaşma
İdarəetməyə elmi yanaşma dedikdə, idarəetmə fəaliy­­­­­yə­tinə, idarəetmə prosesinə, onun funksiya, metod və prin­sip­­lərinə elmi-nəzəri baxışların məcmusu başa düşü­lür. İda­rə­etməyə elmi yanaşmanın aşağıdakı forma­ları möv­cuddur:

1.Sistemli yanaşma.

2.Proses yanaşma.

3.Situasiyalı yanaşma.

4.Kompleks yanaşma.

Sistemli yanaşma bütün yanaşmaları özündə bir­ləş­di­rə­rək, idarəetmənin sistem halında öyrənilməsini həyata ke­çi­rir. Sistemli yanaşma idarəetmənin tərkib his­sə­lərini, proses­lərini, funksiyalarını, metodlarını, prin­sip­lə­rini qar­şı­lıq­lı əlaqədə öyrənir.

Sistem iki və ya daha artıq vahidin öz xassələrini sax­­­­la­maqla, onların birləşməsi nəticəsində yaranmış yeni xas­­­­­­səli tam və ya vahiddir. Sistemi təşkil edən hissələr, ha­­­­­­di­sələr, elementlər qarşılıqlı əlaqədə olmalıdırlar. Sis­tem­­­­lər 2 cür olur. Açıq və qapalı sistemlər.

Açıq sistemlərin tərkib elementləri ətraf mühitlə əla­qədə olur. Məsələn müəssisə açıq sistem kimi digər təş­ki­lat­larla: sifarişçilərlə, malgöndərənlərlə, podratçı­larla, ma­la­­lan­larla, banklarla, sığorta təşkilatları ilə, dövlət təş­ki­latl­arı ilə, məsələn vergi və gömrük xidməti or­qan­ları ilə, sosial mü­dafiə fondu ilə və s. əlaqədə olur­lar.

Qapalı sistemlər isə ətraf mühitdən təcrid olunmuş, baş­qa sözlə desək, izolə edilmiş sistemlərdir. Məsələn bu cür sistemlərə sa­at sis­temini, dünya iqtisadi sistemini, keç­miş sosialist təsərrüfatı sistemini, məxfi orqanların mə­lu­mat sistemlərini və s. misal göstərmək olar. Hər bir sub­yekt özünə məxsus olan sistemləri qapa­lı və ya açıq sis­tem kimi formalaşdıra bilərlər. Məsələn: müəs­sisə biz­nes pla­­nını rəqiblərin, digər təşkilatların əli­nə keçmə­mə­si üçün məxfi sənəd kimi saxlaya bilər.

Sistemli yanaşma hadisələri öyrənərkən, onu digər ha­­di­­sələrlə əlaqədə öyrənir və ya onun daxili aləmini əla­qə­­li şək­lidə tədqiq edir. Məsələn hesabat ili zərərlə başa vu­rul­­muş­dursa, bu zaman zərərin baş verməsinə səbəb ola bi­lən bü­tün amillər: gəlir və xərc maddələri, istehsalın həc­­mi, satışın həcmi, keyfiyyət göstəriciləri, qənaət prin­si­pi və s. bu kimi məsələlər araşdırılır. Çünki bu prob­le­min həl­linə sistemli baxış qeyd edilən amilləri qarşılıqlı əla­qədə araş­dırmağı tələb edir.

Proses yanaşma. Proses başlanğıcı və sonu olan, ara­­sı­kəsilməz ardıcıllığa malik fəaliyyət, hadisə və əmə­liy­yatların məcmusudur. Proses dedikdə o hərəkətlərin, ha­­­di­sələrin, əməliyyatların məcmusu başa düşülür ki, ye­kun­­da müəy­yən nəticə əldə edilsin. Burada hərəkət və nə­ticə var­dır. Proseslər üçün dövrlük, mərhələlik, ardıcıl­lıq prin­sipi möv­cuddur. Proses yanaşma hər hansı prosesə aid olan bütün mər­­­hə­lələrin ardıcıl formada araş­diril­ma­sını, öyrənilmə­sini və təh­lil edilməsini tələb edir.

Proses yanaşma sistem ya­­naş­­ma­nın tərkib hissəsidir. Məsələn müəs­si­sə­nin fəa­liy­yətinin nə­ti­cələri təhlil edilir. Biz bu təhlili həm sistem­li, həm də proses yanaş­ma formasında apara bilərik. Gəlin əvvəl sistemli yanaşaq. Bu halda göstəricilər sis­­te­­mini müəyyən etmək, araşdırmaq, müqayisə etmək, qiy­­­mət­ləndirmək lazımdır. Müəssisənin fəaliyyətinin gös­tə­­ri­­ci­lər sistemini satışdan gəlir, xalis gə­lir, istehsal məs­rəf­ləri, ma­ya də­yə­ri, məhsulun qiyməti, həc­mi, keyfiyyəti, əmək məh­­sul­dar­lı­ğı, rentabellik, mən­fəət göstəriciləri və s. təş­kil edir. Sis­tem­li təhlil sadalanan bütün göstəricilər üz­rə araş­dırmanı tə­ləb edir.

Sistemli yanaşma imkan verir ki, biz yuxarıda sa­da­la­­­nan göstəricilər üzrə sistemin zəif və güclü tərəflərini və ya həl­qələrini aşkar edək. Aşkar edilmiş zəif və ya güclü tə­­r­əf­lərin, həlqələrin hər birinə ayrı-ayrılıqda yanaşılması, öy­­­rə­nil­məsi və təhlil edilməsi proses yanaşmanı əhatə edir. Məsələn sistemli yanaşma bütün göstəricilər siste­mi­­ni araş­­dırmış və müəyyən etmişdir ki, gəlirin aşağı düş­mə­si­nin sə­bəbi satışın həvəsləndirilməsi ilə bağlı təd­bir­lərin la­zı­mi sə­viyyədə həyata keçiril­məməsi ilə əlaqədar ol­muşdur. Pro­ses ya­naşma diqqəti satışın həvəs­lən­di­ril­mə­si pro­se­si­nin öy­rənil­məsinə, araşdırıl­ma­sına və bu sa­hə­də prob­lem­lə­rin ara­dan qaldırılması məsə­lələrinə yö­nəl­dir.

İdarəetmə prosesi məkan və zaman baxımından baş ve­rir. Məkan baxımından dedikdə, idarəetmə fəaliy­yətinin hə­yata keçirildiyi yer, müəssisə, struktur vahidi (şöbə, böl­mə) və s. başa düşülür. Zaman baxımından dedikdə isə, idarəetmə prosesinin və onun ayrı-ayrı mərhə­lələrinin ye­rinə yetirildiyi müddət və ya zaman kəsiyi hesab edilir.



Situasiyalı yanaşma (məqam yanaşma) konkret mə­qam­ları və vəziyyətləri nəzərdə tutur. Situasiyalı ya­naşma konk­ret məqamlarda konkret qaydaların tətbiq edil­mə­sini tələb edir. Yəni gözlənilən və gözlənilməyən, plan­­laşdırılan və planlaşdırılmayan halların baş verdiyi mə­qam­larda və vəziyyətlərdə nə etmək lazım gəldiyi bu ya­­naşma forması ilə müəyyən edilir. Məsələn qəfildən is­teh­sal sexində yanğın hadi­səsi baş verir. Həmin anda ope­ra­tiv tədbirlər görül­məzsə, istehsal sexi yanıb yararsız ha­la düşəcəkdir. Bu prob­lemə situasiyalı yanaşma yanğının ope­rativ surətdə qarşı­sının alınmasını, onun nəticələrinin aradan qal­dırıl­masını və istehsalın bərpa olunmasını tələb edir. Deməli, si­tu­asiyalı yanaşma operativ qərarların qəbul olun­ması ilə əlaqədardır. Lakin yanğın problemi aradan qal­dırıldıqdan və istehsal prosesinin bərpası təmin olun­duq­­dan sonra, rəhbərlik tərəfindən ko­missiya təşkil edilib sis­­tem­li, kompleks və proses yanaşmaları həyata ke­çir­mək­lə nöqsanları, çatış­ma­maz­­lıqları, günahkarları aşkar et­mək və gələcəkdə bir daha bu cür halların baş ver­mə­si­nin qar­şı­sını almaq yollarını mü­əy­­yən etmək olar.

İdarəetmə fəaliyyəti ilə əlaqədar başqa bir misal gös­tə­rək. Müəssisənin biznes planı tərtib olunmuş, bunun əsa­­­sın­da ilin sonunda əldə ediləcək iqtisadi səmərəlilik gös­­­­tə­rici­ləri müəyyənləşdirilmişdir. Lakin bazarda qiy­mət­­­lərin aşağı düşməsi müəssisənin fəaliyyətini iflic vəziyyətinə qoymuşdur. Bu zaman müəssisənin qiymət si­ya­sə­tin­də də­yişikliklərin apa­rılması, problemin yarat­dığı fə­sad­ların müəyyən olun­ma­sı, ya­ran­mış vəziy­yətdən çıxış yol­larının axtarılıb ta­pıl­­­ması situasi­yalı yanaş­ma­nın hə­ya­ta keçiril­mə­sini tələb e­dir.

Bəzən situasiyalı yanaşma konkret formaların tət­biq edil­məsini tələb edir. Yəni hansı konkret məqamda hansı ad­dımların atılması lazım gəlir?

Situasiyalı yanaşma aşağıdakı funksiyaların həyata ke­çi­ril­məsini tələb edir:



    1. Baş verəcək situasiyaların qabaqcadan müəyyən olun­­ması.

    2. Situasiyaların yaranması ilə bağlı daxili və xarici təsir ünsürlərinin müəyyənləşdirilməsi.

    3. Baş verəcək və ya baş vermiş situasiyaların nəti­cə­lə­rinin müəyyənləşdirilməsi. (Nəticə müsbət və ya mənfi də­yişikliklərlə əlaqədar ola bilər.)

Kompleks yanaşma. Hər hansı bir hadisəyə bir neçə tərəf­dən yanaşılma formasına kompleks yanaşma de­yi­lir. Komp­leks yanaşmada tərəflər ayrı-ayrılıqda, yəni qarşı­lıqlı əla­qədə nəzərə alınmadan da araşdırıla və təhlil edilə bilər. Kompleks yanaşma hərtərəfli yanaşma forması kimi özünü göstərir.

Müəyyən hadisələrlə əlaqədar olaraq bütün yana­şıl­ma formalarının tətbiq olunması halı da kompleks ya­naş­ma he­sab edilir. Deməli, digər yanaşma formaları kom­p­leks yanaş­manın tərkib hissələri hesab edilə bilər.



FƏSİL II. MÜƏSSİSƏ VƏ TƏŞKİLATLAR, ONLARIN İDARƏETMƏ SİSTEMLƏRİ

2.1. Sahibkarlıq fəaliyyəti və biznes
Sahibkarlıq fəaliyyəti dedikdə, fiziki və ya hüquqi şəxs tərəfindən mənfəət və ya şəxsi gəlir əldə etmək məq­sə­­dilə həyata keçirilən və qa­­nunla qa­­dağan olunmayan fəaliyyətlər başa düşülür. Sa­hib­kar nəin­­ki əmlakın, vəsait­lə­rin, kapitalın, hətta biz­ne­sin, ide­ya­nın, markanın və s. sahibi kimi çıxış edir. Sa­hib­­kar­ların məqsədi cəmiyyətə xidmət göstərmək, on­la­rın tə­ləbatını ödəmək, əvəzində gə­lir götürməkdir. İqtisadi ədə­biyyatlarda sahibkarlıq fəaliy­yəti ifadəsi ilə biznes ifadəsi də birgə yer almışdır. Bu məf­humların oxşar və fərqli cəhətləri mövcuddur.

Biznes sözünün hərfi mənası işdir. Biznes istehlak­çı­l­a­­rın tələbatının ödənilməsi və mənfəət əldə etmək məq­sə­di ilə həyata keçirilən insan fəaliyyətidir. Biznes insanlar ara­­sın­da işgüzar münasibətlərin məcmusudur. Biznes hü­qu­qi şəxs yaratmaqla və ya hüquqi şəxs yaratmadan müx­tə­lif növ məh­sulların istehsalı, satışı, xidmətlərin gös­tə­ril­mə­­si və s. bu kimi fəaliyyətin həyata keçirilməsi ilə əla­qə­dar işdir.

Lakin bu prosesdə hər iki subyektin fəqləndirici xü­su­siy­yətlərini dəyərləndirmək də mümkündür. Sahibkarlıq fə­aliy­yəti biznes fəaliyyətindən daha geniş­dir. Biznes fə­aliy­yəti özü də sahibkarlıq fəaliyyətinin tərkibinə daxil olan ak­tiv bir fəaliyyətdir. Yəni biznes fəaliyyəti sa­hib­kar­lıq fə­aliy­yəti hesab olunur. Amma hər bir sahib­kar­lıq fəaliy­yəti biz­nes fəaliyyəti hesab olunmur. Məsələn mən öz ticarət ob­yektimi hər hansı bir biznesmenə icarəyə ve­ri­rəm­­­sə, bu hal­da mən sahibkarlıq fəaliyyəti ilə məş­ğul olu­ram, lakin biz­nes­lə məşğul deyiləm. Yaxud mən öz evimi ki­­rayəyə verirəmsə, bu­rada sahib­kar­lıq fəaliyyəti var, am­ma biz­nes fəaliyyəti yox­dur.

İstər sahibkarlar, istərsə də biznesmenlər fəaliy­yət­lə­rini, istehsal və ticarət münasibətlərini idarə edirlər. Bu za­man onlar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1. Fəaliyyət istiqamətini seçmək. Fəaliyyət isti­qa­mə­tini seçmək insanda uzaqgörənlik, proqnoz vermək qa­bi­liy­­yəti, mövcud vəziyyəti düzgün dəyərləndirmək baca­rığının olmasını tələb edir. Biznesmen fəaliyyət isti­qamət­­lə­rini seçən zaman öz qarşısına belə suallar qoy­ma­­­lıdır:


  • seçdiyi fəaliyyət (istehsal, xidmət növü) nə dərə­cə­də əhəmiyyətlidir?;

  • həmin şəxs müəyyən etməlidir ki, tələbata uyğun məh­­sul istehsal edib bazara çıxara biləcəkmi? Tələbata uy­­ğun məhsul dedikdə, burada məhsulun həcmi, keyfiy­yə­ti, qiyməti, maya dəyəri, məhsulun tərkibi, alıcının istək­lə­ri və s. bu kimi parametrlərə cavab verən məhsul başa düşülür;

  • aparılmış tədqiqatlar, araşdırmalar, proqnozlar, təh­­­lil­­lər, ümumiləşdirmələr əsasında müəssisənin fəaliy­yət pla­­nı tərtib olunur. Plan əsasında müəyyən olu­nur ki, bu fə­aliy­yətlə məşğul olmaqla müəyyən zaman kəsi­yində nə qə­dər mənfəət əldə etmək mümkündür. Çünki, biznesin əsas məq­sədi mənfəət əldə etmək­dən ibarətdir.

2. Fəaliyyət istiqamətinin seçilməsindən sonra növ­bəti mər­hələ fəaliyyətin təşkili mərhələsidir. Bu mər­hə­­lədə isteh­sal üçün lazım olan ünsürlər, yəni əsas vəsait­lər (tex­nika, texnologiya, avadanlıq, dəzgah və s.), döv­riy­­yə və­sait­ləri (xammal, material, yanacaq və s.), işçi qüv­vəsi cəlb edi­lir və onlar istehsala hazır vəziyyətə gə­ti­ri­lir.

3. Bundan sonra istehsal prosesinə başlamaq olar. Bu mər­hə­lədə sahibkar və ya biznesmen fəaliyyətin həya­ta keçi­rilməsini təmin etməlidir. İstehsal xammaldan ha­zır məh­sul hasil edilməsi prosesidir. Deməli, bu mər­hələnin sonun­da bazar üçün maddi nemətlər hasil olur.

4. Növbəti mərhələdə sahibkar istehsal etdiyi məh­su­lu sat­maq haqqında düşünür. Çünki satışdan əldə edilən ma­liyyə vəs­aiti yenidən istehsala sərf olunacaq və müəs­si­sə­də geniş tək­rar istehsal prosesi təmin ediləcəkdir.

5. Sahibkar və ya biznesmenlər fəaliyyətə nəzarəti hə­ya­ta keçirirlər. Nəzarət baş vermiş kənarlaşmaları ara­dan qaldırmaq və onların gələcəkdə bir daha təkrar­lan­maması məqsədini daşıyır.


2.2.Müəssisə və təşkilatlar, onların idarə edilməsi
Müəssisələr özünün balansına, möhür və ştampına ma­lik olan hüquqi şəxslərdir. Müəssisə və təşkilatlar icti­mai məna­­feyə xidmət etməklə, mənfəət əldə etmək məq­sə­di daşı­yır.

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəs­­­­si­sə və təşkilatlar mülkiyyət formalarının müxtə­lif­liyi ilə bir-birindən fərqlənirlər. Azərbaycan Res­pub­lika­sı­nın Kons­ti­­­­tusiyasına əsasən mülkiyyətin 3 forması möv­cud­dur. Bunlar aşağıdakı­lardır:



  • dövlət mülkiyyəti;

  • xüsusi mülkiyyət;

  • bələdiyyə mülkiyyyəti.

Dövlət mülkiyyəti bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da mövcuddur. Azərbaycan Res­pub­li­ka­­sı­nın Mülki Məcəlləsinə əsasən əmlak paylarının bölün­mək hü­ququ olmayan mülkiyyətçilərin yaratdığı təşkilatlar döv­­lət müəssisələri hesab olunur. Dövlət müəssisələrinin ni­zam­na­mə fondu dövlətə məxsusdur. Dövlət müəs­sis­ə­lə­ri­­nin tim­sa­lında büdcədən maliy­yə­lə­şən və təsərrüfat he­sab­lı müəs­sisələr fəaliyyət göstərə bilərlər. Dövlət müəs­si­səsi bütün öh­dəliklərinə öz əmlakı ilə cavabdehdir. Döv­lət müəs­sisə­lərinin aşağıdakı növləri var­dır:

  1. Əmlakı tamamilə dövlətə məxsus olan müəs­si­sə­lər.

  2. Səhmlərin nəzarət paketi dövlətə məxsus olan müəs­­­­sisələr.

Dövlət müəssisələri təsisçilərin onlara verdiyi hü­quq­­­lardan asılı olaraq 2 cür təsnifləşdirilirlər.

  • təsərrüfatçılığı aparmaq hüququ olan müəs­sis­ə­lər;

  • operativ idarəetmə hüququ olan müəssisələr.

Təsərrüfatçılığı aparmaq hüququ operativ idarə­etmə hü­qu­qundan daha genişdir. Təsərrüfatçılığın aparıl­ması hü­qu­quna malik olan müəssisələr mövcud qanun­ve­ricilik akt­­la­rına, dövlət qərarlarına uyğun olaraq müs­təqil forma­da fəa­liyyət göstərirlər. Bu tip müəssisələr öz fəaliy­yət­lə­ri­ni, pers­pektivlərini və strategiyasını müstəqil su­rətdə müəy­­­yən edir, təsisçi və ya yuxarı təşkilatlar qar­şısın­da he­­­­­s­a­bat ve­rirlər.

Lakin operativ idarəetmə hüququna malik olan müəs­­­s­i­­sələr asılılıq dərəcəsinin çox olmasına görə fərq­lənirlər. Bu tip müəssisələr yalnız yuxarı təşkilatların və ya təsis­çi­lə­rin planları, göstərişləri, tapşırıqları, təlimatları əsasında fəa­liyyət göstərirlər.

Qeyri-dövlət müəssisələri qeyri-dövlət mülkiyyəti əsa­sın­da yaranır. Qeyri-dövlət müəssisələri Vergilər Na­zir­­­­liyin­dən və ya Ədliyyə Nazirliyindən qeydiyyatdan keç­məklə yara­nır. Bu cür müəssisələr bir və ya bir neçə şəxs tərə­fin­dən təşkil oluna bilərlər. Yəni qeyri-dövlət müə­s­si­sə­lə­rinin ya­ran­masında fəaliyyətdə olan bir və ya bir neçə qeyri-döv­lət müəssisələri də iştirak edə bilərlər.

Qeyri–dövlət müəssisələrinin mülkiyyəti xüsusi mül­­kiy­­yətdir və nizamnamə kapitalı dövlətə məxsus deyil. Qey­ri–dövlət müəssisələri dövlət müəssisələrinə nisbətdə daha çox müstəqildirlər. Qeyri-dövlət müəs­sis­ə­lə­ri fəaliy­yə­tini özü planlaşdırır, daha müstəqil stra­te­gi­ya həyata ke­çirirlər. La­kin bütün cəmiyyətlərdə olduğu kimi Azər­bay­can Res­pub­likasında da qeyri-dövlət müəssi­­sələrinin fəaliy­yəti döv­lət tərəfindən qanu­n­veri­ci­lik əsasında tən­zim­lənir.

Təsərrüfat hesablı dövlət və qeyri-döv­lət müəs­sisələri xərc­lərini öz gəlirləri hesabına ma­liy­­­yə­ləş­di­rir­lər. Təsər­rü­fat hesablı müəssisələr vergi xid­mə­ti or­qan­la­rı­na, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Statistika Komitəsinin yerli şö­bə­lə­ri­nə və s. təşkilatlara hesabatlar təqdim edir­lər. Büd­cədən ma­l­iyyələşən dövlət müəs­sisələrinin xərc­ləri büd­­cə hesabına həyata keçirildiyi üçün onlar yer­li maliyyə orqanları qar­şı­sın­da hesabat ve­rirlər.

Döv­lət ölkənin sosial-iqtisadi inki­şa­fı­nın tələb­lə­ri­nə uyğun olaraq istər dövlət, istərsə də qeyri-döv­lət mü­əs­­sisələrinin fəal­iy­yə­­tini tən­zimləyir və nəzarət edir. Bu pro­seslər İqtisadi İn­ki­şaf Nazir­liyi, Vergilər Na­zir­li­yi, Ma­liy­yə Na­zirliyi, Döv­lət Gömrük Komitəsi, Ədliy­yə Nazirliyi, pro­ku­rorluq, məh­kə­mə orqanları və s. bu kimi təşki­lat­lar tə­rəfindən həya­ta keçirilir.



Müəssisələrin təsnifat əlamətlərinə görə növləri




Təsnifat əlamətləri

Müəssisələrin növləri

1.

Əsas fəaliyyət sferasına görə

-istehsal

-tikinti


-nəqliyyat

-rabitə


-maliyyə-kredit

-ticarət


-tədris

-səhiyyə və s.



2.

Mülkiyyət formasına görə

-dövlət

-xüsusi


3.

Həcminə (mənfəətin və satışın həcminə, işçinin sayına görə)

-iri

-orta


-kiçik

4.

Nizamnamə kapitalının mənbəyinə görə

-xarici

-birgə


-milli

5.

Təşkilati-hüquqi formalarına görə

-məhdud məsuliyyətli cəmiyyətlər

-səhmdar cəmiyyətlər

-ortaqlıqlar

-kooperativlər və s.



6.

Yaratdığı ittifaqlara görə

-holdinq

-trest


-konsern

-assosiasiya

-maliyyə-sənaye qrupları


7.

Sənaye sahələrinə görə

-ağır sənaye

-yüngül sənaye

-hasilat sənayesi

-emal sənayesi





Müəssisələrin təşkilati – hüquqi formaları. Müəs­si­­sə və təşkilatların təşkilati–hüquqi formalarına fərdi (ai­lə) müəs­sisələri, kooperativləri, məhdud məsuliyyətli cə­miy­yətləri, açıq və qapalı səhmdar cəmiyyətləri, bir­ja­la­rı, fond­ları, bankları, ittifaqları (birlikləri) və s. göstərmək olar.

Fərdi (ailə) müəssisələr. Beynəlxalq təcrübəyə əsa­sən fərdi müəssisələr qeyri-döv­lət müəssisələri hesab edi­lir. Fərdi müəssisələr bəzən ailə üzv­ləri tərəfindən təş­kil olunur. Fərdi müəssisələrin mül­kiy­yət­çiləri öhdə­lik­lə­ri­nin yerinə yetirilməsinə görə öz əmlakı (ailə­sinin əmlakı) ilə məsuliyyət daşıyırlar.

Fərdi (ailə) müəssisələrə kəndli-fermer təsərrüfat­la­rı­nı, pəra­kəndə ticarət köşklərini, avtomobil təmiri ema­lat­­xa­na­la­rı­nı, məişət cihazları təmiri ilə məşğul olan müəs­sisələri, ayaq­qabı pinəçilərini misal göstərmək olar. Fərdi müəs­si­sə­lər olduqca kiçik miqyaslı müəssisələrdir və onların kapital çər­çi­və­si məhdud olur. Azərbaycan qanun­verici­li­yində hal-hazırda fər­di müəssisə anlayışı yoxdur.



Məhdud Məsuliyyətli Cəmiyyət (MMC). MMC-lər bir və ya bir neçə şəxs tərəfindən yaradılır. MMC-nin ka­pi­­talı təsis sənədilə müəyyən olunmuş ölçüdə paylara bö­lünür. Cə­miy­yətin iştirakçıları onun öhdəliklərinə ca­vab­deh deyil­dir. Onlar qoyduqları əmlakın dəyəri həc­min­də riskə məruz qa­lır­lar.

MMC bir nəfər tərəfindən təsis edilirsə, bu zaman o, nizamnaməni tərtib edib təsdiq olunması və dövlət qey­diy­yatından keçmək üçün müvafiq orqanlara təqdim edir. Əgər cəmiyyət iki və ya daha artıq şəxs tərəfindən təsis olu­­nursa, bu zaman əvvəlcə təsisçilər arasında təsis müqa­vi­­ləsi bağlanır, sonra isə həmin müqavilənin əsasında ni­zam­­na­mə tərtib olunur, təsdiq edilməsi üçün təqdim olu­nur. Məh­dud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı müəy­yən olunmuş həddi keçdikdə, 1 il müddətində səhm­dar cə­miy­­yətə çevrilməlidir. Bu müddət ərzində cə­miy­yət iş­ti­rak­çıların sayını azalda da bilər. Əks təqdirdə məh­kə­mə qay­da­sında cəmiyyət ləğv edilməlidir.

MMC-nin ali orqanı onun iştirakçılarının ümumi yı­ğın­cağıdır. Ümumi yığıncaq müstəsna hüquqlara malik o­lur:

- nizamnamə və nizamnamə kapitalını dəyişdirmək;

- cəmiyyətin icra orqanlarını, təşkilati strukturu ya­rat­maq;

- illik hesabatları, müəssisənin balansını təsdiq et­mək, mən­fəəti bölüşdürmək;

- cəmiyyəti ləğv və ya yenidən təşkil etmək haq­qın­da qə­rar qəbul etmək;

- cəmiyyətin təftiş komissiyasını yaratmaq, cə­miy­yə­tin fəaliyyətini yoxlamaq və ya yoxlatdırmaq.

Ümumi yığıncaq MMC-nin rəhbərlərini təyin edir. MMC-yə rəhbərlik kollegial və ya vahid rəhbərlik qay­da­sın­­da həyata keçirilir. Rəhbər iştirakçılardan və kənar adam­­lar­dan seçilə bilər. Rəhbər MMC-nin fəaliyyətinin nə­ticələrinə görə məsuliyyət daşıyır və onların fəaliyyətini ida­rə edir.

Səhmdar cəmiyyət. (SC) Nizamnamə kapitalı müəy­­­­­yən sayda səhmlərə bölünən cəmiyyət “Səhmdar cə­miy­­yət” ad­lanır. Səhmdar cəmiyyətin iştirakçıları öhdə­li­yə görə mə­su­liyyət daşımırlar və səhmlərin dəyəri həc­min­də riskə mə­­ruz qalırlar. Səhmdar cəmiyyətlər MMC–lərə müəy­­yən mə­­nada oxşar müəssisələrdir. Lakin onların aşa­ğı­­­dakı fərq­ləri var­dır:


  1. Səhmdar cəmiyyətlərdə paylar bərabər bölünür və səhm­ləşdirilir.

  2. Səhmdar cəmiyyətlərdən çıxmaq istəyən səhmdar öz səhmini götürə bilməz, yalnız sata və kiməsə verə bi­lər.

  3. Səhmdar cəmiyyətlərdə böyük kapital kiçik əma­nət­çilər arasında təmərküzləşir.

  4. Səhmdar cəmiyyətlərdə paylar MMC-yə nisbətən daha asanlıqla satılıb və özgəninkiləşdirilə bilər.

Səhmdar cəmiyyətin ali idarəetmə orqanı səhm­dar­la­rın ümumi yığıncağıdır. Ümumi yığıncağın müstəsna sə­la­hiy­yətləri vardır.

- Səhmdar cəmiyyətin nizamnaməsini və ya nizam­na­mə ka­pitalını dəyişdirmək;

- Direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının üzvlərini seçmək və onların fəaliyyətinə xi­tam vermək;

- Cəmiyyətin icra orqanlarını, təşkilati strukturu ya­rat­­maq (Bu funksiya nizamnamə ilə direktorlar şura­sı­na və ya müşahidə şurasına da həvalə edilə bilər.);

- Cəmiyyətin illik hesabatlarını, mühasibat balans­la­rı­nı təs­diq etmək, mənfəəti bölüşdürmək.

- Cəmiyyətin təşkili və ya ləğvi haqqında qərar qəbul et­­­mək.

Səhmdarların sayı əllidən çox olduqda SC-lərdə Direk­­torlar Şurası yaradılır. Direktorlar Şurası gördüyü iş­lər ba­rəsində ümumi yığıncağa hesabat verir. Direktorlar Şu­rası cari idarəetməni və nəzarəti həyata keçirir. Bu şura daha çox səlahiyyətə malikdir. Şura direktor­ların işinə nəzarət edir və səhmdarların maraq­larını müdafiə edir.

Səhmdar cəmiyyətlər açıq səhmdar cəmiyyətlərə (ASC) və qapalı səhmdar cəmiyyətlərə (QSC) bölünür. ASC-də səhmdarlar digər səhmdarların razılığı olmadan öz səhm­lərini sərbəst surətdə sata və ya başqasına verə bi­lər. ASC-lərin səhm buraxmaq və ona açıq abunə ya­zı­lı­şı elan et­mək ixtiyarları vardır.

Lakin QSC-lərdə səhmlər yalnız təsisçilərin və qa­baq­­ca­dan müəyyən edilmiş şəxslərin arasında bölüşdürülə bi­lər. QSC-lərdə səhmlərə açıq abunə yazılışı həyata ke­çi­ri­lə bil­məz. Qapalı səhmdar cəmiyyətin səhmdarlarının sayı çoxa­lar­sa, o, açıq səhmdar cəmiyyətə çevrilməlidir.

Səhmdar cəmiyyətin idarə olunmasının ali orqanı səhm­­­­­darların yığıncağıdır. Bu yığıncağa səlahiyyətlər Mül­­­­ki Mə­cəllənin müvafiq müddəalarına əsasən verilir. Hə­min sə­lahiyyətlər heç kim tərəfindən, hətta yığıncağın özü tə­rə­fin­dən də artırılıb-azaldıla bilməz.

Səhmdar cəmiyyətlərin yığıncaqlarının qərarı 2/3 səs çox­luğu ilə qəbul edilir. Qərarlar yalnız gündəliyə sa­lın­mış məsələlər üzrə qəbul edilir. Direktorlar şurasında isə sadə səs vermə keçirilir. Hər bir üzv bir səsə malikdir. Bu zaman 50%+1 səs qərarın qəbul edil­məsinə əsas verir. Əgər səslər bərabərdirsə, direktorlar şurasının sədrinin səsi həlledici olur.

Səhmdar cəmiyyətlərin yığıncaqlarında səsli səhm­lə­rin 60%-inin sahibləri iştirak etdikdə yığıncaq səlahiy­yət­lidir. Əks təqdirdə iclas yenidən çağırılmalıdır. Bu dəfə səsli səhmlərin 40%-nin sahibləri iştirak edərsə yetərsay vardır. Yetərsay olmadıqda iclas yenidən çağırılır. Bu də­fə yetərsay 25% hesab edilir. Yenə yetərsay olmadıqda, növ­bəti dəfə iclas çağırılır. Bu dəfə yetərsay olmadan ic­las keçirilə bilər. Hətta həmin iclasda səhmdar cəmiyyətin ləğvi ilə əlaqədar qərar qəbul edi­lə­rək Qiymətli Ka­ğız­lar Komitəsinə müraciət də qəbul oluna bilər.

İclasın yekununda qəbul edilmiş qərarlarla bağlı pro­to­­kol tərtib edilir. Protokolu iclasın sədri və katib im­zalayır.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə