Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

Sonra  Dəniz  sultanı  bütün  yırtıcılara  əm  etdi  ki, 

Dəniz balasına dəyməsinlər.

 

          



Bir gün Su aslanı balalarına yosun yığmağa çıxmışdı. Dəniz balası da 

həmişəki kimi onun yanında üzürdü. Bu vaxt çox dəhşətli bir hadisə baş verdi.

 

        


Sindinin  qayığını  ortadan  bölüb,  özünü  isə  udmuş  həmin  köpək  balığı 

uşağı görən kimi tanıdı.

 

         



Köpək  balığı  ifritə  Sindini  yeyəndən  sonra  körpənin  düşdüyü  yeri  çox 

axtarmışdı  ki,  onu  da  yesin.  Amma  nə  qədər  axtarmışdısa  da,  tapa 

bilməmişdi.

 

         



İndi o, çoxdan axtardığı şikarını tapmışdı. Köpək balığı balıqlar danışan 

dildə uğuldayaraq Su aslanına dedi:

 

         -



Sən mənim şikarıma sahib çıxmısan! Onu insan öz əli ilə mənə atdı ki, 

yeyəm,  amma  sonra  nə  qədər  axtardımsa,  tapa  bilmədim!  Sən  mənim 

şikarımı oğurlamısan. Öz xoşunla onu geri qaytar!

 

          



Su aslanı qəzəbləndi:

 

          -



Sən  nə  cürətlə  onu  yemək  istəyirsən?  Ona  Dəniz  sultanı  ad  qoyub. 

Bütün  yırtıcılara  tapşırıb  ki,  onu  yeməsinlər.  Sənin  bu  hərəkətindən

  

Dəniz 


sultanı  xəbər  tutsa,  mütləq  səni  cəzalandırar.  Həm  də  insan  mənim  balam 

sayılır. Mən onu əmizdirmişəm. Heç vaxt qoymaram kimsə onu incitsin.

 

         



Köpək balığı körpənin üstünə cumdu:

 

         -Düz dem



irsən , şikar özümündür!

 

         



Belə  deyə

-

deyə  köpək  balığı  körpəni  udmaq  üçün  ağzını  geniş  açaraq 



ona tərəf üzdü. Özü də çox qəzəbli idi. Hələ bu vaxta qədər onun qənimətini 

əlindən alan olmamışdı. Iti dişlərini qıcıdı.

 

         



Artıq körpəni öz balası bilən Su aslanının hirsindən gözlərinə qan gəldi. 

O,  körpəni  köpək  balığından  qorumaq  üçün  özünü  irəli  verdi.  Və  başı  ilə 

körpəni bərkdən itələdi ki, ona zərər toxunmasın. Sonra isə köpək balığının iti 

dişlərindən qurtarmaq üçün yan tərəə üzdü. Gücünü toplayıb təzədən qayıtdı, 

başı  ilə  köpək  balığının  böyründən  elə  vurdu  ki,  köpək  balığı  sancılandı. 



Amma  acgöz  yırtıcı  bir  az  üzəndən  sonra  geriyə  döndü  və  yenidən  Su 

aslanının üstünə cumdu. Onların arasında əsl ölüm

-

dirim vuruşması başlandı.



 

          Su  aslan

ına  gücü  çatmayacağını  görən  köpək  balığı  uzun

-

uzadı, 



uğultulu səslə bütün köpək balıqlarını köməyə çağırdı. Bunu görən Su aslanı 

da digər Su aslanlarını köməyə çağırdı. Çox az bir vaxtda onlara kömək gəldi. 

Hər iki sürü arasında qanlı savaş başlandı.

 

         



Bir xeyli sonra yırtıcı köpək balıqlarına düşmən olan gəmi iblisləri və ağ 

balıqlar  da  Su  aslanlarının  köməyinə  çatdı.  Işi  belə  görən  köpək  balıqları 

yavaş

-

yavaş aradan çıxdılar.



 

         

Ara  sakitləşəndən  sonra  Su  aslanı  baxdı  ki,  Dəniz  balası  yoxdur.  Elə 

bildi  ki,  onu  köpək  balıqları  yeyib.  Nigaran

-

nigaran  onu  axtarmağa  başladı. 



Nəhayət, xeyli axtarandan sonra onu tapdı. Balaca bala savaşdan qorxmuş və 

qorxudan düz, dənizin dibinə çəkilmişdi. Su aslanı onun qolundakı mirvaridən 

tutaraq  çəkin  yuvasına

 

gətirdi.  Hər  şeyi  olduğu  kimi  balalarına  danışdı. 



Balaları sevindilər. Dəniz balaını balaca dilləri ilə yalamağa başladılar. Dəniz 

balası  da  istədi  onlar  kimi  eləsin.  Amma  balaca  Su  aslanlarının  üstlərindəki 

xırda  tikanlar  onun  dilinə  batdı.  O,  məhəbbətini  insanlar  kimi  büruzə  verdi. 

Toppuş


  

əlləri ilə ögey qardaşlarını –

 

balaca Su aslanlarını tumarladı, əzizlədi. 



Sonra isə başını qoydu Su anasının qarnına və şirin yuxuya getdi.

 

         



Hə...bunlar  suda  olanlardı,  indi  gəlin  xəbər  tutaq,  quruda  olanlardan

... 


Həm də görək neçə müddət əvvəl körpə anadan olandan sonra quruda nələr 

baş verdi?..

 

         



Şah  və  yaxınları  dəniz  səyahətindən 

qayıdanda  dərviş  sahildə  onları  gözləyirdi.  O, 

uzaqdan  şahın  gəmisini  görəndə  sevindi. 

Nəhayət 


ki, 

onlar 


sağ

-salamat 

geri 

dönmüşdülər. Amma gəmi yaxınlaşanda dərviş 



gördü  ki,  gəmidə  kədər  sakitliyi  ,  qayıdanların 

çöhrəsində 

vahimə, 

təlaş 


var. 

Şahın 


şeypurçuları  çalmır,  şahın  qayıtmaq  xəbərini 

vermirdilər. Dərviş bədbəxt hadisə baş verdiyini 

yəqin elədi.

 

          



Gəmi 

sahilə 


çatdı.Şah 

dərvişlə 

görüşəndən sonra dərd içərisində baş verənləri 

ona nağıl elədi.

 

          



Dərviş  olanlardan  xəbər  tutanda  çox 

bikef  oldu.  Onun  bütün  zəhməti  hədər  getmiş, 

şah yenə də övladsız qalmışdı.

 

          



Şah  əmin  idi  ki,  vəhşi  balıq  Sindi  ilə 

bərabər,  onun  balasını  da  yeyib.  On  görə  də 

qırx  gün,  qırx  gecə  balasına  yas  saxladı.  Bu  qırx  gündə  Səhralar  ölkəsində 

deyib-


gülən olmadı.

 

          



Balasına  yas  saxlayan  Ağca  başından  qara  yaylığını  açmadı. 

Gündüzləri  yemədi,  gecələri  yatmadı.  O,balasının  ölümünə  inanmır,  gecə

-

gündüz ağlayır, Allaha yalvarır, balasının sağ qalması üçün dua edirdi:



 


         -

Tanrı, sənə yalvarıram, qoru mənim balamı, onu pislərdən, zalımlardan 

qoru! Rəhm elə körpə balama, qoru körpəmi! Ana südünə həsrət körpəmi, ana 

laylası eşitməyən körpəmi! Qoru onu, Allahım! Yalvarıram sənə, qoru!

 

               



Düz, otuz doqquz gün Ağcanın gözünə yuxu getmədi. Qırxıncı gün 

nəhayət ki, az da olsa yuxuya getdi. Elə təzəcə yuxuya getmişdi ki, dəhşətli bir 

yuxu  gördü.  Yuxuda  gördü  ki,  dəniz  təlatümdədir.  Dənizin  suyu  buludlara 

qədər qalxıb

-

düşür. Onun körpə balası isə dalğaların arasında çabalayır. Özü 



də  soyuqdan  əsim

-

əsim  əsir.  Dil  açıb  danışır.  Səsi  titrəyə



-

titrəyə  :  ”Ana, 

haradasan,  gəl  isit  məni,  üşüyürəm”

-

deyir.  Gah  boğulur,  gah  da  sahilə  çıxıb 



təngənəfəs havaalır. Elə bu vaxt haradansa böyük bir köpək balığı peyda olur. 

Ağzını  açır  ki,  körpəni  udsun.  Güclə  canını  qurtaran  körpə,  əllərini  uzadıb 

anasından kömək imdad istəyir. ..Heç kimdən kömək görməyib özünü sahilə 

çatdırır.  Uzanır  ki,  qumluqda  isinsin,  dənizdən  böyük  bir  dalğa  gəlib  onu 

təzədən  dənizə  aparır.  Körpə  çığırıb  deyir:  “Sən  məni  saxlaya  bilmədin.  İndi 

mən dənizin balasıyam! Dənizin balasıyam! Dənizin balasıyam!”.

 

      


Yuxudan  dik  qalxan  Ağca  hönkürtü  çəkib  ağlayır.  Bu  vaxt  dərviş  onun 

ağlamaq səsinə gəlir:

 

         -



Ağlama, xanım! Səbirli ol!

 

      



Ağca gözlərinin yaşını selə

-

suya döndərib dedi:



 

          -

Ağa dərviş, sən əlindən gələni elədin ki, şahın taxt

-

tacı boş qalmasın. 



Amma şahın əli boşda qaldı. Mən isə övladımı dənizdə qərq elədim. Bilsəydim 

başıma  bu  müsibətlər  gələcək,  heç  vaxt  həmin  mirvarini  qoluma 

bağlamazdım. Olan oldu, keçən keçdi. Kədər ürəyimi deşdi. Kömək elə mənə. 

Oğlum yuxuma girib. Yuxuda görmüşəm ki, o sağdır. Məni köməyə çağırır.

 

       


Dərviş ağcanı sakitləşdirdi:

 

          -



Səbr  elə,  xanım!  Səbr  Allahın  kəlamıdır.  Yuxunu  gördüyün kimi mənə 

danış!


 

       


Ağca  yuxusunu  necə  görmüşdüsə,  eləcə  də  dərvişə  danışdı.  Sonra  isə 

dedi: 


          - 

Bir  rəml  at, Ağa  dərviş!  Cavabın  mənə  təsəlli  olsun!  Bir  rəml at,  Ağa 

dərviş,  dediklərin  yaralı  ürəyimə  məlhəm  qoysun!  Sevindir  məni,  Ağa dərviş. 

Bir rəml at, de, dəniz balamı qaytaracaq!

 

       


Dərviş yuxunu yozdu:

 

          - 



Yuxun deyir oğlun sağdır, amma görək rəml də bunu deyirmi xanım? 

Bircə  mənə  söz  ver  ki,  falda  qara  xəbər  çıxsa  məni  qınamayacaqsan,  şad 

xəbər çıxsa inanacaqsan!

 

       



Ağca gözlərinin yaşını sildi:

 

         - 



Razıyam, Ağa dərviş, and içirəm, falda qara xəbər çıxsa inanacağa

m! 


Sən bircə mənə balamdan xəbər de!

 

        



Dərviş  rəml  boxçasını  açdı.  Bir  kasaya  su  doldurub  boxçanın  ortasına 

qoydu.  Başına  qara  bir  yaylıq  örtdü.  Bir  azdan  sonra  isə  aylığı  başından 

götürüb bir tərəfə atdı:

 

         -



Sənə xoş xəbərim var, xanım! Oğlun

 

sağdır! Amma bəd xəbərim də var! 



Bəd  xəbərim  isə  odur  ki,  mirvaridən  yaranmış  dəniz  balası  dənizin 

qismətindədir.  Mirvari  qolbaq  qolunda,  su  aslanları  ətrafında  balıq  kimi 




yaşayır,  balıq  kimi  üzür,  balıq  yeyəndən  yeyir.  Insan  onu  dənizə  atıb,  dəniz 

daha o


nu insanlara qaytarmaq istəmir. O, dənizin balası olub.

 

         



Ağca  hönkürtü  çəkdi.  “Dəniz  balamı  əlimdən  aldı”  deyib,  qəşş  eləyib, 

yerə  yıxıldı.  Dərviş  dediklərinə  peşman  oldu.  Ağcanın  üzünə  su  çiləyib  onu 

birtəhər ayıltdı. Hannan

-

hana Ağca özünə gəldi.



 

Dərviş dedi:

 

         - 



Xanım, oğlunu xilas eləməyin yolu var. Amma bu, çox çətin bir yoldur. 

Şah gərək bu işdə bizə kömək edə. Gedək şahın hüzuruna!

 

         



Sonra  dərvişlə  Ağca  xanım  şahın  yanına  getdilər.  Şah  taxtında  bikef 

oturmuşdu. Ağca yuxusunu, dərviş də falda çıxanları şaha danışdı.

 

         



Şah dərvişin sözünə inanmadı:

 

          - 



Nə  danışırsan,  dərviş  ?  Heç  insan  da  suda  yaşayar  ?  Məgər  insan 

balıq


-

zaddır?


 

         

Dərviş şahı inandırmağa başladı:

 

          - 



Şahım,  unutma  ki,  uşaq  dəniz  mirvarisindən  yaranıb.  Ona  görə  də 

onun bu vaxtacan sağ qalmasına inanmaq gərək. Mənim falım heç vaxt məni 

aldatmayıb. Sən gəl axırıncı dəfə mənə inan!

 

          -



Dərviş,  tutalım  ki,  sənə  inandım,  bəs  mən  oğlumu  necə  qaytara 

bilərəm?


 

          

Dərviş bu sualın cavabını dedi:

 

           -Qibleyi-



aləm,  bunun  üçün  gözləməlisən.  Oğlun  bir  az  böyüməli,  hər 

şeyi dərk etməlidir. Sonra isə onu tapmaq üçün dənizə çıxmalısan. Təkcə və 

balaca bir qayıqla. Qolunda da onun qolundakı mirvari düzümünün bir tayı.O 

vaxta  qədər  ki,  oğlun  qolundakı  mirvarini  görsün.  Onda  özü  gəlib  səni 

tapacaq. 

         

Dərviş şahın inamsız baxışlarını görüb dedi:

 

          -



Şahım! Əgər dediklərim yalnış olsa, başımı vurdurarsan!

 

         



Şah qəzəbləndi. O, artıq dərvişə inanmırdı. Qolundakı mirvarini də açıb 

ona verdi: 

          -

Çıx get, dərviş, bu sənin mirvarin, o da sən. Dediklərin cəfəngiyyatdan 

başqa şey deyil. Dərdli vaxtımda mənə təzədən dərd açma!

 

          



Dərviş kor

-

peşman Şaha təzim edib çıxdı. Ağca dərvişin könlünü almaq 



üçün onun arxasınca

 

çıxdı. Dərviş əlindəki mirvarini Ağcaya verib dedi:



 

            -

Dərdli xanım! Mən axırıncı sözümü sənə deyirəm! Oğlunu tapsan da 

dəniz  onu  sənə  qaytarmayacaq,  tufan  qoparacaq.  Bax,  amma  bu  mirvari 

düzümünü dənizə atsan, bəlkə onda rəhmə gələ. Dənizi rəhmə

 

gətirmək üçün 



belə bir mahnı oxu:

 

                         



Dəniz,ya məni apar,

 

                         



Ya da balamı qaytar.

 

                         



Sənin nə çoxdur balan

 

                         



Əl çək, mənim balamdan!

 

                         



Ayırma məni ondan,

 

                         



Dəniz ya məni öldür,

 

                         



Ya da balamı qaytar!

 

            



Ağca Dərvişi yola saldı. Sonra isə dərviş öyrətdiyi mahnını təkrar edə

-

edə mirvarini öpdü.



 


            

Dərviş gedəndən sonra Ağca xanım yenə

 

də hər gün yuxuda oğlunu 



görürdü. Balası ondan imdad diləyirdi. Hər dəfə oğlunu yuxuda görən günün 

səhərisi şahdan xəlvəti dənizə gedər, qayığa minib öz qəmli mahnısını oxuya

-

oxuya balasını axtarardı.



 

            

Nağıl  zamanı  tez  keçər.  Nağıl  dövranı  tez  dolanar,  deyirlər.  Bu 

minvalla illər keçdi.

 

            



Yenə  də  bir  gün  Ağca  dənizə  balasını  axtarmağa  getmişdi.  O, 

gözlərindən yaş axıda

-

axıda mahnısını oxuyur, dənizdən balasını istəyirdi:



 

                         

Dəniz, ya məni apar,

 

                         



Ya da balamı qaytar.

 

                         



Sənin nə çoxdur balan

 

                         



Əl çək, mənim balamdan!

 

                         



Ayırma məni ondan,

 

                         



Dəniz ya məni öldür,

 

                         



Ya da balamı qayta

r! 


        

Ağca  belə  qəmli

-

qəmli  oxuyurdu  ki, 



qəfildən möhkəm tufan başladı. Qayıq bir anda 

çevrildi.  Ağca  suya  düşdü.  Üzə  bilmədiyindən 

çabalamağa,  qışqırmağa  başladı.  Onun  şirin, 

doğma  ana  səsi  balasına  çatdı.  Dəniz  balası 

özünü 

tanımadığı 



anasının 

köməyinə 

çatdıranda  Ağca  artıq  huşunu

  

itirmişdi.  Dəniz 



balası  iti  sürətlə  bircə  anda  boğulan  adamı 

sahilə  çıxartdı.  Onu  yerə  qoyub  qayıtmaq 

istəyəndə...

 

   



Ağca  bir  an  özünə  gəldi.  Baxdı  ki,  onu  xilas 

edən  oğlan  uşağının  qolunda  mirvari  qolbaq 

var. "Sən mənim

 

oğlumsan, mənim balamsan",



-

deyə qışqırmaq istədi. Səsi çıxmadı. Oğlan isə 

heç  bir  tərəfə  baxmadan  xilas  elədiyi  adamı 

sahilə  qoyub  təzədən  dənizə  qyıdırdı.  O, 

yavaş

-

yavaş  suda  görünməz  olurdu.  Bütün 



bədənbi  suya  girmiş,  bircə  başı  qalmışdı. 

Birdən 


Ağcanın

 

səsi 



açıldı:

  



Oğlum, 

getmə, 


dayan! 

Mən 


sənin 

ananam!


 

     


Dəniz balası çevrilib Ağcaya baxdı. O insan dili bilmədiyindən heç nə başa 

düşmürdü.  Yenə  də  üzünü  çevirib  getdi.  Ağca  bilmədi  neyləsin.  Birdən 

dərvişin  dediyi  yadına  düşdü.  Tez  yaylığını  açıb  mirvari  qolbağı  çıxartdı  və 

oğluna 


tərəf 

dizin


dizin 


sürünərək 

çığırdı:


  

 -

Getmə,  dayan  !  Sən  mənim  balamsan!  Göydə  Tanrı,  Yerdə  mən  səni 



dünyaya 

gətirmişəm. 

Eşit 

məni! 


Eşit 

məni, 


oğlum!

  

Dəniz balası yenə dayandı. Səs ona çox doğma gəldi. Bir daha geri boylandı. 



Xilas elədiyi adamın əlində öz qolundakı mirvari düzümündən görcək qayıtdı, 

insana səmt gəlməyə başladı. Bir vaxtlar Dəniz sultanının ona dedikləri yadına 

düşdü:"Sən  insan  balasısan.  Tanrı  insanlara  quruda  yaşamağı  tövsiyə  edib. 

Bir gün dənizdən ayrılıb onların yanına qayıdacaqsan. İnsanlar səni axtaracaq 




və qolundakı mirvaridən səni tanıyacaqlar. Əlində mirvarinin o biri tayı olan bir 

insan gəlib səni həmişəlik dənizdıən ayıracaq. Yadda saxla, o sənin doğman 

olacaq!".  

     


Dəniz  balası  başa  düşdü  ki,  onu  çağıran  onun  doğmasıdır,  gəlib  onu 

aparmağa.

  

Ona  görə  də  qayıtdı.  Qayıtdı  doğmasının  yanına.  Dizi  üstə  onunla  üzbəüz 



oturub  diqqətlə  ona  baxdı.  Ağca  qollarını  aşmışdı  ki,  balasını  qucaqlasın.. 

Oğlan  ona  xeyli  baxdı,  baxdı  birdən  qollarını  açıb  anasını  bərk

-

bərk  bağrına 



basdı.  Bu  dəfə  Ağca  sevindiyindən  huşunu  itirdi.  Əlindən  mirvari  qolbaq 

dənizə düşdü. Dəniz sakitləşdi.

 

 

Dəniz balasının on yaşı olardı. Amma o, 



çox  güclü  idi.  Anasını  çox  asanlıqla  qolları 

üstünə  götürüb  qumdakı  iz  ilə  düz,  saraya 

ədər gətirdi. Sarayda Ağcanın üstünə su töküb 

ayıltdılar.  Ana  ayılanda  oğlunu  şahın  yanında 

gördü.  Şahın  sevinci  yerə

-

göyə  sığmırdı.



  

   


Səhra  şah  dərvişi  tapdırdı.  Şah  dərvişin 

könlünü  almaq  üçün  ona özü  ağırlığında qızıl 

verdi.  

Dərviş  də  oğlanın  tapılmasına  çox  şad  idi. 

Dənizə  gəlib  sahildə  dayandı.  Xeyirxahlığına 

görə  Dənizə

-

Dəniz  sultanlığına  baş  əydi.



  

Sonra  isə  Dəniz  balası  son  dəfə  görüşmək 

üçün 

Su 


aslanı 

anasının 

və 

dəniz 


qardaşlarının  yanına  üzdü.Üzünü  onların 

üzünə  sürtdü.,  kövrəldi,  vidalaşıb  on

lardan 

ayrıldı.  Həmişəlik  insanların  yanına  qayıtdı.



  

    


Səhra  şah  oğlunun  tapılması  şərəfinə 

böyük  bir  ziyafət  qurdurdu.  Özü  də  dənizin 

sahilində.  Yeyib

-

içib,  şənlənmək  düz,  qırx  gün,  qırx  gecə  davam  elədi.  Elə 



həmin  qırx  gündə  də  Dəniz  balası  insan  kimi

 

danışmağı



  

öyrəndi.


  

  

Burda  nağılımız  da  bitdi...  Bir  də  baxdıq  ki,  dəniz  sahilə  bir  dalğa  gətirir. 



Mirvari dalğası. Çalıb

-

oynayan qızlar, gəlinlər hərəsi bir ətək mirvari yığdılar. 



Gülzar  nənələrini  də  yaddan  çıxartmadılar.  Hərəsi  yığdığının  yarısını  mənə 

gətirdi. Sağ olsunlar. Mən də onlara dəniz qədər sevinc dilədim!...



  

Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə