Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

            

Bəs gəmidəkilər nə baş verdiyini güman eləyənə qədər görək körpənin 

a

qibəti necə oldu. Körpənin qismətinə yazılanlardan xəbər tutaq.



 

            

Körpə soyuq, dalğalı dənizə düşdü. Yazıq,yazıq...

 

            



Balaca  canına  nazik  ağ  sarınmış  körpə  dənizin  sərin  suyuna  qərq 

oldu.  Isti  ana  qucağından  soyuq  suya  düşən  körpə  titrəməyə  ,  böyük 

dalğaların arasında çabalamağa başladı.

 

            



Binəva balanın dünyaya gəldiyi ilə başına gəldi?

 

            



Bəli,  qurunun  öz  yazılmamış  qanunları,  dənizin  də  öz  qanunları  var. 

Hər bir canlı, istər quruda yaşasın, istər suda,bu yazılmamış qanunlara riayət 

etməlidir. Yoxsa.., yoxsa o,məhv olar.

 

            



Körpə  suya  düşdü.  O,üzə  bilmədiyindən  yavaş

-

yavaş  suyun  dibinə 



enirdi. 

            

Günahsız  körpə  suyun  dibinə  enməkdə  olsun,  sizə  kimdən  deyim, 

nədən danışım, dənizdə yaşayan Su aslanında

n. 

             



Körpənin  ağlamaq  səsini

  

Su  aslanı  eşitdi.  Bu  səsi  özünün  təzə 



doğulmuş  balasının  səsinə  oxşatdı.  Su  aslanı  da  bir  neçə  gün  idi  ki, 

balalmışdı,onun  beş  balası  doğulmuşdu.  O,  gündə  bir  neçə  dəfə  balalarını 

əmizdirəndən sonra onları bir

-bir  y


uvadan çıxarır, suyun üzərinə qaldırırdı ki, 

balaları  hava  alsın.  Körpə  balalar  üzməyi  təzə

-

təzə  öyrənirdi.  Özləri  suyun 



üzərinə  qalxa  bilmirdilər  ki,  hava  alıb,  yenə  də  yuvalarına  qayıtsınlar.  Ona 

görə  də  tez

-

tez  analarını  köməyə  çağırırdılar.  Belə  anda  ana  gecikərdisə, 



havasılıqdan balalarının ciyərləri partlaya bilərdi. Ona görə də balasının səsini 

eşidən kimi, Su aslanı uzaqda da olsa, tez özünü balalarına çatdırırdı.

 

              



İndi  də  Su  aslanı  dənizdə  arxayın

-

arxayın  üzür,  balalarına  yem  axtarırdı.  Birdən 



səs  eşitdi.  Səs  gələn  tərəfə  getdi.  Elə  bildi  ki, 

ağlayan, çağıran onn balasıdır. Amma körpənin 

yanına  üzəndə  baxdı  ki,  imdada  çağıran  onun 

balasıdır. Amma körpənin yanına üzəndə baxdı 

ki, imdada çağıran onun balası deyil. Su aslanı 

dənizdə heç vaxt belə canlıya rast gəlməmişdi. 

Ürəyi  yumşaq  Su  aslanı  görəndə  ki,  körpə 

boğula


-

boğula suyun dibinə enir, onu imdadına 

çatdı. Fikirləşdi ki, ″bu qəribə balıq” yəqin,uzaq

-

uzaq  dəryalardan  üzüb  gəlib.  Sonra  gördü  ki, 



yox,  canlı  üzə  bilmir,  az  qalır  boğulsu

n,  imdad 

diləyir,qışqırır.  Onun  balası  hava  istəyəndə 

necə  çığırırdısa  da  elə  səs  çıxarır.  Gözlərinin 

kənarları qaralır. Su aslanı bunu həmin an başa 

düşdü.  Yazığı  gəldi  ona.  Onu  qucaqlayıb 

qaldırdı düz, suyun üzünə.

 

  



       

Körpə  balaca  ağzını  geniş  açıb

 

ağız  dolusu  nəfəs  almağa  başladı. 



Bapbalaca ciyərləri doyana qədər nəfəs çəkdi. Sonra sakitləşdi. Elə sakitləşən 

kimi də Su aslanın döşündən süd əmməyə başladı. Bir anlığa Su aslanına elə 

gəldi ki, bu "qəribə canlı" da da onun balalarından biridir. O, körpəni əmizdirə

-



əmizdirə  balalrının  yanına

-

yuvasına  gətirdi.  Balaca  Su  aslanları  körpəni 



tumarlamağa, onunla oynamağa başladılar.

 

         



Su  aslanı  öz  xeyirxahlığından  xoşlandı.  Körpə  də  qığıldamağa,  onlarla 

oynamağa başladı.

 

         



Su  aslanının  başı  öz  balalarına  qarışmışdı.  Bir  də  gördü  ki,  körpənin 

gözlərinin  altı  qaralıb,  qarnı  şişib.  "Yazıq  yenə  boğulur",  deyə  fikirləşdi.  Su 

aslanı nazik bir dəniz tikanı tapdı. Onu körpənin hər iki qulağına batırıb deşdi. 

Bundan sonra körpənin qarnınagetmiş bütün su onun qulaqlarından çölə axıb

-

töküldü.  Bunu  Su  aslanı  yaxşı  bilirdi.  Çünki  onun  neçə  balası  olmuşdusa, 



qulaqlarını özü deşmişdi ki, onlar su ilə rahat nəfəs ala bilsinlər.

 

         



Körpə suda yaşamağa alışdı. Balaca Su aslanları ilə bir yerdə oynamaq 

onun ço


x xoşuna gəldi.

 

         



Nağıl dili yüyrək olur, deyərlər. Günlər keçir, körpə gün

-

gündən dənizdə 



yaşamağa öyrəşirdi. O da balıqlar kimi suyu ciyərlərinə çəkir, sonra isə həmin 

suyu təzədən qulaqlarından buraxırdı. Üzməkdə isə Su aslanlarından heç də 

geri 

qalmırdı.Gün  ərzində  onlar  kimi  dəfələrlə  suyun  üzərinə  qalxaraq  hava 



alır, sonra yenə də suyun dərinliklərinə baş vururdu. Havası çatmayanda daha 

Su  aslanını  köməyə  çağırmır,  özü  suyun  üzünə  qalxır,  hava  alıb  qayıdırdı. 

Acanda da Su aslanını axtarmır, dəniz bitkilərindən,dəniz meyvələrindən yeyib 

başını  saxlayırdı.  Amma  xoşlamadığı  bir  şey  var  idi:  balaca  balıqlar  körpəni 

sancıb  qaçanda  hirslənir,  onlara  səmt  üzür,  tutub,balaca  əlləri  ilə  sıxıb, 

incidəndən sonra onları təzədən buraxırdı. ərköyün körpə gecələr yatanda Su 

aslanının balalarını anasına yaxın buraxmır, özü onun qucağına qısılıb yatırdı. 

Su aslanı hara üzürdüsə, çox vaxt onun ardınca üzürdü.

 

         



Günlər  keçir,  körpə  sudakı,  qurudakı  bütün  canlılar  kimi  yavaş

-

yavaş 



böyüyürdü.  O,balıq  dilini  başa  düşür,  hətta  yavaş

-

yavaş  onlar  kimi  səslır 



çıxarır,danışırdı.  Dənizin  gözəlliklərini  sevir,  yırtıcı  qanunları  ilə  mübarizə 

aparırdı. Bu yırtıcı qanunlardan biri də o idi ki,körpə daim özünü güclülərdən 

qorumalı idi ki, yaşaya bilsin.

 

         



Dəniz  sultanı  onların  sualtı  səltənətində  adam  yaşadığından  xəbər 

tutanda  Su  aslanını  və  onun  qoruduğu  insanı  hüzuruna  çağırtdırdı.  Su 

aslanını xeyirxahlığına görə tərif etdi. Uşağa Dəniz balası adı qoyub dedi:

 

      -



Dəniz  mirvarisindən  yaransan  da  insan  balasısan.  Tanrı  isə  insanlara 

quruda yaşamağı tövsiyə edib. Hər şey Tanrının göstərdiyi kimi olmalıdır. Sən 

bir gün  dənizdən  ayrılıb  insanların  yanına qayıdacaqsan. Onlar səni axtarıb

-

tapacaq  və  qolundakı  mirvaridən  tanıyacaqlar.  Həmin  insanlar  gəlib  səni 



həmişəlik  dənizdən  ayıracaqlar.  İndi  isə  sənə  su  xeyir  –dua  verirəm.  Qoy 

Tanrı özü səni qorusun!

 



Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə