Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

     

Balıqçılardan  bəzilərinin  nəfəsi çatmadığından  yarımçıq  qayıtdılar.  Amma 

bir neçəsi suyun dibindən mirvari axtardı.Onlar suyun dibinə baş vurur

, hava 


çatmayanda suyun üzünə qalxır, nəfəs yığıb, təzədən suya baş vururdular.

 

     



Bir  neçə  gün  əziyyətlə  mirvari  axtaranlar  əliboş  geri  döndülər.Bir  qoca 

balıqçı onlara dedi:

 

      -


Mirvarilər gecə işıq saçırlar, o vaxt onları tapmaq daha asan olur.

 

      



Onlardan çoxu səs

-

səsə verdi:



 

      -


Kim canından bezib, gecə vaxtı dənizin dibinə üzər?

 

      



Səhərisi gün şahın hüzuruna bir cavan balıqçı gəldi. O, şaha çoxlu mirvari 

gətirmişdi.  Onları  gecə  dənizin  dibindən  axtarıb  yığmışdı.  Şah  oğlana  çoxlu 

qızıl  verib yola saldı.Dərviş mirvariləri iki sapa düzdürüb, onlardan iki qolbaq 

düzəltdi. Birini şaha, digərini isə xanıma verdi:

 

        -



Bu  qolbaqlar  uşaq  doğulana  qədər  qolunuzda  olmalıdır.  Körpə  anadan 

olan  kimi  ananın  qolundakı  mirvarini  uşağın  qoluna  taxmalısınız.  Atanın 

qolundakı mirvarini isə açıb dənizə atmalısınız.

 

       



Şah  və  Sindi  diqqətlə  dərvişə  qulaq  asırdılar.  Dərviş  onların  gözlərində 

inamsızlıq  hiss  edib,  qarşısındakı  qara  rəngli  fal  boxçasını  onlara  göstərdi. 

Onun  içərisi  zərli  saplarla  ulduz

 

rəsmləri  işlənmişdi.  Sanki  qaranlıq  səmaya 



bənzəyirdi:

 

          -



Ulduzlar belə deyir, şahım!

 

       



Şah dərviş deyənlə razılaşdı:

 

           -



Nə  deyirəm,  Ağa  dərviş,  təki  övladım,  taxt

-

tacımın  gələcək  sahibi 



olsun! Hər şeyə razıyam.

 

       



Sindi qolbağı görəndə aözını büzdü.Ondan 

xoşu  gəlmədi.Amma  qorxusundan  bir  söz 

demədi.Mirvarilər  gözəl  olsalar  da,  onlardan 

bəziləri  balaca,  bəziləri  isə  böyük  idi.  Xanım 

qılbağı  alıb  çıxdı.  Guya,  onu  qoluna  taxmağa 

getdi. 


       

Sindi  çox  tərs  idi.  Dediyindən  dönməz, 

i

stədiyindən  əl  çəkməzdi.  Gözəl  görünmək 



üçün  əlindən  gələni  edərdi.  Gün  ərzində  altı

-

yeddi  dəfə  libas  dəyişərdi.  Xanımı  başqa  heç 



nə maraqlandırmaz, heç bir şey əyləndirməzdi. 

Uşaqsız  olmağın  xiffətini  isə  şah  özü  tək 

çəkərdi.

 

      



İndi də dərviş deyəndə ki, şah da xanım da 

qolbağı 


qolunda 

gəzdirməlidir, 

Sindi 

qaşqabağını  tökdü.  Otağına  çəkil  dərvişin 



qarasınca  deyinməyə  başladı:  ″Heç  bu  ″əyri

-

üyri″  mirvari  düzümünü  doqquz  ay  qolda 



gəzdirməklə adamın uşağı olar? Bunlar hamısı dərvişin uydurmasıdır.Yaxşısı 

budur, onu kənizin qoluna taxım, dərviş də rəml atanda görsün ki, mirvari qola 

taxılıb.  Özüm  də  qoluma  ona  oxşar  gözəl  qolbaqlarımdan  taxaram.  Şahın 

bundan xəbəri olmaz″.

 



       

Xanım  fikirləşdiyi  kimi  də  elədi.  Ağcanı  çağırıb  mirvari  düzümünü  ona 

verdi və

 dedi: 


         -

Bu qolbağı qolunda gəzdir və bu haqda heç kəsə bir söz demə!

 

       


Ağca qolbağı qoluna taxdı:

 

         -



Baş üstə, xanım,

-dedi. 


       

Dərviş işlərini başa çatdırandan sonra çıxıb getmək istədi:

 

Şah sağ olsun! Mən işlərimi yoluna qoydum.



 

İndi isə izn versəydin gedərdim

 

       


Şah  dərvişə  bu  vaxtacan  çəkdiyi  əziyyətə  görə  bəxşiş  vermək 

istədi.Dərviş razı olmadı. Şahdan heç nə almayıb, yola düzəldi.

 

       


Nağıl dili yüyrək olar, deyərlər. Aradan neçə ay keçdi. Şahın dərdli

-

kədərli 



günlərinin  birində  dərviş  yenə  də  peyda  oldu.  Şah  dərvişi  soyuq  qarşıladı. 

Amma dərviş çox şad görünürdü. O, şahdan soruşdu:

 

       -


Şahım, bəs indi nə dərdin var ki, belə bikefsən?

         

       

Şah bikef



-

bikef dilləndi:

 

       -Taxt-



tacım boşdur, məgər bu az dərddir, ağa dərviş?

 

       



Dərviş eşitdiyinə inanmadı:

 

        -Qibleyi-



aləm,  mən  rəml  atmışam,  tezliklə  övladın  dünyaya  gələsidir. 

Dediyin sözlərə məəttəl qalıram!

 

        -



Dərviş baba, sənin dərmanın mənim dərdimə çarə eləmədi.

 

       



Bunu  eşidən  dərviş  pərt  az  oldu.  Təzədən  rəml  atdı.  Yenə  də  sevincək 

şahı muştuluqladı:

 

         -



Bax şahım, zərlər göstərir ki, az bir zamanda oğlun olacaq!

 

       



Şah  dərvişin  bu  sözlərindən  qəzəblənsə  də  onu  acılamaq 

istəmədi.Dediklərinin  yalan  olduğunu  sübut  eləmək  üçün  əmr  etdi  xanımı 

gəlsin. İstədi dərviş öz gözü ilə onun hamilə olmadığını görsün.

 

       



Xanım içəri girən dərvişin az qaldı dili tutulsun. Günahkar

-

günahkar xahiş 



elədi  ki,  ona  bir  kasa  su  gətirsinlər.  Nökər  suyu  gətirən  kimi  dərviş  xanımın 

qolundakı  mirvari

 

düzümünü  çıxarıb  suya  saldı,  başına  isə  qara  bir  dəsmal 



saldı

  

və əyilib su ilə danışmağa başladı.



 

         Qan-

tər  içərisində  başını  qaldıran  dərviş  fal

  

açanda  başa  düşdü  ki, 



xamın şahı aldadıb, başqa qolbaq taxıb. Barmağını dişlədi. Üzünü şaha tutdu:

 

         -



Şahım, səbirli ol və eşit dediklərimi! Bu mirvari başqa mirvaridir. Əmr et 

ki,  mənim  verdiyim  mirvari  qolbağını  kim  qolunda  gəzdirirsə  onu  tapıb  bura 

gətirsinlər.

 

          



Bu  sözləri  eşidən  xanımın  qorxudan  rəngi  ağardı,  şah  isə  məəttəl 

qaldı.Üzünü xanıma tutub soruşdu:

 

            -



Eşitdinmi?  Dərviş  deyəni  başa  düşdünsə,  əməl  et  onun  dediklərinə! 

Mənim sənə verdiyim mirvarini kim qolunda gəzdirirsə tez bura gətir onu!

 

           



Şahın  qəzəbindən  qorxan  Sindi  tez  gedib  Ağcanın  qolundan  tutub 

gətirdi. Hamı gördü ki, kəniz hamilədir. Şah bu işə mat qaldı:

 

           



Sindi isə dili topuq vura

-vura dedi: 

            -

Şahım,  mənə  verdiyin  mirvari  budur,  kənizin  qolundadır.  Yalvarıram, 

qəzəbin  tutmasın,  rəhm  et  mənə,  şahım,  cəzalandırma  məni!

-

deyib  şaha 



y

alvardı.


 


Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə