Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

    

Amma toydan bir neçə gün sonra Səhra şah sübh tezdən qəfildən arvadını 

bəzənməmiş  gördü  və  onun  qara,  ləkəli  üzünə,  eybəcər,  əyri

-üyri  burnuna 

baxanda  qorxdu.Çirkinliy

indəən  diksindi.  Çox  peşman  olsa  da  abırına, 

həyasına bələnib, səsini çıxartmadı. Öz

-

özünə təsəlli verdi:



 

″Heç olmasa ağıllıdır, verdiyim elə

  

çətin suallara cavab verdi. Şah arvadının 



gözəlliyi vacib deyil, təki ağıllı, tədbirli olsun″.

 

      



Nağıl  dili  yüyürər,  yüyrək  olar  deyərlər.  Şahın  məmləkəti  üzərindən 

gündüz zamanında beş yüz dəfə Günəş keçdi, gecə vaxtında beş yüz dəfə Ay 

ötdü,  amma  hökmdarın  ürəyi  açılmadı  ki,  açılmadı.  Sindi  nə  gözəlliyi,  nə  də 

ağlı  ilə  şahı  sevindirmədi.Həmçinin  şah  bir  tərəfdən  də  övdsızlığın  xiffətini 

çəkdi.

 

      



Şah həmişə bikef gəzdi. Onun övladsızlıq dərd

-

qüssəsi gün



-

gündən artdı, 

heç yerdən dərdinə dərman tapa bilmədi ki bilmədi.

 

      



Şahın  dərdli  günlərindən  birində  ona  xəbər  verdilər  ki,  məmləkətdə  bir 

nurani  dərviş  peyda  olub,  bütün  dərdlərə  dərman  edir,  dərman  edə 

bilmədiyinin isə çarəsini deyir.

 

      



Şah əmr edib dərvişi yanına çağırtdırdı.

  Onunla üz-

üzə oturub taleyindən, 

dünyanın etibarsızlığından gileyləndi. Şah yaşca özündən böyük olan dərvişə 

ilk  söhbətdən  övladsızlıqdan  söhbət  açmağı  ayıb  saydı.  Dərviş  isə  aqil 

adamdı. Bunu o saat başa düşdü:

 

          -



Şahım,

-

dedi.  Sənə  əzab  verən  dərdin  mənə  əyandır.  Bala  həsrəti, 



övladsızlıq həsrəti üzüb səni. Amma səbr et. Bütün dərdlərin çarəsi var. Səbirli 

ol! 


Dərvişin sözlərindən sonra elə bil, şahın çiynindən yük götürüldü. Dərindən ah 

çəkib, dedi:

 

               -



Dərviş  baba,  səbrim  tükənib,  neçə  illərdir  ki,  dərdimi  demədiyim 

təbib qalmayıb. Heç yerdən çarə olmayıb. Axırda yorulub oturmuşam. Amma 

qəlbimdəki  ağrı  məni  tə

rk  etmir,  taxt-

tacımın  bir  gün  boş  qalacağını  yadıma 

salanda ahu-

zarım ürəyimi deşir.Dərdim mənə rahatlıq vermir.

 

        



Dərviş şaha təsəlli verdi:

 

          -



Dərd verən, dərmanı da göndərir, onu tapmaq lazımdır, şahım!

 

         



Dərviş  bunu  deyib  tapşırdı

 

ki,  bağçadan  iki  qönçə  qızılgül  dərib 



gətirsinlər. Sonra isə o, bir kasa torpaq,bir kasa su istədi.

 

          



Onları gətirən kimi dərviş qızılgülləri şaha verib dedi:

 

          -Qibleyi-



aləm! Sən və xanımın bu gülləri iyləyib mənə verin!

 

         



Şah dərviş deyəni elədi. Dərviş gülün birini kasadakı torpağa sancdı.

 

         



Gül torpağa dəyən kimi ləçəkləri də, yarpaqları da yerə töküldü.

 

          



Dərviş  təəssüflə  baçını  yellədi.  Bu  dəfə  ikinci  qızılgülü  kasadakı  suya 

saldı.


 

          

Dərviş bu dəfə gülü suya salan kimi qönçə gül açdı, daha da gözəlləşdi.

 

            



Dərviş  dərindən  bir  ah  çəkdi.  Şah  dərvişin  ah  çəkməsinin  səbəbini 

soruşdu:


 

              -

Ağa  dərviş,  gah  başını  peşiman

-

peşiman  yelləyirsən,  gah  dərindən 



ah  çəkirsən.  Bizə  də  desənə  açdığın  fal  nə  göstərir?  Mən  nigarançılıqdan 

qurtula biləcəyəmmi? Ömrümün axırında olsa, övlad üzü görə biləcəyəmmi?

 



            

Dərviş şahı nigaran qoymaq istəmədi. Amma şad xəbər deyə bilməsə 

də, xoş xəbər də demədi:

 

              -



Şahım, səbirli ol. Mən deyənə diqqətlə qulaq ver. Gördüyün qızılgül 

torpaqda soldu. Fal göstərdi ki, sənin dərdinə dərman torpaqda yoxdur. Ikinci 

qızılgül suda gül açdı, gözəlləşdi. Onda bildim ki, dərdinin çarəsi sudadır.

 

            



.Şahın səbri çatmadı:

 

            -Ya quruda, ya suda, d



ərviş, çarə de dərdimə!

 

            



Dərviş şahı sakitləşdirdi:

 

             -



Şah sağ olsun, bir azca səbirli olsan, onu da deyərəm!

 

            



Sonra dərviş gülü sudan çıxartdı, onu özü də qoxulayıb kənara qoydu. 

Baçına qara bir dəsmal saldı. Əyildi kasanın üstünə, dua oxumağa başladı.

 

             



Birdən  nə  gördüsə,  dəsmalı  başından  kənara  atdı.  Qan

-

tər  içində 



kasadakı suda

-

falda gördüklərini şaha nağıl eləməyə başladı:



 

              -

Kasada dərya gördüm. Dəryanın dibində ağappaq mirvarilər. Həmin 

o  m


irvariləri tapdırıb gətirtməlisən, şahım! Ondan iki qolbaq düzəltdirməlisən. 

Birini  özünün,  digərini  isə  xanımının  qoluna  taxmalısan.  Həmin  mirvarilər 

yavaş

-

yavaş balalamağa, artmağa başlayacaqlar. Onlarda olan analıq dühası 



sənin xanımına da keçəcək və o,hamilə olacaq. Həmin qolbaq düz doqquz ay, 

doqquz  gün,  doqquz  gecə  xanımın  qolunda  qalmalıdır.  Hər  ikiniz  uşaq 

doğulana qədər qolbağıları qoruyub qolunuzda saxlamalısınız.

 

              



Şah diqqətlə dərvişə qulaq asandan sonra dedi:

 

                -



Xəzinəmdə  nə  qədər  desən  mirvari  var.  Xəzinadara  əmr  edərəm, 

elə indi gətirər.

 

               



Dərviş etiraz elədi:

 

                -



Yox,  şahım!Mirvarilər  ancaq  dənizin  dibindən  çıxarılmalı,  kimsənin 

qoluna taxılmamalı, yad qadın əlinə dəyməməlidir. Həmin mirvarilər yalnız və 

yalnız sənə və xanımına məxsus olmalı, sizin qolunuzdan asılmalıdır! Uşağın 

doğulmasına az müddət qalmış gələcəyəm. Sonra nə etmək lazım olduğunu 

onda deyəcəyəm.

 

             



Səhra  şah  dərvişin  dediyinə  çox  da  inanmadı.  Bunu  dərviş  başa 

düşdü. Qalxdı ayağa, şaha baş əydi, istədi çıxıb getsin, şah dedi:

 

            -



Ayaq  saxla,dərviş,  dediklərin  çox  inandırıcı  olmasa  da,başqa  əlacım 

yoxdur,eləməlıyəm. Ona görə də bir müddət qal mənimlə, dərdimə çarə eylə. 

Nə desən, etməyə, nə istəsən,verməyə razıyam, təki taxt

-

tacım boş qalmasın!



 

            

Dərviş  şaha  baş  əydi.  Təzədən  heybəsini  yerə  qoyub  oturdu.

  

Şah 



razılıq elədi:

                      

-

Sağ ol, dərviş,dərdimə şərik olduğuna və ona çarə axtardığına görə! Indi isə 



sən əmr et, mən yerinə yetirim!

 

     



Dərviş işə başladı:

 

 -



Şahım,  əmr  sahibi  sənsən!  Əmr  et  ki,  yaxşı  üzə  bilənlər  dənizin  dibindən 

mirvarilər gətirsinlər.

 

     


Şah əmr etdi. Yaxşı üzməyi bacaranları şahın hüzuruna gətirdilər.

 

     



Şah dənizin dibindən mirvari tapıb gətirənlərə çoxlu qızıl vəd elədi.

 

     



Qızıl  adı  eşidəndə  üzə  bilənlər  dənizə  çıxıb  mirvari  yığmaq  üçün  dənizin 

dibinə üzdülər.

 



Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə