Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

sor

uşuram,  o  nədir  ki,  qızıl  dan  çox  qiyməti  var,  nə  dadı  var,  nə  rəngi,  nə 

qoxusu, insana çox gərəyi var, nə satılar,nə alınar!

 

            



Hər  dəfə  olduğu  kimi  ,  bu  dəfə  də  sualı  eşidən  qızlar  mat

-mat  bir-

birlərinin üzünə baxdılar. Şah isə sözünə davam eləd

i: 


             - 

Şahzadələr!  Sübh  tezdən  Günəş  tam  özünü  göstərəndə  ,  yanıma 

gəlin!  Cavablarınızı  deyin!  Səhər  bütün  məmləkətə  məlum  olacaq  ki  ,  kim 

olacaq Səhra şahın xanımı. Bütün səhrayi

-

aləmə bəyan edəcəyəm ki, kiminlə 



evlənmək istəyirəm, kiminlə ürəyimi , kiminlə taxt

-

tacımı bölüşmək istəyirəm!



 

            

Şahzadələr  çadırlarına  dağılışdılar.  Sindi  də  öz  çadırına 

yaxınlaşdı.Ağca  yuxudan  durmuş  ,  paltar  boxçasını  da  bağlayıb  şadırın 

həyətində Sindini gözləyirdi.

 

            



Sindi onu bu vəziyyətdə görəndə səhər onu hədələdiyi yadına düşdü.

 

            



Ağcanın  gözləri  ağlamaqdan  şişmişdi.Şahzadə  qucaqlayıb  Ağcanın 

üzündən  öpdü.Amma  onu  çox  istədiyindən  yox,  Səhra  şahın  verdiyi  axırıncı 

sualın cavabını tapsın deyə.Yaltaq

-

yaltaq onu bağrına basdı:



 

           -

Mən sənə kəniz gözü ilə yox, bacı gözü ilə baxıram. Səhər kefim yox 

idi deyə, səni acıladım.

 

           



Ağca sevindiyindən ağladı. O həm də məəttəl qaldı. Çünki xanımından 

heç vaxt belə şirin sözlər eşitməmişdi.

 

           



Sonra Sindi dərdini Ağca ilə bölüşdü. Dərindən bir ah çəkib şah verən 

sualı dərdli

-

dərdli kənizinə dedi:



 

           -

Şahın axırıncı sualı əvvəlki bütün suallarından çətindir.Şah soruşur ki, 

o nədir qızıldan çox qiyməti var, nə dadı var, nə rəngi ,nə qoxusu var,insana 

çox  gərəyi  var,nə  satılar,nə  alınar!  Amma  mən  ürəyimdə  bir  şey  tutmuşam. 

Yəqin ki, həmin sualın cavabı almaz olacaq.

  

           



Ağca həyəcanla dedi:

 

            -



Yox,yox  ,  xanım  ,bu  sualın  cavabı  almaz  ola  bilməz!  Almaz  satılar 

da,alınar da, o ,hər şeydən qiymətli deyil. Həm də onun varlığı hamıya vacib 

deyil.Almazdan da gərəkli,almazdan da da qiymətli bir şey var ki,onun nə dadı 

var,  nə  rəngi  var,  nə  də  qoxusu.  Özü  isə  nə  satılar,  nə  alınar.  Hər  kəsə  də 

gərəyi  var. Bu  , sudur.Tanrının  insanlara  hədiyyəsi olan  müqəddəs su.Bü

tün 


canlılara vacib olan sudur. Susuz həyat mövcud deyil. Hətta cansız torpaq da 

susuz  çat-

çat  olar.İnsanlar,  həmçinin  heyanlar  ,  quşlar  su  içərlər.  Su  ilə 

qalarlar,  su  ilə  yaşayarlar.  Bitkilər  susuz  böyüməzlər.  Ağaclar  meyvə 

gətirməzlər.  Su,  Tanrı  möcüzəsidir.  Su  satılmaz,  su  alınmaz.  Budur,  cavab. 

Elə şaha da belə deyərsən!

 

          



Sindi Ağcanın dediklərini yadında saxladı. Səhər erkən yenə də durub 

geyindi, bəzəndi, şah sarayına yollandı.

 

          



Saray əhli yığışdı.Şah sualına cavab gözlədi.

 

          



İran şahzadəsi dedi:

 

          -



Bu sualın cavabı almazdır,Möhtərəm şah!

 

         



Ərəbistan şahzadəsi də suala eyni cavab dedi:

 

          -



Mən  də  sualın  cavabının  almaz  olduğunu  deyirəm.Çünki  almazın  nə 

dadı,


 

 



rəngi, nə də qoxusu var. Qızıldan da qiymətlidir.Dövlətlilərdə , kasıblar da 

almazları olmasını arzularlar.Hər kəsin onu almağa gücü çatmaz.

 



         

Şah üzünü Hindistan şahzadəsinə tutdu:

 

         -



Bəs sənin fikrin nədir?

 

Sindi bu dəfə də Ağcanın dediklərini eşitdiyi kimi



  

şaha çatdırdı:

 

         -



Bu sualın cavabı almaz ola bilməz, şah! Almaz satılar da, alınar da, o, 

hər şeydən qiymətli deyil. Həm də onun varlığı hamıa vacib deyil.Almazdan da 

gərəkli, almazdan da qiymətli bir şey var ki, onun nə dadı var,nə rəngi var, nə 

də  qoxusu.Özü  isə  nə  satılar,nə  alınar.Hər  kəsə  də  gərəyi  var.Bu, 

sudur.Tanrının  insanlara  hədiyyəsi  olan  müqəddəs  su.Bütün  canlılara  vacib 

olan sudur.Susuz həyat mövcud olmaz.Hətta cansız torpaq da susuz çat

-çat 

olar.İnsanlar da heyvanlar da, quşlar da su içər.Su ilə yaşayarlar.Bitkilər susuz 



böyüməzlər.Ağaclar meyvə gətirməzlər.Su,Tanrı möcüzəsidir. Su satılmaz, su 

alınmaz.Budur,mənim cavabım, şah!

 

      


Cavabı  eşidən  şah  ayağa  qalxdı.Gəlib  Hind  şahzadəsi  Sindinin  yanında 

durdu,on


un əlindən öpüb dedi:

 

       -



Afərin sənə, hind şahzadəsi ,ağlına,dərrakənə  əhsən!Böyüyünə, nəsihət 

verəninə  əhsən!Bütün  sualların  cavabını  tapdın!  şad  elədin!  Həm  ağlın,həm 

də dərrakənlə!Mirzə,namə yaz Hindistan məmləkətinin şahına! Belə müdrik bir 

qız  böyütdüyünə  görə  adımdan  ona  minnətdarlıq  bildir.Qoy  elçilərimi  qəbul 

edib,onunla  qohum  olmaq  istəyimə  xeyir

-

dua  versin!  Qızı  isə  burda, 



sarayımda  yenə  də  qonaq  kimi  qalsın.Elçilərimə  razılıq  cavabı  verilərsə, 

toyumuzu  edərəm,  yox,  əgər  xeyir

-

dua  məktubu  göndərilməzsə,  onda  əziz 



qonağımı təmtəraqla , ədəb

-

ərkanla yola salaram.



 

      


Sindi məmnunluqla şaha təzim etdi.İran və Ərəbistan şahlarının qızları isə 

həsədlə  Sindiyə  baxdılar.Gözlərini  süzdürdülər.Şahın  təklifindən  şad  olan 

şahzadə  Sindi  sevindiyindən  bilmədi  neyləsin.Çadırına  qaçdı  ki,xəbəri 

kənizinə  desin.Xanımının  sevincək  qayıtdığını  görəndə  Ağca  da  şad 

oldu.Əhvalatdan  xəbər  tutan  kimi  xanımını  sevindirmək  üçün  gedib 

çimdi.Üzündəki  qara  saqqızı  qopartdı.Oldu  dünyalar  gözəli.Başına  gələnləri 

xanımına danışdı.

 

      



Amma 

kənizinin 

bu 

gözəliyi 



Sindini 

sevindirmək 

əvəzinə 

kədərləndirdi.Şahzadə  onun  gözəlliyini  görüb  paxıllıq  elədi,  qorxdu  ki,  şah 

Ağcanı görüb ona  vurular.Tez əmr etdi ki, kəniz yenə də üzünə qara saqqız 

çəksin.Ağca ağlaya

-

ağlaya yenə də üzünə qara saqqız sürtdü.



 

      


İndi gəlin qızları qoyaq burda, görək Səhra şah sonra neylədi?

 

      



Səhra  şah  çox  sevinirdi.O,  Hind  şahzadəsinin  həm  gözəllinə,  həm  də 

ağlına  heyran  olmuşdu.Qırxıncı  gün  şah,  şahzadə  Sindidən  başqa  bütün 

qonaqlarını  yola  saldı.Sonra  isə  namə  yazdırıb  çaparla  Hindistan  şahına 

göndərdi.Namədə xoş məqsədini açıqladı.Çapar yola düşdü.

 

     


Nağıl  dili  yüyrək  olar.Çapar at çapdı.Gecə

-

gündüz  yol getdi.Nə  qədər  yol 



getdi,  bir  iynənin  ucu  qədər  ,  yoxsa  dünyanın  yarısı  qədər,  deyə  bilmərə

m, 


bircə onu deyə bilərəm ki, çox keçmədi xoş xəbərlə geri döndü.

 

    



Səhra  şah  Hindistana  elçi  göndərdi.Elçilər  şad  xəbərlə  qayıdandan  sonra 

isə  özünə  qırx  gün,  qırx  gecə  toy  eləyib  Hindistan  şahının  qızı  Sindi  ilə 

evləndi.Bütün  məmləkət  gəlinin  gözəlliyindən  danışırdı.  Şah  gözəl  və  ağıllı 

qızla evləndiyinə görə özünü çox xoşbət sayırdı.

 



Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə