Dədə Qorqud
•
2016/11
104
Nail QURBANOV
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun
“Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi
e-mail: naiLqurbanov. 79@maiiru
9
%
QƏDİM T Ü R K D A STA N L A R IN D A M İFO LO Jİ D Ü N Y A G Ö R Ü ŞÜ N
ƏKS O LU N M A SI M Ə SƏ L Ə L Ə R İN Ə B İR N Ə ZƏ R
Xülasə
Məqalədə mifoloji dünyagörüşün dastan mətnlərinə transformasiya etməsi məsələlərindən
bəhs olunur. Tədqiqatın obyektini isə “Oğuz Kağan”, “Yaradılış”, “Şan qızı” dastanları təşkil edir.
Açar sözlər: qədim türk dastanları, mifoloji dünyagörüşü, “Oğuz Kağan”, “Yaradılış”,
“Şan qızı”
A LOOK AT THE PROBLEM S OF REFLECTING THE M YTHOLOGICAL
OUTLOOK IN THE ANCIENT TURKIC EPOSES
Summary
İn the article it is said about the theoritical bases transition forms o f muthological thoughts
transmitted into Turk eposes and the definite results are got. As in investigation object «Oghuz
Kağan», «Yaradilish», «Shan gizi» and other ancient Turk eposes are used.
Key words: the ancient Turk eposes, mythologisal world view, “Oghuz Kagan”, “Yaradilish”,
“Shan gizi”
ВЗГЛЯД НА ВОПРОСЫ ОТРАЖ ЕНИЯ М ИФОЛОГИЧЕСКОГО
М ИРОВОЗЗРЕНИЯ В ДРЕВНИХ ТЮ РКСКИХ ДАСТАНОВ
Резюме
В статье рассматриваются проблемы трансформации мифологических мировоззрений в
древних тюркских дастанах. И объектом исследования являются тюркские древние дастаны -
«Огуз каган», «Сотворения», «Шан кызы» и др.
Ключевые
слова:
древние тюркские
дастаны,
мифологическо-космогонические
мировоззрения, «Огуз каган», «Сотворения», «Шан кызы»
M ifoloji şüurun parçalanması nəticəsində miflər öz sakral mahiyyətini itirmiş,
lakin mifoloji təsəvvürlər «mifopoetik mərhələdən» sonra da, yəni artıq tarixi və epik
şüurün hakim kəsildiyi dövrdə belə sonunculara öz güclü təsirini göstərmişdir. Bu
baxımdan, mifoloji təsəvvürlər əfsanə, rəvayət, nağıl kimi, epik şüurun digər forması
olan dastan mətnlərinə də transformasiya etmişdir. Bunu dastan mətnində bu və ya
digər şəkildə öz mövcudluğunu sürən mifik motiv, obraz və s. aşkar göstərir.
Dastanın özünün birbaşa mifdən qaynaqlanması hadisəsi də mövcud olmuşdur.
Məsələn, E.M.Meletinski göstərir ki, mədəni qəhrəman haqqında olan miflər bir qay
da olaraq qəhrəmanlıq eposlarının kökündə durur (1, 21-94). Yəni başqa sözlə desək,
qəhrəmanlıq dastanları elə mədəni qəhrəmanlar haqqında olan miflərdən qaynaqlanır.
Fikrimizcə, mifin dastanlara keçidi və ya təsiri daha çox iki yolla baş vermiş
dir: ya əski m if mətnləri dövrün, çağın dəyişməsi (mifoloji şüur tipindən epik şüur
tipinə keçid) ilə bağlı olaraq yeni keyfiyyət və ünsürlərlə zənginləşərək dastana çev
rilmişlər, ya da sonralar müstəqil şəkildə yaranmış dastan süjetinə m if motivləri daxil
olaraq onu zənginləşdirmişdir. Bu hadisə qədim dastanlar və qismən müasir (başqa
Dədə Qorqud • 2016/11
105
sözlə, klassik) dastanların müqayisəli tədqiqi zamanı aşkarlanır. Qədim türk dastanla
rında mif-dastan keçidi daha qabarıq görünür.
F.Bayat mif-dastan keçidi barədə yazır: «M if və dastanın iç-içə girdiyi dönəm
arxaik dastanlar dönəmidir... Arxaik dastan miflə klassik dastan arasında bir növ
keçid mərhələsidir» (3, 112). Daha sonra F.Bayat qeyd edir: «Arxaik dastanda qəbi
lənin, toplunun keçmişindən həqiqi tarix kimi bəhs edilir və insanın mənşəyi, yaran
ması, mədəni ünsürlərin əldə edilməsi və onların fantastik varlıqlardan - əjdaha və
divlərdən qorunması məsələsi qarşımıza çıxır... Arxaik dastanlarda epik zaman
mifoloji özəlliyə də sahibdir. Məsələn, «Gilqamış» dastamnda hadisələr yerin göydən
ayrıldığı və insan nəslinin ad qoyulduğu bir dövrdən başlar... » (3, 105).
Ağayar Şükürov isə belə yazır: «Eposun arxaik formaları mifə gedib çıxır. Bu
rada epik mənzərə hələ də allahlarla, ruhlarla doldurulmuş, epik zaman isə İlk yaradı-
lışm mifik zamanı ilə üst-üstə düşür. Epik düşmənlər çox vaxt qorxunc əjdahalar
olur, qəhrəman özü isə əcdadların ilkin cizgiləri ilə təsvir olunur (valideynləri olma
yan, göylərdən enən ilk insan - qəhrəman kimi). Sonra epik qəhrəman ilk mədəni
obyektləri kəşf edən kimi (odu, balıqçılıq və əkinçilik alətini, musiqi alətləri və s.)
göstərilir və nəhayət, epik qəhrəman yer üzündə qorxunc mənfi qüvvələrin, əjdaha
ların təmizləyicisi rolunda çıxış edir» (6, 140).
Göründüyü kimi, sonradan epik mətnə transformasiya etmiş, yəni dastana çev
rilmiş mətnlərdə kosmosun, konkret obyektlərin yaradılması və ümumilikdə kosmik
nizamın bərpası kimi ilkin fəaliyyətlərin - yəni mifin izləri aşkar görünməkdədir.
Həmin fəaliyyət qədim türk dastanı olan «Oğuz kağan» dastanında da aşkar görün
məkdədir. Dastanda Oğuzun göydən günəş şüası ilə enən qızdan Gün xan, Ay xan,
Ulduz xan, Dünya ağacının bəlgəsi olan qızdan Göy xan, Dəniz xan, Dağ xan adlı
oğlanlarının olduğu göstərilir. Bu Özü göstərir ki, Oğuz xanın oğlanları kosmik ob
yektləri təcəssüm etdirir. Doğrudur, kosmik obyektlərin adlarını daşıyan obrazların
varlığından çıxış edərək mətnin mifoloji-kosmoqonik mahiyyətli olmasını iddia
etmək mübahisə doğura bilər. Lakin yada salaq ki, dastan belə başlayır:
Olsun dedilər. Onun şəkli budur
(burada isə bir göy öküz şəkli verilir).
Bundan sonra sevinc tapdılar.
Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu.
Göründüyü kimi, dastan mətninin əvvəlində «Olsun!» deyilir və məhz bu əmr
dən sonra «Onun şəkli budur» deyə göy öküzün təsviri verilir. Qeyd edək ki, nümunə
kimi verdiyimiz parçada mifin dastana keçid hadisəsi transformativ yox, transmis-
sivdir. Yəni burada mifdən dastana keçid hadisəsi birbaşadır, heç bir şəkil dəyişmə
hadisəsi baş verməmişdir. Dastanı araşdıran F.Bayat dastandakı öküz şəkli haqqında
yazır: «Oğuz kağan» dastanında çəkilən göy öküz şəkli Oğuzun yox, Tanrının
yaratdığı yerin simvoludur» (4, 37). M üəllif buna sübut kimi, əksər yaradılış mif-
lərindəki, eyni zamanda dini kitablardakı «Olsun!» və ya «Yaransın!» tipli əmrlərin
yerin yaradılmasına yönəldilmiş sözlər olduğunu göstərir. Məlum olduğu kimi, islam
və xristian dinlərində Allahın dünyanı «Olsun!» deyə əmr verməklə yaratdığı gös
tərilir. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək F.Bayat yazır: «Yaradılış miflərindəki
«yarat» və ya «olsun» hökmü «Oğuz kağan» dastanındakı «Bolsun kil» (Olsun)
hökmünə adekvatdır. Məntiqi baxımdan dünyanın yaranmasından sonra Oğuzun
doğulması da yaradılış miflərindən gəlir. Mifoloji mətnlərdə bu Ülgenİn yaratdığı ilk
Dədə Qorqud • 2016/11
106
insandır və ya Kayrakanm doqquz ağac budağından yaratdığı doqquz adamdır. Bib
liyada və İslamda ilk insan olan Adəmdir» (4, 36).
Dastanda verilən öküz təsvirinin Yerlə bağlı olması tezisi bir sıra xalqların, elə
cə də islam və türk mif-mədəniyyətində mövcud olan yaradılmış yerin öküzün üzə
rində saxlanılması motivi ilə də səsləşir. Bu qəbildən olan miflər Qafqazdan tutmuş
Volqaboyuna kimi, Krımdakı türklərin mifoloji dünyagörüşlərində mövcud olmuş və
qeydə alınmışdır. Təbii ki, bu mifoloji təsəvvürlərin bir çox variantları Azərbaycan
türklərinin də mifoloji düşüncəsində özünə yer etmişdir (9, 779; 10, 7-9 ).
Bundan başqa, dastanın bəzi variantlarında göstərildiyi kimi, Oğuzun xtonik
keyfiyyətlərə malik olması - ayağının öküz ayağına, belinin qurd belinə, kürəyinin
samur kürəyinə, köksünün ayı köksünə bənzəməsi, bədəninin hər yerinin sıx tüklə
örtülməsi, oxu, yayı yaratması, müəyyən əşyalara ad verməsi (məsələn, arabaya, türk
tayfalarına), onun ilkin əcdad, mədəni qəhrəman statusundan xəbər verir. Beləcə,
dastanın zamanının da ilkin, sakral çağı, yaradılış çağını əks etdirməsi meydana çıxır.
S.Rzasoy dastanın uyğur versiyasında möacud olan mifoloji informasiya lara istinad
edərək yazır: «... bu dastan məzmunu və ideologiyasına görə daha arxaikdir və bu
mənada onda təqdim olunan kosmoqonik m if daha canlıdır»(l 1, 93). Məhz bu
dəlillərin mövcudluğu bizə imkan verir ki, «Oğuz kağan» dastanının yaradılışla bağlı
təsvirləri özündə əks etdirən kosmoqonik m if mətnindən qaynaqlandığını iddia edək.
Dastan mətnində müşahidə olunan digər epik elementlər isə sonrakı çağlarda epik
şüurun diktəsi ilə əmələ gəlmişdir. Bu baxımdan, m if çağında antropomorflar olaraq,
kosmik obyektləri təcəssüm etdirən Oğuzun oğlanlarının da sonradan dastan mət
nində adi insanlar səviyyəsinə enmələri epik məntiqin interpretasiyasıdır.
Xatırladaq ki, analoji süjet prof. A.Nəbiyevin aşkarlayıb üzə çıxardığı Boz
Öküz haqqında olan Azərbaycan mifində də özünü göstərir. Burada da kosmik düzən
Oğuz və onun övrəti Fatinin uşaqları - Göy xan, Dəniz xan, Qodu xan, Yel xan, Sel
xan, Dağ xan, Torpaq xan vasitəsilə bərpa olunur. Lakin bu m if mətnində Yaradıcı-
Tanrı statusunda Boz Öküz iştirak edir (5, 34-38). Analoji kosmoqonik təsəvvür
digər qədim türk dastanlarında da müşahidə olunur. Məsələn, Bulqar-tatar qəhrəman
lıq salnaməsi olan «Şan qızı» dastanında tanrının dünyada ilk dəfə alpları - ölümsüz
varlıqları, onların vasitəsilə isə insanları necə yaratması, şor qüvvələrin himayəçisi
Albastının (Tama-Tarxanın) Yeraltı dünyaya hakimlik etməsi və s. kimi mifoloji-
kosmoqonik təsəvvürlər özünü göstərir:
Qədim zamanlarda,
Hələ Yer üzündə
İnsanlar olmayanda
Ulu Tanrı alp-divləri yaratdı.
Əvvəl yaratdı
Böyük alpları:
Günəşi və Ayı,
Və bəzi başqalarını.
... Tanrı onlara cəza verdi -
Elə etdi ki,bu alplardan
Ancaq ölümlü insanlar doğulsun.
Yer üzünə insanlar belə gəldi (7, 104-105).
Dədə Qorqud
•
2016/11
107
Altaylardan qeydə alman «Yaradılış» dastanında da kosmik düzənin, həm
çinin Yer üzünün yaradılışı ilə bağlı olan mifoloji görüşlər əks olunmuşdur (yakut
və çuvaşlarda da oxşar m if mətnləri mövcuddur):
Dünya bir dəniz idi, nə göy vardı, nə bir yer,
Ucsuz, bucaqsız, sonsuz sular içrəydi hər yer.
Tanrı Ülgen uçurdu, yoxdu bir qonmağa,
Uçurdu, axtarırdı bərk bir yer, sığınmağa.
... Ülgen hey düşünmüşdü ta göylərə baxaraq:
- Bir dünya istəyirəm, bir soyla yaradayım.
Ülgen aşağı baxaraq «Yaransın yer!» demiş,
Bu istək əsasında dənizdən yer törəmiş.
... Torpağın üzərində bir qədər gil dururdu.
Torpaq üstündəki şey dedi nədir, əcəba,
İnsan oğlu bu olsun, insana olsun ata,
Görünməyə başladı insan kimi bir şəkil,
Birdən insan olmuşdu torpaq üstündəki gil (2, 428-431).
Göründüyü kimi, altay türklərindən qeydə alınmış «Yaradılış» dastanı öz arxaik
məzmununu mühafizə etməklə türklərin əski mifoloji-kosmoqonik dünyagörüşünü -
dünyanın yaradılışı, onun necə üç balıq vasitəsilə dünya suları üzərində dayanması
(dastanın Verbitski topladığı variantında yaradılmış dünya üç balıq üzərinə qoyulur
(2, 429)), insanların yaradılışı barədə təsəvvürləri özündə əks etdirir.
Dastanda yaradılış prosesi davamlı şəkildə özünü göstərir. Burada qədim türk
lər tərəfindən Yerin relyefinin əvvəllər hamar, sonra isə nahamar olmasının səbəbləri
özünəməxsus şəkildə izah olunur:
Tanrı insanoğluna «tüpür» deyə bağırdı,
Tüpürdü, tüpürcəyi yer üzünə dağıldı.
Yer üzü dümdüz ikən qırışıb birdən soldu,
Sanki yoxdan yaranıb hər yan təpə-dağ oldu (2, 449).
Daha sonra dastanda digər mifololoji yaradılış aktı - yerin digər təbii landşaf
tının, heyvanların yaranma formaları göstərilir:
Şeytan qutu alınca göstərdi öz xislətin,
Yer altında düzəltdi bir körük, bir kəlbətin.
Çəkic alıb əlinə başladı örs vurmağa,
Örslə çəkic zərbindən yarandı bir qurbağa.
Bir vurdu, ilan çıxıb qıvrılaraq qeyb oldu.
Bir vurdu, ayı çıxdı, qaçıb toz-duman oldu.
Bir vurdu, donuz çıxdı, donuzların vəhşisi,
Bir vurdu, dəvə çıxdı, tanrının səbri daşdı (2, 457).
«Yaradılış» dastanında, həmçinin Ülgenlə Erliyin timsalında yaradıcı-xeyir
başlanğıcla yaradıcı-şər başlanğıcın (kosmos-xaos) qarşıdurması, bu qarşıdurma
nəticəsində şərin - Erliyin məğlub olması, onun yeraltı dünyaya qovulması və yeraltı
dünyada qalaraq bütün şər qüvvələrə himayədarlıq etməsi kimi mifoloji-kosmoqonik
görüşlər də əks olunmuşdur.
Göründüyü kimi, yuxanda gətirilən nümunələrdən aydın olur ki, «Yaradılış»
dastanı da arxaik dastanın tipik nümunəsidir və dastanın əsas məzmununu dünyanın
Dədə Qorqud
•
2016/11
108
yaradılışının mifopoetik cəhətdən izah olunması təşkil edir. Bu isə özlüyündə həmin
dastanın kosmoqonik düşüncədən qaynaqlandığım göstərir. Sözsüz ki, bu tipli qədim
dastanlar müəyyən bir mif-arxetipə söykənməkdədirlər. Lakin klassik dastanlar isə
fərqli zaman və düşüncənin - epik düşüncə dövrünün məhsulu olduğundan onlarda olan
mifoloji dünyagörüşü bəzən itmiş, bəzən isə relikt (gizli qalıq) şəkildə müasir zamana
gəlib çatmışdır. Müşahidələr nəticəsində aşkarlanan belə mifoloji reliktlərə nümunə
olaraq dastan qəhrəmanlarının möcüzəli şəkildə doğuluşu motivlərini, qəhrəmana buta
verilməsi motivlərini və s. misal göstərmək olar. «Yaradılış» tipli qədim dastanların isə
bir sıra səbəblərdən «müasirləşmə» imkanı olmadığından onlar öz mifoloji köklərinə
bağlılığını itirməmişlər. Məsələn, Sibirdə yaşayan türklər digər türk xalqlarına nisbətən
daha az xarici təsirlərə məruz qalmış, tarix səhnəsində passiv mövqedə dayanmış, bir
növ təcrid olunmuş şəraitdə yaşamışlar. Buna görə də bu dastanın verdiyi mifoloji
informasiya türk xalqlarında olan digər yaradılış haqqındakı mifoloji informasiyalara
nisbətən daha təmiz (yəni yad ünsürlərsiz), daha ilkindir. Beynəlxalq aləmdə daha fəal
mövqedə dayanan digər türk xalqlarında (qaqauz, özbək, türkmən, azəri, osmanlı türklə
rində) isə vəziyyət başqa cürdür. Bu xalqlarda mifoloji motiv və süjetlər, eyni zamanda
dünyanın, insanın yaranması ilə bağlı olan kosmoqonik görüşlər xarici təsirlərin, eləcə
də başqa xalqlarla mədəni əlaqələrin nəticəsində əksər hallarda ya digər mifoloji
təsəvvürlərlə çulğaşmış, ya da yeniləri ilə əvəz olunmuş şəkildə bizə çatmışdır.
Beləliklə, qədim türk dastanlarından gətirdiyimiz nümunələrdən görünür ki, bu
dastanlar bir sıra mifoloji özəlliklərə sahibdirlər: burada zaman sakral zamandır,
hadisələr ilkin yaradılış çağında baş verir, xaosdan kosmosa keçid təcəssüm olunur.
Bütün bunlar bizə belə bir qənaətə gəlməyə əsas verir ki, həqiqətən də, qədim türk
dastanları, əsasən, m if mətnlərindən qaynaqlanmışdırlar.
ƏDƏBİYYAT
1. М елетинский E.M . П р ои схож ден и е героического эпоса. Ранние формы и ар
хаические памятники. М ., 1963
2. B .Ö gəl. Türk m ifologiyası. 1 cild (II nəşr) (Tərcüm ə edən, ön sözün, qeyd v ə izahla
rın m üəllifi Ram iz Ə skər), B akı, 20 0 6
3. Bayat F. M ifolojiye giriş. Karam, Çorum, 2005
4. Bayat F. O ğuz epik ən ən əsi v ə «O ğuz Kağan» dastanı. Bakı, Sabah, 1993
5. N əb iy ev A . A zərbaycan m ifologiyası. Folklorşünaslıq m əsələləri. V buraxılış. Bakı,
Bakı U niversiteti, 2 0 0 2 . səh. 6-92
6. Şükürov A. M ifologiya (1 kitab). Bakı, Elm , 1995
7. H acıyev T. M ikayıl Baştunun «Şan q ızı dastanı» və poetikası. Bakı, T əhsil, 2005
8. A tsiz. Türk edebiyati tarihi. İstanbul, Türk tarih kurumu, 1943
9. П отанин Г.К. Очерки С еверо-Западной М онголии. В 4 -х т., т.4. C -П б., И з-во
И мпер. Рус. Геогр. О б-ва, 1883
10. А . Архангельский. М ухам меданская космогония. Казань, 1899
11. R zasoy S. O ğuz m ifologiyası (m etod, struktur, rekonstruksiya). Bakı, 2009
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Dostları ilə paylaş: |