Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə103/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   98   99   100   101   102   103   104   105   106

415 

 

öküzün tələyə düşməsi,  yırtıcının ot  yeyən  heyvana  hücumu  və s. 



bu kimi səhnələri göstərirlər.   

Qobustan  incəsənətində  qadın  təsvirlərinin  görkəmində  və 

işləmə  üslubundakı  ənənəvi  cəhət  çox  qədimdir.    Məlum  oxşar 

materiallar əsasında qadın heykəlcikləri və bu qəbildən olan qadın 

təsvirləri  ana  ilə  qohum  insan  qrupunun  qırılmaz  qohumluq 

əlaqəsini,  bunların  eyniləşdirilməsi  haqqında  təsəvvürləri  əks 

etdirdiyini  güman  etmək  olar.  Qadın,  nəsil  artırıcısı,  ana  kimi 

əmin-amanlıq  yaradır, qəbilənin sığınacaq  tapmasına, ev ocağının 

qorunmasına,  paltar  tikmək,  yemək  hazırlamaq,  ərzaq  ehtiyatının 

yaranmasının təşkilində başlıca rol oynayır. 

Qadın  surəti  kollektivin  qırılmaz  əlaqələri,  onun  daimi 

təkrar  istehsalı,  fəallığının  əsas  istiqamətlərini  və  geniş  xarici 

aləmlə  əlaqələrin  səbəblərini  qavramaq,  izah  etmək  zərurətindən 

doğmuşdur. 

Azərbaycanda minilliklər boyu qadına – ulu anaya pərəstişin 

geniş  yayıldığını  Qobustanın  qayaüstü  qadın  təsvirləri,  “Kənizə” 

və  “Maral” düşərgələrindən  tapılmış qadın  heykəlcikləri də  təsdiq 

edir.  Təbii  qüvvələrə  sitayişi  burnunda  günəş  təsviri  olan  qayıq 

rəsmlərində  və  astral  işarələrdə  görmək  olur.  Öküz,  keçi,  maral 

təsvirlərinin  çoxluğu,  lakin  arxeoloji  qazıntılardan  öküz  və  keçi 

sümüyünün tək-tək, maral sümüyünün isə heç tapılmaması, ən çox 

ovlanmış  ceyran  və  gur  sümüyünün  osteoloji  materialın  70  %-ni 




416 

 

təşkil  etsə  də,  onların  təsvirlərinin  çox  az  olması,  Qobustan 



sakinlərinin  pərəstiş  və  totemik  görüşləri  ilə  izah  etmək 

mümkündür. 

Qobustanın qayaüstü təsvirləri Azərbaycan  xalqının keçmişi, 

adət-ənənəsi,  qədim  mədəniyyət  və  incəsənətinin  kökü,  Şərqi 

Azərbaycanda  keçmişin  paleocoğrafi,  paleogeoloji,  bitki  örtüyü, 

heyvanat aləmi  və s. öyrənmək  üçün əvəzsiz  mənbə, dilsiz, təsviri 

məxəzlərdir.  Qayaüstü  təsvirlər  qədim  qobustanlıların  yaratdığı 

yazısız tariximizin həyat salnaməsidir. 

Qobustan  Azərbaycan  xalqının  kimliyindən,  soy  kökündən 

xəbər  verən  qədim  mədəni  və  incəsənət  ocağı  bu  günə  kimi 

qorunub  saxlanmış  təsvirlər  və  digər  arxeoloji  abidələr 

kompleksindən ibarət təbii tarixi muzeydir. 

Qobustan 

qayaüstü 

təsvirlərinin 

dövrünün 

müəyyənləşdirilməsi  tədqiqatçılar  qarşısında  duran  ən  çətin 

problemlərdən  biridir.  Bu  işdə  tədqiqatçı  arxeoloqların  ən  yaxın 

köməkçisi  qədim  qayalatı  sığınacaqlar,  qəbir  abidələrində 

aparılmış arxeoloji qazıntılar və  onların nəticəsi ola bilər. 

İ.M.Cəfərzadənin  əsərlərində  Qobustanda  ilk  qayaüstü 

təsvirlərin  çəkilməsi  və  insanın  yaşaması  tarixi  arxeoloji 

qazıntılara qədər  hesab edildiyi kimi  e.ə.  III, VI  və  nəhayət, VIII 

minilliyə  deyil,  aparılmış  arxeoloji  qazıntıların  nəticələrinə  görə 

ən azı e.ə. XVIII-XV  minilliklərə, bəlkə də bir qədər əvvəldən  üst 



417 

 

Paleolitin  sonundan  Mezolitə  keçid  dövründən  başlayıb  orta 



əsrlərə kimi davam etdiyini göstərmək olar. 

İ.M.Cəfərzadənin  əsərlərində  ölçücə  iri,  təbii  ölçülü  və  ya  

bu  ölçüyə  yaxın  insan  və  heyvan  şəkillərinin  daha  qədim  olduğu 

iddia  edilir.  Lakin  Qobustanda  aparılmış  arxeoloji  qazıntılarda 

təsvirlərin  dövrləşdirilməsində  onların  ölçüsünün  şərt  olmadığı 

müəyyənləşdirilmişdir. 

İ.M.Cəfərzadə  qayaüstü  təsvirlərin  dövrləşdirilməsində 

Qobustan  təsvirlərin  məlum qayaüstü  təsvirlər kolleksiyalarındakı 

zahiri  görünüşcə  oxşar  nümunələriylə  müqayisə  və  onlarla  bağlı 

arxeoloji 

ədədbiyyatlardakı  fikirlər  əsasında  mülahizələr 

yürütmüşlər. Qobustan qayaüstü təsvirlər kolleksiyasındakı ən real, 

həyati,  mütənasib  verilmiş  döymələrdən  isə  öküz,  gur,  ceyran 

təsvirləri daha qədimdir. 

Döymə  üsulu  işlənmiş qədim qadın  və  yay-oxlu kəmərçinin 

kişi təsvirləri Qobustan abidəsi üçün səciyyəvidir.  

Qobustan  qayaüstü  təsvirlərinin  dövrləşdirilməsində  son 

dərəcə  vacib,  əvəzolunmaz  mənbə  qazıntılardan  əldə  olunmuş 

zəngin  arxeoloji  materiallar  və  onların  arasındakı  müxtəlif  tarixi 

dövrlərdə  yaranmış  mədəni  təbəqələrdən  tapılmış  kiçikölçülü 

rəsmli  daşlar,  düşərgə  divarlarının  mədəni  təbəqə  örtmüş 

hissələrində  aşkar  edilmiş  qədim  şəkillərdir.  Bu  daşlarda  dövrə 

uyğun təsvirlər həkk olunmuşdur. 



418 

 

Bu şəkillərin dövrü arxeoloji və bəzən hətta geoloji cəhətdən 



dəqiqləşdirilmiş  mədəni  təbəqədən,  onun  örtdüyü  qaya  üzərində 

olduğuna  görə  onların  tarixi  tapıldığı  təbəqənin  arxeoloji 

materiallarının  dövründən  gec  deyil,  heç  olmasa  onunla  yaşıddır 

və daha qədimdir.  Bu baxımdan  “Ana zağa”, “Kənizə”, “Ovçular 

zağası”,  “Öküzlər-1”,  “Öküzlər-2”,  “Firuz”,  “Firuz-2”,  “Maral”, 

“Ceyranlar”,  “Qayaarası-1”,  “Qayaarası-2”  düşərgələrindən 

tapılmış  rəsmli  daşlar,  qayanın  mədəni  təbəqənin  basdığı 

hissəsində  aşkar  edilmiş  yüzlərlə  qədim  şəkillər  qayaüstü 

təsvirlərin  dövrünü  dəqiqləşdirmək  üçün  bir  növ  meyar  rolu 

oynayır. 

Qobustanın 

qayaüstü 

təsvirlərini 

 

dövrləşdirən 



A.A.Formozov  onları  bir  neçə  laya  ayırır.  I  laya  aid  ən  qədim 

təsvirlərin  başqa  ərazilərin  paleolit  təsvirlərinin  oxşarı  olduğunu 

göstərir.  O,  I  mərhələ  təsvirlərinin  “Ana  zağa”da  mədəni 

təbəqələrindən  əvvəl  çəkildiyini  güman  edir.    A.A.Formozov 

“Ana zağa”da həyatın arxeoloji tədqiqatların sübut etdiyi kimi, üst 

Paleolit  dövründə  başlandığını  göstərir.  A.A.Formozov  da 

İ.M.Cəfərzadə  və  başqa  qayaüstü  təsvirlər  tədqiqatçıları  kimi 

təsvirləri  dövrləşdirərkən  onların  ölçü  xüsusiyyətindən  çıxış  edir.  

O  yazır:  “İbtidai  incəsənətin  müxtəlif  dövrləri  üçün  təsvirlərin 

özünəməxsus ölçüdə olması böyük əhəmiyyət kəsb edir”. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə