2. Fövqəladə hal- COVID-19 koronavirus pandemiyası
2020-ci ilin əvvəlinə olan dünyanın mənzərəsinə nəzər saldıqda, bəşəriyyətin inanılmaz
dərəcədə dəyişdiyini görmək olar. Yoluxma sərhəd tanımır. COVID-19 böhranının səhiyyə,
iqtisadiyyat və eləcə də sosial rifah sahələrində yaratdığı fəsadlardan heç bir ölkə kənarda
qalmayıb. Hazırda, pandemiya 210 ölkə və müxtəlif əraziləri də cənginə alıb. Lazımi vaksinlər
və müalicə metodları icad olunana qədər infeksiyanın yoluxma zəncirini qırmaq üçün faktiki
olaraq yeganə həll yolu fiziki məsafənin saxlanılmasıdır. Bununla bağlı, dünya miqyasında 5
milyarddan çox insanı əhatə edən tam və ya qismən izolə tədbirləri həyata keçirilməkdədir.
Əhalinin sağlamlığını qorumaq məqsədilə, qlobal iqtisadiyyat durğunluq vəziyyətinə
çatdırılmışdır. Dəhşətli insan itkilərinə səbəb olan yeni COVID-19 pandemiyası özü ilə birlikdə
iri miqyaslı özünütəcrid tədbirlərinin tətbiqi ilə iqtisadi fəaliyyəti sarsıtdı. Bir çox ticarət
obyektləri bağlandı, zavodlar öz fəaliyyətini dayandırdı, hərəkət azadlığı isə ciddi şəkildə
məhdudlaşdırıldı. İnsanların həyatının ahəngi tamamilə pozuldu. Pandemiyanın atributları
məcburi olaraq bir çox hallarda ödənişsiz məzuniyyət, qoruyucu maskalar və qorxu oldu.
çevrildilər. Təəssüf ki, milyonlarla insan bu virusa artıq yoluxub və ya ondan dünyasını dəyişib.
Dostları ilə paylaş: |